Microsoft Word sa iheamhak doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə39/39
tarix08.09.2018
ölçüsü0,92 Mb.
#67039
1   ...   31   32   33   34   35   36   37   38   39

 
117
Vurulmuş ziyanın ödənilməsi hüququna malik olan şəxs vəfat 
etdikdə, qanunda nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın 
ödənilməsi hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə 
nəzərdə tutulmuş qaydada onun vərəsələrinə keçir. 
Azərbaycan Respublikasmm ərazisində Azərbaycan 
Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə 
orqanları tərəfındən hər hansı şəxsin qanunsuz olaraq: 
−  tutulması, müttəhim qismində  cəlb edilməsi, həbsə alınması 
və saxlanılması, məhkum olunması,  əmlakının müsadirə 
edilməsi; 
−  barəsində olan cinayət işinin istintaqı ilə əlaqədar götürmə və 
axtarış aparılması,  əmlakı üzərinə  həbs qoyulması, işdən 
(vəzifədən) kənarlaşdırılması  və ya onun hüquqlarını 
məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata 
keçirilməsi; 
−  barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 
−  barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə 
inzibati tənbeh tətbiq edilməsi nəticəsində  hər bir şəxsə: 
qanunsuz hərəkətlər nəticəsində onun itirdiyi mənfəət və digər 
gəlirlər; müsadirə olunmuş və ya məhkəmə tərəfindən dövlət 
nəfinə yönəldilmiş, yaxud təhqiqat və ya ibtidai istintaq 
orqanları,  əməliyyat-axtarış  fəaliyyətini həyata keçirən 
orqanlar tərəfındən götürülmüş, eləcə  də üzərinə  həbs 
qoyulmuş əmlak (o cümlədən, pul əmanətləri və onların faizi, 
qiymətli kağızlar və onlarm faizi, şəxsin iştirakçısı olduğu 
təsərrüfat birliyinin nizamnamə fondundakı payı  və bu paya 
müvafiq olan əldə edilməmiş  gəlir və digər dəyərlər); 
məhkəmə  məsrəfləri ilə bağlı ondan tutulmuş  məbləğlər; 
hüquqi yardımın göstərilməsi ilə  əlaqədar ödənilmiş 
məbləğlər; vurulmuş mənəvi ziyan ödənilməlidir. 
Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının 
qanunsuz hərəkətləri nəticəsində şəxsin əmlakına vurulmuş ziyanın 
ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 


 
118
Qanununda nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin 
miqdarı  şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş 
cəzanı  çəkdiyi dövrdə  əldə edilməmiş  gəliri nəzərə almaqla 
müəyyən edilir. 
Müsadirə olunmuş  və ya məhkəmə  tərəfindən dövlət nəfinə 
yönəldilmiş, yaxud təhqiqat və ya ibtidai istintaq orqanları, 
əməliyyat-axtarış  fəaliyyətini həyata keçirən orqanlar tərəfindən 
götürülmüş, eləcə  də üzərinə  həbs qoyulmuş  əmlak (o cümlədən, 
pul  əmanətləri və onların faizi, qiymətli kağızlar və onların faizi, 
şəxsin iştirakçısı olduğu təsərrüfat birliyinin nizamnamə 
fondundakı payı və bu paya müvafiq olan əldə edilməmiş gəlir və 
digər dəyərlər) natura formasında, bu mümkün olmadıqda isə, onun 
dəyəri dövlət və ya onu əvəzsiz olaraq eldə etmiş müəssisə, idarə 
və təşkilatların hesabına ödənilir. 
Evlərin və digər tikililərin dəyəri, yalnız bu əmlakın natura 
şəklində qalmadığı, şəxsin dəyərcə bərabər olan yaşayış sahəsinin 
və ya digər tikililərin  əvəzsiz olaraq onun mülkiyyətinə 
verilməsindən imtina etdiyi hallarda və ya həmin  şəxsin yaşayış 
evlərinin və digər tikililərin dəyərinin ödənilməsinə razılığı 
olduqda ödənilir. Yaşayış sahəsinin və digər tikililərin dəyəri 
mövcud bazar qiymətlərinə əsasən müəyyən edilir. 
Əmlakın dəyəri onun ödənilməsi haqqında qərarın qəbul 
edildiyi vaxtda mövcud olan qiymət  əsasında ödənilir.  Əmlakın 
zədələnməsi və ya köhnəlməsi hallarında vurulmuş ziyan tam 
həcmdə ödənilməlidir. 
Ödənilməli olan əmlakı əvəzsiz olaraq əldə etmiş müəssisənin, 
idarənin və  təşkilatın ləğv edildiyi və ya vurulmuş ziyanın 
ödənilməsi üçün onların vəsaiti çatışmadığı hallarda, əmlakın 
dəyəri (əmlakın dəyərinin çatışmayan hissəsi) dövlət büdcəsinin 
vəsaiti hesabına ödənilir. 
Qanunsuz məhkum edilməsi nəticəsində yaşayış sahəsindən 
istifadə etmə hüququndan məhrum edilmiş  şəxsə müvafiq icra 
hakimiyyəti orqanları  tərəfındən həmin yaşayış sahəsi bir ay 
müddətində, bu yaşayış sahəsi natura şəklində qalmadığı hallarda 


 
119
isə, bununla əlaqədar edilmiş müraciətdən sonra altı ay müddətində 
həmin yaşayış  məntəqəsində ailə  tərkibi və yaşayış sahəsinə dair 
qüvvədə olan normalar nəzərə ahnmaqla növbədənkənar eyni 
dəyərli abadlaşdırılmış yaşayış sahəsi verilməlidir. 
Ödənilməli olan əmlakı  əldə etmiş  şəxs, bu əmlakın vurulmuş 
ziyanın ödənilməsi qaydasında  əvvəlki sahibinə qaytarılması ilə 
əlaqədar  əvəzində dövlətdən abadlaşdırılmış, dəyərcə  və bütün 
digər  əlamətlərlə  bərabər olan əmlakı  və ya onun dəyərini tələb 
etmək hüququna malikdir. Belə  tələb, irəli sürüldükdən sonra bir 
ay müddətindən gec olmayaraq dövlət tərəfindən təmin edilir. 
Bununla əlaqədar bürün mübahisələr məhkəmə qaydasında həll 
olunur. 
Şəxsin barəsində  mənfı  fıkrin formalaşmasına, onu əhatə edən 
şəxslərlə münasibətlərin pisləşməsinə  gətirib çıxaran və digər 
mənəvi xarakterli mənfı nəticələr mənəvi ziyan hesab edilir. 
Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının 
qanunsuz hərəkətləri nəticəsində  şəxsə vurulmuş  mənəvi ziyan 
mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 
Qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə  cəlb 
edilməsi ilə  əlaqədar işdən (vəzifədən) çıxarılmış  və ya işdən 
(vəzifədən) kənarlaşdırılmış  şəxs,  əvvəlki işə (vəzifəyə) bərpa 
edilməli, bu mümkün olmadıqda isə, (müəssisənin, idarənin, 
təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması) dövlət 
məşğulluq xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər 
olan) işlə (vəzifə ilə) təmin edilməlidir. 
Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda işdən 
(vəzifədən) çıxarılma haqqında  əmək kitabçasında edilmiş qeyd 
etibarsız hesab olunur. Şəxsin tələbi ilə onun işdən (vəzifədən) 
çıxarılması haqqında  əmək kitabçasında müvafiq qeyd aparmış 
orqan və ya onun vəzifəli şəxsi beş gün müddətində etibarsız hesab 
olunmuş qeydin olmadığı  əmək kitabçasının dublikatını ona 
verməlidir. 


 
120
Şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi, yaxud 
məhkum edilməsi haqqında məlumatlar dərc edildikdə onun tələbi 
ilə, həmin  şəxs vəfat etdikdə isə onun qohumlarının, yaxud 
təhqiqat orqanının, müstəntiqin, prokurorun və məhkəmənin tələbi 
ilə bu məlumatları  dərc etmiş orqan on gün müddətində qeyd 
olunan məlumatları təkzib etməlidir. 
Şəxsin tutulma, həbsdə olma, cəza çəkmə müddətləri və  işdən 
(vəzifədən) kənarlaşdırılması ilə  əlaqədar işləmədiyi müddət həm 
ümumi  əmək stajma, həm də ixtisas üzrə  və fasiləsiz staja daxil 
edilir. 
Fəhlələrin və dövlət qulluqçularının, eləcədə üzvlük əsasında 
(kooperativ və digər müəssisələrdə) işləmiş şəxslərin, bu maddənin 
birinci hissəsində göstərilmiş müddətlərin  əlavə edilməsi  şərtilə 
hesablanmış  əmək stajı, həmin  şəxslərə imtiyazların və 
müavinətlərin, o cümlədən təqaüdlərin və dövlət sosial sığortası 
üzrə ödənişlərin təyin edilməsi zamanı  nəzərə alınır. Bu staj 
fəhlələrə  və qulluqçulara imtiyazlı  təqaüdlərin və xidmət işlərinə 
görə  təqaüdlərin təyin edilməsi, ixtisas üzrə  iş müddətinin 
davamından asılı olaraq aylıq maaş  dərəcəsinin (vəzifə maaşının) 
müəyyən edilməsi və birdəfəlik mükafatlandırma və ya xidmət 
illərinə görə faiz artırmalarının ödənilməsi zamanı  nəzərə 
alınmalıdır. 
Şəxsin tutulma, həbsdə olma, cəza çəkmə müddətləri və  işdən 
(vəzifədən) kənarlaşdırılması ilə  əlaqədar işləmədiyi müddətlər, 
yaşla  əlaqədər imtiyazlı  təqaüdlərin teyin edilməsi zamanı, 
təqaüdün təyin edilməsi üçün müraciət etmiş şəxsin istəyi ilə, onun 
qanunsuz məhkum edilməsindən və ya cinayət, yaxud inzibati 
məsuliyyətə  cəlb edilməsindən  əvvəlki, yaxud cinayət və ya 
inzibati məsuliyyətdən və ya cəza çəkməkdən azad edilməsindən 
sonrakı işinə bərabər tutulur. 
Qanunsuz məhkum edilməsi ilə  əlaqədər hərbi və ya digər 
rütbələrdən, dərəcələrdən və adlardan, dövlət mükafatlarından və 
təltiflərdən məhrum edilmiş şəxsə həmin hərbi və ya digər rütbələr
dərəcələr və adlar, dövlət mükafatları və təltiflər geri qaytarılır. 


 
121
Şəxs barəsində  bəraətverici hökm çıxarıldıqda, cinayət 
hadisəsinin olmaması, əməlində cinayət tərkibinin olmaması və ya 
şəxsin cinayət törətməkdə  iştirakının sübut edilməməsi ilə bağlı 
cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd 
edildikdə, habelə inzibati hüquqpozma haqqında işə xitam 
verildikdə, təhqiqat orqanı, müstəntiq, prokuror, yaxud məhkəmə 
həmin  şəxsə onun pozulmuş hüquqlarının bərpa edilməsi və 
vurulmuş ziyanın ödənilməsi qaydasını izah etməli və onun istəyi 
ilə bir ay müddətində öz qəran haqqında  əmək kollektivinə  mə 
lumat verməlidir. 
Ziyanın məbləği qanunvericiliklə  nəzərdə tutulmuş qaydada 
məhkəmə tərəfindən müəyyən edilir. 
Şəxsin çıxarılmış  qərarla razılaşmadığı hallarda, o Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada 
həmin qərardan yuxarı məhkəməyə şikayət verə bilər. 
Şəxsin müraciətinə əsasən vurulmuş mənəvi ziyanın ödənilməsi 
məsələsi mövcud qanunvericiliyə müvafiq olaraq məhkəmə 
tərəfindən bu maddənin birinci hissəsinə uyğun olaraq həll edilir. 
İstintaq və ya inzibati icraat müddətində  və ya cəza çəkdiyi 
dövrdə  şəxsə vurulmuş  mənəvi ziyanın ümumi məbləği 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə  nəzərdə tutulmuş 
qaydada məhkəmə tərəfindən müəyyən edilir. 
Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının 
qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın 
ödənilməsi barədə  işlər üzrə ziyan çəkmiş  tərəf məhkəmə 
məsrəflərinin ödənilməsindən azad olunur. 
Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının 
qanunsuz hərəkətləri nəticəsində hərbi qulluqçulara vurulmuş ziyan 
«Təhqiqat, ibtidai istintaq, prokurorluq və  məhkəmə 
orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə 
vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan 
Respublikasının Qanununa müvafiq olaraq ödənilir. 


 
122
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 
Konvensiyanın 7 saylı Protokolu 
Maddə 4. İki dəfə  məhkum edilməmək və ya 
cəzalandırılmamaq hüququ. 
1. Heç 
kəs və ya hər hansı dövlətin qanunlarına və ya 
cinayət-prosesual normalarına müvafiq olaraq, artıq bəraət aldığı 
və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin 
yurisdiksiyası  çərçivəsində cinayət qaydasında təkrar məhkum 
edilə və ya cəzalandırıla bilməz. 
2.  Əvvəlki maddə,  əgəryeni və ya təzədən ortaya çıxmış 
faktlar barəsində  məlumatlar varsa və ya əvvəlki araşdırma 
zamanı işin gedişinə təsir göstərən əsaslı pozuntulara yol verilibsə, 
müvafiq dövlətin qanunlarına və cinayət-prosessual normalarına 
uyğun olaraq, işə təkrar baxılmasına mane olmur. 
3. Konvensiyanın 15-ci maddəsinin müddəalarına müvafiq 
olaraq, bu maddədən geri çəkilməyə yol verilmir. 
 
Azərbaycan Respublikasının  
qanunvericilik sistemi 
Azərbaycan Respublikası Konstitusiyasının 64-cü 
maddəsinə  əsasən, heç kəs bir cinayətə görə  təkrarən məhkum 
edilə bilməz. 
«Azərbaycan Respublikasında 
İnsan hüquq və 
azadbqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» 
Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2-ci 
maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 27-
ci maddəsində (müharibənin hüquqauyğun aparılması  nəticəsində 
baş verən ölüm halları istisna olmaqla), 28-ci maddəsinin I 
hissəsində, 46-cı maddəsinin III hissəsində, 63-cü, 64-cü 
maddələrində və 71-ci maddəsinin VIII hissəsində nəzərdə tutulan 
hüquqlar məhdudlaşdırıla bilməz və onlara dair qeyd-şərtlər 
müəyyən edilə bilməz. 


 
123
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci 
maddəsinə  əsasən, cinayət törətmiş  şəxs haqqında tətbiq edilən 
cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər  ədalətli 
olmalıdır, yəni cinayətin xarakterinə  və ictimai təhlükəlilik 
dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə 
təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 
Heç kəs eyni bir cinayətə göpə iki dəfə cinayət məsuliyyətinə 
cəlb oluna bilməz. 
Azərbaycan Respublikasının  İnzibati Xətalar Məcəlləsinin 
9-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq 
edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, 
onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 
Bir inzibati xətaya görə heç kəs iki dəfə inzibati məsuliyyətə 
cəlb oluna bilməz. 
 
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 
Konvensiyanın 7saylı Protokolu 
 
Maddə 5. Ər və arvadın hüquq bərabərliyi 
Ərlə arvad bərabər hüquqlara malikdirlər və  uşaqları ilə 
münasibətlərdə, nikaha daxil olmaq, nikahda olmaq və boşanma 
ilə bağlı  bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə 
uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər 
görməkdə dövlətlərə mane olmur. 
 
Azərbaycan Respublikasının  
qanunvericilik sistemi 
 
Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi-
nin II hissəsinə  əsasən, kişi ilə qadının eyni hüquqları  və 
azadlıqları vardır. 
Azərbaycan Respublikası Konstitusiyasının 34-cü 
maddəsinə  əsasən,  ər ilə arvadın hüquqları  bərabərdir. Uşaqlara 
qayğı göstərmək, onları  tərbiyə etmək valideyinlərin həm hüququ 
həm də borcudur. 


 
124
Azərbaycan Respublikasının Ailə  Məcəlləsinin 29-cu 
maddəsi  ər və arvadın ailə münasibətlərində hüquq 
bərəbərliyini təsbit edir. 
Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın 
və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə 
münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 
Analıq, atalıq, uşaqların tərbiyəsi və  təhsili, eləcə  də ailənin 
digər məsələləri  ər arvadın hüquq bərabərliyi prinsipinə uyğun 
olaraq birgə həll edilir. 


 
125
  
İSTİFADƏ EDİLMİŞ NORMATİV HÜQUQİ AKTLAR 
 
1.  İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 
Konvensiya - 4 noyabr 1950 - ci il. 
2.  İnsan hüquqlarının və esas azadlıqların müdafiəsi haqqında 
Konvensiyasının 1 saylı Protokolu - 20 mart 1952-ci il. 
3.  İnsan hüquqlarının və  əsas azadlıqların müdafiəsi haqqında 
Konvensiyasının 4 saylı Protokolu - 16 oktyabr 1963-cü il. 
4.  İnsan hüquqlarının və  əsas azadlıqların müdafiəsi haqqında 
Konvensiyasının Ölüm cəzasının ləğvinə dair 6 saylı 
Protokolu - 28 aprel 1983-cü il. 
5.  İnsan hüquqlarının və  əsas azadlıqların müdafiəsi haqqında 
Konvensiyasının 7 saylı Protokolu - 22 noyabr 1984-cü il. 
6. Azərbaycan Respublikası Konstitusiyası -12 noyabr 1995-ci 
il. 
7. «Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının 
həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan 
Respublikasının Konstitusiya Qanunu 24 dekabr 2002-ci il. 
8. Azərbaycan Respublikası Cinayət Məcəlləsi 30 dekabr 1999-
cu il. 
9. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi – 14 
iyul 2000-ci il. 
10. Azərbaycan Respublikasının  Əmək Məcəlləsi 01 fevral 
1999-cu il. 
11. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsi -14 
iyul 2000-ci il. 
12. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi - 28 
dekabr 1999-cu il. 
13. Azərbaycan Respublikasının  İnzibati Xətalar Məcəlləsi 11 
iyul 2000-ci il. 
14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 28 dekabr 1999-
cu il. 


 
126
 
15. Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması 
ilə  əlaqədar «Azərbaycan Respublikası Cinayət, Cinayət 
Prosesual və  İslah-Əmək Məcəllələrinə  dəyişikliklər və 
əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının 
Qanunu - 10 fevral 1998-ci il 
16. «Polis  haqqında Azərbaycan Respublikasının Qanunu 28 
oktyabr 1999-cu il. 
17. «Cinayət prosesində  iştirak edən  şəxslərin dövlət müdafiəsi 
haqqında Azərbaycan Respublikasının Qanunu -11 dekabr 
1998-ci il. 
18. «Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının 
Qanunu 20 avqust 1992-ci il. 
19. «Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının 
Qanunu-19 iyun 1998-ci il. 
20. «Siyasi  partiyalar  haqqında Azərbaycan Respublikasının 
Qanunu 03 iyun 1996-cı il. 
21. «Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikasının 
Qanunu- 24 fevral 1994-cü il. 
22. «Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan 
Respublikasının Qanunu-13noyabr 1998-ci il. 
23. «Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan 
Respublikasının Qanunu - 15 dekabr 1992-ci il. 
24. Azərbaycan Respublikasının Təhsil Qanunu - 07 oktyabr 
1992-ci il. 
25. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında 
Azərbaycan Respublikasının Qanunu - 30 sentyabr 1998-ci 
il. 
26. «Əcnəbilərin və  vətəndaşlığı olmayan şəxslərin hüquqi 
vəziyyəti haqqında Azərbaycan Respublikasının Qanunu -13 
mart 1996-cı il. 
27. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və  məhkəmə 
orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə 
vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan 
Respublikasının Qanunu - 29 dekabr 1998-ci i1N:610-1Q 


 
127
 
28. «Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan 
Respublikasının Qanunu - 26 iyun 1997-ci il. 
29. «Notariat haqqında Azərbaycan Respublikasının Qanunu -
26noyabr 1999-cu il. 
30. «Vəkillər və  vəkillik fəaliyyəti haqqında Azərbaycan 
Respublikasının Qanunu - 28 dekabr 1999 - cu il. 
31. «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 
haqqında Azərbaycan Respublikasının Qanunu - 5 iyul 2000-
ci il. 
32. «Azərbaycan Respublikası Prezidentinin seçkiləri haqqında 
Azərbaycan Respublikasının Qanunu - 9 iyun 1998-ciil. 
33. Referendum haqqında Azərbaycan Respublikası Qanunu -30 
dekabr 1997-ci il. 
34. «Bələdiyyələrə seçkilərin qaydaları haqqında Azərbaycan 
Respublikası Qanunu - 2 iyun 1999-cu il. 


 
128
Aydın Məhəmməd oğlu Səfixanh 
 
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 
Avropa konvensiyasında insan hüquq və azadlıqları ilə bağlı 
müddəaların Azərbaycan Respublikasının qanunvericilik 
sistemində təsbiti 
 
Yığılmağa verilmişdir 10.01.2003. Çapa imzalanmışdır 07.03. 
2003. Ofset kağızı. Fiziki ç. v. 8. Format 60x90 1/16. Ofset çapı. 
Tiraj 500. Sifariş N»15. 
 
«Azərnəşr» nəşriyyatı. 
Bakı şəhəri, H. Hacıyev küçəsi 4. 
 
«Atra» mətbəəsində çap olunmuşdur.  
Bakı şəhəri, S.Vurğun küçəsi 110. 
 
 
 
 
 
 
 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə