Microsoft Word sa iheamhak doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə32/39
tarix08.09.2018
ölçüsü0,92 Mb.
#67039
1   ...   28   29   30   31   32   33   34   35   ...   39

 
96 
Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 
səlahiyyət müddəti Azərbaycan Respublikası Milli Məclisinin 
çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır. 
Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından 
çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən deputatın 
səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti 
ilə məhdudlaşır. 
Azərbaycan Respublikası Konstitusiyasının 85-ci nıaddəsi 
Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına 
namizədlərə aid tələbləri təsbit edir. 
Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir 
vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan 
Respublikası Milli Məclisinin deputatı seçilə bilər. 
İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, 
icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, 
pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli 
fəaliyyətlə  məşğul olan şəxslər, din xadimləri, fəaliyyət 
qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə 
görə  məhkum olunmuş  şəxslər, məhkəmənin qanuni qüvvəyə 
minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində  cəza çəkən 
şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə 
bilməzlər. 
Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə 
əsasən,  seçkilərin nəticələrinin düzgünlüyünü qanunla müəyyən 
olunmuş. qaydada Azərbaycan Respublikasının Konstitusiya 
Məhkəməsi yoxlayır və təsdiq edir. 
Azərbaycan Respublikası Konstitusiyasının 87-ci maddəsinə 
əsasən, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının 
səlahiyyətləri Azərbaycan Respublikası Milli Məclisinin yeni 
çağırışının ilk iclas günü bitir. 
Azərbaycan Respublikası Milli Məclisi deputatlığından 
çıxanların yerinə seçkilər Azərbaycan Respublikası Milli 
Məclisinin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət 
qalarsa, keçirilmir. 


 
97 
Azərbaycan Respublikasının Milli Məclisi 83 deputatının 
səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir. 
Azərbaycan Respublikasında Milli Məclisə seçkilərlə bağlı 
digər müddəalar Azərbaycan Respublikasının Milli Məclisinə 
seçkilər haqqında Azərbaycan Respublikasının Qanunu ilə 
tənzimlənir. 
Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsi 
Azərbaycan Respublikası Prezidenti seçkilərinin  əsasları 
müəyyən edir. 
Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və 
birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu 
ilə 5 il müddətinə seçilir. 
Azərbaycan Respublikasının Prezidenti səsvermədə  iştirak 
edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir. 
Bu səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa, 
səsvermə günündən sonra ikinci bazar günü səsvermənin ikinci 
dövrəsi keçirilir. İkinci dövrədə ancaq birinci dövrədə  ən ox səs 
toplamış iki namizəd, yaxud ən çox səs toplamış  və öz 
namizədliyini geri götürmüş namizədlərdən sonra gələn iki 
namizəd iştirak edir. 
Səsvermənin ikinci dövrəsində  səs çoxluğu toplayan namizəd 
Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır. 
Heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının 
Prezidenti seçilə bilməz. 
Bu maddənin tətbiqi qaydası qanunla müəyyən edilir. 
Azərbaycan Respublikası Konstitusiyasının 102-ci 
maddəsinə 
əsasən, Azərbaycan Respublikası Prezidenti 
seçkilərinin yekunları haqqında məlumatı  səsvermə günündən 
sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya 
Məhkəməsi rəsmən elan edir. 
Azərbaycan Respublikası Konstitusiyasının 103-cü 
maddəsinə  əsasən, Azərbaycan Respublikasının Prezidenti 
seçilmiş  şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin 
yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 
gün ərzində 


 
98 
Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir: 
«Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata 
keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına  əməl 
edəcəyimə, dövlətin müstəqilliyini və  ərazi bütövlüyünü 
qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm. 
And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz 
səlahiyyətlərinin icrasına başlamış sayılır. 
Azərbaycan Respublikasında Prezident seçkilərin 
keçirilməsi ilə bağlı digər müddəalar 
«Azərbaycan 
Respublikası Prezidentinin seçkiləri haqqında« Azərbaycan 
Respublikasının Qanunu ilə nizama salınır. 
Azərbaycan Respublikası Konstitusiyasının 2-ci maddəsinin 
II hissəsinə görə ümumxalq səsverməsi - referendum Azərbaycan 
xalqının öz suveren hüququnu büavasitə  həyata keçirməsinin 
vasitəsidir. 
Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsi-
nin I hissəsinə  əsasən,  Azərbaycan xalqı öz hüquqları  və 
mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə 
bilər. 
Azərbaycan Respublikası Konstitusiyasının 3-cü 
maddəsinin II əsasən, aşağıdakı məsələlər yalnız referendum yolu 
ilə həll oluna bilər: 
1) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi                
və ona dəyişikliklər edilməsi; 
2) Azərbaycan Respublikası dövlət sərhədlərinin dəyişdirilməsi. 
Referendum haqqında Azərbaycan Respublikası Qanunu 
referendumun keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir. 
Həmin Qanunun 3-cü maddəsinə  əsasən, referendum xalq 
iradəsinin ümumi, bərabər, və birbaşa ifadə etmək hüququ əsasında 
sərbəst, gizli və şəxsi səsvermə yolu ilə həyata keçirilir. 
Qanunun 4-cü maddəsinə  əsasən, referendumda qanuna 
müvafiq olaraq seçki hüququ olan Azərbaycan Respublikası 
vətəndaşları  iştirak edə bilərlər. Məhkəmənin qərarı ilə  fəaliyyət 
qabiliyyətsizliyi təstiq olunmuş  şəxslər referendumda iştirak 
etmirlər. 


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə