Microsoft Word sa iheamhak doc


partiyalar ərazi  əlaməti üzrə qurulur. Siyasi partiyaların



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə21/39
tarix08.09.2018
ölçüsü0,92 Mb.
#67039
1   ...   17   18   19   20   21   22   23   24   ...   39

 
63 
Siyasi partiyalar ərazi  əlaməti üzrə qurulur. Siyasi partiyaların 
ilk təşkilatlarının, komitələrinin və digər təşkilat strukturlarının 
Azərbaycan Respublikasının dövlət orqanlarında fəaliyyətinə yol 
verilmir. 
Siyasi partiya yaradılmasının təşəbbüsçüləri təsis qurultayı 
(konfransı) və ya ümumi yığıncaq çağırır, orada nizamnamə qəbul 
olunur və rəhbər orqanlar təşkil edilir. 
Siyasi partiyanın qeydə alınması üçün Azərbaycan 
Respublikasının azı 1000 vətəndaşı onun üzvü olmalıdır. 
Məqsədi və ya fəaliyyət metodu Azərbaycan Respublikasının 
Konstitusiya quruluşunu devirməkdən, zorakılıqla dəyişdirməkdən 
və ya ərazi bütövlüyünü pozmaqdan, müharibəni, zorakılığı  və 
qəddarlığı  təbliğ etməkdən, habelə irqi, milli və dini ədavəti 
qızışdırmaqdan, Azərbaycan Respublikasının Konstitusiya 
quruluşuna zidd olan və beynəlxalq-hüquqi öhdəlikləri ilə bir araya 
sığmayan digər əməllər törətməkdən ibarət olan siyasi partiyaların 
yaradılmasına və fəaliyyətinə yol verilmir. 
Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi 
partiyalarının, habelə onların bölmələrinin və  təşkilatlarının 
yaradılmasına və fəaliyyətinə yol verilmir. 
Partiyalar aşağıdakı yolla siyasi fəaliyyət göstərirlər: 
−  nizamnamələrinə uyğun olaraq ictimai rəyin formalaşmasına 
təsir göstərmək; 
−  öz üzvlərinin siyasi fəallığına rəvac vermək; 
−  vətəndaşları öz sıralarından seçkili dövlət orqanlarına irəli 
sürmək; 
−  nizamnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının 
qanunvericilik və icra hakimiyyəti orqanlarının fəaliyyətinə 
təsir göstərmək; 
−  siyasi və sosial proqramlar hazırlamaq yolu ilə Azərbaycan 
Respublikasının daxili və xarici siyasətinin formalaşmasına 
təsir göstərmək. 
Siyasi partiyaların üzvləri Azərbaycan Respublikasının 18 
yaşına çatmış, partiyaya könüllü daxil olmuş, onun nizamnaməsini və 
proqramını qəbul etmiş fəaliyyət qabiliyyətli vətəndaşlarıdır. 


 
64 
Siyasi partiyanın üzvlərinin hüquqları onun nizamnaməsi ilə 
müəyyən edilir və Azərbaycan Respublikasının Konstitusiyasına və 
qanunlarına,  şəxsiyyətin hüquq və azadlıqlarına dair Azərbaycan 
Respublikasının təsdiq etdiyi beynəlxalq hüquqi aktlara zidd ola 
bilməz. 
Partiyanın hər bir üzvü və ya üzvləri qrupu öz iradəsini sərbəst 
ifadə etmək hüququna malikdir. 
Siyasi partiyalar beynəlxalq ictimai (qeyri-hökumət) birliklərə 
daxil ola bilər, birbaşa beynəlxalq  əlaqələr saxlaya, müvafiq 
sazişlər bağlaya bilərlər. 
Öz nizamnamələrində, proqram sənədlərində, başqa aktlarda 
müəyyən edilmiş  məqsədləri və  vəzifələri həyata keçirmək üçün 
siyasi partiyalar: 
−  məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır; 
−  könüllülük  əsasında  birləşib  siyasi  bloklar,   ittifaqlar, 
federasiyalar, birliklər yaradır; 
−  Azərbaycan Respublikası Prezidenti, parlamenti və digər 
seçkili dövlət orqanları seçkilərində, Azərbaycan Respublikası 
icra hakimiyyəti orqanlarının formalaşdınhnasında demokratik 
yolla (müstəqil surətdə, başqa partiyalar və təşkilatlar ilə blok 
və ya ittifaqda) iştirak edir; 
−  dövlət orqanları  qərarlarının hazırlanmasına demokratik yolla 
təsir göstərir
−  dövlət orqanlarında və ictimai orqanlarda öz üzvlərinin 
mənafelərini təmsil edir və qoruyur; 
Siyasi    partiyalar   haqqında    Qanunda    və    Azərbaycan 
Respublikasının başqa  qanunvericilik  aktlarında  nəzərdə 
tutulmuş digər funksiyaları həyata keçirirlər. 
Siyasi partiyalar dövlət orqanlarının və  vəzifəli  şəxslərin 
fəaliyyətinə qarışa bilməzlər. 
Partiyaların özlərinin fəaliyyəti haqqında məlumat yaymaq
ideyalarını, məqsədlərini və proqramlarını  təblığ etmək, kütləvi 
informasiya vasitələri təsis etmək, qanunla müəyyən edilən 
qaydada mitinqlər, nümayişlər, yığıncaqlar və başqa kütləvi 
tədbirlər keçirmək hüququ vardır. 


 
65 
Partiyaların rəhbər orqanları hökmən Azərbaycan 
Respublikasının ərazisində olmalıdırlar. 
Dövlət siyasi partiyaların hüquqlarına və qanuni mənafelərinə 
əməl olunmasına, Azərbaycan Respublikasının Konstitusiyasına və 
qanunlarına uyğun olaraq onların öz nizamnamə vəzifələrini yerinə 
yetirmələri, habelə öz sənədlərini dövlət mətbuat orqanları 
vasitəsilə yaymaları üçün bərabər hüquqi şərait yaradılmasına, 
partiyaların rəhbər orqanlarının mühafızəsinə  və  təhlükəsizliyinə, 
bu məqsədlə dövlət mühafızə xidmətinin yaradılmasına və onun 
təchizatının təşkil edilməsinə təminat verir. 
Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət 
orqanlarının və  vəzifəli  şəxslərin siyasi partiyaların fəaliyyətinə 
qarışmasına yol verilmir. 
Siyasi partiyanın dövlət qeydiyyatına alınması qaydası 
«Siyasi partiyalar haqqında Qanunun» 14-cü maddəsinə əsasən 
aşağıdakı qaydada müəyyən edilir. 
Siyasi partiya müvafiq icra hakimiyyəti orqanında dövlət 
qeydiyyatına alınır. 
Siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün 
nizamnamənin qəbul olunduğu gündən bir ay keçənədək partiyanın 
rəhbər orqanı üzvlərinin imzaları ilə, onların hər birinin yaşayış 
yeri göstərilməklə ərizə verilir. Ərizəyə nizamnamə, nizamnaməni 
qəbul etmiş  təsis qurultaymın (konfransının) protokolu, partiya 
üzvlərinin sayını təsdiqləyən sənəd əlavə olunur. 
Siyasi partiyanın nizamnaməsinə edilən dəyişikliklər və 
əlavələr siyasi partiyanın dövlət qeydiyyatına alındığı qaydada və 
müddətlərdə qeydə alınmalıdır. 
Siyasi partiya dövlət qeydiyyatına alındığı gündən Azərbaycan 
Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs 
sayılır. 
Partiyalar rəmz kimi emblemlərə, bayraqlara, vimpellərə  və 
nişanlara malik ola bilərlər. 


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə