AYDIN SƏFİXANLI
İNSAN HÜQUQLARININ VƏ ƏSAS
AZADLIQLARININ MÜDAFİƏSİ HAQQINDA
AVROPA KONVENSİYASINDA
İNSAN HÜQUQ VƏ AZADLIQLARI İLƏ
BAĞLI MÜDDƏALARIN
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNVERİCİLİK SİSTEMİNDƏ TƏSBİTİ
AZƏRBAYCAN RESPUBLİKASININ İNSAN HÜQUQLARI
ÜZRƏ MÜVƏKKİLİ (OMBUDSMAN), PROFESSOR ELMİRA
SÜLEYMANOVANIN ÜMUMİ REDAKTƏSİ İLƏ
BAKI-2003
2
BBK 12.3
S-49
Rəyçi:
Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati
və hərbi qanunvericilik şöbəsinin müdiri, hüquq elmləri namizədi
Səfərov Nizami.
S-49 Aydın Səfixanlı. İnsan hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında Avropa konvensiyasında insan hüquq
və azadlıqları ilə bağlı müddəaların
Azərbaycan
Respublikasının qanunvericilik sistemində təsbiti. Bakı,
Azərnəşr, 2003, 128 səh.
ATƏT-in maliyyə dəstəyi ilə dərc edilən bu kitabda insan
hüquq və azadlıqları sahəsində özündə mühüm normaları təsbit
edən «İnsan hüquq və əsas azadlıqları haqqında» Avropa
Konvensiyasında və Konvensiyaya edilən əlavə Protokollarda
müəyyən edilmiş müddəaların Azərbaycan Respublikasının
Qanunvericilik sistemində təsbiti ilə bağlı araşdırmalar
aparılmışdır.
Aparılan araşdırmalarda «İnsan hüquqları və əsas azadlıqları
haqqında» Avropa Konvensiyası və Konvensiyaya əlavə
Protokolları və Azərbaycan Respublikasının Qanunvericilik
sisteminə daxil olan normativ hüquqi aktlar daxil olmaqla 35-ə
qədər normativ hüquqi aktlardan istifadə edilmişdir.
Kitab hüquqşünasların, insan hüquq və azadlıqlarının qorunması
sahəsində çalışan dövlət orqanlarının əməkdaşlarının, insan hüquq
və azadlıqları problemləri ilə məşğul
olan qeyri-hökumət
təşkilatlarının, habelə təhsil müəssisələrinin istifadəsi üçün nəzərdə
tutulub.
S-49
2003
)
07
(
6519
1203000000
−
M
qrifli nəşr
© Aydın Səfixanlı 2003
3
ÖN SÖZ
Avropada mövcud olan insan hüquqlarının
müdafiəsi
mexanizminin əsasını «İnsan hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında» 1950-ci il tarixli Konvensiya təşkil edir. Bu
sənədin insan hüquqlarının qorunmasına dair beynəlxalq
standartların bərqərar olunması istiqamətində müstəsna rolu
olmuşdur. Konvensiyanı hüquqi sənəd kimi bir neçə aspektdən
qiymətləndirmək olar.
Birincisi, Konvensiyanın əsasında
səmərəli nəzarət mexanizmi
fəaliyyət göstərir. Bu mexanizmlərə əsaslanan iştirakçı-dövlətlər,
Konvensiyaya və onun əsasında formalaşan presedent hüququna
söykənərək bir tərəfdən, milli qanunvericiliyi,
digər tərəfdən isə
dövlət hüquq təsisatlarının fəaliyyətini təkmilləşdirmək imkanı
əldə edir. Qeyd olunan tendensiya Avropa Şurasına daxil olan
bütün dövlətlərdə özünü biruzə verir.
İkincisi, nəzərə almaq lazımdır ki, Konvensiyanın milli hüquq
instirutlarına təsiri daimi xarakter daşıyır və ümumavropa
inteqrasiya prosesində özünü biruzə verir. Azərbaycan
Respublikasının qanunvericiliyi ilə Avropa Konvensiyasının
qarşılıqlı əlaqələri və qarşılıqlı təsiri buna əyani sübutdur.
Məlum olduğu kimi dövlətimiz 2001-ci il dekabr ayının 25-də
Avropa İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi
haqqında Konvensiyasını təsdiq etmişdir. Avropa Şurasının bu
mühüm sənədinə münasibət bildirməklə Azərbaycan mötəbər
beynəlxalq təşkilatla sıx əməkdaşlığa hazır olduğunu və insan
hüquqldarının qorunması sahəsində öz üzərinə götürdüyü
öhdəliklərə sadiqliyini bir daha bəyan etmişdir.
Eyni zamanda nəzərə almaq lazımdır ki,
dövlətimiz Avropa
Şurasına üzv olmaqdan çox əvvəl insan hüquqlarının qorunması
üzrə yeni sistem formalaşdırmağa başlamışdır. Bu proses ölkədə
Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin rəhbərliyi
altında aparılan hüquq islahatlarının əsas istiqamətlərindən birini
təşkil etmişdir.
4
Heç
də təsadüfi deyil ki, Azərbaycan Respublikasında insan və
vətəndaş hüquqlarının və azadlıqlarının qorunması ölkə
Konstitusiyasının 12-ci maddəsinə əsasən dövlətin ali məqsədi
kimi bəyan edilmişdir. Bu müddəaya uyğun olaraq, Azərbaycanda
insan hüquqlarının inkişafına və təkmilləşdirilməsinə daima böyük
diqqət yetirilir. Digər tərəfdən nəzərə almaq lazımdır ki,
Konstitusiyada sadalanan insan və vətəndaş hüquqlarının və
azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Bu sənədlər sırasında
həmçinin «Avropa İnsan hüqüqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında» Konvesiya da daxildir.
Konvensiyanın milli qanunvericiliklə qarşılıqlı əlaqələri hazırda
inkişaf dövrünü yaşayır. Konvesiyada
təsbit olunmuş normalar bir
çox hüquq sahələrində əks etdirilir. Bu prosesi əyani surətdə
müşahidə etmək üçün Konvensiya ilə milli qanunvericilik aktlarını
müqayisəli şəkildə nəzərdən keçirmək kifayətdir. Həmin məqsədlə
oxucuların nəzərinə çatdırılan hazırki kitab bu sahədə bilgilərin
artmasına yardımçı olacaqdır.
Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
E.Süleymanova