Müasir Azərbaycan dili
153
deyildir. Bu birləşmələr birinci növ təyini söz birləşmələri ilə
paralel surətdə işlənməkdədir. Onların iki növü vardır:
a) İkinci tərəf birinci tərəfin əlamətini bildirir. Bu,
həmin birləşmələr üçün əsas xüsusiyyətdir. Məsələn,
Tribunada
ağsaçlı bir qadın, sinəsi odlu bir ana... (B.Azəroğlu).
b) Bu birləşmələrin az bir hissəsində isə birinci tərəf
ikinci tərəfi izah edir. Lakin birinci növ təyini söz
birləşmələrindən fərqli olaraq, bu birləşmələrdə birinci tərəf
həmişə atributiv deyil, substantiv isimlərlə ifadə olunur.
Məsələn,
Çox keçmişəm bu dağlardan, Durna gözlü
bulaqlardan. (S.Vurğun)
II Birləşmələrin ikinci qrupu müəyyən şəkli əlamətlərə
malik olur. Bunlar da öz növbəsində dörd yerə ayrılır.
Bunlardan üçündə yalnız birinci tərəflər, dürdüncüsündə isə hər
iki tərəf hal şəkilçisi qəbul edir. Bunlar aşağıdakılardır:
1. Birinci tərəfi yönlük haldakı sözlə ifadə olunanlar.
Məsələn,
İslama hörmət, anaya məhəbbət, gələcəyə inam,
kiçiyə qayğı, xalqa müraciət, həyata yaraşıq və s.
Belə
birləşmələrin tərəfləri arasında obyekt əlaqəsi mühüm yer tutur,
birinci tərəf ikinci tərəfin obyekti kimi özünü göstərir.
2. Birinci tərəfi ismin yerlik halındakı sözlə ifadə
olunanlar. Bu birləşmələrdə birinci tərəf ikinci tərəfi məkanca
izah edir. Bütövlükdə isə birləşmələr cümlədə hal- vəziyyət
birldirmək məqsədilə işlədilir. Məsələn,
Səfər əlində süpürcə
daxil olur. (C.Cabbarlı). Gözlərdə intiqam qılınclarda qan.
Buludlar kişnədi, göylər ağladı. (S.Vurğun).
3. Birinci tərəfi ismin çıxışlıq halı ilə ifadə olunanlar.
Bu birləşmələrin birinci tərəfləri, əsasən isimlərlə, az-az
hallarda əvəzliklə və başqa substantiv sözlərlə, ikinci tərəfləri
isə sifətlə və ya isimlə ifadə olunur. Məsələn,
dəmirdən qapı,
daşdan divar, qəmdən azad, vətəndən uzaq, Qulu da Həsən
kişinin yanında özünü aydan arı, sudan duru göstərməyə səy
edirdi. (M.İbrahimov) və s. Göstərdiyimiz nümunələrin ikinci
tərəfi sifətlə ifadə olunmuşdur. Bu birləşmələrin digər bir
Gülarə Abdullayeva
154
hissəsində hər iki tərəf isimlə ifadə olunur. Məsələn
, qızıldan
kəmər, cəbhədən xəbər, dostdan ayrılıq və s. Birinci tərəfi
ismin yönlük, yerlik və çıxışlıq hallarında olan birləşmələrin
hamısında tərəflər arasında idarə əlaqəsi vardır, birinci tərəflər,
ikinci tərəflərə tabe olub, onların vasitəsilə idarə olunur.
Bunlar
cümlədə hissələrə parçalanmır, bütövlükdə bir üzv kimi çıxış
edir.
4. Qeyri-təyini ismi birləşmələrin bir qismi hər iki tərəf
şəkilçi qəbul etməklə formalaşır. Bu birləşmələrin birinci tərəfi
ismin çıxışlıq, ikinci tərəfi isə yönlük halında olur və hər iki
tərəf substantiv xüsusiyyət daşıyır, bəzən eyni, bəzən də
müxtəlif leksik vahidlərdən yaranır. Məsələn,
Başdan
ayağadək geymiş qırmızı, Oxurdu türkülər o gürcü qızı
(S.Vurğun). Ürəyimdə bir dünyanın gücü var kimi, Dənizlərdən
dənizlərə üzüb keçirəm (S.Vurğun).
I.
İsmi birləşmələrin üçüncü qrupu qoşmaların iştirakı
ilə əmələ gəlir. Bu birləşmələrin birinci tərəfi həmişə substantiv
sözlərdən, əsasən isimlərdən,
ikinci tərəfi isə ya isimdən, ya da
sifətdən ibarət olur. Məsələn
, Əli kimi həkim, qar kimi ağ, quş
kimi yüngül və s.
Qoşmaların iştirak etdiyi birləşmələrdə bəzən birinci
tərəf müəyyən hal şəkilçiləri də qəbul etmiş olur. Məsələn
,
sərhəddə doğru yürüş, uşaqdan ötrü dərman və s
.
Prof.
Q.
Ş. Kazımov “Müasir Azərbaycan dili” adlı
dərslikdə ismi birləşmələrin bu ənənəvi bölgüdən fərqli, yeni
əsasda təsnifini vermiş, tərəflər arasındakı sintaktik əlaqəni,
əsas tərəfin ifadə vasitəsini əsas götürməklə qruplaşdırmışdır.
Müəllif əsas tərəfin hansı nitq hissəsi ilə ifadə olunmasına görə
ismi birləşmələrin iki növünün olduğunu göstərərək yazır:
“
İsmi birləşmələrin bir qismi substantiv, bir qismi
atributiv model əsasında qurulur. Ona görə də ismi birləşmələri
iki qrupa ayırmaq olar:
a) ismi birləşmələrin əksər
modellərində əsas tərəf
isimlərdən və isimləşmiş nirq hissələrindən ibarət olur; məs.:
Müasir Azərbaycan dili
155
daş divar, şüşə qab, yaşıl çəmən, xeyli adam, çiçəyin ətri, axan
su, çağlayan bulaq, almanın qırmızısı, meyvənin yetişmişi,
uşaqların bir neçəsi, cərgələrdən ikincisi və s.
Əsas tərəfi isimlər və ya isimləşmiş nitq hissələri ilə
ifadə olunan bu cür birləşmələr s u b s t a n t i v birləşmələr
adlanır.
Substantiv birləşmələrin asılı tərəfi isim, sifət, say,
əvəzlik, feli sifət və zərflə ifadə olunur.
b)ismi birləşmə modellərinin bir qismində əsas tərəf
sifətlərlə (sadə və ya
–lı, -li, -lu, -lü; -ıq, -ik, -uq, ük və s.
şəkilçili düzəltmə sifətlərlə) ifadə olunur. Yuxarıdakı
birləşmələrdən fərqli olaraq, bu cür birləşmələr a t r i b u t i v
birləşmələr adlandırılır. Məsələn,
durna gözlü, gözləri bağlı,
qapısı örtülü, ağzı açıq, qolları kəsik, hamıya məlum,
dağlardan uca və s. Bu cür birləşmələr cümlə daxilində
adverbiallaşa da bilir”. (4, səh. 42)
Müəllif ismi birləşmələri tərəflər arasında
sintaktik
əlaqənin növünə görə aşağıdakı növlərə bölmüşdür:
1.Yanaşma əlaqəli ismi birləşmələr. Yanaşma əlaqəli
birrləşmələrə
taxta qapı, rəngli şüşə, döyüşən igid, sabir kimi
şair, Əhməd kimi müəllim, durna gözlü, yaşıl yarpaqlı tipli
birləşmələri daxil etmişdir.
2.Uzlaşma əlaqəli ismi birləşmələr. Bu birləşmə
növünə qeyri-təyini söz birləşmələrindən olub, birinci tərəfi
mənsubiyyət şəkilçisi qəbul etmiş birləşmələr daxil edilmişdir.
Məsələn,
ağzı bağlı, gözləri yaşlı, üstü örtülü, qapısı açıq, çibi
boş və s.
3.İdarə əlaqəli ismi birləşmələr. Bu növə daxil edilən
birləşmələr əsas tərəfi isim, sifət, saylarla ifadə olunub, asılı
tərəfi ismin üç halında-yönlük, yerlik, çıxışlıq hallarında tələb
edən birləşmələr daxil edilmişdir. Məsələn,
vətənə məhəbbət,
insana hörmət, gözlərdə yaş, keçmişdən xatirə, hamıdan
gözəl, dağlardan uca və s.
Gülarə Abdullayeva
156
4.Qarşılıqlı tabelilik əlaqəsində olan ismi
birləşmələr. Tərəflər arasında olan tabelilik üsullarına görə
bunlar da iki tipə ayrılmışdır:
a)I tip: yanaşma və uzlaşma əlaqəli ismi birləşmələr.
Bu tipə II növ təyini söz birləşmələri daxil edilmişdir. Məsələn,
dağ çiçəyi, bulaq suyu, tut yarpağı, qapı çəftəsi və s.
b)II tip: idarə və uzlaşma əlaqəli ismi birləşmələr. Bu
tipə III növ təyini söz birləmələri daxil edilmişdir. Məsələn,
göyün ulduzu, almanın qırmızısı, uşaqların üçü, natiqin
danışmağı və s.
Feli birləşmələr. Əsas tərəfi - tabeedici sözü fellərdən
ibarət olan birləşmələrə feli birləşmələr deyilir. Məsələn,
kitaba baxmaq, onları çağırmaq, evə gedəndə, orada görünən
və s. Feli birləşmələrdə hərəkətlə ona aid olan müxtəlif
anlayışlar arasındakı əlaqələr əks olunduğundan bu
birləşmələrin məzmununu proseslə onun aydınlaşdırıcıları
arasındakı əlaqələr təşkil edir. Bu əlaqələri aşağıdakı kimi
qruplaşdırmaq olar:
1.Proseslə onun
subyekti arasındakı əlaqə kimi.
Məsələn,
payız gələndə, uşaq ağladıqca, müəllim danışarkən
və s.
2.Proseslə onun
obyekti arasındakı əlaqə kimi.
Məsələn,
stəkanı sındırmaq, yazını yazan, evi təmizləmək və s.
3.Proseslə onun
zamanı arasındakı əlaqə kimi.
Məsələn,
axşam gəlmək, gələndə görmək, qışda getmək və s
.
4.Proseslə onun
məkanı arasındakı əlaqə kimi.
Məsələn,
içəriyə keçmək, şəhərə gedəndə, kənddən qayıdanda
və s.
5. Proseslə onun
tərzi arasındakı əlaqə kimi. Məsələn,
tez-tez yerimək, ucadan oxumaq, sürətlə getmək və s.
6.Proseslə onun
kəmiyyəti arasındakı əlaqə kimi.
Məsələn
, çox işləmək, az oxumaq, xeyli çalışmaq və s.
7.Proseslə onun
səbəbi arasındakı əlaqə kimi. Məsələn,
istidən tərləmək, soyuqdan donmaq, qorxudan titrəmək və s.