Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə27/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   23   24   25   26   27   28   29   30   ...   57

84 
 
 
nəticədə  subyektin  özünü  böyüdür,  imkanlarını  genişləndirir. 
Səbəb  və  başlanğıcı  təbiətdə  axtaran  qədim  yunan  alimi 
Empedokla  görə  səbəb  (hərəkət  etdirən  səbəb)  bölünür.  Onun 
fikrincə, bir hərəkət başlanğıc deyil, əks hərəkət də başlanğıca 
səbəbdir.  Yəni,  başlanğıc  bir-birinə  əks  olan  iki  hərəkətdən 
ibarətdir.
1
  Əgər  biz  hesab  etsək  ki,  biz  insanlar  da  təbiətin 
məhsuluyuq  və  düşüncələrimizlə,  idrakımızla  təbiətə 
bağlıyıq  və  düşüncələrimizi  məhz  təbiət  prosesləri  əks 
etdirir  (yəni,  düşüncələrin  xassələri  təbiət  proseslərinin 
xassələri  ilə  analoqluq  təşkil  edir,  paralellik  yaranır,  bir 
sözlə,  təfəkkür  proseslərinin  xassələri  təbiət  proseslərinin 
xassələrindən  meydana  gəlir),  onda  belə  nəticəyə  gələ 
bilərik  ki,  elə  hüququ  meydana  gətirmək  üçün  iki  hərəkət 
edilməlidir:  başlanğıc  və  ona  təkan  verən  hərəkət.  Əslində 
də  bu  hərəkətlərin  bir-birilərini  şərtləndirməsi  meydana 
gəlir. Buradan da başlanğıc və sonun  mütləqliyi ilə yanaşı, 
nisbiliyi,  qeyri-müəyyənliyi  meydana  gəlir.  Yəni,  başlanğıc 
həm müəyyən, həm də qeyri-müəyyəndir. Onun bəlli olması 
üçün hərəkətə gətirəni tapmaq lazımdır.  
İ
nsanların  fəaliyyəti  hüquqları  meydana  gətirir  (burada 
həm də aşkarlayır və digər şəxslərin hüquq sərhədlərini ortaya 
qoyur)  və  təbii  hüquqların  mövcudluğu  və fəaliyyətin  rasional 
məzmunu  və  genişliyi  hüquqların  bölgü  etibarilə  hüquqlarının 
ə
saslarını  təşkil  edir.  (Qeyd:  insan hüquqlarının  sərhədlənməsi 
də  bir  neçə  səbəbdən  ortaya  çıxa  bilər:  bir  səbəb  kimi 
insanların  potensialı,  hərəkət  imkanları  əsas  ola  bilər.  Digər 
səbəb  maraqların  qarşılaşmasından,  hərəkətlərin  qarşılaş-
masından,  obyekt  üzrə  hərəkətlərin  birləşməsindən  ibarət  ola 
bilər.  Başqa  səbəb  isə  təbii  fəlakətlərdən  və  digər  zəruri 
hadisələrdən  insanların  qorunması  üçün  məhdudlaşdırılma 
                                                 
1
 Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutu. 
Qədim yunan fəlsəfəsi antologiyası. “Yeni Nəsil” AJB, Bakı, 2002, 180 
səh., səh.36-37.
 


85 
 
 
zərurəti  olaraq  meydana  gələ  bilər.  İnsan  hüquqlarının 
sərhədlənməsinin  bu  baxımdan  da pozitiv (müsbət)  və neqativ 
(mənfi) əsasları ola bilər. Pozitiv əsaslar – müdafiə olunmaq və 
qorunaraq  inkişaf  üçün  müəyyən  olunan  əsasdır.  Neqativ 
ə
saslara  isə  hüquq  subyektinin  hüquqlarına  kənardan  vurulan 
zərbələr  nəticəsində  məhdudlaşdırılmalar,  digər  şəxslərin 
hüquq  sahələrinin  sistemli  əsaslarla  meydana  gəlməsi  və  s. 
kimi  hallar  aid  ola  bilər.  Məhdudlaşdırılmalar  həm  inkişafa, 
həm də tənəzzülə apara bilər. Proteksionizm üzərində meydana 
gələn,  eləcə  də  sərbəst  birləşmələrə  xidmət  edən  məhdudlaş-
dırılmalar  əsasən  inkişafa,  neqativ  məhdudlaşdırılmalar  isə 
tənəzzülə  aparıb  çıxara  bilər.  Bu  baxımdan  da  avtoritar  və 
totalitar  rejimlərdə  insan  hüquqlarının  məhdudlaşdırılması 
(neqativ  hal  kimi)  sistemdaxili  münasibətlərdə  bərkliyi  və 
nəticə etibarilə dağıdıcılığı şərtləndirə bilər). Hüquq fəaliyyətin 
özünü  genişləndirməklə  yanaşı,  həm  də  məhdudlaşdırır  və 
normalara salır. Hüquq bu baxımdan məhdudlaşdırıcı funksiya 
daşıyır  və  normativ  və  imperativ  əsasa  çevrilir.  Hüquq  həm 
fiziki hərəkətdə mövcud olur, həm də nisbi sakit vəziyyətdə öz 
subyektinə  məxsus  olur.  Bu  baxımdan  da  hüquq  immanent 
ə
həmiyyət  kəsb  edən  bir  kriteriyadır.  Bundan  irəli  gələrək 
təbiidir.  
“Seçki  hüququ”  məfhumunun  insan  hüquqlarının  bölgü 
ünsürü kimi öyrənilməsinin istiqamətləri mövcuddur. Bu, daha 
çox  hüquq  nəzəriyyəsi,  hüquq  tarixi  ilə  əlaqəlidir,  eyni 
zamanda metod olaraq ümumi hüquq nəzəriyyəsinə və praktiki 
dün8 12 Tf5R8 12. 12 Tf5


86 
 
 
təcrübəsi  aspektləri.  Bu  istiqamətlərdə  təhlil  apararkən  və 
elmi  aspektdən  çıxış  edərkən  onu  nəzərə  almaq  lazımdır  ki, 
“insan  hüquqları”  məfhumu  insanların  yaşadıqları,  o 
cümlədən  münasibət  qurduqları  cəmiyyət  və  insanların 
maraqlarının  qruplaşdığı  siyasi  sahələr  (burada  dövlətdaxili 
siyasi sahələr və dövlətin daxil olduğu beynəlxalq münasibətlər 
sahələri  nəzərdə  tutulur)  üzrə  öyrənilə  bilir.  Dövlətlər  insan 
hüquqlarını normalar təcrübəsi mübadiləsi (hüquq normalarına 
dair  fikirlərin  paylaşması)  olaraq  bir-biriləri  ilə  paylaşırlar. 
Ümumiyyətlə, 
insanların 
fəaliyyət 
göstərdiyi 
sahələrin 
xüsusiyyətləri  həm  də  onların  hüquqlarına  əsaslandığından  və 
insanların  hüquqlarını  meydana  gətirdiyindən  (burada  hüquq 
sahələrinin  törəməsindən  və  daxilən  təkmilləşməsindən, 
sadələşməsindən  və  zənginləşməsindən  söhbət  gedir)  insan 
hüquqları anlayışı elmin obyekti olaraq həm dövlətdaxili, həm 
də dövlətlərarası norma və qaydalarda öyrənilə bilir. Beləliklə, 
hər üç istiqaməti özündə əks etdirən dünya təcrübəsi əsasında 
hüquq  anlayışının  öyrənilməsi  xüsusi  əhəmiyyətə  malik  olur. 
Dünya  təcrübəsi  ilə  insan  hüquqları  anlayışının  öyrənilməsi 
ümumdünya üzrə bu anlayışın vəhdətdə inkişafını təmin edir və 
baxışları,  fikir  bucaqlarını  birləşdirir.  Ümummetodlar  insan 
hüquqları  anlayışının  vahid  əsaslarla  dərk  olunmasını 
meydana  gətirir.  Geniş  dərk  etmək  dünyada  insan  hüquqları 
anlayışını  həm  elmi,  həm  də  kütləvi  əsaslarla  təbliğ  edən 
vasitəyə  və  istiqamətə  çevirir.  Dünya  təcrübəsi  əsasında 
hüququn  öyrənilməsinin  də  məzmun  etibarilə  (bir  metod 
olaraq)  iki  mühüm  baza  istiqaməti  vardır:  birincisi,  dünya 
hüquq  nəzəriyyəsi  tarixinə  müvafiq  olaraq,  fəlsəfi  və  elmi 
baxışların 
öyrənilməsi; 
ikincisi, 
dünyanın 
ayrı-ayrı 
məkanlarında  tarixən  baş  vermiş  və  hal-hazırda  da  baş 
verməkdə  olan  insan  hüquqları  pozuntusu  ilə  nəticələnən 
hadisələr.  


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə