Microsoft Word sa iheamhak doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə13/39
tarix08.09.2018
ölçüsü0,92 Mb.
#67039
1   ...   9   10   11   12   13   14   15   16   ...   39

 
39 
müddətində, bu yaşayış sahəsi natura şəklində qalmadığı hallarda 
isə, bununla əlaqədar edilmiş müraciətdən sonra altı ay müddətində 
həmin yaşayış  məntəqəsində ailə  tərkibi və yaşayış sahəsinə dair 
qüvvədə olan normalar nəzərə alınmaqla növbədənkənar eyni 
dəyərli abadlaşdırılmış yaşayış sahəsi verilməlidir. 
Ödənilməli olan əmlakı  əldə etmiş  şəxs, bu əmlakın vurulmuş 
ziyanın ödənilməsi qaydasında  əvvəlki sahibinə qaytarılması ilə 
əlaqədar  əvəzində dövlətdən abadlaşdırılmış, dəyərcə  və bütün 
digər  əlamətlərlə  bərabər olan əmlakı  və ya onun dəyərini tələb 
etmək hüququna malikdir. Belə tələb, irəli sürüldükdən sonra bir ay 
müddətindən gec olmayaraq dövlət tərəfindən təmin edilir. 
Bununla əlaqədar bütün mübahisələr məhkəmə qaydasında həll 
olunur. 
Şəxsin barəsində  mənfı  fıkrin formalaşmasına, onu əhatə edən 
şəxslərlə münasibətlərin pisləşməsinə  gətirib çıxaran və digər 
mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. 
Təhqiqat, ibtidai istintaq, prokurorluq və  məhkəmə orqanlarının 
qanunsuz hərəkətləri nəticəsində  şəxsə vurulmuş  mənəvi ziyan 
mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 
Qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə  cəlb 
edilməsi ilə  əlaqədar işdən (vəzifədən) çıxarılmış  və ya işdən 
(vəzifədən) kənarlaşdırılmış  şəxs,  əvvəlki işə (vəzifəyə) bərpa 
edilməli, bu mümkün olmadıqda isə, (müəssisənin, idarənin, 
təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması) dövlət məşğulluq 
xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər olan) işlə 
(vəzifə ilə) təmin edilməlidir. 
Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda işdən 
(vəzifədən) çıxarılma haqqında  əmək kitabçasında edilmiş qeyd 
etibarsız hesab olunur. Şəxsin tələbi ilə onun işdən (vəzifədən) 
çrxarılması haqqında  əmək kitabçasında müvafiq qeyd aparmış 
orqan və ya onun vəzifəli  şəxsi beş gün müddətində etibarsız hesab 
olunmuş qeydin olmadığı  əmək kitabçasının dublikatını ona 
verməlidir. 


 
40 
Şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi, yaxud 
məhkum edilməsi haqqında məlumatlar dərc edildikdə onun tələbi 
ilə, həmin şəxs vəfat etdikdə isə onun qohumlarının, yaxud təhqiqat 
orqanının, müstəntiqin, prokurorun və  məhkəmənin tələbi ilə bu 
məlumatları  dərc etmiş orqan on gün müddətində qeyd olunan 
məlumatları təkzib etməlidir. 
Şəxsin tutulma, həbsdə olma, cəza çəkmə müddətləri və  işdən 
(vəzifədən) kənarlaşdırılması ilə  əlaqədar işləmədiyi müddət həm 
ümumi  əmək stajına, həm də ixtisas üzrə  və fasiləsiz staja daxil 
edilir. 
Fəhlələrin və dövlət qulluqçularının, eləcə  də üzvlük əsasında 
(kooperativ və digər müəssisələrdə) işləmiş  şəxslərin, bu maddənin 
birinci hissəsində göstərilmiş müddətlərin  əlavə edilməsi  şərtilə 
hesablanmış  əmək stajı, həmin  şəxslərə imtiyazların və 
müavinətlərin, o cümlədən təqaüdlərin və dövlət sosial sığortası 
üzrə ödənişlərin təyin edilməsi zamanı  nəzərə alınır. Bu staj 
fəhlələrə  və qulluqçulara  imtiyazlı    təqaüdlərin  və  xidmət  
işlərinə  görə təqaüdlərin təyin edilməsi, ixtisas üzrə iş müddətinin 
davamından asılı olaraq aylıq maaş  dərəcəsinin (vəzifə maaşının) 
müəyyən edilməsi və birdəfəlik mükafaflandırma və ya xidmət 
illərinə görə faiz artırmalarının
 
ödənilməsi zamanı  nəzərə 
alınmalıdır. 
Şəxsin tutulma, həbsdə olma, cəza çəkmə müddətləri və  işdən 
(vəzifədən) kənarlaşdırılması ilə  əlaqədar işləmədiyi müddətlər
yaşla  əlaqədər imtiyazlı  təqaüdlərin təyin edilməsi zamanı, 
təqaüdün təyin edilməsi üçün müraciət etmiş şəxsin istəyi ilə, onun 
qanunsuz məhkum edilməsindən və ya cinayət, yaxud inzibati 
məsuliyyətə  cəlb edilməsindən  əvvəlki, yaxud cinayət və ya 
inzibati məsuliyyətdən və ya cəza çəkməkdən azad edilməsindən 
sonrakı işinə bərabər tutulur. 
Qanunsuz məhkum edilməsi ilə  əlaqədər hərbi və ya digər 
rütbələrdən, dərəcələrdən və adlardan, dövlət mükafatlarından və 
təltiflərdən məhrum edilmiş şəxsə həmin hərbi və ya digər rütbələr, 
dərəcələr və adlar, dövlət mükafatları və təltiflər geri qaytarılır. 


 
41 
Şəxs  barəsində    bəraətverici  hökm  çıxarıldıqda, cinayət 
hadisəsinin olmaması, əməlində cinayət tərkibinin olmaması və ya 
şəxsin cinayət törətməkdə  iştirakının sübut edilməməsi ilə bağlı  
cinayət  işinə  xitam  verildikdə  və  ya  cinayət  işinin başlanması 
rədd edildikdə, habelə inzibati hüquqpozma haqqında isə xitam 
verildikdə, təhqiqat orqanı, müstəntiq, prokuror, yaxud məhkəmə  
həmin  şəxsə  onun pozulmuş  hüquqlarının bərpa edilməsi və 
vurulmuş ziyanın ödənilməsi qaydasını izah etməli və onun istəyi 
ilə bir ay müddətində öz qərarı haqqında  əmək kollektivinə 
məlumat verməlidir. 
Ziyanın məbləği qanunvericiliklə  nəzərdə tutulmuş qaydada 
məhkəmə tərəfindən müəyyən edilir. 
Şəxsin çıxarılmış  qərarla razılaşmadığı hallarda, o Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada 
həmin qərardan yuxarı məhkəməyə şikayət verə bilər. 
Şəxsin müraciətinə əsasən vurulmuş mənəvi ziyanın idənilməsi 
məsələsi mövcud qanunvericiliyə müvafiq olaraq nəhkəmə 
tərəfindən bu maddənin birinci hissəsinə uyğun olaraq həll
 
edilir. 
İstintaq və ya inzibati icraat müddətində  və ya cəza çəkdiyi 
dövrdə  şəxsə vurulmuş  mənəvi ziyanın ümumi məbləği 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə  nəzərdə tutulmuş 
qaydada məhkəmə tərəfindən müəyyən edilir. 
Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının 
qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın 
ödənilməsi barədə  işlər üzrə ziyan çəkmiş  tərəf məhkəmə 
məsrəfiərinin ödənilməsindən azad olunur. 
Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının 
qanunsuz hərəkətləri nəticəsində hərbi qulluqçulara vurulmuş ziyan 
«Təhqiqat, ibtidai istintaq, prokurorluq və  məhkəmə 
orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə 
vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan 
Respublikasının Qanununa müvafiq olaraq ödənilir. 


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə