Müasir Azərbaycan dili
137
zamanı asılı tərəf ikinci yerdə durur. Asılı söz əsas sözlə iki
baxımdan: həm şəxsə, həm də kəmiyyətə görə uyğunlaşır.
Şəxsə və kəmiyyətə görə uzlaşma.
Qeyd etdiyimiz kimi, Azərbaycan dilində uzlaşma
əlaqəsi şəxsə və kəmiyyətə görə olur. Əsas (tabe edən) tərəf
hansı şəxsə aid olursa, asılı (tabe) tərəf də həmin şəxsə məxsus
qrammatik əlamətlər qəbul edir, onunla uyğunlaşır. Predikativ
əlaqəli birləşmələrdə uzlaşma əlaqəsi xəbərlik şəkilçiləri və
şəxs sonluqları vasitəsi ilə reallaşır. Məsələn
, Mən gəlirəm. Sən
gəlirsən. O gəlir. Biz gəliriz. Siz gəlirsiniz. Onlar gəlirlər.
və s. Göründüyü kimi, uzlaşma əlaqəsi
cümlədə mübtəda və
xəbər arasında olur. Bu zaman mübtəda əsas, xəbər isə
qrammatik cəhətdən ondan asılı olur. Mübtəda hansı şəxsdə
olursa, xəbər də həmin şəxsə uyğun şəxs və ya xəbərlik
şəkilçisi qəbul edir, onunla uzlaşır. Məsələn,
Mən uzanıram
bir hovur gözümün acısını alım. (İ.Şıxlı) Onda gərək biz uşağı
camaat arasına çıxarmayaydıq. (İ.Əfəndiyev) Qoy qız otursun
faytonda. (İ.Əfəndiyev) və s.
Xəbər mübtəda ilə həm şəxsə, həm də kəmiyyətə görə
uzlaşarsa, belə uzlaşma tam uzlaşma adlanır. Azərbaycan
dilində şəxsə görə uzlaşma daimi xarakter daşıyır
və heç vaxt
pozulmur. Lakin kəmiyyətə görə uzlaşma bəzən pozula bilir.
I və II şəxsin təki ilə cəmində uzlaşma həmişə tam olur və heç
vaxt pozulmur. Məsələn
, Mən gəldim. Sən gəldin. O gəldi. Biz
gəldik. Siz gəldiniz. Onlar gəldilər. Kəmiyyətə görə uzlaşma
isə bir qədər fərqli şəkildə özünü göstərir. Bu fərq mübtəda
III şəxsin cəmi ilə ifadə olunduqda nəzərə çarpır.
Mübtəda III şəxsin cəmində olduqda üç fərqli vəziyyət
müşahidə olunur:
1. Əgər əsas tərəf, yəni III şəxsin cəmi ilə ifadə olunmuş
mübtəda insanlara aiddirsə, asılı tərəf (xəbər) əksər hallarda
onunla uzlaşır, bəzən uzlaşmır. Əgər ayrı-ayrı hissələr, fərdlər
nəzərə çarpdırılırsa,
bu vaxt uzlaşma vacib olur, əgər kəmiyyət
toplu halda götürülürsə, uzlaşma vacib olmur. Məsələn,
Atalar
Gülarə Abdullayeva
138
yaxşı deyib ki, ehtiyat igidin yaraşığıdır. Sonra onlar ...Fatma
nənəmgilin Şuşa qalasındakı qohumlarından söhbət etdilər.
(İ. Əfəndiyev)
2. Əgər əsas tərəf heyvanlara və quşlara aid olarsa, asılı
tərəf onunla uzlaşar da, uzlaşmaz da. Məsələn
, Güllə səsinə
kəndin itləri bir-iki ağız hürdülər. (İ.Şıxlı) Səsimə səs verir
quşlar yuvadan. (S.Vurğun)
3. Əsas tərəf cansız varlıqlara aid olarsa, birincinin
əksinə olaraq, asılı tərəf əksər hallarda onunla uzlaşmır.
Məsələn
, Bu səsə dağlar-daşlar lərzəyə gəldi.(İ.Şıxlı)
Əgər belə mübtədanın mənasında şəxsləndirmə olarsa,
onda xəbər cəmlənir. Məsələn
, Yarpaqlar pıçıldaşırdılar və s.
Bəzən predikativ əlaqəli birləşmələrdə əsas və asılı
tərəf həmcins olur. Bu da tərəflər arasında uzlaşma əlaqəsinə
müəyyən təsir göstərir
.
1. Əsas tərəf həmcins üzvlərdən ibarət olduqda
aşağıdakı hallar özünü göstərir:
a) Əsas tərəfdə başqa şəxslərə aid sözlərlə yanaşı,
birinci şəxsə aid əvəzlik (
mən və ya
biz) iştirak edirsə, asılı
tərəf birinci şəxsin cəmində olur. Məsələn
, Fikirdəyik sən də,
mən də, ağ bulud da, göy çəmən də (S.Vurğun).
b) Əgər əsas tərəfdə olan sözlər arasında ikinci şəxsə
aid əvəzlik (
sən, siz) olarsa, asılı tərəf ikinci şəxsin cəmində
olur. Məsələn,
Sən də, Adil də məsələnin mahiyyətini
öyrənməlisiniz.(İ. Əfəndiyev)
c) Əsas tərəfdə olan sözlər içərisində birinci və ikinci
şəxs əvəzlikləri iştirak etməzsə, yəni onlar ancaq üçüncü şəxsə
aid olarsa, asılı tərəfdə olan söz həmişə üçüncü şəxsdə olur və
şəxsə görə uzlaşma qalır. Kəmiyyətə görə uzlaşma isə əsas
tərəfdə olan sözlərin xarakterindən, düzülüşündən asılı olaraq
dəyişilir. Əgər əsas tərəfdə olan sözlərin ifadə etdiyi əşyalar,
şəxslər, eyni zamanda, eyni yerdə və xüsusən əlaqəli şəkildə
götürülürsə, bu halda asılı söz çox vaxt cəm olur və kəmiyyətə
Müasir Azərbaycan dili
139
görə əsas sözlə uzlaşır. Məsələn,
Abbas, Həyat və Akif xəritəyə
baxaraq danışırdılar. (M.İbrahimov).
Əgər əşya və şəxslər belə əlaqəli şəkildə götürülmürsə,
ayrı-ayrılıqda götürülürsə, bu halda asılı söz cəmlik əlaməti
qəbul etmir və deməli, kəmiyyətə görə uzlaşma pozulmuş olur.
Məsələn,
Yenə işığını səndən alacaq, İnsan da, torpaq da,hava
da, su da .(S. Vurğun)
2. Bəzən asılı tərəf həmcins olur. Bu zaman iki hal
özünü göstərir. Birinci halda, asılı tərəfdə olan sözlərin hamısı
şəxs və kəmiyyətə görə əsas sözlə uzlaşır.
İkinci halda isə asılı sözlərdən sıra ilə ancaq sonuncu
əsas sözlə şəxs və kəmiyyətə görə uzlaşır, başqaları isə
uzlaşmır və başqa formalarla əvəz olunur. Belə hallar aşağıdakı
səbəblərdən irəli gəlir:
a) asılı sözlərdə uzlaşma əlaməti
olan şəxs və kəmiyyət
şəkilçilərinin ixtisarı nəticəsində. Məsələn,
Biz həm işləyəcək,
həm də oxuyacağıq.
b) asılı sözlərin
-ıb
4
və bəzən də
-araq, -ərək şəkilçili
feli bağlamalarla əvəz olunması nəticəsində. Məsələn,
Dəstə-
dəstə biz də gərək, sünbül yığıb, meyvə dərək. (S.Vurğun) Mən
məktəbi buraxaraq, işləməyə başladım.
c) asılı tərəfin
deyil, yox sözləri ilə əvəz olunması
nəticəsində. Məsələn,
Mən səni deyil, Əlini çağırıram.
Dilimizdə predikativ əlaqəli birləşmələrdə şəxsə görə
uzlaşma həmişə özünü qoruyub saxlayır. Lakin dilimizdə elə
predikativ əlaqəli birləşmələr də vardır ki, bunlarda asılı sözlər
əsas sözlə deyil, sanki öz-özü ilə uzlaşmalı olur. Məsələn,
Danışan mənəm. Danışan sənsən. Danışan odur. Danışan bizik.
Danışan sizsiniz. Danışan onlardır. Uzlaşmanın pozularaq bu
şəklə düşməsinə əsas səbəb subyektlə predikatın
öz qrammatik
yerlərini dəyişdirməsi və birləşmənin tərsinə qurulmasıdır.
Məsələn
, müqayisə edək, Danışan mənəm - Mən danışıram.
Danışan sənsən - Sən danışırsan və s.
Gülarə Abdullayeva
140
Qeyri-predikativ birləşmələrdə (söz birləşmələrində)
uzlaşma. Uzlaşma əlaqəsi bütün söz birləşmələrində deyil,
yalnız qarşılıqlı tabelilik əlaqələri ilə qurulan ismi
birləşmələrdə olur. Bu ismi birləşmələrin bir qisminin tərəfləri
arasında yanaşma və uzlaşma (II növ təyini söz birləşmələri),
bir qisminin (III növ təyini söz birləşmələri) tərəfləri arasında
isə idarə və uzlaşma əlaqələri olur.
II növ təyini söz birləşmələrində uzlaşma məhdud olub,
yalnız III şəxs üzrədir. Məsələn
, iş otağı, dərs kitabı və s.
III növ təyini söz birləşmələrində isə uzlaşma bütün
şəxslər üzrə olub, hərtərəfli və tamdır. I tərəf hansı şəxsdə
olursa (tək və ya cəmdə), II tərəf də uyğun mənsubiyyət
şəkilçisi qəbul edərək onunla uzlaşır. Məsələn,
mənim kitabım,
sənin kitabın, onun kitabı və s.
Azərbaycan dilində qeyri-predikativ birləşmələrdə
şəxsə görə uzlaşma həmişə qorunur, kəmiyyətə görə uzlaşmada
Qeyri-
təyini ismi
birləşmə-
lərdə
Mübtəda
ilə xəbər
arasında
II, III növ
təyini söz
birləşmələ
rində
Uzlaşma
əlaqəsi
olur: