Microsoft Word sahib eliyev doc



Yüklə 4,76 Kb.
Pdf görüntüsü
səhifə41/75
tarix24.10.2017
ölçüsü4,76 Kb.
#6503
1   ...   37   38   39   40   41   42   43   44   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
161 
yiyəlik, yönlük və  çıxışlıq hal şəkilçiləri qəbul edə bilir. 
Qoşmalı feli birləşmələr birinci tərəfi heç bir şəkilçi qəbul 
etmədən işlənən, birinci tərəfi  yiyəlik, yönlük, çıxışlıq hal 
şəkilçisi qəbul edən birləşmələr olmaqla dörd qrupa ayrılır. 
Tərəflər arasında sintaktik əlaqə üsullarına görə feli 
birləşmələri üç qrupa ayırmaq olar: 
1. Koordinativ feli birləşmələr. Bu qrupa daxil olan 
feli birləşmələrin asılı  tərəfi adlıq halda olur və  əsas tərəflə 
prosodik vasitələrin və söz sırasının köməyilə  əlaqələnir. Feli 
birləşmələrin bu qrupu subyekt əlaqəli birləşmələri  əhatə edir. 
Məsələn,  Sən oxuyan (kitab), biz görən hadisə və s.(4, səh.56 ) 
2. Yanaşma  əlaqəli feli birləşmələr. Bu qrupa daxil 
olan feli birləşmələrin asılı tərəfi qeyri-müəyyən təsirlik halda 
olan isim və isimləşmiş sözlərdən,  şəxssiz fellərdən və  bəzi 
zərflərdən ibarət olur. Məsələn, şeir yazmaq, tez cavab vermək, 
qaçanda yıxılmaq, indi getmək və s. Bu əlaqə ilə qurulan  feli 
birləşmələrin asılı tərəfi qoşmalı sözlərlə də ifadə olunur,  asılı 
tərəf qoşmalar vasitəsi ilə əsas tərəflə əlaqələnir. Məsələn, daş 
kimi yatan, şir kimi vuruşduqca, evə sarı yollanmaq, dağ havası 
kimi saflaşmaq və s.  
3. İdarə əlaqəli feli birləşmələr. İsmin yönlük, təsirlik, 
yerlik və  çıxışlıq hallarında olan adlar asılı  tərəfdə durmaqla 
idarə  əlaqəli feli birləşmələr  əmələ  gətirir. Məsələn, dağlara 
baxdıqca, gəzməyi xoşlayan, içəridə gözləmək,, meşədən 
qayıdan, oxumağa getmək, dərs deməyi arzulamaq, danışanları 
dinləmək, geriyə dönmək və s
Feli tərkiblər və onların cümlədə rolu.  Şəxsli fellər 
kimi feli sifət, feli bağlama və  məsdərlər də  təsirli və  təsirsiz 
olur, növ kateqoriyası  əlamətlərini qəbul edərək dəyişir, ona 
görə  də idarə  və yanaşma  əlaqələri ilə öz ətrafına çoxlu söz 
toplayaraq çox geniş  həcmli  tərkib  əmələ  gətirir və cümlədə 
bütöv şəkildə bir üzv olur. Məsələn, Arvad xeylağına çığırmaq, 
bağırmaq,  hətta  hərdənbir üzünü şilləyə öyrətmək  gərəkdir. 
(N. Nərimanov)  Qırmızı  kərpicdən tikilmiş evə Nazlı özüylə 
Gülarə  Abdullayeva 
 
 
162
hərarət gətirirdi. (İ.Məlikzadə)  Kənddən tədarüksüz yola 
düşənlər  xəmir yoğurub, sac asdılar.(İ.Şıxlı)-  cümlələrindən 
birincisində məsdər tərkibi mübtəda, ikinci və üçüncüsündə feli 
sifət tərkibi uyğun olaraq təyin və mübtəda yerində işlənmişdir.  
 
Əsas tərəfin idarə vasitəsinə görə feli birləşmələr üç 
qrupa bölünür: feli sifət tərkibləri, feli bağlama tərkibləri,  
məsdər tərkibləri. 
 
Feli sifət tərkibləri.  Feli sifət tərkiblərinin  əsas tərəfi 
feli sifətdən ibarət olur. Məsələn, Burdan təsadüfən keçən bir 
qoçu, Sınamaq istəmiş öz naqanını (S.Vurğun) və s. 
 Azərbaycan dilində bütün feli sifət  şəkilçiləri ilə           
(-dığı
4
,-mış
4
, -an
2
, -acaq
2
, -malı
2
, -ası
2
)  tərkib yarana bilir. 
Əksər feli sifət  şəkilçilərinin yaratdığı  tərkiblərin ayrıca 
subyekti olur. Məsələn: Ot bitməyən səhralarda şəhərlər saldıq 
(S.Vurğun). Salamovun sümükləri çıxmış  yanaqları və bir də 
qıyıq noğulu gözləri xəstənin gözləri qabağına gəldi 
(Y.Səmədoğlu). 
Feli sifət tərkiblərinin cümlədə  əsas sintaktik vəzifəsi 
təyindir. Məsələn,  Atadan-babadan qalan yurdumuzu düşmən 
əlindən qurtar. (N.Nərimanov)  Adımı nəğməylə saldı dastana, 
Muğan çöllərində ötən turaclar (S.Vurğun). 
Feli sifət tərkibi də feli sifətlər kimi, isimləşdikdə  
mübtəda, xəbər və tamamlıq vəzifələrində işlənir. 
 Mübtəda vəzifəsində:  Şəhərdən gələnlər  bu  əhvalatı 
şəhərdə, 
kənddən gələnlər 
kəndlərdə yayırdılar.                   
(N. Nərimanov) Öz  qədrini bilən  gərək özgənin də  qədrini 
bilsin. (Ə.Əyrisli)  
Xəbər vəzifəsində:    Məmurlara güllə atanlar meşəyə 
qaçanlar idi. (B.Bayramov) 
 Tamamlıq vəzifəsində.  Mən səhər çörək yeyəndə gecə 
yuxuda yenə Zülfüqar əmini gördüyümü  danışdım. 
(Y.Səmdoğlu) 
Feli sifət tərkibləri bir sıra başqa sözlərin köməyi ilə 
cümlədə  zərflik vəzifəsində  də  işlənir. Məsələn,  Toğrul bəy 


Müasir  Azərbaycan  dili 
 
 
163 
hökumət başına keçdiyi zaman bu acı  təcrübənin nəticələrini 
görmüşdür. (M.S.Ordubadi)  Və  bəlkə dünya-aləm hələ 
qaranlıq olduğuna görə  həyətlərdəki gilas ağacları da eləcə 
hər yerdə çıraq kimi alışıb yanırdı. (Ə.Əylisli) 
Feli bağlama tərkibləri. Bu qrupa daxil olan 
tərkiblərin əsas tərəfi feli bağlamadan ibarət olur.  
Bütün feli bağlama formaları bir işi, hərəkəti, başqa bir 
işlə, başqa bir hərəkətlə bağlayaraq tərkib  əmələ  gətirir. Feli 
bağlama və feli bağlama tərkibi  əmələ  gətirən  şəkilçilər 
aşağıdakılardır: 
-ıb
4
, (-ma)mış
2
, -arkən
2
, -madan
2
,  -dıqca
4
, -dıqda
4
,       
-alı
2
, -a -a
2
, -ar -maz
2
, -ınca
4
, -caq
2
.    Məsələn,  Hökmdar 
sərkərdəbaşının eşiyə  çıxardığı taxta əyləşib, qollarını taxtın 
söykənəcəyinə qoydu. (Y.Səmədoğlu) Mən kəndə çatar-çatmaz 
işıqlar yandı və s.  
-ıb
4
  və -araq
2
  şəkilçili feli bağlamalar müstəqil 
subyektlə  işlənə bilmir. Bu cür feli bağlamaların  şəxsli fellə 
müştərək subyekti olur. Məsələn,  Uşaq qımıldanmadan durub 
baxırdı  – cümləsində  uşaq sözü bir subyekt kimi həm  şəxsli 
felə (baxırdı), həm də feli bağlamaya (qımıldanmadan, durub
aiddir. 
Feli bağlama tərkibləri cümlədə, əsasən, zaman, tərz və  
bəzən də səbəb zərfliyi vəzifəsində işlənir. 
Zaman zərfliyi vəzifəsində:  Mən gələndə  şamamalar 
gül idi (“Qaçaq Nəbi”) 
Tərz zərfliyi vəzifəsində:  Eyvaz dayı  oturduğu yerdən 
qalxıb uzun saçaqlı yapıncısını çiyninə saldı.(İ.Əfəndiyev) 
Səbəb zərfliyi vəzifəsində:  Savalan dağlarında 
keçirdiyi həyatı xatırlayıb öz-özünə deyindi. ( İ.Əfəndiyev) 
Feli bağlama tərkibləri az hallarda qarşılaşdırma zərfliyi 
vəzifəsində də işlənir. Məsələn, Onun günahsız olduğunu bilə-
bilə,  nə üçün danlayırsan?(İ.Əfəndiyev) 
Məsdər tərkibi.  Tərkiblərin bu növünün əsas tərəfi       
-maq
2
 şəkilçili məsdərdən ibarət olur.  
Gülarə  Abdullayeva 
 
 
164
Məsdər tərkibləri cümlədə daha çox mübtəda və 
tamamlıq vəzifələrində işlənir.  
Mübtəda vəzifəsində:  Başqa qız-gəlin kimi dəvəyə 
minib yükün  üstündə  də oturmaq onun ürəyincə  deyildi.       
(İ. Əfəndiyev)  
Tamamlıq vəzifəsində:  Bu yerlərdə cavanlar sərvaxt 
yatmağa öyrəniblər. (İ.Əfəndiyev) 
Xəbər vəzifəsində: Məqsədimiz sizə kömək etməkdir. 
Məsdər tərkibləri  üçün, ötrü qoşmaları ilə  işlənərək 
məqsəd zərfliyi vəzifəsində çıxış edir. Məsələn, Gülgəz hamıya 
eşitdirmək üçün bərkdən dedi. (İ.Əfəndiyev) 
Məsdər tərkibləri çıxışlıq hal şəkilçisi qəbul edərək  
səbəb zərfliyi vəzifəsində    də  işlənir. Məsələn,  Dərdlərimi 
danışmaqdan dilim qabar bağladı. 
             Zərf birləşmələri.   Dilimizdə  əsas tərəfi zərflə ifadə 
olunan birləşmələrə də rast gəlinir ki, onlar azlıq təşkil edir. Bu 
birləşmələrin ikinci tərəfi, əsasən, yer, zaman və tərz zərfləri ilə 
ifadə olunur. Məsələn:  evdən yuxarı, quş kimi tez, çox yavaş, 
səninlə yanaşı və s. 
 
Zərf birləşmələrinin əsas tərəfinin zərfin bu və ya digər 
növü ilə ifadəsi birləşmənin ümumi xüsusiyyətinə  təsir edir. 
Asılı tərəfin ifadə vasitələrini nəzərə almaqla zərf birləşmələrini 
aşağıdakı növlərə ayırmaq olar: 
           a)  zərf + zərf modelli birləşmələr.    Zərf 
birləşmələrinin bu növündə asılı tərəf əsasən kəmiyyət zərfləri, 
əsas tərəf isə tərz  və bəzən də yer və zaman zərfləri ilə ifadə 
olunur və  əsas tərəf  kəmiyyətcə izah edilir. Məsələn, çox 
kəskin (danışmaq), olduqca yavaş (yerimək), bir qədər tez, bir 
qədər ucadan, xeyli geridə (qalmaq), tamamilə yanaşı və s. 
 
Göründüyü kimi, bu birləşmələrin tərəfləri arasında 
yanaşma  əlaqəsi olur və onlar da zərf kimi cümlədə  zərflik 
vəzifəsini daşıyır.  
       
 b)  isim+zərf,  əvəzlik+zərf modelli birləşmələr. 
Dilimizdə  işlənən zərf birləşmələrinin az bir qismi bu modelə 


Yüklə 4,76 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə