Microsoft Word sa iheamhak doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə37/39
tarix08.09.2018
ölçüsü0,92 Mb.
#67039
1   ...   31   32   33   34   35   36   37   38   39

 
111
1 gündən 7 günədək müddətə müvafiq dövlət orqanının qərarına 
əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıla 
bilər. 
 
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 
Konvensiyanın 7 saylı Protokolu 
 
Maddə 1. Əcnəbilərin çıxarılmasına dair prosesual 
təminatlar 
1. Qanuni əsaslarla dövlətin  ərazisində yaşayan  əcnəbi, 
qanuna müvafiq qəbul olunmuş  qərarların icrası istisna olmaqla, 
oradan çıxarıla bilməzlər və aşağıdaküara malik olmalıdırlar. 
a) onun 
çıxarılmasına qarşı arqumentlər təqdim etmək; 
b) onun 
işinə yenidən baxılması imkanına malik olmaq və 
c) bu 
məqsədlərə görə  səlahiyyətli orqan qarşısında və ya 
belə orqanların təyin etdiyi şəxs, yaxud şəxslər qarşısında təmsil 
olunmaq. 
2. Çıxarılma ictimai qaydanın maraqları üçün zəruri olduqda 
və ya milli təhlükəsizlik  əsasları ilə  şərtləndirildikdə,  əcnəbi bu 
maddənin l.a, bvəc bəndindəki hüquqlarına  əməl edilməmişdən 
əvvəl çıxarıla bilər. 
 
Azərbaycan Respublikasının qanunvericilik sistemi 
 
Əcnəbilərin və  vətəndaşlığı olmayan şəxslərin hüquqi 
vəziyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 
27-ci maddəsinə  əsasən, milli təhlükəsizliyin təmin olunması, 
ictimai  əsayişin mühafizəsi,  əhalinin səhhəti, hüquqları  və 
mənafelərinin qorunması  zəruriliyi olduqda və  həmçinin 
Azərbaycan Respublikasının «Əcnəbilərin və vətəndaşlığı olmayan 
şəxslərin hüquqi vəziyyəti haqqında» qanunvericiliyin tələbləri 
kobud surətdə pozulduqda əcnəbilərin və  vətəndaşlığı olmayan 
şəxslər 1 gündən 7 günədək müddətə müvafiq dövlət orqanının 
qərarına əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara 
çıxarıla bilər. 


 
112
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 
Konvensiyanın 7 saylı Protokolu 
 
Maddə 2. Cinayət işlərində şikayət vermə hüququ 
1. Cinayət törətməyə cörə  məhkəmə  tərəfındən məhkum 
edilmiş  hər kəsin, barəsində  çıxarılmış hökmə  və ya cəzaya daha 
yuxarı məhkəmədə yenidən baxılması hüququ vardır. 
2. Qanunla 
az 
əhəmiyyətli elan olunmuş cinayətlərlə bağlı və 
ya müvafiq şəxs artıq birinci instansiyada ən yuxarı  məhkəmə 
tərəfindən məhkum edildikdə və ya onun bəraəti ilə bağlı məhkəmə 
baxışında məhkum edilibsə, bu hüquqdan istisnaya yol verilir. 
 
Azərbaycan Respublikasının qanunvericilik sistemi 
Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə 
əsasən, məhkəmənin  məhkum etdiyi hər bir şəxsin öz barəsində 
çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı 
məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və 
cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ 
vardır. 
«Azərbaycan Respublikasında 
İnsan hüquq və 
azadlıqlarının  həyata  keçirilməsinin  tənzimlənməsi  
haqqında» Azərbaycan Respublikasının Konstitusiya 
Qanununun 5-ci maddəsi,  şəxsin insan hüquqlarını  və 
azadlıqlarını pozan qanunvericilik, icra və  məhkəmə 
hakimiyyəti orqanlarının qərarlarından, bələdiyyə aktlarından 
Konstitusiya Məhkə-məsinə  şikayət vermək hüququnu təsbit 
edir. Qanunun 5-ci maddəsinə əsasən, hər kəs onun hüquqlarını 
və azadlıqlarını pozan və Azərbaycan Respublikası 
Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-6-cı  və 8-ci 
bəndlərində  nəzərdə tutulan qanunvericilik,  icra və  məhkəmə 
hakimiyyəti orqanlarının normativ qərarlarından və bələdiyyələrin 
normativ aktlarından qanunla müəyyən edilmiş qaydada 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş 
hüquq və azadlıqlarına dair şikayət verə bilər. 


 
113
Azərbaycan Respublikasının Cəzaların  İcrası  Məcəlləsinin 
10.2.12-ci maddəsinə əsasən, Cəzaların icrası və çəkilməsi zamam 
məhkumların cəzanın çəkilməsinin təxirə salınması  və ya onun 
ləğv edilməsi, xəstəliyə görə  cəzanı  çəkməkdən azad edilməsi, 
ittiham hökmünün icrası müddəti ilə  əlaqədar cəza çəkməkdən 
azad edilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, 
cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə  əvəz 
edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi
amnistiyanın tətbiq edilməsi, müalicə müəssisəsində saxlanma 
vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi, məhkumluğun 
vaxtından  əvvəl götürülməsi üçün ərizə ilə  məhkəməyə,  əfv 
edilmək üçün isə Azərbaycan Respublikasının Prezidentinə 
bilavasitə  və ya qanuni nümayəndələrinin vasitəsilə, habelə 
yetkinlik yaşına çatmayan və ya fiziki qüsurlardan, yaxud psixi 
xəstəlikdən  əzab çəkən məhkumlar barəsində isə onların 
müdafiəçilərinin və qanuni nümayəndələrinin vasitəsilə müraciət 
etmək hüquqları vardır. 
Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 
35-ci maddəsinə əsasən, Bu məcəllədə nəzərdə tutulmuş hallarda 
və qaydada cinayət prossesi iştirakçısının cinayət işinin və ya 
cinayət təqibi ilə bağlı digər materialm baxılmasında məhkəmənin 
qəbul etdiyi prosesual qərar və  hərəkətlərdən yuxarı  məhkəməyə 
şikayət etmək hüququ vardır. 
İnsan hüquqlarının və  əsas azadlıqlarının  müdafiəsi 
haqqında Konvensiyanın 7 saylı Protokolu 
Maddə 3. Məhkəmə səhvinə görə kompensasiya. 
Şəxs cinayət  əməli törətməyə görə yekun qərarla məhkum 
edildikdə  və sonradan onun haqqında çıxarılmış hökm ləvğ 
edildikdə, yaxud o yeni və ya təzədən ortaya çıxmış faktın qəti 
olaraq məhkəmə  səhvi olduğunu göstərməsi  əsasında  əhv 
edilibsə, belə  məhkum etmə  nəticəsində  cəzaya məruz qalmış 
şəxs, əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun 
tam və ya qismən günahı üzündən baş verməyibsə, qanuna və 
ya müvafiq dövlətin təcrübəsinə uyğun olaraq kompensasiya 
alır. 


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə