Müasir Azərbaycan dili
185
(İ.Şıxlı) Bu igid kim ola bilərdi? (Əbülhəsən) Güclülər,
xoşbəxtlər bu qədər amansız, bu qədər xudpəsənd
olmamalıdırlar. (İ.Əfəndiyev)
Dilimizdə olan bəzi sifətlər (məs.,
kar, kor, qoca, cavan
və s.) substantiv vəziyyətdə daha çox işləndiyi üçün bunlara
mübtəda vəzifəsində də çox rast gəlmək olur.
Saylar
sifət kimi mübtəda vəzifəsində işlənmək üçün
isimləşməlidir. Bu cəhətdən sıra saylarında əşyaviləşmə daha
aydın hiss olunur. Məsələn,
Birinci ikincini heç vəchlə əlindən
buraxa bilmədiyi kimi, ikinci də birincinin iztirablarına heç
vəchlə soyuqqanlı baxa bilməz. (İ.Hüseynov)
Əvəzliyin bütün növləri mübtəda vəzifəsində işlənə
bilir. Lakin bunun üçün işarə və təyini əvəzliklər
isimləşməlidir. Məsələn,
Mən heç bir zaman ağlamamışam.
(İ.Əfəndiyev) Özü özünü qeyrətli müsəlmanlardan hesab edirdi.
(N.Nərimanov) O, dörd yaşında, dilsiz-ağızsız bir uşaq idi.
(N.Nərimanov) Heç kəs dava etməyib, cənab direktor, biz
başqa iş üçün gəlmişik.(İ.Şıxlı)
Feli
sifətlər də sifətlər kimi, mübtəda olmaq üçün
isimləşməlidir. Məsələn,
Gələn oğru da deyildi. (İ.Şıxlı)
Deyilənlər pis təsir edir, onlarda bizim imperiyaya qarşı
etimadsızlığın və qəzəbin artmasına səbəb olur. (İ.Şıxlı)
Məsdərlər isim xüsusiyyətinə malik
olduğu üçün birbaş
mübtəda vəzifəsində işlənə bilir. Məsələn,
Nə biləydi ki,
susmaq, uşaqlıqdan başına gələnləri söyləməmək onun daxili
inqilabına səbəb olacaq. (N.Nərimanov) Ağlamaq lazım deyil,
Mirzə, sən indiyədək heç kəsdən minnət götürməyibsən.
(Ə.Haqverdiyev) Yaşamaq yanmaqdır, yanasan gərək.
(B.Vahabzadə) Sən bunlara qulaq asma, yaxşı çalmaq,
oxumaq, şeir yazmaq bir qabiliyyətdir. (İ.Əfəndiyev) Artıq
danışmaq çox gec idi. (İ.Şıxlı)
Bəzi zərflər də cümlədə mübtəda vəzifəsində işlənə
bilir. Məsələn
, Oralar daşlıq idi.
Gülarə Abdullayeva
186
Feli sifət və məsdər tərkibləri də cümlədə mübtəda
vəzifəsində çox işlənir. Məsələn,
Əyriyə əl açıb, düzə gülən
var, bir çömçə tutana yüz bükülən var. (N.Həsənzadə)
Camaatı buraya yığmaq lazımdır, vacib məsələ var. (İ.Şıxlı)
Qoruğun keşikçilərinin sözünə baxmayanlar yerindəcə
güllələnəcək. (İ.Şıxlı) Elə bil Əhmədin gözlərindəki mənanı
oxumaq, gülümsər çöhrəsini çulğamış hüzn və kədərin
səbəbini öyrənmək çox çətin idi. (İ.Şıxlı) Həsənağanın
fabrikdən xaric edildiyi altı aydan artıq deyildi.
(M.S.Ordubadi)
II, III növ təyini söz birləşmələri də cümlədə mübtəda
vəzifəsində çox işlənir:
Düz üç saat kənddə atışma səsi
kəsilmədi. (İ.Şıxlı) Anasının fəryadı bu dəfə Şamxala yaman
təsir etdi. (İ.Şıxlı) Kürün suyu bulanmışdı. (İ.Şıxlı)
Bütün
bunlardan
əlavə, köməkçi nitq hissələri də canlı
danışıq dilində deyil, qrammatika kitablarında əşyavi məzmun
qazanaraq cümlədə mübtəda kimi işlənə bilir. Məsələn,
Üçün,
ötrü, görə yarımvurğulu qoşmalardır.
İsə qarşılıq
bağlayıcısıdır. Əfsus, dəhşət törəmə nidalardır. və s.
Xəbər. Cüttərkibli cümlənin baş üzvlərindən biri də
xəbərdir.
Xəbər mübtədaya aid iş, hal, hərəkət, hadisə və
hökmü bildirir. Məsələn,
Ələddin saralmış kolların arasında
arxası üstə uzanmışdı. Qurmaq asandır, onu əldə saxlamaq
lazımdır. (İ.Şıxlı)
Xəbər cümlənin ən zəruri üzvüdür.
Məhz xəbər vasitəsi
ilə fikrimiz ya təsdiq, ya da inkar olunur. Hətta bir çox hallarda
cümlədə mübtəda olmadıqda, xəbər vasitəsi ilə onu asanlıqla
təsəvvür etmək olur. Lakin cümlənin ən müstəqil üzvü
mübtədadır, xəbər mübtədadan asılıdır.
Dilçilikdə çox zaman xəbərlə predikat qarışdırılır və
eyniləşdirilir. Sadə, müxtəsər nəqli cümlələrdə bunlar uyğun
gələ bilir. Məsələn,
Yağış yağırdı.- cümləsində
yağış həm
mübtəda, həm də subyektdir,
yağırdı həm predikat, həm də
xəbərdir. Lakin geniş cümlələrdə bu cür uyğunluq olmur.
Müasir Azərbaycan dili
187
Məsələn,
Dünən kənddə yağış şiddətlə yağırdı -cümləsində
yağış mübtəda, həm də subyekt, qalan bütün sözlər predikat
olduğu halda, xəbər deyildir. Bu predikatın içərisində
yağırdı-
xəbər,
dünən - zaman zərfliyi,
kənddə -yer zərfliyi,
şiddətlə-
tərz zərfliyidir.
Xəbər bəzən fellə qarışdırılır və eyniləşdirilir. Çünki
felin təsriflənən, yəni dəyişən formaları cümlədə yalnız xəbər
vəzifəsində işlənir.
Buna baxmayaraq, xəbər dilimizdə olan
bütün digər nitq hissələri və söz birləşmələri ilə də ifadə olunur
və hal-hərəkət bildirməklə bərabər, hadisə, hökm də ifadə edir.
Həmçinin fel morfoloji, xəbər sintaktik kateqoriyadır. Buna
görə xəbərlə feli də eyniləşdirmək olmaz.
Xəbər dilimizdə iki üsulla ifadə olunur:
1. Xəbərin morfoloji üsulla ifadəsi;
2. Xəbərin sintaktik üsulla ifadəsi.
Xəbərin morfoloji üsulla ifadəsi onun xəbərlik və şəxs
şəkilçiləri ilə formalaşması deməkdir. Məsələn,
Yaylaqda
qaçaqlara çörək aparmışam. Qızlar dəhşətlə çığırışıb kənara
çəkildilər.(İ.Şıxlı) Məhəbbət həyatın ən gözəl anıdır.
(Ə.Əhmədova)
Xəbərin sintaktik üsulla ifadəsi onun xəbərlik və şəxs
şəkilçiləri olmadan formalaşması deməkdir. Bu cəhət ən çox
atalar sözləri və məsəllərdə,
xəbəri var, yox sözləri ilə ifadə
olunan cümlələrdə, xəbəri əmr şəklinin II şəxsin təki, qalan
şəkillərdə III şəxsin təki ilə ifadə olunan cümlələrdə özünü
göstərir. Məsələn,
Nəsə mühüm bir məsələ var. İndi qapıları
kip bağlanmış vaqonların ağzında gəzişən tüfəngli
keşikçilərdən başqa heç kəs yox idi. Məni öldür, ancaq evdən
qovma. (İ.Şıxlı) Qonaqları stola dəvət elə. (Ə.Əhmədova)
Digər cümlə üzvləri kimi, xəbər də quruluşca sadə və
mürəkkəb olur. Sadə xəbər bir leksik vahidlə, yəni sadə,
düzəltmə və mürəkkəb sözlərlə ifadə olunur. Məsələn,
O,
yəhərin üstündən qanrılıb geri baxdı. (
İ.Şıxlı) Oğlun Söhrab
buradadır. (
İ.Şıxlı)
Gülarə Abdullayeva
188
Mürəkkəb xəbərlər II, III növ təyini söz birləşmələri
(bəzən də I növlə), feli sifət, məsdər tərkibləri ilə ifadə olunur
.
Məsələn,
O indi quldurların məclisindədir..(N.Nərimanov)
Yayın isti günləri idi.(N.Nərimanov) Onun əsas arzusu oğlunu
sağlam görməkdir. .(N.Nərimanov)Pirə gedənlərdən biri də
vaxtında müalicə etməyib göz ağrısından əbədi kor olmuş
atasını yedəkləyib aparan, digəri Sibirə gedən oğlanları üçün
nəzir aparan, bir digəri isə övladı olmayanlardır.
(N.Nərimanov)
Xəbər nitq hissələri və söz
birləşmələri ilə ifadəsinə
görə 2 növə ayrılır: 1. İsmi xəbərlər, 2. Feli xəbərlər.
İsmi xəbər. İsmi xəbər dedikdə isim, sifət, say, əvəzlik,
feli sifət, məsdər, bəzi zərflər, köməkçi nitq hissələri, II, III növ
təyini söz birləşmələri, feli sifət və məsdər tərkibləri ilə ifadə
olunan xəbər nəzərdə tutulur.
Xəbər isimlərlə daha çox ifadə olunur. Hər cür quruluş
və növ xüsusiyyətlərinə malik olan isimlər cümlədə xəbər ola
bilir. Təsirlik hal müstəsna olmaqla, bütün hallarda, hətta başqa
cümlə üzvü ola bilməyən yiyəlik halda
olan isimlər də cümlədə
xəbər ola bilir. Məsələn,
Səhərki hadisədən sonra atını minib
meşəyə gedən Cahandar ağa da sahildə idi.(İ.Şıxlı) Çünki adət
belə idi: artıq qalan şeylər pirindi. .(N.Nərimanov) Balamın
yeganə nicatı pirdədir. (N.Nərimanov) və s.
Sifətlər mübtədadan fərqli olaraq, xəbər vəzifəsində
işlənmək üçün isimləşməyə ehtiyac duyulmur. Məsələn,
Axı,
Zərnigar da yazıq idi. (İ.Şıxlı) Bilirsiniz, ağa, bu saat mənim
oğlum məndən ağıllıdır. Ağa, məsləhətiniz çox gözəldir.
(Ə.Haqverdiyev) və s.
Bütün
məna və quruluş xüsusiyyətlərinə malik olan say-
lar cümlədə xəbər ola bilir. Məsələn,
Keçər aylar, keçər illər,
Yaz, ey Vaqif, ömür azdır. (S.Vurğun) Bu,hələ birinci idi. və s.
Əvəzliyin bütün məna növləri cümlədə xəbər ola bilir.
Məsələn,
Mənim ağılsız, dilsiz olmağımın səbəbi sizsiniz.
(N.Nərimanov) Arvadların bir sirri də budur. (N.Nərimanov)