Müasir Azərbaycan dili
141
müəyyən pozulmalar özünü göstərir. Məsələn, d
ərs ləvazimatı-
dərs ləvazimatları, kənd adamı - kənd adamları və s.
Söz birləşmələri, onların xarakterik
xüsusiyyətləri, təsnifi
Söz birləşməsi ən azı iki müstəqil sözün məna və
qrammatik cəhətdən birləşməsi əsasında formalaşan sintaktik
vahiddir.
Sözlərin sintaktik birləşməsi sözlərarası müəyyən
leksik-semantik münasibət fonunda mövcud olur. Ayrı-ayrı
sözlər bir-biri ilə, hər şeydən əvvəl, mənaya görə birləşərək söz
birləşməsi əmələ gətirir. Bu birləşmələr özünəməxsus
xüsusiyyətlərə malik sintaktik vahid olmaqla yanaşı, bir
tərəfdən sözlə, digər tərəfdən cümlə ilə bağlıdır. Lakin onlar
müxtəlif, həm də bir-birinə münasibətdə müstəqil
dil vahidləri
olub, hərəsinin özünəməxsus xüsusiyyətləri, fəaliyyət dairəsi
və rolu vardır.
Söz birləşməsi də söz kimi nominativlik funksiyasını
yerinə yetirərək əşyaları, hadisələri, prosesləri və s. bildirir. Bu
o deməkdir ki, söz birləşmələri sintaktik mövqeyinə, cümlədəki
roluna və mənasına görə sözə yaxınlaşır və o da söz kimi
cümləyə tikinti materialı kimi daxil olur. Lakin bu oxşarlıq söz
birləşməsi ilə sözü eyniləşdirməyə əsas vermir. Hər şeydən
əvvəl, söz leksik, söz birləşməsi isə qrammatik kateqoriyadır.
Söz səslər, söz birləşməsi isə sözlər əsasında yaranır.
Söz
cümlə üçün olduğu kimi, söz birləşməsi üçün də tikinti
materialıdır. Buna görə də, söz birləşməsinin xarakteri onu
əmələ gətirən sözlərlə çox bağlı olur. Söz birləşməsi sözə
nisbətən daha çox leksik konkretliyə malikdir. Məsələn,
müqayisə edək
, oxumaq - kitabı oxumaq, saat - qol saatı,
Gülarə Abdullayeva
142
məktub – bu məktub və s. Beləliklə, söz birləşməsində sözün
mənası konkretləşir, dəqiqləşir.
Söz birləşməsi ən azı iki müstəqil sözün birləşməsindən
əmələ gəlir. Onlardan birinin ixtisarı birləşmənin ixtisarı
deməkdir. Söz isə öz-özlüyündə bir leksik vahiddir.
Söz birləşməsində köməkçi vasitənin iştirakı nəticəsində
komponentlərin sayından çox söz iştirak edə bilər. Məsələn,
savad almaq üçün oxumaq birləşməsində üç komponent, dörd
söz vardır. Göstərdiyimiz xüsusiyyətlər söz birləşməsini sözdən
ciddi şəkildə fərqləndirir. Lakin dildə iki-üç sözün
birləşməsindən əmələ gəlmiş mürəkkəb sözlər də fəaliyyət
göstərir. Mürəkkəb sözlərin zahiri forması və istifadə üsulu söz
birləşmələri ilə çox yaxınlıq təşkil edir. Bu cəhətdən söz
birləşmələri ilə mürəkkəb sözlər arasında aşağıdakı ümumi
cəhətləri qeyd etmək olar:
1. Həm söz birləşmələri, həm də mürəkkəb sözlər iki
sözün birləşməsindən əmələ gəlir.
2. Həm söz birləşmələrinin, həm də
mürəkkəb sözlərin
komponentləri eyni nitq hissəsinə aiddir
və eyni qrammatik
formadadır. Məsələn,
su qabı, ayaqqabı, pəncərə şüşəsi,
boyunbağı və s.
3. Həm söz birləşməsinin, həm də mürəkkəb sözlərin
komponentləri bir-birinə uyğun şəkildə sıralanır. Məsələn,
ağ
kağız, ağsaqqal, göy çəmən, göygöz və s.
4. Həm söz birləşməsinin, həm də mürəkkəb sözlərin
komponentləri eyni qrammatik əlaqə ilə birləşir. Məsələn,
evə
baxan, günəbaxan, suya girən, qulağagirən və s.
Bunlara
baxmayaraq, söz birləşmələri ilə mürəkkəb
sözlər bir sıra cəhətlərə görə bir-birindən fərqlənir. Həmin
fərqlər bunlardır:
1. Söz birləşməsini əmələ gətirən sözlər leksik-semantik
müstəqilliyini tamamilə saxlayır, ayrılıqda olduğu kimi,
birləşmə daxilində də ayrı-ayrı məfhumlarla bağlı olur.
Müasir Azərbaycan dili
143
Mürəkkəb sözləri təşkil edən sözlərdə isə bu müstəqillik,
adətən, qalmır.
2. Söz birləşmələrinin hər komponentinə ayrılıqda sual
vermək olur. Məsələn,
kitab (nə?)- almaq (nə etmək). Mürəkkəb
söz isə bütöblükdə bir suala cavab verir: günəbaxan (nə?)
Xanəli (kim?) və s.
3. Söz birləşmələrinin tərəfləri arasındakı sintaktik
əlaqələr təsiredici vəziyyətdə olur, özünü açıq şəkildə hiss
etdirir. Mürəkkəb sözlərdə bu əlaqələr hiss edilmir, nəzərə
çarpmır, təhlil zamanı onlar nəzərə alınmır, mürəkkəb sözlərin
əmələ gəlməsində iştirak edən qrammatik ünsürlər daşlaşır.
4. Söz birləşmələrinin hər komponentinin özünəməxsus
müstəqil vurğusu olur. Mürəkkəb sözlərin komponentləri isə bir
vurğu altında deyilir.
5. Söz birləşməsinin tərəfləri mütəhərrik olur, onlar hər
təsadüfdə yeni sözlərlə birləşərək, başqa birləşmələrin
komponentləri ola bilir. Məsələn,
kitabı oxumaq- həmin kitabı
oxumaq, məktəb direktoru- məkrəb direktorunun qardaşı və s.
Mürəkkəb sözlərin komponentləri isə belə xüsusiyyətə malik
olmur.
Mürəkkəb sözlərdə heç vaxt bir komponent həmin
vəziyyətdə başqa bir sözlə əlaqələnərək yeni birləşmə və ya
mürəkkəb söz təşkil edə bilmir.
Söz birləşməsində komponentlərdən
biri əsas, digəri
asılı tərəf adlanır. Əsas tərəfə müstəqil, tabe edən tərəf, asılı
tərəfə qeyri-müstəqil, tabe olan tərəf də deyilir. Məsələn
, gümüş
qaşıq, kitabı oxumaq, dağdan uca və s. kimi birləşmələrdə
birinci tərəf asılı, ikinci tərəf əsas tərəfdir.
Söz birləşmələri əsasən üç prinsipə görə təsnif olunur.
1.
Tərəflərinin (komponentlərinin) leksik - semantik
xüsusiyyətlərinə görə.
2.
Quruluşuna görə.
3.
Əsas tərəfin nitq hissələri ilə ifadəsinə görə.
Gülarə Abdullayeva
144
Tərəflərinin ifadə etdiyi leksik-semantik mənaya
əsasən, söz birləşmələrinin iki növü qeyd edilir:
sərbəst söz
birləşmələri, sabit söz birləşmələri. Sintaksisin əsas tədqiqat
obyektlərindən biri sərbəst söz birləşmələridir. Bu birləşmələri
əmələ gətirən sözlər öz əsl mənalarından uzaqlaşmır, öz leksik
müstəqilliyini saxlayır və birləşmənin
leksik-semantik deyil,
leksik-qarmmatik ünsürləri olur.
Belə birləşmələri hissələrinə ayırmaq, təhlil etmək olur
və bu təhlil birləşmənin əsas mənasına təsir etmir. Məsələn,
maraqlı mənzərə, taxıl tarlası, musiqi dinləyəndə və s. belə
birləşmələrdəndir.
Sabit birləşmələr belə sərbəstliyə malik olmur, dildə
onlardan hazır şəkildə istifadə olunur. Bu birləşmələr dilin
tarixi inkişafı prosesində yaranır və sabitləşir. Belə birləşmələri
əmələ gətirən sözlərdən ən azı biri öz həqiqi mənasından
uzaqlaşıb məcazi məna ifadə edir və beləliklə, bu sözlər
birləşmənin leksik-semantik ünsürünə çevrilmiş olur, birləşmə
daxilində ümumi
bir məna, bir məfhum ifadə olunur. Məsələn,
baş sındırmaq, bel bağlamaq, ələ salmaq, ağzına su alıb
oturmaq, saman altdan su yeritmək və s. Bu birləşmələr dilin
tarixi inkişafı prosesində sərbəst birləşmələrdən əmələ gəlir.
Sabit birləşmələr bir sözün ifadə etdiyi mənanı ifadə edir, sözün
ekvivalenti olub, dilin lüğət tərkibində xüsusi bir qatı təşkil
edir. Buna görə də onlar söz birləşmələri haqqında sintaktik
təlimə daxil edilmir. Sintaksisdə söz birləşmələrindən bəhs
edərkən yalnız sərbəst birləşmələr nəzərdə tutulur.
Sabit birləşmələr dilin tarixi inkişafı prosesində sərbəst
birləşmələrdən əmələ gəlmişdir. Hazırda dilimizdə elə
birləşmələr vardır ki, keçid prosesində olub, hər iki məqamda-
həm sərbəst, həm də sabit birləşmə məqamında işlənir.
Məsələn,
əldən düşmək, yoldan çıxmaq, yolunu azmaq, başa
salmaq və s.