14
köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə;
− ümumi
təhlükəli üsulla, xuliqanlıq niyyətilə;
− zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından
istifadə etmək məqsədilə törədildikdə qanunla altı ildən on bir
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 132-ci maddəsinə əsasən, döymə yəni,
bu Məcəllənin 128-ci maddəsində göstərilən nəticələrə səbəb
olmayan qəsdən döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı
yetirmə minimum əmək haqqı məbləğinin iki yüz mislinədək
miqdarda cərimə və ya iki yüz qırx saatadək
müddətə ictimai işlər
və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 133-cü maddəsi işgəncə vermə əməlinə
görə cinayət məsuliyyət nəzərdə tutur.
C.M-nin 133.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126 və
127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi
olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və
ya psixi iztirablar vermə - üç ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Eyni əməllər:
− iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən, yaxud
oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə;
− aşkar surətdə hamilə vəziyyətində olan qadın
barəsində
törədildikdə;
− bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil
dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədıldikdə;
− təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan,
habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə;
− zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu
yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın
qohumlarına qarşı törədildikdə - üç ildən
yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
15
Bu Məcəllənin 133.1 və 133.2-ci maddələri ilə nəzərdə tutulan
əməllər şəxsdən məlumat almaq və ya onu etirafa məcbur etmək,
yaxud törətdiyi və ya törədilməsində şübhə doğurduğu əmələ görə
həmin şəxsi cəzalandırmaq məqsədi ilə öz qulluq mövqeyindən
istifadə etməklə vəzifəli şəxs tərəfindən və ya onun təhriki ilə
törədildikdə - beş ildən on ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 293-cü maddəsi ifadə verməyə məcbur
etməyə görə məsuliyyət nəzərdə tutur.
Prokuror, müstəntiq və ya təhqiqatçı tərəfindən və ya onların
təhriki ilə dindirmə zamanı hədələməklə, şantajla, ləyaqəti
alçaltmaqla və ya sair qanunsuz hərəkətlər tətbiq etməklə şübhə
edilən şəxsi, təqsirləndiriləni, zərərçəkmiş şəxsi, şahidi ifadə
verməyə, habelə eksperti rəy verməyə məcbur etmə - üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər işgəncə verməklə törədildikdə -
beş ildən on
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Polis haqqında Azərbaycan Respublikasının Qanununun 5-
ci maddəsi insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi
sahəsində polisin fəaliyyətini tənzimləyir. Belə ki, qanuna əsasən,
polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar
etməsi yolverilməzdir. Cinayət törədən və ya törətməkdə
şübhələnilən şəxsləri məlumat verməyə və ya cinayət əməlini
törətməkdə təqsirini
etiraf etməyə məcbur etmək, bu məqsədlə
onları və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara
hər hansı fiziki və ya mənəvi təsir göstərmək qadağandır.
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin
10-cu maddəsi məhkumların əsas hüquqları sırasında aşağıdakı
hüquqları da müəyyən edir.
Cəzanı insan şəxsiyyətinə hörməti
təmin edən şəraitdə çəkmək;
Cəzaları icra edən müəssisə və ya orqanın işçi heyəti
məhkumlara qarşı münasibətdə nəzakətli olmalıdır. Məhkumlar
16
qəddar və ya insan ləyaqətini alçaldan rəftara məruz
qalmamalıdırlar. Məhkumlara məcburetmə tədbirləri yalnız qanuna
əsasən tətbiq edilə bilər.
Məhkumlar onların həyat və sağlamlıqlarını təhlükə altında
qoya bilən tibbi və ya başqa təcrübələrə məruz qala bilməzlər.
İnsan hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında Konvensiya:
Maddə 4. Köləliyin və məcburi əməyin qadağan olunması
1.
Heç kəs köləlikdə və asılılıqda saxlanmamalıdır.
2.
Heç kəs məcburi və icbari əməyə cəlb olunmamalıdır.
3.
Bu maddənin məqsədləri üçün «məcburi və ya icbari əmək»
termini aşağıdakıları özünə daxil etmir:
a)
bu Konvensiyanın maddəsinin müddəalarına müvafiq olaraq
həbsdə olan və ya belə həbsdən şərti azad edilmiş şəxsin adətən
yerinə yetirməli olduğu hər hansı bir iş:
b)
hərbi xarakterli hər hansı xidmət və ya hərbi xidmətdən
əqidəyə görə imtina etmənin qanuni hesab edildiyi ölkələrdə
məcburi hərbi xidmətin əvəzinə müəyyən edilmiş xidmət:
c)
fövqəladə vəziyyət və ya əhalinin həyatı və rifahı üçün
təhlükə yaradan fəlakət hallarında hər hansı məcburi xidmət:
d)
adi vətəndaşlıq vəzifələrinin bir hissəsi olan iş və ya xidmət.
Azərbaycan Respublikasının
qanunvericilik sistemi
Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə
əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə
özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ
vardır.
Heç kəs zorla işlədilə bilməz.
Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi
bağlamağa məcbur edilə bilməz.
Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla
nəzərdə tutulan
məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı