Müasir Azərbaycan dili
165
uyğun gəlir. Məsələn,
dostlardan aralı (dolanmaq), qarışqadan
yavaş (getmək), təyyarədən iti, hamıdan tez və s. Əvvəlki
modeldən fərqli olaraq, belə birləşmələrin tərəfləri arasında
idarə əlaqəsi olur.
Zərf birləşmələri dilimizdə o qədər də çox deyil. Lakin
bu birləşmə növünün əsas təfərinin zərflə ifadə olunması ona
xüsusi keyfiyyət qazandırır və ayrıca bir ad altında
qruplaşdırılmasına səbəb olur.
ƏDƏBİYYAT:
1. Abdullayev Ə.Z., Seyidov Y.M., Həsənov A.Q.
Müasir Azərbaycan dili. IV hissə. Sintaksis, Bakı,
1985.
2. Abdullayev Ə. Z. Azərbaycan dili məsələləri. Bakı,
1992.
3. Abdullazadə N. Xalıqov F. Azərbaycan dili. II h.
Bakı, 2006.
4.Kazımov Q. Ş. Müasir Azərbaycan dili. Sintaksis.
“Təhsil” nəşriyyatı, Bakı, 2007.
5. Müasir Azərbaycan dili. III cild, Sintaksis. EA nəşri,
Bakı, 1981.
6. Müasir Azərbaycan dili proqramı. AMİ, Bakı, 2009.
7.Seyidov Y.M. Azərbaycan ədəbi dilində söz
birləşmələri. Bakı, 1992.
Gülarə Abdullayeva
166
Cümlə və onun təsnifi.
Mövzu № 5 Cümlə üzvləri.
Sadə cümlə
Mövzunun planı:
1.
Cümlə və onun əsas əlamətləri
2.
Cümlənin təsnif prinsipləri
3.
Cümlə üzvü anlayışı. Cümlənin baş üzvləri
4.
Cümlənin ikinci dərəcəli üzvləri
5.
Cümlə üzvlərinin həmcinsliyi, xüsusiləşməsi,
əlavəsi
6.
Qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədə
olmayan
sözlər
7.
Sadə cümlə və onun təsnif prinsipləri
Cümlə və onun əsas əlamətləri
Sintaksisin əsas vahidlərindən biri də cümlədir. Cümlə
ünsiyyətin ilk və əsas vahididir. Cümlə fikrin formalaşması,
ifadəsi, başqasına ötürülməsi üçün əsas vasitə olduğundan
özünün çoxcəhətliliyi ilə səciyyələnir.
Cümlə fikir mübadiləsi və ən mühüm ünsiyyət
vasitəsidir.
Cümlə hər bir dilin qanunları əsasında qrammatik
cəhətdən formalaşan və bitmiş fikir ifadə edən nitq
vahididir. Məsələn
, Payızdır. Yarpaqlar yavaş-yavaş saralır.
Quşlar isti ölkələrə uçur. Tarlalarda və məhsul bağlarında
qızğın iş gedir. və s.
Adətən cümlələr iki, üç, dörd və daha artıq sözün
birləşməsi nəticəsində əmələ gəlir. Bununla belə, yalnız bir
Müasir Azərbaycan dili
167
sözdən ibarət olan cümlələr də vardır. Məsələn,
Səhərdir.
İstidir. və s
.
Cümlə qurularkən
sözlər həm məna, həm də
qrammatik cəhətdən bir-biri ilə əlaqələnir, biri digərini
aydınlaşdırır, izah edir. Məsələn,
Nuru iki ildən sonra
müəllim olacaq.- cümləsində (Nuru müəllim olacaq
iki ildən sonra) sözlər
bir-biri ilə məna və qrammatik cəhətdən əlaqələnmişdir.
Cümlənin əmələ gəlməsində əsas vasitələrlə yanaşı,
yardımçı vasitələrdən: xitablar, ara sözlər, həmçinin köməkçi
nitq hissələrindən də istifadə olunur
. Məsələn,
Bahar,
istəklimsən, başdan, binadan, Ən gözəl qızısan sən təbiətin.
(S.Vurğun) Dövlətliyik, əlbəttə, şərafət də bizimdir.
(M.Ə.Sabir) Bu
cümlələrdə bahar və əlbəttə sözləri uyğun
olaraq xitab və ara söz kimi işlənməklə cümlədəki digər
sözlərlə yalnız məna əlaqəsinə girmişdir.
Cümlə üçün dörd mühüm əlamətin varlığı vacibdir.
Bitkinlik, predikativlik, bitmə intonasiyası, modallıq. Bu
əlamətlər vəhdət təşkil edir və sözlərin, söz birləşmələrinin
cümləyə çevrilərək fikir ifadə etməsində həlledici rol
oynayır.
1. Cümlə üçün əsas əlamətlərdən biri bitmiş fikir
ifadə etməsidir. Lakin cümlənin bu xüsusiyyəti nisbi xarakterli
olub, həmişə özünü doğrultmur.
Bəzən fikri ifadə etmək üçün
bir cümlə deyil, bir-biri ilə rabitəli əlaqədə olan cümlələrdən
istifadə olunur. Həmin cümlələrin hər biri nəzərdə tutulan fikrin
müəyyən hissəsini ifadə etməklə bir-biri ilə əlaqələnir və bütöv
bir fikir bu cür rabitəli cümlələr toplusu vasitəsi ilə ifadə
olunur. Rabitəli şəkildə əlaqələnən bu cümlələr bir-birindən
şifahi nitqdə intonasiya ilə, yazıda nöqtə və ya nöqtə
hüququnda durğu işarələri ilə (
sual işarəsi, nida işarəsi,
üç nöqtə və s.) sərhədlənir.
“Biz cümləni mətndən ayırmaqla da mənasını dərk
edə bilərik. Bu, cümləni təşkil edən sözlərdən alınan
Gülarə Abdullayeva
168
mənadır. Lakin cümlənin həqiqi məzmunu yalnız mətn
daxilində düzgün anlaşıla bilər. Cümlənin ayrılıqda ifadə
etdiyi ümumi məna potensial sintaksisin tədqiq obyektidir,
mətnin gedişindən başa düşülən məzmunu isə aktual
sintaksisin obyekti olub, söyləmin ifadəsinə xidmət edir.
Fikrin bitməsi, qurtarması, tamamlanması makromətnlərdə
mümkündür”. (4, səh. 77)
Cümlə müəyyən bir fikrin
ifadəsinə ehtiyac olanda
yaranır.
2.Cümləyə məxsus əlamətlərdən biri də predikativlikdir.
Predikativlik dedikdə müəyyən vasitələrdən (hal şəkilçiləri,
qoşmalar, bağlayıcılar, ədat, modal sözlər və bütün digər
qrammatik vasitələr) istifadə etməklə subyekt-predikat
əsasında müəyyən iş, hal, hərəkət, hadisə və ya hökm haqqında
məlumatın verilməsi başa düşülür. Predikativliyin əsas
daşıyıcısı xəbərdir. Buna görə də çox zaman predikativliklə
xəbər qarışdırılır və eyniləşdirilir. Cümlədə predikativliyin
təmin olunması üçün mübtəda və xəbər əlaqəsi vacibdir. Bu
zaman xəbər müəyyənləşdirən, mübtəda isə müəyyənləşən tərəf
kimi çıxış edir. Bu iki cümlə üzvünün bir-biri ilə əlaqələnməsi
nəticəsində fikir ifadə edilir.
Xəbər, zaman, şəxs, modallıq
əlamətləri predikativliyin yaranmasına, sözün, söz
birləşməsinin cümlə şəklində formalaşmasına səbəb olur.
Predikativlik sözlərin varlıq haqqında
müəyyən
məlumat verməsi deməkdir. Burada fikir ya təsdiq, ya
inkar edilir, ona münasibət bildirilir, müəyyən hadisə
haqqında məlumat vermək və ya məlumat almaq və s.
nəzərdə tutulur. Predikativlik sözlərin müəyyən qaydada
düzülüşündən və müəyyən qrammatik üsullarla
əlaqələnməsindən meydana gəlir; burada modallıq, zaman
və şəxs kateqoriyaları əsas rol oynayır. Bu kateqoriyalar
dildə danışanın həqiqətə
münasibətini bildirir və
predikativliyin yaranmasında birinci dərəcəli rol oynayır.