Müasir Azərbaycan dili
169
3. Cümlənin mühüm əlamətlərindən biri də
intonasiyadır. Eyni bir söz və ya söz birləşməsi bitmə
intonasiyası qazanmaqla cümləyə çevrilə bilər. Predikativliyin
də ifadə olunması bilavasitə intonasiya ilə əlaqədardır.
Məsələn,
Payızın ortaları. Şaxtalı bir qış gecəsi. Dənizin
kənarı. və s
. kimi cümlələr məhz söz birləşmələrinin bitkin
intonasiya qazanması hesabına yaranmışdır.
Şifahi nitqdə hər bir cümlə intonasiya ilə müşayiət
olunur. İntonasiyasız cümlə olmaz. Cümlənin bitkinləşməsi,
predikativliyin yaranmasında intonasiyanın rolu əvəzsizdir.
Bunun üçün digər vasitələr olduqda da intonasiya özünü
göstərir. Cümlənin hansı məqsədlə işlənməsindən asılı olaraq
intonasiya da fərqli şəkildə müşahidə olunur. Adi intonasiya
ilə tələffüz edilən cümlələrdə ton tədricən yüksəlir,
xəbərdən əvvəlki söz məntiqi vurğulu deyilir və ton tədricən
alçalır. Digər cümləyə keçməzdən əvvəl bir qədər fasilə edilir.
Bu fasilə həmin cümlələr arasında sərhəd rolunu oynayır.
Predikativliyin
tamamlanmasında
mühüm
əlamətlərdən biri də cümləyə məxsus intonasiyanın iştirak
etməsidir.
4. Cümlənin əsas əlamətlərindən biri də
modallıqdır. Hər bir cümlə müəyyən bitmiş bir fikir ifadə
etməklə yanaşı, həmin fikrin həqiqətə münasibətini də
göstərir. Buna görə də predikativlik və intonasiya kimi,
modallıq da cümlənin daimi əlamətlərindən hesab olunur.
Bəzi cümlələrdə heç bir əlavə münasibət olmadan
müəyyən fikir ifadə edilir. Həmin fikir həqiqətə uyğun bir
hadisəni ifadə etdiyindən, modallıq zəifləyir və özünü xüsusi
şəkildə göstərə bilmir
. Məsələn,
Bayırda itlər bir ağız hürüb
susdular.(İ.Şıxlı) Sonra bacadan atılan birinci güllə ağ
samovarın başındakı iri, güllü çaydana dəyib bomba kimi
partladı. (İ.Əfəndiyev)
Cümlədə modallıq müxtəlif
vasitələrlə ifadə oluna
bilər. Bəzən bu, xüsusi sözlər vasitəsilə daha da
Gülarə Abdullayeva
170
qüvvətləndirilir və yeni məna çalarlıqları kəsb edir.
Məsələn,
Namərd Bəhram yazıq qızı öldürdü. (C.Cabbarlı) Kür
qırağının əcəb seyrəngahı var, Yaşılbaş sonası, hayıf ki,
yoxdur. (M.P.Vaqif)
Azərbaycan dilində, demək olar ki, hər bir cümlədə
modallıq olur. Bu o deməkdir ki, hər bir cümlədə
obyektiv aləmə məxsus bu və ya digər hadisə haqqında
məlumat verilməklə, həmin hadisəyə, danışanın söylədiyi
fikrə münasibət də bildirilir. Yəni hər bir cümlə həm
kommunikativ, həm də ekspressiv funksiya daşıyır.
Modallığın mühüm ifadə vasitələri modal sözlərdir.
Modal
sözlərlə yanaşı, müxtəlif söz və ifadələrin birləşməsi
əsasında çoxlu modal konstruksiyalar yaratmaq mümkündür.
Modallıq obyektiv və subyektiv olmaqla da
fərqlənir. Obyektiv modallıq verilən məlumatın obyektiv
reallıqla əlaqəsi, münasibətidir, yəni nə barədə danışılırsa,
indiki, keçmiş və gələcək zamanda onun reallığı düşünülür.
Belə cümlələrdə baş verən hadisələr, irəli sürülən hökmlər
reallığa tam uyğun olduğundan, modal sözlərin iştirakına
ehtiyac duyulmur.
Məsələn,
Xanmuradın dəstəsi getməmişdi
ki, qaçaq Məşədi Təhməzin dəstəsi gəldi. Bu, uzunsaqqallı,
ortaboylu bir qoca idi. Başı azca əsirdi, diaqonal çuxasının
altında iki patrondaş bağlamışdı. Ayaqlarında qısaboğazlı
çəkmə, başında iri, tüklü papaq vardı. (İ.Əfəndiyev)-
cümlələrində obyektiv reallığa tam uyğun olan fikirlər öz
ifadəsini tapmışdır.
“Subyektiv modallıq isə qeyri-real,
arzu olunan,
mümkün ola bilən, tələb olunan hadisələrə münasibətlə
bağlı modallıqdır”.(4, səh.80) Məsələn
, Dəlib deşir ürəyi dərd
ürəkdə qalanda, Dərdləşmək gözəl işdir, dərdini duyan ola,
Ürəyindən keçəni gözlərindən oxuyan, Sənə ömrünü verib,
vaxtını qıyan ola.(Z.Yaqub) Real, obyektiv modallıq
müəyyən zamanla – keçmiş, indiki və ya gələcək zamanla
bağlı olur. Obyektiv modallıqda morfoloji zamanla
Müasir Azərbaycan dili
171
sintaktik zaman əksərən uyğun olur, lakin bəzən danışıq
üsulunda uyğun olmaya da bilər. Məsələn,
Gələn ay mən
Moskvaya yola düşürəm.
Subyektiv modallıq danışanın verdiyi məlumata
münasibəti olub, müxtəlif səpkidə ola bilər. Yəni danışanın
cümlədə ifadə olunan fikrə qəti və ya şübhəli münasibəti,
həmin fikirlə razılaşıb-razılaşmadığı və s. öz ifadəsini tapa
bilər. Məsələn,
Görünür, baş verən hadisələr, yəqin ki,
anasının sözləri ona təsir etmişdi. (İ.Şıxlı) Obyektiv modallıq
cümlənin ümumi məzmunu ilə, subyektiv modallıq isə
onun ayrı-ayrı hissələri ilə bağlı olur.
Cümlənin təsnif prinsipləri
Dilimizdə cümlələr ayrı-ayrı cəhətlər nəzərə alınmaqla,
müxtəlif prinsiplər əsasında təsnif edilir. Bunların bir qismi
ümumi xarakter daşıdığı halda,
bir qismi cümlələrin müəyyən
hissəsinə şamil edilir. Məsələn, məqsədə görə bölgü bütün
cümlələrə aid edilirsə, baş və ikinci dərəcəli üzvlərin iştirak
edib-etməməsinə görə bölgü yalnız sadə, bağlayıcı vasitələrə
görə bölgü isə yalnız mürəkkəb cümlələrə aid edilir.
Ümumiyyətlə, dilimizdə mövcud olan cümlələr, birinci
növbədə məntiqi-sintaktik üzvlənmə imkanlarına görə təsnif
edilə bilər. Bu cəhət nəzərə alınmaqla dilimizdəki bütün
cümlələr üzvlənən və üzvlənməyən cümlələr olmaqla iki böyük
qrupa ayrılır. Üzvlənən cümlələr fikrin əsas ifadə vasitəçisi
kimi çıxış edib, nitqimizin əsasını təşkil edir. Biz dillə bağlı
bütün faktları məhz bu cür cümlələr üzərində araşdırırıq.
Üzvlənməyən cümlələr isə dilimizdə müəyyən məqamlarda
işlənsə də, üzvlənən cümlələr olmadan öz əhəmiyyətini itirir.
Çünki bu cümlələr əsasən dialoqlarda işlədilir,
söylənilən hər
hansı bir fikrə cavab məzmununu ifadə edir. Məsələn,
Bəyəm
o, qardaşımın tayıdı?- Qətiyyən.(İ.Əfəndiyev)
Gülarə Abdullayeva
172
Məqsəd və intonasiyaya görə cümlənin növləri.
Nitqimizi təşkil edən cümlələr bir-birindən fərqlənən
müxtəlif məqsədlərlə işlədilir. Hər hansı iş, hal-hərəkət
haqqında məlumat vermə, məlumat əldə etmə, işin icrasına
qarşı tərəfi təhrik etmə məqsədindən asılı olaraq cümlələr fərqli
intonasiya ilə tələffüz edilir. Cümlələrdəki məqsəddən asılı
olaraq onların deyiliş xüsusiyyətləri, intonasiyası da
dəyişir. Məsələn,
Güllə hansı tərəfdən atıldı? Dəqiq deyə
bilmərəm.(İ.Əfəndiyev). Bu cümlələrin deyilişində bir-
birindən fərqli intonasiyadan istifadə olunur. Məqsəd və
intonasiyaya görə cümlələr
4 növə bölünür.
1. Nəqli cümlə.
2. Sual cümləsi.
3. Əmr cümləsi.
4. Nida cümləsi.
Nəqli cümlələrdə müəyyən bir hadisə, əşya, əlamət
və s. haqqında məlumat verilir. Həm də məlumat adi
təsviri yolla verilir, nəql olunur. Burada müəyyən bir fikir
ya təsdiq, ya da inkar edilir. Hökmlər, adətən, belə
cümlələrlə ifadə edilir. Məsələn,
Nurunun bacısı bu sözləri
deyib, Sərvinazdan ayrıldı. Sərvinazı təkrar qəhər götürdü.
(İ.Əfəndiyev)
Nəqli cümlələr üçün söz sırası xarakterikdir.
Azərbaycan dilinin cümlə quruluşuna uyğun olaraq bu
cümlələrdə, adətən mübtəda və ya mübtəda zonası əvvəl,
xəbər və ya xəbər zonası isə cümlənin sonunda işlənir. (Şeir
dilində istisnalar ola bilər.) Məsələn,
Mənim plovum Adilin
xoşuna gələrdi. Mən bu qısa söhbət zamanı Adilin buldozerçi
ilə mülayim söhbətindəki gərginliyi hiss edirdim.(İ.Əfəndiyev)
və s.
Nəqli cümlələrdə intonasiya
cümlənin əvvəlində
tədricən yüksəlir, sona doğru zəifləyir, xəbərdən əvvəl məntiqi
vurğulu üzv xüsusi olaraq tələffüz olunur. Cümlənin sonunda
bitmə intonasiyası və fasilə fikrin tamamlandığını bildirir.