Microsoft Word sa iheamhak doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə36/39
tarix08.09.2018
ölçüsü0,92 Mb.
#67039
1   ...   31   32   33   34   35   36   37   38   39

 
108
bloklarının səlahiyyətli nümayəndələrinin, kütləvi informasiya 
vasitələrinin nümayəndələrinin tələbi ilə onların tanış olmaları 
üçün müvafiq seçki komissiyasının sədrləri tərəfindən səsvermənin 
yekunlarına və nəticələrinə aid məlumatların təqdim edilməməsinə 
görə - minimum əmək haqqı  məbləğinin  əlli mislindən yetmiş 
mislinədək miqdarda cərimə edilir. 
Səsvermənin yekunlarına və  nəticələrinə aid məlumatların 
qanunvericiliklə  nəzərdə tutulmuş qaydada və müddətdə  dərc 
edilməməsinə görə - minimum əmək haqqı  məbləğinin yetmiş 
mislindən doxsan mislinədək miqdarda cərimə edilir. 
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 
Konvensiyanın Konvensiyaya və onun birinci Protokoluna artıq 
daxil edilənlərdən başqa bəzi hüquq və azadlıqların təmin 
olunmasına dair 4 saylı Protokolu 
 
Maddə 1. Borca görə azadlıqdan məhrum etmənin qadağan 
olunması. 
Heç kəs yalnız hər hansı müqavilə öhdəliyini ödəmək 
iqtidarında olmadığına əsasən azadlıqdan məhrum edilə bilməz. 
 
Azərbaycan Respublikasının qanunvericilik sistemi 
 
«Azərbaycan Respublikasında 
İnsan hüquq və 
azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» 
Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı 
maddəsinə  əsasən, heç kəs yalnız hansısa mülki müqavilə 
öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə 
alına və ya azadlıqdan məhrum edilə bilməz. 
 
İnsan hüquqlarının və əsas azadlıqlarının müdqfiəsi haqqında 
Konvensiyaya dair 4 saylı Protokolu 
 
Maddə 2. Hərəkət etmək azadlığı 
1. Dövlətin  ərazisində qanuni yerləşən hərkəsin həmin  ərazidə               
sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. 


 
109
Azərbaycan Respublikasının qanunvericilik sistemi  
 
Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə 
əsasən,  Azərbaycan dövlətinə  mənsub olan, onunla siyasi və 
hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və  vəzifələri olan şəxs 
Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan 
Respublikasının  ərazisində  və ya Azərbaycan Respublikasının 
vətəndaşlarından doğulmuş  şəxs Azərbaycan Respublikasının 
vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının 
vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. 
Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddə-
sinin I hissəsinə  əsasən,  Azərbaycan Respublikasının vətəndaşı 
heç bir halda Azərbaycan Respublikasının vətəndaşlığından 
məhrum edilə bilməz. 
Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddə-
sinin II hissəsinə  əsasən,  Azərbaycan Respublikasının vətəndaşı 
heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici 
dövlətə verilə bilməz. 
Azərbaycan Respublikası Konstitusiyasının 53-cü 
maddəsinin III hissəsinə  əsasən, Azərbaycan Respublikası onun 
ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan 
Respublikası  vətəndaşlarının hüquqi müdafiəsinə  təminat verir və 
onlara hamilik edir. 
Vətəndaşlıq hüququnun təminatı üçün Azərbaycan dövləti öz 
orqanlarının və  vəzifəli  şəxslərinin simasında Azərbaycan 
Respublikası vətəndaşları qarşısında məsuliyyət daşıyır. 
 
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 
Konvensiyaya dair 4 saylı Protokolu.  
 
Maddə 3. Vətəndaşların məcburi çıxarılmasının qadağan 
olunması. 
2. Heç kəs vətəndaşı olduğu dövlətin  ərazisinə daxil olmaq 
hüququndan məhrum edilə bilməz. 


 
110
Azərbaycan Respublikasının qanunvericilik sistemi 
 
Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddə-
sinin IV bəndinə  əsasən,  Azərbaycan Respublikası  vətəndaşının 
hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ var. 
 
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 
Konvensiyaya dair 4 saylı Protokolu. 
Maddə 4. Əcnəbilərin kollektiv çıxarılmasının qarşısının 
alınması. 
Əcnəbilərin kollektiv çıxarılması qadağandır. 
 
Azərbaycan Respublikasının qanunvericilik sistemi 
Azərbaycan Respublikası Konstitusiyasının 69-cu 
maddəsinə  əsasən,  əcnəbilər və  vətəndaşlığı olmayan şəxslər 
Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan 
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal 
nəzərdə turulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə 
bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri 
yerinə yetirməlidirlər. 
Azərbaycan Respublikası  ərazisində daimi yaşayan və ya 
müvəqqəti qalan əcnəbilərin və  vətəndaşlığı olmayan şəxslərin 
hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və 
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq 
məhdudlaşdırıla bilər. 
Əcnəbilərin və vətəndaşbğı olmayan şəxslərin hüquqi vəziyyəti 
haqqında Azərbaycan Respublikasının Qanununun 27-ci 
maddəsinə  əsasən, milli təhlükəsizliyin təmin olunması, ictimai 
əsayişin mühafizəsi,  əhalinin səhhəti, hüquqları  və  mənafelərinin 
qorunması  zəruriliyi olduqda və  həmçinin Azərbaycan 
Respublikasının «Əcnəbilərin və  vətəndaşlığı olmayan şəxslərin 
hüquqi vəziyyəti haqqında» qanunvericiliyin tələbləri kobud 
surətdə pozulduqda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslər 


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə