Microsoft Word sahib eliyev doc



Yüklə 4,76 Kb.
Pdf görüntüsü
səhifə39/75
tarix24.10.2017
ölçüsü4,76 Kb.
#6503
1   ...   35   36   37   38   39   40   41   42   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
153 
deyildir. Bu birləşmələr birinci növ təyini söz birləşmələri ilə 
paralel surətdə işlənməkdədir. Onların iki növü vardır: 
 a)  İkinci tərəf birinci tərəfin  əlamətini bildirir. Bu, 
həmin birləşmələr üçün əsas xüsusiyyətdir. Məsələn, Tribunada 
ağsaçlı bir qadın, sinəsi odlu bir ana... (B.Azəroğlu). 
 b) Bu birləşmələrin az bir hissəsində isə birinci tərəf 
ikinci tərəfi izah edir. Lakin birinci növ təyini söz 
birləşmələrindən fərqli olaraq, bu birləşmələrdə birinci tərəf 
həmişə atributiv deyil, substantiv isimlərlə ifadə olunur. 
Məsələn,  Çox keçmişəm bu dağlardan,  Durna gözlü 
bulaqlardan. (S.Vurğun) 
II Birləşmələrin ikinci qrupu müəyyən şəkli  əlamətlərə 
malik olur. Bunlar da öz növbəsində dörd yerə ayrılır. 
Bunlardan üçündə yalnız birinci tərəflər, dürdüncüsündə isə hər 
iki tərəf hal şəkilçisi qəbul edir. Bunlar aşağıdakılardır: 
1. Birinci tərəfi yönlük haldakı sözlə ifadə olunanlar. 
Məsələn,  İslama hörmət, anaya məhəbbət, gələcəyə inam, 
kiçiyə qayğı, xalqa müraciət, həyata yaraşıq  və s.   Belə 
birləşmələrin tərəfləri arasında obyekt əlaqəsi mühüm yer tutur, 
birinci tərəf ikinci tərəfin obyekti kimi özünü göstərir. 
2. Birinci tərəfi ismin yerlik halındakı sözlə ifadə 
olunanlar. Bu birləşmələrdə birinci tərəf ikinci tərəfi məkanca 
izah edir. Bütövlükdə    isə birləşmələr  cümlədə hal- vəziyyət 
birldirmək məqsədilə  işlədilir. Məsələn,    Səfər  əlində süpürcə 
daxil olur. (C.Cabbarlı).  Gözlərdə intiqam qılınclarda qan. 
Buludlar kişnədi, göylər ağladı. (S.Vurğun). 
3. Birinci tərəfi ismin çıxışlıq halı ilə ifadə olunanlar. 
Bu birləşmələrin birinci tərəfləri,  əsasən isimlərlə, az-az 
hallarda  əvəzliklə  və başqa substantiv sözlərlə, ikinci tərəfləri 
isə sifətlə  və ya isimlə ifadə olunur. Məsələn,  dəmirdən qapı, 
daşdan divar, qəmdən azad, vətəndən uzaq,    Qulu da Həsən 
kişinin yanında özünü aydan arı, sudan duru göstərməyə  səy 
edirdi.  (M.İbrahimov)  və s. Göstərdiyimiz nümunələrin ikinci 
tərəfi sifətlə ifadə olunmuşdur. Bu  birləşmələrin digər bir 
Gülarə  Abdullayeva 
 
 
154
hissəsində  hər iki tərəf isimlə ifadə olunur. Məsələn,  qızıldan 
kəmər, cəbhədən xəbər, dostdan ayrılıq  və s. Birinci tərəfi 
ismin yönlük, yerlik və  çıxışlıq hallarında olan birləşmələrin 
hamısında tərəflər arasında idarə əlaqəsi vardır, birinci tərəflər, 
ikinci tərəflərə tabe olub, onların vasitəsilə idarə olunur. Bunlar 
cümlədə hissələrə parçalanmır, bütövlükdə bir üzv kimi çıxış 
edir. 
4. Qeyri-təyini  ismi birləşmələrin bir qismi hər iki tərəf 
şəkilçi qəbul etməklə formalaşır. Bu birləşmələrin birinci tərəfi 
ismin çıxışlıq, ikinci tərəfi isə  yönlük halında olur və  hər iki 
tərəf substantiv xüsusiyyət daşıyır, bəzən eyni, bəzən də 
müxtəlif leksik vahidlərdən yaranır.  Məsələn,  Başdan 
ayağadək geymiş  qırmızı, Oxurdu türkülər o gürcü qızı 
(S.Vurğun). Ürəyimdə bir dünyanın gücü var kimi, Dənizlərdən 
dənizlərə üzüb keçirəm (S.Vurğun). 
I.
  İsmi birləşmələrin üçüncü qrupu qoşmaların iştirakı 
ilə əmələ gəlir. Bu birləşmələrin birinci tərəfi həmişə substantiv 
sözlərdən, əsasən isimlərdən, ikinci tərəfi isə ya isimdən, ya da 
sifətdən ibarət olur. Məsələn, Əli kimi həkim, qar kimi ağ, quş 
kimi yüngül və s. 
 Qoşmaların iştirak etdiyi birləşmələrdə  bəzən birinci 
tərəf müəyyən hal şəkilçiləri də  qəbul etmiş olur. Məsələn, 
sərhəddə doğru yürüş, uşaqdan ötrü dərman və s
 Prof. 
Q. 
Ş. Kazımov “Müasir Azərbaycan dili” adlı 
dərslikdə    ismi  birləşmələrin bu ənənəvi bölgüdən fərqli, yeni 
əsasda təsnifini vermiş, tərəflər arasındakı sintaktik əlaqəni, 
əsas tərəfin ifadə vasitəsini  əsas götürməklə qruplaşdırmışdır. 
Müəllif əsas tərəfin hansı nitq hissəsi ilə ifadə olunmasına görə 
ismi birləşmələrin iki növünün olduğunu göstərərək yazır: 
 “ 
İsmi birləşmələrin bir qismi substantiv, bir qismi 
atributiv model əsasında qurulur. Ona görə də ismi birləşmələri 
iki qrupa ayırmaq olar: 
a) ismi birləşmələrin  əksər modellərində  əsas tərəf 
isimlərdən və isimləşmiş nirq hissələrindən ibarət olur; məs.: 


Müasir  Azərbaycan  dili 
 
 
155 
daş divar, şüşə qab,  yaşıl çəmən, xeyli adam, çiçəyin ətri, axan 
su, çağlayan  bulaq,  almanın  qırmızısı,    meyvənin  yetişmişi, 
uşaqların bir neçəsi, cərgələrdən ikincisi və s. 
Əsas tərəfi isimlər və ya isimləşmiş nitq hissələri ilə 
ifadə olunan bu cür birləşmələr s u b s t a n t i v birləşmələr 
adlanır.  
Substantiv birləşmələrin asılı  tərəfi isim, sifət, say, 
əvəzlik, feli sifət və zərflə ifadə olunur.  
b)ismi birləşmə modellərinin bir qismində  əsas tərəf   
sifətlərlə (sadə  və ya –lı, -li, -lu, -lü; -ıq, -ik, -uq, ük və s. 
şəkilçili düzəltmə sifətlərlə) ifadə olunur. Yuxarıdakı 
birləşmələrdən fərqli olaraq, bu cür birləşmələr a t r i b u t i v 
birləşmələr adlandırılır. Məsələn,  durna  gözlü, gözləri  bağlı
qapısı  örtülü,    ağzı  açıq, qolları  kəsik, hamıya  məlum, 
dağlardan  uca  və  s.    Bu  cür  birləşmələr cümlə daxilində 
adverbiallaşa da bilir”.  (4, səh. 42) 
Müəllif  ismi birləşmələri tərəflər arasında sintaktik 
əlaqənin növünə görə aşağıdakı növlərə bölmüşdür: 
1.Yanaşma əlaqəli ismi birləşmələr.  Yanaşma əlaqəli 
birrləşmələrə  taxta qapı, rəngli şüşə,  döyüşən igid,  sabir kimi 
şair,  Əhməd kimi müəllim, durna gözlü,  yaşıl yarpaqlı tipli 
birləşmələri daxil etmişdir. 
2.Uzlaşma  əlaqəli ismi birləşmələr.    Bu  birləşmə 
növünə qeyri-təyini söz birləşmələrindən olub, birinci tərəfi 
mənsubiyyət şəkilçisi qəbul etmiş birləşmələr daxil edilmişdir. 
Məsələn, ağzı bağlı,  gözləri yaşlı, üstü örtülü,  qapısı açıq, çibi 
boş və s.   
  3.İdarə əlaqəli ismi birləşmələr. Bu növə daxil edilən 
birləşmələr  əsas tərəfi isim, sifət, saylarla ifadə olunub, asılı 
tərəfi ismin üç halında-yönlük, yerlik, çıxışlıq hallarında tələb 
edən birləşmələr daxil edilmişdir. Məsələn,  vətənə  məhəbbət, 
insana hörmət, gözlərdə    yaş,  keçmişdən xatirə, hamıdan 
gözəl, dağlardan uca və s.  
Gülarə  Abdullayeva 
 
 
156
 4.Qarşılıqlı tabelilik əlaqəsində olan ismi 
birləşmələr. Tərəflər arasında olan tabelilik üsullarına görə 
bunlar da iki tipə ayrılmışdır: 
a)I tip:  yanaşma və uzlaşma  əlaqəli ismi birləşmələr. 
Bu tipə II növ təyini söz birləşmələri daxil edilmişdir. Məsələn, 
dağ çiçəyi, bulaq suyu, tut yarpağı, qapı çəftəsi və s.  
 b)II tip: idarə və uzlaşma əlaqəli ismi birləşmələr. Bu 
tipə III növ təyini söz birləmələri daxil edilmişdir. Məsələn, 
göyün ulduzu, almanın qırmızısı, uşaqların üçü, natiqin 
danışmağı  və s.  
 
Feli birləşmələr. Əsas tərəfi - tabeedici sözü fellərdən  
ibarət olan birləşmələrə feli birləşmələr deyilir.  Məsələn,  
kitaba baxmaq, onları çağırmaq, evə gedəndə, orada görünən 
və s. Feli birləşmələrdə  hərəkətlə ona aid olan  müxtəlif 
anlayışlar arasındakı  əlaqələr  əks olunduğundan bu 
birləşmələrin məzmununu proseslə onun aydınlaşdırıcıları 
arasındakı  əlaqələr təşkil edir. Bu əlaqələri aşağıdakı kimi 
qruplaşdırmaq olar:
 
1.Proseslə onun subyekti  arasındakı  əlaqə kimi. 
Məsələn,  payız gələndə, uşaq ağladıqca, müəllim danışarkən  
və s. 
2.Proseslə onun obyekti  arasındakı  əlaqə kimi. 
Məsələn,  stəkanı sındırmaq, yazını yazan,  evi təmizləmək və s. 
3.Proseslə onun zamanı arasındakı  əlaqə kimi. 
Məsələn, axşam gəlmək, gələndə görmək, qışda getmək və s. 
4.Proseslə onun məkanı arasındakı  əlaqə kimi. 
Məsələn, içəriyə keçmək,  şəhərə gedəndə, kənddən qayıdanda  
və s. 
5. Proseslə onun tərzi arasındakı  əlaqə kimi. Məsələn,  
tez-tez yerimək, ucadan oxumaq, sürətlə getmək və s. 
6.Proseslə onun kəmiyyəti arasındakı  əlaqə kimi. 
Məsələn, çox işləmək, az oxumaq, xeyli çalışmaq və s. 
7.Proseslə onun səbəbi arasındakı əlaqə kimi. Məsələn, 
istidən tərləmək, soyuqdan donmaq, qorxudan titrəmək və s.  


Yüklə 4,76 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə