60
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə
əsasən, hər kəsin istədiyi məlumatı qanuni
yolla axtarmaq, əldə
etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi in-
formasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası
qadağandır.
Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin
III bəndinə əsasən, müharibə, hərbi vəziyyət və fövqəladə
vəziyyət, habelə səfərbərlik elan
edilərkən insan və vətəndaş
hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan
Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə
qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi
məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə
qabaqcadan məlumat verilir.
Azərbaycan Respublikasının Məlumat azadlığı haqqında
Qanunu məlumat azadlığının həyata keçirilməsi ilə əlaqədar
yaranan münasibətləri tənzimləyir.
Qanuna əsasən hər kəsin məlumat əldə etmək üçün müraciət
etmək hüququ vardır.
Məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi
şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır.
Məlumat azadlığının məhdudlaşdırılmasına yalnız Azərbaycan
Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol
verilir. Məlumat azadlığından istifadə edilməsi qaydası Azərbaycan
Respublikasının Konstitusiyası və ona müvafiq olaraq Azərbaycan
Respublikasının Qanunları ilə müəyyən edilir.
Məlumat münasibətlərinin
subyektləri fiziki və hüquqi
şəxslərdir.
Məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri
aşağıdakılardır:
− məlumat azadlığının təmin edilməsi;
− məlumatın açıqlığı və onun mübadilə edilməsinin azadlığı;
− məlumatın obyektivliyi, tamlığı və həqiqiliyi;
− məlumatın axtarılmasının, əldə edilməsinin, istifadə
olunmasının, yayılmasının və qorunmasının qanuniliyi;
61
− hər kəsin şəxsi və ailə həyatının sirrinin saxlanması;
− şəxsiyyətin, cəmiyyətin və dövlətin
təhlükəsizliyinin
qorunması.
Qanun məlumatın əldə edilməsi üçün aşağıdakı təminatları
nəzərdə tutur:
− dövlət hakimiyyəti orqanlarının və bələdiyyələrin öz fəaliy-
yətləri və qəbul olunmuş qərarları barədə məlumatlar ver-
mələri yolu ilə;
− dövlət hakimiyyəti orqanlarında məlumatın əldə edilməsi üçün
informasiya xidmətlərinin yaradılması ilə;
− statistik məlumatlardan, kitabxanaların, arxivlərin və
muzeylərin fondlarından, habelə informasiya sistemlərindən
maneəsiz
istifadə edilməsi ilə;
− vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan föv-
qəladə hallar, təbii fəlakətlər və qəzalar barədə əhaliyə dər-hal
məlumat verilməsi ilə;
− dövlətin təhlükəsizliyinə xətər yaradan fövqəladə hallar barədə
əhaliyə dərhal məlumat verilməsi ilə;
− kütləvi informasiya vasitələrində,
o cümlədən mətbuatda
dövlət senzurasına yol verilməməsi ilə;
− normativ-hüquqi aktların qanunvericilikdə nəzərdə tutulmuş
qaydada əhalinin nəzərinə çatdırılması ilə.
İnsan hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında Konvensiya:
Maddə 11. Yığıncaqlar və birləşmək azadlığı.
1.
Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə
etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq
hüququ da daxil olmaqla başqaları ilə birləşmək azadlığı hüququ
vardır.
2.
Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və
ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını
almaq üçün, sağlamlığın və mənəviyyatın mühafızəsi üçün və ya
digər şəxşlərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla
62
nəzərdə tutulmuş və demokratik cəmiyyətə zəruri olanlardan başqa
heç bir məhdudiyyətlər qoyula bilməz. Bu maddə silahlı qüvvələr,
polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının
həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane
olmur.
Azərbaycan Respublikasının
qanunvericilik sistemi
Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə
əsasən, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı
vardır.
Konstitusiyaya əsasən hər kəsin başqaları ilə birlikdə müvafiq
dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız
yığışmaq, yığıncaqlar, mitinqlər, küçə yürüşləri keçirmək, piketlər
düzəltmək hüququ vardır.
Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsinə
əsasən, hər kəsin başqaları ilə birləşmək hüququ vardır.
Konstitusiyaya əsasən
hər kəs istənilən birlik, o cümlədən siyasi
partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya
mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin
sərbəst fəaliyyətinə təminat verilir.
Heç kəs hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə
qalmağa məcbur edilə bilməz.
Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı
hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi
güdən birliklər qadağandır.
Konstitusiyam və qanunları pozan birliklərin fəaliyyətinə yalnız
məhkəmə qaydasında xitam verilə bilər.
Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının
Qanununa əsasən, siyasi partiyalar assosiasiyalar azadlığı,
könüllülük,
üzvlərinin hüquq bərabərliyi, özünüidarə, qanunçuluq
və aşkarlıq prinsipləri əsasında yaradılır və fəaliyyət göstərirlər.