Microsoft Word sa iheamhak doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə25/39
tarix08.09.2018
ölçüsü0,92 Mb.
#67039
1   ...   21   22   23   24   25   26   27   28   ...   39

 
75 
Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan 
Respublikasının Konstitusiyasından, Ailə  Məcəlləsindən, bu 
Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq 
qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar 
çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 
Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi 
zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı  məhəbbət və 
hörmət hissələri  əsasında qurulmasından, ailənin işinə  hər kəsin 
qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında 
qarşılıqlı yardım və  məsuliyyətindən, onların hüquqlarının 
maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu 
hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. 
Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin 
hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir 
və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah 
tanmır. 
Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik 
deyildir. 
Bu müddəa müvafiq icra hakimiyyəti orqanının 
yaradılmasınadək bağlanmış dini nikahlara və onların təsdiqinə 
dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması  və 
ölüm haqqında sənədlərə aid deyildir. 
Azərbaycan Respublikasının Ailə 
Məcəlləsi nikahın 
bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması 
qaydaları  və  şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, 
valideynlər və  uşaqlar), eləcə  də ailə qanunvericiliyində  nəzərdə 
tutulmuş hallarda və  həddə başqa qohumlar və digər  şəxslər 
arasında yaranan əmlak və  şəxsi qeyri-əmlak münasibətlərini 
tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların 
tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. 
Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının 
könüllülüyü,  ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin 
qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin 
üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik 
yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin 


 
76 
hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə 
uyğun həyata keçirilir. 
Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra 
hakimiyyəti orqanmda qeydiyyata alman könüllü ittifaqıdır. 
Nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, 
dini və dil mənsubiyyətinə görə  vətəndaşların hüquqlarının hər 
hansı formada məhdudlaşdırılması qadağandır. 
Yalnız qanun esasında ailənin başqa üzvlərinin və digər 
vətəndaşların mənəviyyatının, sağlamlığının, hüquqlarının və 
qanuni mənafelərinin müdafiəsi məqsədilə  vətəndaşların ailədəki 
hüquqları məhdudlaşdırıla bilər. 
Azərbaycan Respublikasının Ailə Məcəlləsi aşağıdakı vəzifələri 
həyata keçirir: 
−  ailənin ümumbəşəri prinsiplər əsasında qurulması; 
−  ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, 
bütün - ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşı-
lıqlı  məhəbbəti, dostluğu və hörmət hissləri  əsasında 
qurulması; 
−  ailədə  uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar  şəkildə 
Vətənə sədaqət ruhunda tərbiyə edilməsi
−  ana və  uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və  hər bir 
uşağın xoşbəxt həyatının təmin edilməsi; 
−  ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması; 
−  ailə  və  cəmiyyət qarşısında uşaqlarda məsuliyyət hissinin 
tərbiyə edilməsi. 
Azərbaycan Respublikasının Ailə  Məcəlləsinin 6-cı maddəsi 
Ailə hüquqlarının həyata keçirilməsi və müdafiəsi ilə bağlı 
müddəaları müəyyən edir. 
Vətəndaşlar ailə hüquqlarını, habelə  həmin hüquqların 
müdafiəsini, Azərbaycan Respublikasının Ailə Məcəlləsində başqa 
qayda nəzərdə tutulmayıbsa, müstəqil həyata keçirirlər. 
Ailənin bir üzvü öz hüquqlarını  həyata keçirərkən və 
vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər 
vətəndaşların hüquqlarını, azadlıqlarını  və qanuni mənafelərini 
pozmamalıdır. 


 
77 
Ailə hüquqları  məhkəmələr, Azərbaycan Respublikasının Ailə 
Məcəlləsində  nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti 
və digər dövlət orqanları  tərəfindən qanunvericilikdə müəyyən 
olunmuş qaydada müdafiə olunur. 
Pozulmuş hüquqların müdafiəsi üçün Ailə  Məcəlləsində 
müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə 
münasibətlərindən irəli gələn tələblərə iddia müddəti  şamil 
olunmur. 
İddia müddətini müəyyən edən normaların tətbiqi zamanı 
məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsində 
nəzərdə tutulmuş qaydaları rəhbər tutur. 
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 9-cu maddəsinə 
əsasən, Nikah müvafiq icra hakimiyyəti orqanmda nikaha daxil 
olmaq istəyən  şəxslərin bu barədə  ərizə verdikləri gündən 1 ay 
sonra onların iştirakı ilə bağlanır. 
Üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan 
müddətə uzadıla bilər. 
Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) 
nikah ərizə verilən gün bağlana bilər. 
Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqa-
nında nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. 
Müvafiq icra hakimiyyəti orqanı nikahın qeydiyyatından imtina 
etdikdə nikaha daxil olmaq istəyən  şəxslər (onlardan biri) 
məhkəməyə şikayət edə bilərlər. 
 
Azərbaycan Respublikasının Ailə  Məcəlləsinin 10-cu 
maddəsinə əsasən, Azərbaycan Respublikasında nigah yaşı kişilər 
üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunur. 
Uzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah 
yaşına çatmamış  şəxslərin yaşadıqları  ərazinin müvafiq icra 
hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox 
olmayaraq azaldılmasına icazə verə bilər. 


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə