Microsoft Word sa iheamhak doc


Azərbaycan Respublikasının



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə38/39
tarix08.09.2018
ölçüsü0,92 Mb.
#67039
1   ...   31   32   33   34   35   36   37   38   39

 
114
Azərbaycan Respublikasının  
qanunvericilik sistemi  
Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə 
əsasən, cinayət, habelə hakimiyyətdən sui-istifadə  nəticəsində 
zərər çəkmiş  şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş 
şəxsin  ədalət mühakiməsinin həyata keçirilməsində  iştirak etmək 
və ona vurulmuş  zərərin ödənilməsini tələb etmək hüququ vardır. 
Hər  kesin  dövlət  orqanlarının,  yaxud  onların  vəzifəli 
şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində 
vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. 
«Azərbaycan Respublikasında 
İnsan hüquq və 
azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» 
Azərbaycan Respublikasının Konstitusiya Qanunu 4-cü 
maddəsinə əsasən, 
−  şəxsin səlahiyyətli məhkəmə  tərəfindən məhkum olunduqdan 
sonra azadlıqdan məhrum edilməsi
−  şəxsin məhkəmənin qanuni qərarına  əməl etməməyə görə  və 
ya qanunla nəzərdə tutulan hər hansı öhdəliyin yerinə 
yetirilməsini təmin etmək məqsədilə qanuni tutulması  və ya 
həbs edilməsi; 
−  şəxsin cinayət törətmiş olduğuna  əsaslı  şübhələr olduqda  və 
ya onun hüquq pozuntusu törətməsinin və yaxud bu əməli 
törətdikdən sonra qaçıb gizlənməsinin qarşısını almağa  əsaslı 
zərurət olduqda, səlahiyyətli məhkəmə orqanına gətirilməsi 
məqsədi ilə onun qanuni tutulması və ya həbs edilməsi; 
−  yetkinlik yaşına çatmamış şəxsin tərbiyəvi nəzarət məqsədi ilə 
qanuni qərar esasında azadlıqdan məhrum edilməsi və ya 
səlahiyyətli məhkəmə orqanına gətirilməsi üçün qanuni 
tutulması; 
−  yoluxucu xəstəlikləri yaymasının qarşısını almaq məqsədi ilə 
şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmə və narkomanlığa 
düçar olmuş şəxslərin və ya avaralıqla məşğul olanların qanuni 
tutulması; 
− 


 
115
şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədi    
ilə qanuni tutulması  və ya həbs edilməsi, yaxud barəsində 
məcburi çıxarılma və ya ekstradisiya tətbirləri görülən şəxsin 
qanuni tutulması  və ya həbs edilməsi hallarından başqa bu 
maddənin göstərişlərinə zidd olaraq tutulan və ya həbs olunan 
hər bir şəxsin iddia ilə  təmin olunan kompensasiya hüququ 
vardır. 
Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 
36-cı maddəsi, bəraət qazanmış şəxsin pozulmuş hüquq-larının 
bərpasının təmin edilməsi əsaslarını müəyyən edir. 
Cinayət prosesinin gedişində CPM-nin 55, 56-cı maddələrində 
nəzərdə tutulmuş  şəxslərin pozulmuş hüquq və azadlıqlarının 
bərpasını  və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək 
hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin 
edilməlidir. 
Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya cinayət nəticəsində 
zərər çəkmiş, habelə təqsirsiz məhkum olunmuş, qanunsuz həbsdə 
saxlanılmış, yaxud cinayət prosesi gedişində hüquqları digər 
formada məhdudlaşdırılmış  şəxslərin hüquqları CPM-si ilə  və 
Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş 
qaydada bərpa olunur. 
«Təhqiqat, ibtidai istintaq, prokurorluq və  məhkəmə 
orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə 
vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan 
Respublikasının Qanunu təhqiqat, ibtidai istintaq, prokurorluq və 
məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz 
hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət 
tərəfindən ödənilməsi hüququnun təmin edilməsinə yönəldilmişdir. 
Bu Qanunun və Azərbaycan Respublikasının digər 
qanunvericilik aktlarının müddəalarına  əsasən Azərbaycan 
Respublikasının  ərazisində Azərbaycan Respublikasının təhqiqat, 
ibtidai istintaq, prokurorluq və  məhkəmə orqanları  tərəfindən hər 
hansı şəxsin qanunsuz olaraq: 
1) 


 
116
tutulması, müttəhim qismində  cəlb edilməsi, həbsə 
alınması  və saxlanılması, məhkum olunması,  əmlakının 
müsadirə edilməsi; 
2) barəsində olan cinayət işinin istintaqı ilə əlaqədar götürmə 
və axtarış aparılması,  əmlakı üzərinə  həbs qoyulması, 
işdən (vəzifədən) kənarlaşdırılması və ya onun hüquqlarını 
məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata 
keçirilməsi; 
3) barəsində 
əməliyyat-axtarış 
tədbirlərinin həyata 
keçirilməsi; 
4) barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə 
inzibati tənbeh tətbiq edilməsi nəticəsində  həmin  şəxsə 
vurulmuş ziyan ödənilməlidir. 
Birinci hissədə  nəzərdə tutulmuş hallarda vurulmuş ziyan 
təhqiqat, ibtidai istintaq, prokurorluq və  məhkəmə orqanlarının 
vəzifəli  şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə 
ödənilir. 
Fiziki  şəxslərin hüquqlarmm və qanuni mənafelərinin, ictimai 
və dövlət mənafelerinin pozulması hallarının vaxtında aşkar 
edilməsi, qarşısının alınması  və aradan qaldırılması  məqsədilə 
təhqiqat, ibtidai istintaq, prokurorluq və  məhkəmə orqanlarmm 
qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın 
ödənilməsi haqqında qanunvericiliyin eyni cür və dürüst icrası 
dövlət tərəfındən qanunla nəzərdə tutulmuş qaydada təmin edilir. 
Vurulmuş  ziyanın  ödənilməsini tələb  etmək hüququ 
aşağıdakı hallarda yaranır. 
1) bəraətverici hökm çıxarıldıqda; 
2) cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və 
ya  şəxsin cinayət törətməkdə  iştirakının sübut edilməməsi 
ilə  əlaqədar cinayət işinə xitam verildikdə  və ya cinayət 
işinin başlanması rədd edildikdə; 
3)  inzibati hüquqpozma haqqında işə xitam verildikdə yaranır. 
Əməliyyat-axtarış  tədbirlərinin cinayət işi başlamazdan  əvvəl 
keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə 
tədbirlər keçirildikdən dərhal sonra yaranır. 


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə