Microsoft Word sa iheamhak doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə23/39
tarix08.09.2018
ölçüsü0,92 Mb.
#67039
1   ...   19   20   21   22   23   24   25   26   ...   39

 
69 
Həmkarlar ittifaqlarının respublika birlikləri işçilərin 
mənafelərini və  həmkarlar ittifaqlarının hüquqlarını pozan 
qanunvericilik aktları, dövlət orqanlarının qərarları, sərəncamları 
barədə müvafiq qanunvericilik, icra və  məhkəmə orqanlarına 
müraciət edə və şikayət verə bilərlər. 
Dövlət və  təsərrüfat orqanları  işçilərin  əmək, sosial, iqtisadi 
hüquqlarına və  mənafelərinə aid olan normativ aktları müvafiq 
həmkarlar ittifaqlarına azı 15 gün qabaq məlumat verməklə  qəbul 
edirlər. 
Qanunvericiliklə  nəzərdə tutulan hallarda həmkarlar ittifaqları 
respublika birliyi əmək və sosial-iqtisadi məsələlər üzrə 
qanunvericiliyin tətbiq edilməsi qaydalarını nizama salan normativ 
aktların hazırlanmasında iştirak edə bilər. 
Həmkarlar ittifaqları öz üzvlərinin  əmək hüquqlarını müdafiə 
edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər. 
Müdiriyyətin təşəbbüsü ilə müəssisənin və ya onun struktur 
bölmələrinin ləğv edilməsi istehsalm tamamilə  və ya qismən 
dayandırılmasına, iş yerlərinin ixtisarına və ya əmək  şəraitinin 
pisləşməsinə  səbəb ola bilərsə, belə  tədbirlər qanunvericilikdə 
nəzərdə tutulan hallar istisna olmaqla müvafiq həmkarlar 
ittifaqlarını azı üç ay qabaqcadan xəbərdar etmək və  işçilərin 
hüquqlarının və  mənafelərinin gözlənilməsi barədə onlarla 
danışıqlar aparmaqla həyata keçirilir. 
Həmkarlar ittifaqları öz səlahiyyətləri daxilində qanunvericilikdə 
nəzərdə tutulan qaydada məşğulluğun vəziyyətinə, məşğulluq 
sahəsində  təminatlar haqqında qanunvericiliyə  əməl olunmasına 
nəzarət edirlər. 
Həmkarlar ittifaqlarının müdiriyyət tərəfindən  əmək və 
həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər 
barədə qanunvericiliyə  əməl olunmasını  və  aşkara çıxarılmış 
pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var. 
Müdiriyyət bu tələblərə baxmağa və nəticələri barədə müəy-yən 
edilmiş müddətdə, lakin bir aydan gec olmayaraq həmkarlar 
ittifaqma məlumat verməyə borcludur. 


 
70 
Müəssisənin (fılialm, nümayəndəliyin,  şöbənin və digər 
əlahiddə bölmənin) rəhbəri və onun müavinləri  əmək 
qanunvericiliyini pozduqda, qüvvədə olan kollektiv müqavilənin 
(sazişin)  şərtlərini (təəhhüdlərini) yerinə yetirmədikdə  həmkarlar 
ittifaqları onların intizam məsuliyyətinə cəlb edilməsi barədə buna 
səlahiyyəti olan orqanlar qarşısında məsələ qaldıra bilərlər. 
Həmkarlar ittifaqları öz üzvlərinin hüquqlarını müdafiə etmək 
üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə  və  məhkəmədə 
nümayəndəlik vəzifəsini yerinə yetirə bilərlər. 
Həmkarlar ittifaqları öz üzvlərinə hüquqi yardım xidmətlərini 
müstəqil surətdə  təşkil edir və bu məqsədlə  həmkarlar ittifaqları 
vəkilliyi, hüquq müfəttişliyi, hüquqi ekspert qrupları, hüquq 
məsləhətxanaları, fırmaları və başqa orqanlar yarada bilərlər. 
Həmkarlar ittifaqları nizamnamə  məqsəd və  vəzifələrinə 
müvafiq olaraq beynəlxalq həmkarlar ittifaqları təşkilatlarına daxil 
ola, qanunvericiliklə müəyyən olunmuş qaydada xarici iqtisadi 
fəaliyyətlə məşğul ola bilərlər. 
Dövlət və  təsərrüfat orqanları, siyasi partiyalar və ictimai 
birliklər, müdiriyyət və  vəzifəli  şəxslər həmkarlar ittifaqlarının 
hüquqlarını pozmamalı, onların fəaliyyətinə yardım 
göstərməlidirlər. 
Həmkarlar ittifaqlarının hüquqlarının pozulması  və ya onların 
qanuni fəaliyyətinə mane olma qanunvericiliklə müəyyən edilmiş 
qaydada intizam, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. 
Müdiriyyət tərəfindən  əmək və  həmkarlar ittifaqları haqqında 
qanunvericiliyə, kollektiv müqavilənin  şərtlərinə,  əmək və sosial 
məsələlər üzrə sazişlərə əməl edilməsini yoxlamaq və nizamnamə 
vəzifələri ilə bağlı  məsələlərlə  əlaqədar həmkarlar ittifaqı 
nümayəndələrinin həmkarlar ittifaqı üzvlərinin iş yerlərinə 
getməsinə mane olmaq qadağan edilir. 
Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan 
Respublikasının Qanunu ilə  Sərbəst toplaşmaq azadlığın 
həyata keçirilməsi və  məhdudlaşdırılması ilə münasibətlər 
tənzimlənir. 


 
71 
Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin 
edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız 
keçməsi üçün müvafiq tədbirlər görür. 
Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində 
təsbit edilmiş  sərbəst toplaşmaq azadlığı beynəlxalq hüquq 
prinsiplərinə uyğun olaraq Sərbəst toplaşmaq azadlığı haqqında 
Azərbaycan Respublikasının Qanunu əsasında tətbiq edilir. 
Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi zamanı 
şəxslərin bərabərlik hüququna təminat verir. 
Aşağıdakı yerlərdə keçirilən dinc toplantılar bu Qanunla 
tənzimlənmir: 
−  şəxslərin xüsusi mülkiyyətində, icarəsində  və ya başqa növ 
qanuni; - istifadəsində olan yerlərdə; 
−  ictimai tədbirlərin keçirilməsi üçün xüsusi olaraq ayrılmış 
qapalı yerlərdə. 
Toplantıların aşağıdakı formaları bu Qanunla tənzimlənmir: 
−  toy və dəfn mərasimləri; 
−  bayram və matəm tədbirləri; 
−  dini mərasimlər. 
Toy və dəfn mərasimlərindən, bayram və matəm tədbirlərindən, 
dini mərasimlərdən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və 
piket keçirilməsi üçün istifadə etmək qadağandır. 
Sərbəst toplaşmaq azadlığına hər hansı  məhdudiyyət yalnız 
qanunla və demokratik cəmiyyətdə  zəruri olan aşağıdakı 
mənafelərin qorunması məqsədilə qoyula bilər: 
−  ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; 
−  ictimai asayişin pozulmasının qarşısını almaq üçün; 
−  iğtişaş və ja cinayətlərin baş verməməsi üçün; 
−  əhalinin sağlamlığının mühafizəsi üçün; 
−  əxlaq normalarının və mənəviyyatın mühafızəsi üçün; 
−  başqa  şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. 
Ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşaiyət 
olunan, milli, irqi və ya dini ədavəti həmçinin müharibəni təbliğ 
edən toplantılar qadağan edilir. 


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə