Microsoft Word sa iheamhak doc


Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə20/39
tarix08.09.2018
ölçüsü0,92 Mb.
#67039
1   ...   16   17   18   19   20   21   22   23   ...   39

 
60 
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə 
əsasən,  hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə 
etmək, ötürmək, hazırlamaq və   yaymaq azadlığı vardır. 
Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi in-
formasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası 
qadağandır. 
Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 
III bəndinə  əsasən,  müharibə, hərbi vəziyyət və fövqəladə 
vəziyyət, habelə  səfərbərlik elan edilərkən insan və  vətəndaş 
hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan 
Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə 
qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi 
məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında  əhaliyə 
qabaqcadan məlumat verilir. 
Azərbaycan Respublikasının Məlumat azadlığı haqqında 
Qanunu  məlumat azadlığının həyata keçirilməsi ilə  əlaqədar 
yaranan münasibətləri tənzimləyir. 
Qanuna  əsasən hər kəsin məlumat  əldə etmək üçün müraciət 
etmək hüququ vardır. 
Məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi 
şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır. 
Məlumat azadlığının məhdudlaşdırılmasına yalnız Azərbaycan 
Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol 
verilir. Məlumat azadlığından istifadə edilməsi qaydası Azərbaycan 
Respublikasının Konstitusiyası və ona müvafiq olaraq Azərbaycan 
Respublikasının Qanunları ilə müəyyən edilir. 
Məlumat münasibətlərinin subyektləri fiziki və hüquqi 
şəxslərdir. 
Məlumat azadlığının həyata keçirilməsinin  əsas prinsipləri 
aşağıdakılardır: 
−  məlumat azadlığının təmin edilməsi; 
−  məlumatın açıqlığı və onun mübadilə edilməsinin azadlığı; 
−  məlumatın obyektivliyi, tamlığı və həqiqiliyi; 
−  məlumatın axtarılmasının,  əldə edilməsinin, istifadə 
olunmasının, yayılmasının və qorunmasının qanuniliyi; 


 
61 
−  hər kəsin şəxsi və ailə həyatının sirrinin saxlanması; 
−  şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin 
qorunması. 
Qanun məlumatın  əldə edilməsi üçün aşağıdakı  təminatları 
nəzərdə tutur: 
−  dövlət hakimiyyəti orqanlarının və  bələdiyyələrin öz fəaliy-
yətləri və  qəbul olunmuş  qərarları barədə  məlumatlar ver-
mələri yolu ilə; 
−  dövlət hakimiyyəti orqanlarında məlumatın əldə edilməsi üçün 
informasiya xidmətlərinin yaradılması ilə; 
−  statistik məlumatlardan, kitabxanaların, arxivlərin və 
muzeylərin fondlarından, habelə informasiya sistemlərindən 
maneəsiz istifadə edilməsi ilə
−  vətəndaşların həyatı  və sağlamlığı üçün təhlükə yaradan föv-
qəladə hallar, təbii fəlakətlər və qəzalar barədə əhaliyə dər-hal 
məlumat verilməsi ilə; 
−  dövlətin təhlükəsizliyinə xətər yaradan fövqəladə hallar barədə 
əhaliyə dərhal məlumat verilməsi ilə; 
−  kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda 
dövlət senzurasına yol verilməməsi ilə; 
−  normativ-hüquqi aktların qanunvericilikdə  nəzərdə tutulmuş 
qaydada əhalinin nəzərinə çatdırılması ilə. 
 
İnsan hüquqlarının və əsas azadlıqlarının  
müdafiəsi haqqında Konvensiya: 
 
Maddə 11. Yığıncaqlar və birləşmək azadlığı. 
1.
 
Hər kəsin dinc toplaşmaq azadlığı  və öz maraqlarını müdafiə 
etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq 
hüququ da daxil olmaqla başqaları ilə birləşmək azadlığı hüququ 
vardır. 
2.
 
Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və 
ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını 
almaq üçün, sağlamlığın və  mənəviyyatın mühafızəsi üçün və ya 
digər şəxşlərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla 


 
62 
nəzərdə tutulmuş  və demokratik cəmiyyətə  zəruri olanlardan başqa 
heç bir məhdudiyyətlər qoyula bilməz. Bu maddə silahlı qüvvələr, 
polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının 
həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane 
olmur. 
 
Azərbaycan Respublikasının  
qanunvericilik sistemi 
 
Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə 
əsasən,  hər kəsin başqaları ilə birlikdə  sərbəst toplaşmaq azadlığı 
vardır. 
Konstitusiyaya  əsasən hər kəsin başqaları ilə birlikdə müvafiq 
dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız 
yığışmaq, yığıncaqlar, mitinqlər, küçə yürüşləri keçirmək, piketlər 
düzəltmək hüququ vardır. 
Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsinə 
əsasən, hər kəsin başqaları ilə birləşmək hüququ vardır. 
Konstitusiyaya əsasən hər kəs istənilən birlik, o cümlədən siyasi 
partiya, həmkarlar ittifaqı  və digər ictimai birlik yaratmaq və ya 
mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin 
sərbəst fəaliyyətinə təminat verilir. 
Heç kəs hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə 
qalmağa məcbur edilə bilməz. 
Azərbaycan Respublikasının bütün ərazisində  və ya hər hansı 
hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi 
güdən birliklər qadağandır. 
Konstitusiyam və qanunları pozan birliklərin fəaliyyətinə yalnız 
məhkəmə qaydasında xitam verilə bilər. 
Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının 
Qanununa  əsasən,  siyasi partiyalar assosiasiyalar azadlığı, 
könüllülük, üzvlərinin hüquq bərabərliyi, özünüidarə, qanunçuluq 
və aşkarlıq prinsipləri əsasında yaradılır və fəaliyyət göstərirlər. 


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə