Microsoft Word Sadi Gulustan doc


ırırlar bir dənə çin kasası



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə47/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   ...   43   44   45   46   47   48   49   50   ...   53

 
226
Qayırırlar bir dənə çin kasası  
Mərvdəştdə
111
 hər gün yüzü qayrılar, 
Görürsən də necə olur bahası?! 
 
Şer 
 
Yumurtadan çıxan kimi cücə ruzi axtarar, 
Bilməz lakin şüur nədir, doğulanda hər insan. 
O tez qandı, tez usandı, axır qaldı əli boş 
Bu təmkinlə, fəzilətlə şöhrət tapdı anbaan. 
Şüşə boldur, buna görə ona qiymət verilməz, 
Qiymətlidir inci, çünki olubdur az tapılan. 
 
Nəsihət. Hər şey səbrlə düzələr, tələsən tərsə düşər. 
 
Şer 
 
Gözümlə görmüşəm biyabanda mən, 
Təmkinlə yol gedən qaçanı ötdü. 
Sürətli səmənd at yoruldu yolda, 
Dəvəsə ahəstə mənzilə yetdi. 
 
 
Nəsihət. Nadan üçün susmaqdan yaxşısı yoxdur, lakin əgər o 
bunu bilsəydi, nadan olmazdı
 
Şer 
 
Sənin ki, kamalın, şüurun yoxdur, 
Yaxşıdır dilini salasan bəndə. 
Adamı öz dili hörmətdən salar, 
Puç qoz da bilinər yüngül gələndə, 
 
Lətifə 
 
Bir əbləh daima çalışırdı ki, 
Eşşəyə öyrətsin hərfi təmamən, 
Bir ağıllı dedi: – Ay axmaq kişi, 
Əl çək bu xam xəyal, sarsaq əməldən, 
Heyvan danışmağı səndən öyrənməz, 
 
227
Barı sən susmağı heyvandan öyrən. 
 
Şer 
 
Hər kəs çalışsa ki, tez versin cavab, 
Çox sözü səhv olar çəgər iztirab, 
Ya dil aç söz söylə huşlu insantək, 
Ya da sus danışma dilsiz heyvantək. 
 
 Hikmət. Kim özündən çox bilənlə mübahisə etsə ki, biliyi 
meydana çıxsın, biliksizliyi ortaya çıxar. 
 
Beyt 
 
Səndən ağıllılar bir söz deyəndə, 
Etiraz eləmə, yaxşı bilsən də. 
 
 
 Hikmət. Pislə oturan yaxşılıq qazana bilməz. 
 
Şer 
 
Mələk divlə oturarsa bir yerdə, 
Öyrənəcək hiylə, riya, xəyanət. 
Sən pislərdən öyrənməzsən yaxşılıq, 
Qurddan olmaz kürk dərisi nəhayət. 
 
 
Nəsihət. Xalqın gizli eybini açma ki, onları rüsvay edərsən, 
özünü etibardan salarsan. 
 Elm 
oxuyub 
əməl etməyən adam, yer sürüb toxum səpməyən 
əkinçiyə bənzər! 
 
İmansız adamda ibadət olmaz, ağılsız adama dövlət yaraşmaz! 
Savaşda zirəng olan adam mülayim olmaz! 
 
Beyt 
 
Sanma ki, çadrada bir cananədir, 
Bəlkə açıb gördün qarı nənədir. 
 


 
228
 Hikmət.  Əgər hər gecə  Qədr gecəsi olsaydı, onda əsl Qədr 
gecəsi qədrsiz olardı
 
Beyt 
 
Kövhər adlansaydı dünyada hər daş, 
Bir qiymət alardı onda: kövhər, daş. 
 
 Hikmət. Hər zahiri göyçək olanın batini də gözəl olmaz. İş  tə-
biətdədir, surətdə deyil. 
 
Şer 
 
Hər kişinin üzündən bilmək olar bir gündə, 
Onun elmi, şüuru yüksəlmiş haralara, 
Lakin onun qəlbini bildim deyə fəxr etmə! 
İllər lazım özünü bildirsin qəlbi qara. 
 
 
Nəsihət. Böyüklərlə davaya qalxanlar öz qanlarına qəltan 
olarlar. 
 
Şer 
 
Özünü çox böyük hesab eyləmə, 
Düz demişlər biri iki görər çaş. 
Çox çəkməz kəlləni sınmış görərsən. 
Qoçla vuruşmağa tab etməz bu baş. 
 
 Hikmət. Şirlə pəncələşmək, şəmşirlə yumruqlaşmaq ağıllı adam-
lara yaraşmaz. 
 
Beyt 
 
Məstilə gücünü sınama bir an, 
Əlini qoynunda saxlayıb, dayan. 
 
 
Nəsihət. Gücsüz güclüyə igidlik göstərmək istəsə, öz qətlində 
düşmənə kömək etmiş olar. 
 
229
 
Şer 
 
Ana uşağının nə gücü vardır. 
Vuruşsun cənkavər bir pəhləvanla. 
Zəif nadanlıqdan qırar qolunu, 
Döyüşsə dəmirqol bir qəhrəmanla. 
 
 
Hər kəs nəsihət eşitməsə, danlaq eşitməlidir. 
 
Beyt 
 
Əgər qulağına girmir nəsihət, 
Sus, səni danladığım vəqt! 
 
 Hikmət. Küçə itlərinin ov itini görməyə gözü olmadığı kimi, 
hünərsizlərin də hünər sahibini görməyə gözləri olmaz, hay-küy 
qoparırlar, lakin qabağa gəlməkdən qorxarlar, yəni rəzil adam 
sənətdə birinə üstün gələ bilmədikdə böhtana başlayıb onun üstə 
düşər. 
 
Beyt 
 
Paxıllar çox qiybət etməyi sevər, 
Susarlar qarşıda dilli görsələr. 
 
 Hikmət. Qarın olmasaydı heç bir quş tora düşməzdi, bəlkə  də 
heç ovçu tor qurmazdı
 
Filosoflar gec-gec yeyər, möminlər doymadan çəkilər, zahid 
qarnı tutunca, gənclər nimçədəki qurtarınca, qocalar tar təgüncə, 
qələndərlər isə mədədə yer, süfrədə çörək qalınca yeyərlər 
 
Beyt 
 
İki gün qarınqulu yata bilməz sübhəcən, 
Bir gün dolu mədədən, bir gün də boş mədədən. 
 
 
 Hikmət. Arvada qulaq asmaq, abdala süfrə açmaq günahdır. 


 
230
 
Beyt 
 
Rəhm etsən qan içən vəhşi pələngə
Qoyuna zülm edib salırsan çənkə. 
 
 Hikmət. Kimin qarşısında öz düşmənidir, öldürməsə özü öz 
düşmənidir. 
 
Beyt 
 
Əldə daş, qıvrılır daş üstə ilan, 
Səbr edib düşünməz ağıllı olan. 
 
 Hikmət. Bəziləri isə bu fikrin əleyhinədirlər. Onlar deyirlər: – 
Əsiri öldürməkdən, səbr etmək daha məsləhətdir, çünki ixtiyar 
əldədir, istəsən öldürərsən, istəsən bağışlarsan, lakin tələsik öldürsən, 
bir də lazım ola bilər, geri qaytara bilməzsən, peşman olarsan. 
 
Şer 
 
Dirini öldürmək mümkündür hər an, 
Ölünü diriltmək olmaz heç zaman. 
Ox atan lazımdır səbr etsin bir az, 
Kamandan çıxan ox bir də qayıtmaz. 
 
 Hikmət. Cahillərə baş qoşan alim hörmət gözləməməlidir. Cahil 
adam heyvərəlik və uzunçuluqda alimə üstün gəlsə  təəccüblü 
deyildir, çünki həmişə daş cəvahiri sındırar. 
 
Beyt 
 
Bülbülün qarğa ilə birkə olsa qəfəsi, 
Təəccublü deyildir çıxmasa onun səsi. 
 
Şer 
 
Əgər hünər sahibini incitsə bir hünərsiz, 
 
231
Onun qanı bu təhqirdən zərrə qədər qaralmaz. 
Çünki sınsa qara daşla bir zər kasa, heç zaman, 
Daşın qədri yüksəlməz və zərin qədri azalmaz. 
 
 
ıllı adamın axmaqlar qarşısında susmağı  təəccüblü deyildir, 
çünki nağara səsi, tar səsinə, sarımsaq iyi isə ənbər qoxusuna həmişə 
üstün gələr. 
 
Şer 
 
Bir cahil hay-küylə qaldıraraq səs 
Qoymadı aqali bir alsın nəfəs. 
Məlumdur ki, həzin ahəngli hicaz, 
Döyüş təbilinin səsini basmaz. 
 
 Hikmət. Cavahir toz-torpaqa batsa da yenə qiymətini itirməz, 
toz–torpaq göyə qalxsa da yenə qiymətə minməz. Tərbiyəsiz istedad 
heyfdir, istedadsız tərbiyə isə mümkün deyildir. Kül oddan əmələ 
gəldiyi üçün ali əsli–nəsəbi vardır, lakin özündə hünər olmadığından 
torpağa bərabərdir;  şəgərin qiyməti qamışdan  əmələ  gəldiyi üçün 
deyil, təbiətində şirinlik olduğu üçündür. 
 
Şer 
 
Kənanın yox idi hünəri, ona 
Peyğəmbər nəsili açmadı müşkül 
Sən qızı göstərmə, hünəri göstər. 
İbrahim
112
 oddandır, tikandan da gül. 
 
 Hikmət. Müşk odur ki, ətir versin, nəinki əttar desin. 
 
Beyt 
 
İnsanda vardırsa hünərdən əsər, 
Özü susarsa da danışar hünər.  
 
Beyt 
 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə