Microsoft Word sahib eliyev doc



Yüklə 4,76 Kb.
Pdf görüntüsü
səhifə34/75
tarix24.10.2017
ölçüsü4,76 Kb.
#6503
1   ...   30   31   32   33   34   35   36   37   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
133 
Fellərlə idarə. Bütün fellərin ismin bu və ya digər 
halını idarə etmə imkanı eyni deyil. Məsələn, almaq feli, birinci 
növbədə, ismin təsirlik halını  tələb etdiyi halda,  baxmaq feli, 
ilk növbədə, ismin yönlük halını, gəlmək feli ismin çıxışlıq və 
yönlük hallarını  tələb edir. Bu fellər başqa hallarla da işlənə 
bilər.  Məsələn,  almaq  feli eyni zamanda yönlük və  təsirlik 
(Əliyə kitabı almaq), yerlik (saat 5-də almaq), çıxışlıq 
(mağazadan almaq) hallarını da idarə edə bilər. Eləcə  də 
baxmaq  feli yönlük haldan başqa, yerlik, çıxışlıq hallarla da 
işlənə bilər.  
Fellər ismin dörd halını- yönlük, təsirlik, yerlik, çıxışlıq 
hallarını idarə edə bilir. Bu dörd halı idarə etməkdə təsriflənən   
və  təsriflənməyən fellər arasında heç bir fərq görünmür. 
Məsələn,  Kitabı oxuyur, kitabı oxumaq, kitabı oxuyan, kitabı 
oxuyanda  və s. Bu formalar arasında fərq yalnız idarə əlaqəsi 
hesabına predikativ və ya qeyri-predikativ birləşmənin  əmələ 
gəlməsindədir. Yəni, təsriflənən  fellərlə idarə  nəticəsində 
predikativ birləşmə (cümlə), təsriflənməyən (feli bağlama, feli 
sifət, məsdər) fellərlə idarə  nəticəsində qeyri-predikativ 
birləşmə (söz birləşməsi) yaranır. 
 Fellər ismin yiyəlik halı ilə əlaqədar olmur və onu idarə 
etmir.  İsmin bu halı adlarla idarə olunur. Məsdərlərdə  və feli 
sifətlərdə fellik xüsusiyyətləri ilə yanaşı, ad bildirmək 
xüsusiyyətinin olması onları adlara yaxınlaşdırır, bu xüsusiyyət 
onların yiyəlik halda işlənməsinə və yiyəlik halı idarə etməsinə 
imkan yaradır. Məsələn,  uşağın ağlamağı, sənin deyəcəyin 
(söz), onun oxuduğu (kitab) və  s. Dörd halın idarəsində onlar 
fel kimi çıxış edərək feli birləşmə, bir halın - yiyəlik halın 
idarəsində isə ad kimi çıxış edərək ismi birləşmə yaradır.  
Fel olmayan nitq hissələri ilə idarə. Fel olmayan nitq 
hissələri ilə idarə dedikdə  isim, sifət, say, əvəzlik, qismən də 
zərflərin idarə əlaqəsi prosesində əsas tərəf  kimi çıxış etmələri 
nəzərdə tutulur. Bu nitq hissələri  əsasən ismin yiyəlik halını 
idarə edir. Məsələn,   evin qapısı,  ailənin böyüyü, sinfin  
Gülarə  Abdullayeva 
 
 
134
birincisi, bizim hamımız    birləşmələrində asılı  tərəfin yiyəlik 
halda olması uyğun olaraq əsas tərəfdəki isim, sifət, say, 
əvəzliyin tələbi ilə baş vermişdir. Bu nitq hissələri ismin ancaq 
yiyəlik, yönlük, yerlik və  çıxışlıq  hallarını idarə edə bilir. 
Ümumiyyətlə, yiyəlik hal heç vaxt fellər, təsirlik hal isə adlar 
qrupu tərəfindən idarə olunmur. Digər üç hal - yönlük, yerlik, 
çıxışlıq hallar isə daha çox fellər, az hallarda isə adlar qrupu 
tərəfindən idarə olunur. 
           Təsirlik halda olan söz və birləşmələr cümlədə yalnız 
təsirli fellərin tələbi ilə işlənir. 
İsimlərlə idarə.  İsimlərin  əsas idarə  obyekti yiyəlik 
haldır. Bu əsasda yaranan söz birləşmələrində iki əşya arasında 
münasibət, sahib şəxs və mənsub əşya münasibəti ifadə olunur. 
Məsələn, şəhərin görünüşü, ananın məhəbbəti, uşağın xəstəliyi 
və s.  Bu zaman üçüncü növ təyini söz birləşməsi əmələ gəlir.  
Ümumiyyətlə, yiyəlik halın idarə olunması bilavasitə isimlərlə 
əlaqədardır. Başqa nitq hissələrinin ismin yiyəlik halını idarə 
edə bilməsi üçün  substantivləşmələri əsas şərtdir. 
Digər halların  idarə olunmasında isim fəal iştirak edə 
bilmir və nisbətən məhdud  çıxış edir. Bunlardan bir çoxu   
felin düşməsi nəticəsində baş verir,  idarəçilik ismin əlinə keçir. 
Məsələn, böyüyə hörmət (bəsləmək), ağıldan bəla (çəkmək)     
və s. 
Sifətlərlə idarə.  Sifətlər də isimlər kimi ismin yiyəlik, 
yönlük, yerlik və çıxışlıq hallarını idarə edir.  Məsələn, şəhərin 
ən qədimi, binaların hündürü, dünyada məşhur, işindən arxayın 
və  s. Sifət yiyəlik halı idarə edərkən substantivləşdiyi halda, 
yönlük, yerlik və  çıxışlıq halları    idarə edərkən buna ehtiyac 
olmur və bu halları idarə etmək sifətin öz xüsusiyyətindən irəli 
gəlir. Buna görə  də yiyəlik hala nisbətən bu halların sifətlə 
idarə olunmasına  daha çox rast gəlmək olur. 
Saylarla idarə. Saylar ismin yiyəlik, yerlik və  çıxışlıq 
hallarını idarə edə bilir. Azərbaycan dilində sayların yönlük halı 
idarə etməsinə də rast gəlmək olur. Lakin bu çox az-az özünü 


Müasir  Azərbaycan  dili 
 
 
135 
göstərir. Məsələn,  mənə çoxdur,  sənə az? kimi birləşmələrdə  
çox, az sayları ismin yönlük halını idarə etmişdir. Lakin belə 
birləşmələr təsadüfi hallarda işlədilir. Yiyəlik, yerlik və çıxışlıq  
halların sayla idarəsi tez-tez müşahidə edilir. 
 Saylar  idarə etmək cəhətindən daha çox sifətlərə 
bənzəyir. Onlar da sifətlər kimi yiyəlik halı idarə edərkən 
substantivləşir. Məsələn,  uşaqların üçü, adamların çoxu  və s. 
Digər halları idarə edərkən isə öz xüsusiyyətlərini saxlayır, az 
hallarda substantivləşir. Məsələn, beşdə üçü,  beşdən az, üçdən 
çox (insan), burda çoxdur və s. 
Dilimizdə kəsr sayları da, əslində, idarə əlaqəsi hesabına 
yaranır. Bu zaman saylardan birincisi ismin çıxışlıq, ikincisi 
adlıq halında olmaqla əlaqələnir. Müasir Azərbaycan dilində  
isə kəsr saylarının ümumilik və nisbətən çoxluq bildirən hissəsi 
(məxrəc) daha çox ismin yerlik halında işlənir və surət 
tərəfindən idarə olunur. Məsələn,  Hələ  gördüklərimin  dörddə 
birin yazmayıram. (M.Ə.Sabir)  Ümumxalq danışıq dilində isə 
asılı  tərəf ismin çıxışlıq halında olur. Məsələn,  beşdən bir, 
beşdən biri. 
Dilimizdə  bəzən  zərflər və    əvəzliklər də idarə 
əlaqəsinin  əsas tərəfi kimi çıxış edir. Məsələn,  məqalənin  
əvvəli, şəhərdən  uzaq, uşaqların hamısı və s. 
Müasir Azərbaycan dilində qoşma da  ismin müxrəlif 
hallarını idarə edərək onlarla birlikdə müəyyən məna çaları 
yaradır. Məsələn,  sənə  hədiyyə almaq, sənin üçün hədiyyə 
almaq  birləşmələrinin hər ikisində  əsas söz almaq felidir. Bu 
fel birinci birləşmədə yönlük halı idarə etmiş, ikinci birləşmədə 
isə  üçün  qoşması ilə yanaşma  əlaqəsinə girmişdir.  Üçün 
qoşması isə, öz növbəsində, ismin yiyəlik halını idarə edərək 
sənə əvəzliyi ilə birləşmişdir.  
İdarə  əlaqəsinin asılı  tərəfi  əvvəl,  əsas tərəfi sonda 
işlənir. Yeni informasiya əsas tərəfdə olur. Lakin bədii dildə, 
emosional nitqdə bu və ya digər bir üzvün aktuallaşdırılması 
nəticəsində idarə əlaqəsinin tərəfləri öz yerini dəyişir. Məsələn, 
Gülarə  Abdullayeva 
 
 
136
Yəqin görən kimi tanıyacağıq onu; Axı payi-piyada 
neyliyəcəksən o çöllərdə? (İ. Əfəndiyev) Verilmiş nümunələrdə 
onu  sözü tanıyacağıq  sözündən, çöllərdə  sözü  neyliyəcəksən 
sözündən sonraya keçərək mənanın qüvvətli ifadə olunmasına,  
aktuallaşmaya şərait yaratmışdır. 
 
Uzlaşma.  Əvvəlki iki əlaqə növündən fərqli olaraq, 
uzlaşma  əlaqəsində  əvvəlcə  əsas tərəf (tabe edən) sonra asılı 
tərəf işlənir. Asılı  tərəf  əsas tərəflə  şəxsə  və  kəmiyyətə görə 
uyğunlaşır. Məsələn, Mənim anam, biz işləyirik və s. 
Asılı  tərəfin  əsas tərəflə  şəxsə  və  kəmiyyətə görə 
uyğunlaşmasına uzlaşma deyilir. 
Uzlaşma  əlaqəsi həm predikativ, həm də qeyri-
predikativ birləşmələrdə, yəni həm cümlədə, həm də söz 
birləşmələrinin tərəfləri arasında özünü göstərir. Cümlədə  
uzlaşma  əlaqəsinin morfoloji əlaməti  şəxs və  xəbərlik, söz 
birləşmələrində  isə mənsubiyyət şəkilçiləridir. Cümlədə və söz 
birləşməsində olmasından asılı olmayaraq, uzlaşmanın  
morfoloji göstəriciləri həmişə asılı  tərəfdə olur. Bu əlaqə 
Qeyri-
təyini ismi 
birləşmə
lərdə
Yer, bəzi 
zaman zərf-
likləri ilə 
xəbər aras.
Tamamlıq
larla xəbər 
arasında 
Feli 
birləşmə
lərdə 
III növ 
təyini söz 
birləşmələ
rində
İdarə   
əlaqəsi
olur:


Yüklə 4,76 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə