Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə32/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   28   29   30   31   32   33   34   35   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



109

İbadət, insan yaşamının bütünlüklə uyum-ahəng üzərində qurulmasını  tələb 

edir; başqa sözlə, ibadət — həyatın ona tabe tutulmasını istəyir. 

*** 


Var gücünlə qaça-qaça (lap elə sadəcə: qaça-qaça) balanla, körpə ilə anlaşa, 

nəvazişləşə bilməzsən. 

*** 

Qaça-qaça ağsaqqalla, ağbirçəklə, sevgilinlə, Dağlarınla, Düzlərinlə, 



Göylərinlə, Çaylarınla da anlaşa, sevişə bilməzsən, çünki bunların da hamısının 

əslləri körpə xislətlidir. 

 

*** 


Həyatın əsl ritmi — körpədə görünənidir; sən körpəni heç bir əslsizlikdə, heç 

bir qondarmaçılıqda qınaya bilməzsən. 

*** 

Deməli, həyatın əsl ritmi — ruhanidir. 



*** 

Həyatı  əslliyə qaytarmadan, əsllik üzərində qurmadan ibadətçilik etmək — 

yalana uymaqdır, ən yaxşı halda istər-istəməz, zorən yalançılıqdır. 

*** 


Minimal  əmək, minimal məişət, minimal iqtisadiyyat prinsipləri 

gerçəkləşməyincə (heç olmasa şəxsin həyatında) — ibadətçilik qondarma 

çıxacaq, qondarma görünəcək, qondarmaçılıq yaradacaq və əsl ibadətçi xislətli 

insanlara əzab verəcək. 

*** 

İbadət — mərasim siqlətli yaşamağın  əlamətlərindən biridir,  müqəddəslik 



izharıdır. 

*** 


Deməli, həyat ibadətləşə bilər, mərasimləşə bilər, onda bu imkan var. 

*** 


Həyat özünü yalnız ibadət üstə, yalnız mərasim üstə tam dolğunluğuyla tanıyır, 

dərk edir. 

*** 

Həyatımız yalnız ibadət üstə, yalnız mərasim üstə kökləndiyi dərəcədə — 



bizimdir, bizimkidir, bizə doğmadır. 

*** 


Mərasimimiz, ibadətimiz həyat üstə qurulduğu, kökləndiyi dərəcədə 

qondarmalaşır, yalanlaşır, çünki anlamını itirir. 

*** 

İbadət — Buddaçıların,  İndusçuların, Musaçıların,  İsaçıların — dualar 



oxuması,  İslamda — namazlar, Asif Ata İnamında — Mütləqlə  Təmaslar, 

Ataya Ricalar... 




_________________Milli Kitabxana

________________ 

 

 



110

*** 


İbadət məqamıyla ibadətlər arası müddət, mərasim anıyla mərasimlər 

arasındakı məsafə, müddət — eyni boyalı, eyni ziyalı, eyni həyalı olmalı, alınan 

nəfəs eyni havalı olmalıdır; başqa cür olanda ibadət qondarmalaşır, mərasim 

yalanlaşır, əsllərə əzab verir. 

*** 

Qurtararmı əsllər əzabdan?! Qurtulaydılar kaş! 



*** 

        Uca Anlam diləklə bəlirlənir, biliklə biçimlənir, hünərlə gerçəkləşir. 

 

*** 


Əlləş, vuruş, ey Varlığım, yenilmə Yoxluqlara! 

 

*** 



Atamız var olsun! 

 

4 Xəzan 22- il. (2 oktyabr  2000). 

 

 

 



TİKAN  ÜSTƏ  YERİMƏK 

(Haray) 

 

Əski, bəlkə də əzəli (və əbədi?) qayğıymış!.. Budda öz Övladları — öyrənciləri 

haqqında deyir: “Hətta indi, mən hələ həyatda ikən bhikkhular bir-birinə sayğı 

göstərmirlər, mən bu dünyanı  tərk edəndən sonra onlar nə  işlərdən 

çıxacaqlar?!” (“Kəklik haqqında söyləm” — cataka-pritça). 

*** 


Asif Atanın Mütləqə  İnam Ocağında — Tikan üstə yeriyən kimiyəm, çünki 

burada hamı bir-birini sancır. Bu sancının ağrısıyla qarnım doludur. 

*** 

Ocaq öz içindən idarə olunmasa, qıraqdan idarə olunacaq — gözə görünmədən 



və ya görünməklə. 

*** 


Özündən idarə olunmaq — yaşamaqdır; qıraqdan idarə olunmaq — ən yaxşı 

halda mövcud olmaqdır — imperiya içindəki Azərbaycan kimi. 

*** 

Asif Atanın Mütləqə İnam Ocağında Soylu — Göylərə doğru can atır, böyüyür; 



Ötkün — dərinlərə doğru can atır, böyüyür; “İşıq” Ailəsi — üfüqlərə doğru can 

atır, böyüyür. 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



111

Hər üç yönümüz — Sonsuzluğa doğrudur. 

*** 

Mütləqə İnamın Atasına: 1) Soylunun baxışı — dinçilik qətiyyəti çalarındadır; 



2) Ötkünün baxışı — ruhani-fəlsəfi çalardadır; 3) “İşıq” Ailəsinin baxışı — 

qarışıq çalardadır — dinçiliklə elmçilik arasında. 

*** 

Ruhani o şəxsdir ki, əli ətəklərdən üzülsə də, öz ətəyindən əlləri kəsmir. 



*** 

Soyluya (Amaldaşa) qarşı söz demək — Ocağa qarşı söz deməkdir. 

*** 

“Soyluya (Amaldaşa) tapınıram” demək Ocağa qarşı söz deməkdir. Soylunun 



(Amaldaşın) əlini öpmək — Ocağa qarşı yeriməkdir. 

*** 


Amaldaşa əlini öpdürmək — Ataya qarşı, Ocağa qarşı çıxmaqdır. 

*** 


Ötkünə (Amaldaşa) qarşı söz demək — Ocağa qarşı söz deməkdir. 

*** 


Ötkünə (Amaldaşa) tapınmaq — Ocağa qarşı tövr almaqdır. Ötkünün 

(Amaldaşın) ağzından asılı qalmaq, əlini ağdan qaraya vurmamaq — 

Ocaqçılığını itirməkdir. 

*** 


Tapınağımız birdir, bircədir və O — İnam Atadır (Asif Atadır) — əzəli, əbədi. 

*** 


Ataya ortaqlar qoşmaq — Ocaqdan ayrılmaqdır. 

*** 


“İşıq” Ailəsinə qarşı söz demək — Ocağa qarşı söz deməkdir. 

*** 


Dəstəbazlıq — Ocaq əməli deyil. Böyüyü eşitməmək — başıpozuqluq 

becərməkdir. Başıpozuqlar yığnağı “dəstə” adlana bilər, “Ocaq” adlana bilməz. 

*** 

Daim “özgəni”, başqasını döymək varsa — Özüylədöyüş yoxdur. (Hər üç 



yönümüzə aiddir). 

*** 


“Özgədə”, başqasında özünü görməmək varsa — ruhani, insani gözlülük 

yoxdur. (Hər üç yönümüzə aiddir). 

*** 

Suçu öldürə bilməmək — ruhani iqtidarsızlıqdır. 



*** 

Suçun ölümünə inamsızlıq varsa — insana inam yoxdur. 

*** 

Suça güzəşt — ruhani təslimçilikdir. Ancaq həm də: 




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə