Müasir Azərbaycan dili
149
ikinci tərəf isə
mübtəda, xəbər, tamamlıq, zərflik rolunda olur.
Məsələn,
Qoca münəccimbaşı bərkdən gülüb, birdən ayağa
qalxdı, gözdən itib getdi. (Azərbaycan nağılları) Aşağıda İran
şəhərlərinə xas olan bağçalı həyətlər və evlər gözə çarpır.
(M. İbrahimov) və s.
Əgər birinci növ təyini söz birləşməsinin birinci tərəfi
məntiqi vurğu altına düşərsə, onda hər iki tərəf birlikdə
cümlənin bir mürəkkəb üzvü kimi çıxış edir. Məsələn, Ə
li yaxşı
adamdır. Cümləsində
yaxşı adam birləşməsi birlikdə ismi
xəbər vəzifəsini icra edir.
İkinci növ təyini söz birləşməsi. Birinci tərəfi qeyri-
müəyyən yiyəlik halda, ikinci tərəfi mənsubiyyət şəkilçili
təyini söz birləşmələri ikinci növ təyini söz birləşmələri
adlanır. Tərifdən də göründüyü kimi,
bu birləşmələrin birinci
tərəfi heç bir qrammatik-morfoloji əlamət qəbul etmir, ikinci
tərəfi isə mənsubiyyət şəkilçisi ilə işlənir. Məsələn,
ana qucağı,
dəniz suyu, yaşayış yeri, alma ağacı və s
. İkinci növ təyini söz
birləşmələrinin tərəfləri arasında yanaşma və uzlaşma əlaqəsi
mövcuddur.
Qeyd.
İkinci növ təyini söz birləşməsinin tərəfləri
arasında uzlaşma əlaqəsinin olduğu bütün dilçilər tərəfindən
qeyd edilir. Lakin birinci tərəfin ikinci tərəflə hansı əlaqəyə
girməsi məsələsində fikir müxtəlifliyi özünü göstərir. Bəzi dilçilər
bu məqamda idarə əlaqəsinin olduğunu söyləyirlər. Əsas olaraq
asılı sözün qeyri-müəyyən yiyəlik halda olmasını, deməli, əsas söz
tərəfindən idarə olunmasını göstərirlər. Lakin qeyri-müəyyən
yiyəlik halda dayanmaq əsas söz tərəfindən idarə olunmaq
demək deyil. Digər tərəfdən, bu birləşmə növünün tərəfləri
arasına başqa bir sözün daxil ola bilməməsi də idarə əlaqəsinin
olması fikrini şübhə altına alır. Tərəflər arasına söz daxil ola
bilməmə tam yanaşma əlaqəsi üçün xarakterik olduğundan,
burada yanaşma əlaqəsinin olması daha ağlabatandır.
İkinci növ təyini söz birləşmələrinin bir sıra məna və
qrammatik xüsusiyyətləri var. Həmin xüsusiyyətlər bunlardır:
Gülarə Abdullayeva
150
1) Bu birləşmələr mənasına görə ümumilik,
mücərrəddlik bildirir. Buna görə də mürəkkəb idarə adları daha
çox bu birləşmələrlə ifadə olunur. Məsələn
, icra hakimiyyəti,
həmkarlar təşkilatı, qadınlar cəmiyyəti və s
.
2) Bu birləşmələrin tərəflərinin ifadə vasitələri məhdud
olub, hər iki tərəfi əsasən isimlərlə ifadə olunur. Birinci tərəf
qeyri-müəyyən yiyəlik halda olduğundan ancaq ümumi
isimlərlə ifadə olunur, şəxs əvəzlikləri asılı tərəf ola bilmir,
buna görə də birləşmənin ikinci tərəfi
birinci və ikinci şəxslərə
məxsus mənsubiyyət şəkilçiləri qəbul etmir. Nəticədə, ikinci
növ təyini söz birləşmələrinin tərəfləri arasında uzlaşma əlaqəsi
bütün şəxslər üzrə deyil, yalnız III şəxsin təki üzrə mövcud
olur.
3) Bu birləşmələrdə mürəkkəb isimlərə doğru bir
inkişaf meyli var. Mürəkkəb isimlərin bir çoxu bu birləşmələr
formasında olur. Məsələn,
quşəppəyi, kəklikotu, dəvədabanı,
ayaqqabı və s.
Hazırda dilimizdə ikinci növ təyini söz birləşmələrinə
daxil olan bir sıra nümunələr vardır ki, onlar mənşəyinə görə
həqiqi ikinci növ təyini söz birləşməsi olmayıb, dilin inkişafı
prosesində deformasiyaya uğramaqla
birinci növ təyini söz
birləşməsindən törəmişdir. Məsələn,
Nizami müzeyi-Nizami
adına muzey, Araz çayı-Araz adlanan çay, Xəzər dənizi-Xəzər
adlanan dəniz və s. Belə birləşmələrin birinci tərəfi xüsusi
isimlərlə də ifadə olunur. Birinci tərəfi xüsusi isimlə ifadə
olunduqda, tərəflərin əlaqəsi həqiqi mənadan müəyyən
dərəcədə ayrılır, mücərrədləşir və birlikdə bir ad, bir məfhum
bildirməyə meyl göstərir.
4) İkinci növ təyini söz birləşmələrinin tərəfləri eyni
zamanda
cəm şəkilçisi qəbul edə bilmir, bir tərəf cəmlənəndə o
biri tərəf tək olur. Məsələn,
gözəllər gözəli, dünya gəncləri,
yollar ayrıcı və s
.
5) Bu birləşmələrin tərəfləri həmişə yanaşı işlənir və
onların arasına heç bir söz daxil ola bilmir.
Müasir Azərbaycan dili
151
7) İkinci növ təyini söz birləşməsinin tərəfləri cümlədə
bir-birindən ayrılmır və birlikdə cümlənin bir mürəkkəb üzvü
olur. Məsələn,
Bilirəm, Alqazax uşağı qan çanağıdır. (İ.Şıxlı)
və s.
Üçüncü növ təyini söz birləşməsinin birinci tərəfi
yiyəlik hal şəkilçisi, ikinci tərəfi mənsubiyyət şəkilçiləri ilə
işlənir. Məsələn,
dağın başı, evin qapısı, çəmənin ətri və s.
Birinci tərəfi ismin yiyəlik hal, ikinci tərəfi
mənsubiyyət şəkilçili təyini söz birləşmələrinə üçüncü növ
təyini söz birləşmələri deyilir.
Üçüncü növ təyini söz birləşmələri də qarşılıqlı tabelilik
əlaqəsi əsasında əmələ gəlib, birinci tərəfi ikinci tərəflə idarə,
ikinci tərəf isə birinci tərəflə uzlaşma əlaqəsinə girir. İkinci və
üçüncü növ təyini söz birləşmələri bir sıra oxşar və fərqli
xüsusiyyətlərə malikdir. Oxşar xüsusiyyətləri bunlardır:
1) Hər ikisi qarşılıqlı tabelilik əlaqəsi əsasında yaranır.
2) Hər ikisi ismi birləşmə növünə aiddir.
3) Hər ikisi cümlədə bir mürəkkəb üzv kimi çıxış edir.
4) Hər ikisinin əsas tərəfinin ifadə vasitəsi eynidir.
Fərqli cəhətlərə aşağıdakılar daxildir:
1) İkinci növdən fərqli olaraq, üçüncü növ təyini söz
birləşməsinin tərəfləri arasında idarə və uzlaşma əlaqəsi
mövcuddur.
2) Üçüncü növ təyini söz birləşməsinin mənasında bir
dəqiqlik, konkretlik, müəyyənlik olur.
3) Üçüncü növ təyini söz birləşməsinin tərəfləri arasına
istənilən qədər söz daxil ola bilir. Məsələn,
Dağın havası-
dağın insana xoş təsir edən təmiz havası və s.
4) İkinci növ təyini söz birləşmələrində uzlaşma əlaqəsi
yalnız üçüncü şəxsin təki üzrə olduğu halda, üçüncü növ təyini
söz birləşmələrində uzlaşma bütün şəxslər üzrə özünü göstərir.
Məsələn
, mənim evim, sənin evin, onun evi, bizim evimiz, sizin
eviniz, onların evləri.
Gülarə Abdullayeva
152
5) Üçüncü növ təyini söz birləşməsinin tərəflərinin ifadə
vasitələri genişdir. İsimləşə bilən bütün nitq hissələri əsas və
asılı tərəf yerində dayana bilir.
6) Üçüncü növ təyini söz birləşməsinin tərəfləri eyni
zamanda cəmlənə bilir. Məsələn,
şagirdlərin kitabları, onların
dostları və s.
Üçüncü növ təyini söz birləşmələri cümlənin bütün
üzvləri yerində işlənə bilir. Məsələn,
Güllücə kəndinə çatanda
kəndin əhalisi (mübtəda) yatmışdı. (S.S.Axundov) Cəlil ağa
həyətə girəndə Şəfiqə qapının qabağında idi.(xəbər)
(İ.Məlikzadə) Qırxıncı gün şahın iyirmi yaşlı cəsur oğlu (təyin)
Məlikşah saraya daxil oldu. Rüstəm bəy nökərləri ilə məsləhət
gördülər ki, bir qaranlıq geçədə gedib mənim atamın evini
(tamamlıq) yandırsınlar və çölə çıxanı gülləbaran eləsinlər.
(N.Vəzirov) Abbasqulu bəylə Xəlil qarın üstündə (yer zərfliyi)
qoşa uzanmışdı. (F.Kərimzadə)
Qeyri-təyini ismi birləşmələr. Qeyri-təyini ismi
birləşmələrin də əsas tərəfi isim və isimləşə bilən nitq hissələri
ilə ifadə olunur. Lakin formal xüsusiyyətlərinə görə onlar təyini
söz birləşmələrindən fərqləndiyindən, qeyri-təyini ismi
birləşmələr adı ilə qeyd olunur. Bu ismi birləşmələr dörd yerə
ayrılır:
I. Bu birləşmələrin bir qisminin əmələ gəlməsində heç
bir əlavə vasitədən istifadə edilmir. Bunların birinci tərəfi ismin
adlıq halında olur və həmişə substantiv xüsusiyyət daşıyır. Belə
birləşmələrin birinci tərəfinin mənsubiyyət şəkilçili sözlərlə
ifadəsi daha çox inkişaf etmişdir. İkinci tərəf əsasən sifətlə
ifadə olunur. Burada
-lı
4
şəkilçili düzəltmə sifətlərdən
daha tez-
tez istifadə edilir. Məsələn,
gözləri yaşlı, əlləri qanlı, camalı
solğun və s.
Bu birləşmələrin məzmununu təyinlə təyin olunan
arasındakı əlaqə təşkil edir. Bunlar həm forma, həm də mənaca
birinci növ təyini söz birləşmələrinə yaxınlaşır, lakin onlar eyni