Microsoft Word sa iheamhak doc


Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə17/39
tarix08.09.2018
ölçüsü0,92 Mb.
#67039
1   ...   13   14   15   16   17   18   19   20   ...   39

 
51 
Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə 
əsasən, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 
Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə  qərarı istisna 
olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə 
daxil ola bilməz. 
Vəkillər və  vəkillik fəaliyyəti haqqında  Azərbaycan 
Respublikasının Qanunu 17-ci maddəsinə  əsasən,  vəkilin peşə 
vəzifələrinin həyata keçirilməsi ilə  əlaqədar aldığı  məlumatlar, 
verdiyi məsləhətlər və arayışlar vekil sirrini təşkil edir. 
Peşə  vəzifələrini həyata keçirərkən məlum olan ibtidai istintaqın 
sirrini təşkil edən məlumatların vəkil tərəfindən yayılması yalnız 
prokurorun və ya müstəntiqin icazəsi ilə ola bilər. 
İbtidai istintaqın sirrini təşkil edən məlumatların yayılmasında 
təqsirli olan vəkillər Azərbaycan Respublikasının qanunvericiliyi ilə 
müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 
Müraciət etmiş şəxsə hüquqi yardımın göstərilməsi ilə əlaqədar 
olaraq vəkilə  məlum olmuş hallar barədə o, şahid kimi çağrıla və 
dindirilə bilməz. Vəkil göstərilən hallar barədə izahat verməməli və 
ona etibar edən şəxsin bildirdiyi məlumatı yaymamalıdır. 
Vəkil sirrini təşkil edən məlumatlar vəkilin hüquqi yardım 
göstərdiyi cinayət, mülki və inzibati işlər üzrə, həmçinin həmin 
vəkilin iştirakı ilə aparılan məhkəmə prosesində sübut kimi 
qiymətləndirilə bilməz. 
Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 
32-ci maddəsinə  əsasən,  notariat hərəkətləri barədə arayışlar və 
sənədlər yalnız notariat hərəkətlərinin aparılmasını tapşırmış və ya 
barəsində notariat hərəkətləri aparılmış fiziki və hüquqi şəxslərə 
verilməlidir. 
Notariat hərəkətləri barədə  məlumat və  sənədlər yalnız 
məhkəmənin, istintaq və  təhqiqat orqanlarının tələbi ilə onların 
icraatlarında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar olaraq 
verilir. 
Notariat hərəkətləri barədə lazımi məlumatların istisna hallarda 
verilməsinin qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə 
müəyyən olunur. 


 
52 
 
Notariuslar, notariat hərəkətləri aparan digər vəzifəli şəxslər və 
xidməti vəzifələrini yerinə yetirmələri ilə  əlaqədar notariat 
hərəkətlərindən xəbərdar olan şəxslər bu hərəkətlərin sirrini 
saxlamağa borcludurlar. 
Vəsiyyətnamələr haqqında arayışlar yalnız vəsiyyətçinin 
ölümündən sonra verilə bilər. 
Notariat hərəkətləri sirrinin açılmasında təqsirli olan şəxslər 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş 
qaydada məsuliyyət daşımalıdırlar. 
Notariat hərəkətlərinin aparılması ilə  əlaqədar notariusa qarşı 
cinayət işi qaldırıldıqda, məhkəmə onu sirri saxlamaq vəzifəsindən 
azad edə bilər. 
Əhalinin sağlamlığının qorunması haqqında Qanunun 53-cü 
maddəsinə  əsasən,  vətəndaşın tibbi yardım üçün müraciət etməsi 
faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti müayinə 
və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya 
həkim sirrini təşkil edir. Vətəndaşın verəcəyi məlumatın gizli 
saxlanılması haqqında ona zəmanət verilir. 
Vətəndaşın və ya onun qanuni nümayəndəsinin razılığı ilə həkim 
sirrini təşkil edən məlumat pasiyentin müayinə  və müalicəsinin 
mənafeyi naminə, elmi tədqiqatların aparılması, elmi ədəbiyyatda 
nəşr edilməsi, tədris və digər məqsədlərlə istifadə olunması üçün 
başqa vətəndaşlara, vəzifəli şəxslərə verilə bilər. 
Həkim sirrini təşkil edən məlumat vətəndaşın, yaxud onun 
qanuni nümayəndəsinin razılığı olmadan aşağıdakı hallarda verilə 
bilər: 
−  vətəndaş öz vəziyyətini izah etmək qabiliyyətinə malik 
olmadıqda, vətəndaşı müayinə və müalicə etmək məqsədilə; 
−  yoluxucu xəstəliklərin yayılması  təhlükəsi olduqda, kütləvi 
zəhərlənmələr və zədələnmələr baş verdikdə
−  istintaq və  təhqiqat orqanlarının, prokurorun və  məhkəmənin 
sorğusu ilə; 
−  yetkinlik yaşına çatmayanların valideynlərinə, yaxud qanuni 
nümayəndələrinə məlumat vermək məqsədilə; 


 
53 
−  hüquqa zidd hərəkətlər və  vətəndaşın sağlamlığına vurulan 
zərər barədə şübhə olduqda. 
Həkim sirrinə qanuni qaydada yiyələnən  şəxslər onun 
yayılmasına və bununla əlaqədar vətəndaşa dəyən zərərə görə 
qanunvericiliyə uyğun olaraq tibb və  əczaçılıq işçilərinə  bərabər 
məsuliyyət daşıyırlar. 
Məlumat azadlığı haqqında Azərbaycan Respublikası 
Qanununun 10-cu maddəsinə əsasən, alınması məhdudlaşdırılan 
məlumatlara-dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, 
kommersiya, istintaq və  məhkəmə sirləri,  şəxslərin  şəxsi və ailə 
həyatına, terror aksiyalarına aid olan məlumatlar aiddirlər. 
Dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, 
istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror 
aksiyalarına aid olan məlumatlarla bağlı yaranan münasibətlər 
müvafiq qanunvericiliklə tənzimlənir. 
Məlumat azadlığı haqqında Azərbaycan Respublikası 
Qanununun 13-cü maddəsinə  əsasən,  şəxsiyyət haqqında 
sənədləşdirilmiş  və ya açıq elan edilmiş  xəbər  şəxsiyyət barədə 
məlumata aiddir. Şəxsiyyət haqqında sənədləşdirilmiş  məlumat 
mənbəyi onun adma verilmiş, onun tərəfindən imzalanmış sənədlər 
və öz səlahiyyətləri çərçivəsində orqanlar tərəfindən  şəxsiyyət 
haqqında toplanmış  məlumatlardır.  Şəxsiyyətin dini mənsubiyyəti 
və əqidəsi barədə məlumat yalnız onun tərəfindən könüllü təqdim 
edildikdə dövlət orqanları  tərəfindən toplana bilər.  Şəxsiyyətin 
siyasi partiyaya üzvlüyü və ya bitərəf olması barədə  məlumat 
yalnız qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanlarına təqdim 
edilməlidir. 
 
İnsan hüquqlarının və əsas azadlıqlarının  
müdafiəsi haqqında Konvensiya: 
 
Maddə 9. Fikir, vicdan və din azadlığı. 
1. Hər kəsin fikir, vicdan və din azadlığı hüququ var: bu hüquqa 
öz dinini və əqidəsini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə 
və ya əqidəsinə həm təkbaşına və başqaları ilə birlikdə 


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə