Microsoft Word sa iheamhak doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə29/39
tarix08.09.2018
ölçüsü0,92 Mb.
#67039
1   ...   25   26   27   28   29   30   31   32   ...   39

 
87 
Mülkiyyətdən insan və  vətəndaş hüquqları  və azadlıqları, 
cəmiyyətin və dövlətin mənafeləri,  şəxsiyyətin ləyaqəti  əleyhinə 
istifadə edilə büməz. 
Azərbaycan Respublikası Konstitusiyasının 29-cu 
maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. 
Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət 
hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 
Hər kəsin mülkiyyətində daşınar və daşınmaz  əmlak ola bilər. 
Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə 
birlikdə  əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun 
barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 
Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum 
edilə büməz.  Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət 
ehtiyacları  və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninki-
ləşdirilməsinə yalnız qabaqcadan onun deyərini  ədalətli ödəmək 
şərti ilə yol verilə bilər. 
Azərbaycan Respublikası Konstitusiyasının 59-cu 
maddəsinə  əsasən, hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz 
imkanlarından, qabiliyyətindən və  əmlakından sərbəst istifadə 
edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq 
fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət 
növü ilə məşğul ola bilər. 
Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının 
Qanunu Azərbaycan Respublikasında sahibkarlığın prinsiplərini, 
sahibkarlıq fəaliyyəti subyektlərinin hüquqlarını  və  vəzifələrini, 
onun dövlət tərəfindən müdafiə  və  təqdir olunmasının forma və 
üsullarını, sahibkarların dövlət orqanları ilə qarşılıqlı 
münasibətlərini müəyyənləşdirir. 
Qanun mülkiyyətin bütün formalarının bərabərliyi prinsipinin 
həyata keçirilməsi, müstəqil olaraq fəaliyyət sahələri seçilməsi və 
ıqtisadi qərarlar qəbul edilməsi  əsasında iqtisadi təşəbbüsün və 
işgüzarlığın geniş  təzahür etməsi üçün şərait yaradılmasına 
yönəldilmişdir. 


 
88 
Sahibkarlıq fəaliyyəti (sahibkarlıq) fiziki şəxslərin, onların 
birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə 
edilməsi məqsədilə özlərinin cavabdehliyi və  əmlak məsuliyyəti 
ilə, yaxud digər hüquqi və ya fiziki şəxslərin adından 
qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün 
növləri, o cümlədən məhsul istehsalı, satışı  və xidmətlər 
göstərilməsi formasında həyata keçirdikləri müstəqil 
təşəbbüskarlıq fəaliyyətidir. 
Sahibkarlıqla bağlı münasibətlər mülkiyyət formasından, 
fəaliyyət növündən və sahəsindən asılı olmayaraq Azərbaycan 
Respublikasının Konstitusiyası, «Azərbaycan Respublikasının 
dövlət müstəqilliyi haqqında» Konstitusiya aktı, «Azərbaycan 
Respublikasının iqtisadi müstəqilliyi haqqında» Konstitusiya 
Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, 
«Mülkiyyət haqqında« Azərbaycan Respublikasının Qanunu, 
Sahibkarlıq fəaliyyəti haqqında Qanun və bunların əsasında qəbul 
edilmiş digər qanunvericilik aktları ilə tənzimlənir. 
Müəssisə yaratmaqla həyata keçirilən sahibkarlıq fəaliyyəti, 
həmçinin Azərbaycan Respublikasının müəssisələr haqqında 
qanunvericiliyi ilə də tənzimlənir. 
Sahibkarlıqla Azərbaycan Respublikasının qanunvericilik 
aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə  aşağıdakılar 
məşğul ola bilərlər: 
−  fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir 
vətəndaşı; 
−  mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər
−  hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs; 
−  xarici hüquqi şəxslər. 
Sahibkarlıq fəaliyyəti ilə bağlı  məsələlərin həllini və ya bu 
fəaliyyətə  nəzarəti həyata keçirən dövlət orqanlarının vəzifəli 
şəxslərinə  və mütəxəssislərinə sahibkarlıq fəaliyyəti ilə  məşğul 
olmaq qadağandır. 
Sahibkarlıq fəaliyyətinin və mülkiyyətçi ilə münasibətlərin 
xarakterindən asılı olaraq sahibkarlıq fəaliyyəti ilə həm mülkiy- 
 


 
89 
yətcinin özü, həm də onun müəyyən etdiyi səlahiyyətlər daxilində 
təsərrüfatın başçısı hüququ əsasında mülkiyyətçinin əmlakını idarə 
edən subyekt məşğul ola bilər. 
Müəssisəni idarə edən subyektin və  əmlakın mülkiyyətçisinin 
münasibətləri tərəflərin qarşılıqlı öhdəliklərini, hüquqlarını  və 
məsuliyyətlərini müəyyən edən müqavilə (bağlaşma) ilə 
tənzimlənir. Müəssisənin mülkiyyətçisi müəssisəni idarə edən 
şəxslə müqavilə bağlandıqdan sonra müqavilədə, müəssisənin 
nizamnaməsində 
və Azərbaycan Respublikasının 
qanunvericiliyində  nəzərdə tutulan hallar istisna edilməklə 
müəssisənin fəaliyyətinə qarışa bilməz. 
Azərbaycan Respublikasında sahibkarlığın qanun çərçivəsində 
həyata keçirilən bütün formalarına icaza verilir. Mülkiyyət və 
təşkilati-hüquqi formasından asılı olmayaraq sahibkarlığın bütün 
formaları bərabər hüquqludur. 
Fərdi və  şərikli  şəkildə  həyata keçirilən sahibkarlıq 
qanunvericilikdə nəzərdə tutulmuş formalarda təşkil edilə bilər. 
Sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yalnız dövlətin 
səlahiyyətlərinə aid məsələlər-qanunçuluğun gözlənilməsi, ölkənin 
və  vətəndaşların təhlükəsizliyi və müdafiəsi, vergi, qiymət və 
antiinhisar tənzimlənməsi, sosial təminatlar verilməsi, ekologiya, 
sanitariya, yanğından qorunma və arxitektura normalarının 
gözlənilməsi və tarixi abidələrin mühafızəsi məsələləri üzrə yol 
verilir. 
Dövlət hakimiyyəti və dövlət idarəetmə orqanlarına mülkiyyət 
və  təşkilati-hüquqi formasından asılı olaraq bu və ya digər 
sahibkarlıq növünə imtiyazlar verən qərarlar çıxarmaq qadağan 
olunur. 
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan 
hallar istisna edilməklə dövlət orqanlarının, həmkarlar 
təşkilatlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsi qadağandır. 
Sahibkarlıq fəaliyyətinə siyasi partiyaların və ictimai birliklərin 
müdaxiləsinə yol verilmir. 


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə