Microsoft Word sa iheamhak doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə15/39
tarix08.09.2018
ölçüsü0,92 Mb.
#67039
1   ...   11   12   13   14   15   16   17   18   ...   39

 
45 
olmadığını bilə-bilə  şəxsi cinayət məsuliyyətinə  cəlb etmə üç -
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə 
ittiham olunması ilə bağlı törədildikdə - üç ildən yeddi ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-
ci maddəsi təqsirsizlik prezumpsiyası prinsipi ilə bağlı müddəaları 
təsbit edir. 
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan  şəxsin 
təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə 
nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə  və bu, inzibati xəta 
haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli 
şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri 
olmayan hesab edilir. 
İnzibati məsuliyyətə  cəlb olunmuş  şəxs öz təqsirsizliyini sübut 
etməyə borclu deyildir. 
İnzibati məsuliyyətə  cəlb olunan şəxsin təqsirli olması 
barəsində olan şübhələr onun xeyrinə həll olunur. 
Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 
21-ci maddəsi  təqsirsizlik prezumpsiyası ilə bağlı müddəaları 
təsbit edir. 
CPM-nin 21-ci maddəsinə  əsasən, cinayətin törədilməsində 
təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə  nəzərdə 
tutulmuş qaydada sübuta yetirilməyibsə  və bu barədə qanuni 
qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. 
Şəxsin təqsirli olduğuna  əsaslı  şübhələr varsa da onun təqsirli 
bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət 
Prosesual Məcəlləsinin  müddəalarına uyğun surətdə müvafiq 
hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan 
qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən  şəxsin 
(şübhəli  şəxsin) xeyrinə  həll edilir. Eyni ilə cinayət və cinayət-
prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də 
onun xeyrinə həll olunmalıdır. 


 
46 
Cinayət törədilməsində  təqsirləndirilən  şəxs özünün təqsirsiz 
olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta 
yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli 
sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə 
düşür. 
 
İnsan hüquqlarının və əsas azadlıqlarının  
müdafiəsi haqqında Konvensiya: 
 
Maddə 6. Ədalətli məhkəmə hüququ. 
3. Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı  aşağıdakı 
hüquqlara malikdir. 
a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında 
onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq. 
 
Azərbaycan Respublikasının  
qanunvericilik sistemi 
 
Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 26-
ci maddəsinə  əsasən,  Azərbaycan Respublikası  məhkəmələrində 
cinayət mühakimə icraatı Azərbaycan Respublikasının dövlət dilində 
və ya müvafiq ərazinin  əhalisinin çoxluq təşkil edən hissəsinin 
dilində aparılır. 
Cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə 
icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının 
aşağıdakı hüquqlarını təmin etməlidir: 
−  cinayət prosesi iştirakçılarına öz ana dilindən istifadə etmək 
hüququnu izah etmək: 
−  ibtidai araşdırma və  məhkəmə baxışı zamanı  tərcüməçinin 
köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma 
qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı 
digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində 
çıxış etmək; 
−  cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət 
prosesi iştirakçılarının - ibtidai araşdırma və məhkəmə baxışı 


 
47 
zamanı  tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai 
araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə 
bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində 
çıxış etmək hüquqlarının təmin olunması Azərbaycan 
Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir. 
−  cinayət prosesini həyata keçirən orqan təqdim edilməli 
sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının 
aparıldığı dildə təqdim edir. 
Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 
91.5.1-ci maddəsinə  əsasən,  təqsirləndirilən  şəxs nədə 
təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın 
faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə 
həbsə alındıqdan və ya barəsində  qətimkan tədbiri seçilməsi 
haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın 
surətini almaq hüququna malikdir. 
Məcəllənin 91.5.2-ci maddəsinə  əsasən,  təqsirləndirilən  şəxs 
onu tutmuş  və  yə  həbs haqqında qərarı icra etmiş  şəxsdən, 
təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında 
yazılı bildiriş almaq hüququna malikdir. 
 
İnsan hüquqlarının və əsas azadlıqlarının  
müdafiəsi haqqında Konvensiya: 
 
Maddə 6. Ədalətli məhkəmə hüququ. 
3. b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxda və 
imkana malik olmaq. 
 
Azərbaycan Respublikasının  
qanunvericilik sistemi 
Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin III 
bəndinə  əsasən,  hər bir şəxsin səlahiyyətli dövlət orqanları 
tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham 
olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ 
vardır. 
Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə