Microsoft Word sa iheamhak doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə22/39
tarix08.09.2018
ölçüsü0,92 Mb.
#67039
1   ...   18   19   20   21   22   23   24   25   ...   39

 
66 
Müvafiq icra hakimiyyəti orqanının dövlət qeydiyyatına alınmış 
siyasi partiyanın rəhbər orqanlarından onların qəbul etdiyi qərarların 
təqdim olunmasım tələb etmək, partiyanın nizamnaməsinə  əməl 
olunması ilə bağlı məsələlər barəsində izahat almaq hüququ vardır. 
Siyasi partiyalar haqqında qanunvericiliyin pozulması Azərbaycan 
Respublikasının qanunvericiliyinə müvafiq surətdə cinayət 
məsuliyyətinə, inzibati, maddi və ya başqa məsuliyyətə səbəb olur. 
Siyasi partiyalar haqqında qanunvericiliym pozulmasına görə 
məsuliyyəti bunda müqəssir olan dövlət orqanlarının və ictimai 
orqanların vəzifəli şəxsləri, habelə vətəndaşlar daşıyırlar. 
Siyasi partiyalar siyasi partiyalar haqqında qanunvericiliyi 
pozduqda Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq 
surətdə məsuliyyət daşıyırlar. 
Siyasi partiya onun nizamnaməsi ilə müəyyən edilən məqsəd və 
vəzifələrdən kənara çıxan və ya qüvvədə olan qanunvericiliyə 
uyğun gəlməyən hərəkətlər etdikdə  həmin partiyanın rəhbər 
orqanına Azərbaycan Respublikası  Ədliyyə Nazirliyi tərəfindən 
yazılı xəbərdarlıq edilə bilər. 
Siyasi partiyanın ləğv edilməsi haqqında təqdimat Azərbaycan 
Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilir. 
Siyasi partiyaların ləğvi haqqında qərarı  məhkəmələr verə 
bilər. 
Azərbaycan Respublikası qanunvericiliyi həmkarlar ittifaqlarının 
hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında və 
Beynəlxalq  Əmək Təşkilatının konvensiyalarında nəzərdə tutulan 
hüquqlarını məhdudlaşdırmamalıdır. 
Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikasının 
Qanununun 3-cü maddəsinə əsasən işçilər, pensiyaçılar, təhsil alan 
şəxslər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə 
almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz 
qanuni mənafelərini,  əmək, sosial, iqtisadi hüquqlarını müdafiə 
etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı 
fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. 


 
67 
İşləməyən pensiyaçıların və işsizlərin həmkarlar ittifaqında üzvlük 
qaydası həmkarlar ittifaqlarının nizamnamələri ilə tənzim edilir. 
Azərbaycan Respublikasında hərbi xidmətdə olan şəxslərə 
həmkarlar ittifaqlarında birləşməyə icazə verilmir. 
Müdiriyyətə daxil olan şəxslər həmin müəssisədə  fəaliyyət 
göstərən həmkarlar ittifaqının üzvü ola bilməz. 
Həmkarlar ittifaqları könüllü və müstəqil olaraq özlərinin ilk 
təşkilatlarım, peşə, sahə, respublika və digər  ərazi birliklərini 
yarada bilərlər. 
Həmkarlar ittifaqları dövlət orqanlarından, müəssisələrdən, 
siyasi partiyalardan və ictimai birliklərdən asılı olmayıb, onlara 
hesabat vermirlər. Bu Qanunda nəzərdə rutulmuş hallar istisna 
olmaqla, həmkarlar ittifaqlarının hüquqlarının həyata keçirilməsinə 
mane ola bilən hər hansı müdaxilə qadağandır. 
Həmkarlar ittifaqları müstəqil surətdə öz nizamnamələrini
fəaliyyət proqramlarını hazırlayır və  təsdiq edir, strukturlarını 
müəyyənləşdirir, rəhbər orqanlarını seçir və geri çağırır, 
yığıncaqlar, konfranslar, plenumlar, məclislər, qurultaylar keçirir və 
Konstitusiya hüquqları əsasında fəaliyyət göstərirlər. 
Adından və  təşkilati quruluşundan asılı olmayaraq bütün 
həmkarlar ittifaqları bərabər hüquqlara malikdirlər. 
Həmkarlar ittifaqlarına siyasi fəaliyyətlə  məşğul olmaq, siyasi 
partiyalarla birləşmək, yaxud onlarla birgə  fəaliyyət göstərmək, 
siyasi partiyalara yardım, ianə vermək və onlardan yardım, ianə 
almaq qadağandır. 
Həmkarlar ittifaqları birliklərinin sədrləri və ya onların 
müavinləri eyni zamanda siyasi partiyaların rəhbər orqanlarında 
ola bilməzlər. Siyasi partiyaların rəhbər orqanlarına seçilən, yaxud 
təyin edilən həmkarlar ittifaqları təşkilatmın sədrləri və ya onların 
müavinləri öz istəyi ilə bu iki fəaliyyətdən birini davam etdirə 
bilərlər. 


 
68 
Həmkarlar ittifaqlarında üzvlük, bu Qanunda göstərilən hallar 
istisna olmaqla, vətəndaşların qanunvericiliklə təmin edilən əmək, 
sosial, iqtisadi, siyasi, şəxsi hüquqları  və azadlıqlarının 
məhdudlaşdırılmasına səbəb ola bilməz. 
İşçilərin işə  qəbulunu, irəli çəkilməsini, habelə  işdən azad 
edilməsini onların müəyyən həmkarlar ittifaqma mənsubiyyəti, 
oraya daxil olması  və ya oradan çıxması ilə  şərtləndirmək 
qadağandır. 
Həmkarlar ittifaqları  təşkilatlarının fəaliyyətinə onların 
nizamnamələrində nəzərdə turulan qaydada xitam verilir. 
Azərbaycan Respublikasının Konstitusiya quruluşunu devirmək, 
zorakılıqla dəyişdirmək və ya ərazi bütövlüyünü pozmaq, 
müharibəni, zorakılığı və qəddarlığı təbliğ etmək, habelə irqi, milli 
və dini ədavəti qızışdırmaq, Azərbaycan Respublikasının 
Konstitusiya quruluşuna zidd olan və beynəlxalq hüquqi öhdəlikləri 
ilə bir araya sığmayan digər  əməllər törətmək məqsədi və ya 
fəaliyyət metodu olan həmkarlar ittifaqları  təşkilatlarının 
yaradılmasına və  fəaliyyətinə yol verilmir. Belə  həmkarlar ittifaqı 
təşkilatının fəaliyyətinə Azərbaycan Respublikası  Ədliyyə 
Nazirliyinin təqdimatına  əsasən Azərbaycan Respublikası Ali 
Məhkəməsi tərəfindən xitam verilir. 
Həmkarlar ittifaqlarının peşə, sahə  və respublika birliklərinin 
Azərbaycan xalqmın milli-etnik xüsusiyyətlərinə, Azərbaycan 
Respublikasının Konstitusiya quruluşuna,  ərazi bütövlüyünə zidd 
əlamətləri olmayan rəmzi nişanları, bayraqları, üzvlük vəsiqələri 
ola bilər. Bu rəmzlər müvafiq həmkarlar ittifaqı birliklərinin 
orqanları  tərəfindən qəbul edilir və müəyyən olunmuş qaydada 
dövlət qeydiyyatı orqanı tərəfindən təsdiq edilir. 
Həmkarlar ittifaqları siyasi partiyaların rəmzi nişanlarından 
istifadə edə bilməzlər. 
Həmkarlar ittifaqları  əmək, sosial, iqtisadi məsələlər barəsində 
qanunvericilik aktlarının hazırlanmasında iştirak edə bilər. 
İşçilərin  əmək, sosial və iqtisadi hüquqlarına dair qanun 
layihələrinə həmkarlar ittifaqları respublika birliyinin rəyi müzakirə 
edilməklə baxılır. 


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə