Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə28/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   24   25   26   27   28   29   30   31   ...   57

87 
 
 
Dövlətlər  siyasi  təsisatlar  olduğundan  onlar  arasında  olan 
münasibətlər  rasional  əsasa  malik  olan  hüquq  normaları  ilə 
tənzimlənir.  Hüquq  normaları  ilə tənzimlənmə də universal və 
konkret  sahələr  üzrə  aspektləri  özündə  əks  etdirir.  Universal 
normalar  ədalət  qaydaları  olduğundan,  digər  normalar  da  bu 
ə
dalət  qaydaları  ilə  təmin  olunur,  yaradılır.  Hüquq  anlayışı 
elmin  obyekti  olaraq  daima  genişlənən  bir  məfhum  kimi 
öyrənilir  və  özündə  daimi  ədaləti  əks  etdirir.  Bu  baxımdan  da 
dünya  təcrübəsi  əsasında  hüququn  öyərnilməsi  baza  ədalət 
prinsipinə  söykənir.  Hüquq  bütün  hallarda  universal  ədalət 
dəyəri, meyarı və norması kimi qəbul edilir.  
Dünya  təcrübəsi  ilə  (real  əsaslarla  və  nəzəri  əsaslarla) 
hüququn  öyrənilməsi  ümumdünya  siyasətinin  tərkibi  olaraq 
meydana  gəlir.  Dövlətlərdaxili  münasibətlər  və  dövlətlərdaxili 
siyasət,  həmçinin  dövlətlərarası  münasibətlər  və  dövlətlərarası 
siyasət 
tərkib 
baxımından 
və 
ümumstrukturun 
tərkib 
strukturları  olaraq  ümumdünya  siyasətinin  (ümumstrukturun) 
komponentidir.  Siyasətin  hüquqla  vəhdəti  və  siyasətin  hüquqa 
(hüquqdan  irəli  gələn  maraqlar)  xidmət  etməsinin  zəruriliyi 
prinsipindən  çıxış  edərək,  belə  qəbul  etmək  olar  ki,  insan 
hüquqları 
anlayışı 
həm 
dövlətlərdaxili 
münasibətlərdə 
(məsələn,  dövlətin  daxili  qanunvericiliyi),  həm  ayrı-ayrı 
ölkələrin  təcrübəsi  əsasında  (məsələn,  bir  ölkənin  “seçki 
hüquqları”  sahəsində  təcrübəsinin  öyrənilməsi),  həm  də 
beynəlxalq  əlaqələr  təcrübəsindən  (burada  iki  və  ya  da  çoxlu 
sayda  dövlətlərin  və  beynəlxalq  təşkilatların  qəbul  etdikləri 
universal və ikitərəfli sənədlər nəzərdə tutulur) öyrənilir. Bütün 
hüquq sahələri isə norma və qaydalara söykənir. Buradan insan 
hüquqları  anlayışının  ümumdünya 
təcrübəsi  əsasında 
öyrənilməsinin  əsasları  formalaşmış  olur.  Hüquq  dövlətin 
fəaliyyətinin  cəmləşdiyi  ümumstruktur  olan  dünya  təcrübəsi 
ə
sasında  və  onun  ayrı-ayrı  istiqamətləri  üzrə  elmin  obyekti 
kimi öyrənilir. Bütün istiqamətlər isə biri-digəri üçün nəzəri və 


88 
 
 
təcrübi  baxımından  şərtləndiriciliyin  əsasını  təşkil  edir. 
Dövlətdaxili  təcrübə  və  qaydalar  beynəlxalq  əlaqələrə, 
beynəlxalq  təcrübə  daxili  təcrübələrə,  bir  ölkənin  təcrübəsi 
digər  ölkələrdə  nümunə  olaraq  öyrənilir.  Xarici  ölkə  təcrübəsi 
ümumi  qaydada  insan  hüquqlarının  bir  çox  ölkələr  üçün 
universal normativ əsaslarını meydana gətirmiş olur.  
İ
nsan  hüquqlarının  kompleks  şəkildə  təmin  olunması 
məhz  hüquq  sisteminin  (hüquqların  sistemli  vəhdətindən) 
mövcudluğundan  ortaya  çıxır.  Hüquq  sisteminin  vəhdəti  və 
dünyada  təqribi  oxşar  olan  eyni  məzmunu  ümuminsan 
xarakterindən  və  ümummaraqların  xüsusiyyətlərindən  ortaya 
çıxır.  Hüququ  sistemləşdirən  tərəf  kimi  universallaşdırıcı 
qurum  olaraq  dövlətlər  çıxış  edirlər.  Dövlətlərin  baza 
funksiyaları  elə  sistemləşdirmədən  və  öz  siyasətlərini 
insanların  hüquqlarına  bağlamaqdan  ibarətdir.  Dövlət  insan 
hüquqlarının təmin olunmasında baza funksiyanı yerinə yetirir. 
Dövlət  idarəedən  bir  qurumdur  və  fəaliyyətini  də  idarəetmədə 
ə
ks  etdirir.  Deməli,  dövlətin  idarəetmə  hüququ  vardır
idarəetmə  də  onun  təşkilati  hüququndan  meydana  gəlir. 
Buradan  da  belə  bir  nəticə  ortaya  çıxır  ki,  hüquq  elə  digər 
hüquqları  şərtləndirir.  Hüquqlardan  hüquqlar  törəyir  və 
hüquqlar digər hüquqların səbəb və nəticəsinə çevrilir. (Qeyd: 
hələ antik yunan alimi Miletli Anaksimandr (O, qeyd edirdi ki, 
hər şeyin –mövcudluğun başlanğıcı və əsası apeyrondur-qeyri-
müəyyən başlanğıcıdır) demişdir ki, vahiddən, ondan birləşmiş 
ə
ksliklər  ayrılır.  Onun  fikrinə  görə,  törəniş  ünsürün  dəyişməsi 
yolu  ilə 
deyil,  əksliklərin 
daimi 
hərəkəti 
sayəsində 
ayrılmasından baş verir.
1
).  Bu yanaşmadan irəli gələrək, hesab 
etmək  olar  ki,  maraqların  törəmə  xassələri  və  fəaliyyətin 
törəmə  əsasları 
vahid 
hüquqlardan 
törəmələri 
(tərkib 
                                                 
1
 Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutu. 
Qədim yunan fəlsəfəsi antologiyası. “Yeni Nəsil” AJB, Bakı, 2002, 180 
səh., səh.15.
 


89 
 
 
ayrılmalarını,  artmaları)  meydana  gətirir  və  öz-özlüyündə  də 
elə  vahid  hüquqların  tərkibini  zənginləşdirir.  Bu,  həm  də 
ziddiyyətlərdən  ortaya  çıxır.  Tərkibin  zənginləşməsi  enerjini 
yaradır. Enerji də yaxınlaşdırır və daxili harmoniyanı meydana 
gətirir.  Hətta  qədim  yunan  alimi  Aristotel  Nikomax  etikası 
ə
sərində  göstərirdi  ki,  ziddiyyət  yaxınlaşdırır,  müxtəliflik  ən 
gözəl harmoniya doğurur, həm də hər şey çəkişmədən yaranır.
1
 
Hüquq  zənginliyi  mübarizənin  nəticəsidir,  desək,  yanılmarıq. 
Yəni,  insanlar  hərəkətdə  olarkən  daha  çox  hüquqlara  sahib 
olurlar.  
Dövlətin  idarəetməsində  tənzimləmə  mövcuddur.  Deməli, 
dövlətin  tənizmləmə  hüququ  vardır.  Tənzimləmə  fəlaliyyə-
tinin  içərisində  təşkiletmə,  istiqamətləndirmə,  mühafizə  və 
müdafiəetmə,  bu  fəaliyyətin  tərkibi  olaraq  nəzarətetmə,  o 
cümlədən  müşahidəetmə,  izləmə;  yerinə  yetirmə,  o  cümlədən 
icraetmə;  hesabat  tələbetmə  və  s.  kimi  fəaliyyət  istiqamətləri 
mövcuddur.  Deməli,  dövlətin  tənizmləmə  hüququ  da  bölgü 
ünsürlərinə bölünür: dövlətin  müşahidəetmə  hüququ,  izləmə 
hüququ,  icraetmə,  hesabat  tələbetmə  hüququ  və  s.  kimi 
hüquq  sahələri  və  s.  İnsan  hüquqlarının  və  tərəf  kimi  dövlət 
hüquqlarının bölgüsü insanların və dövlətin fəaliyyəti üzərində 
qurulur  və  tərəflərin  fəaliyyətinə  haqq  verən  mənəvi  dəyərlərə 
çevrilir.  Hüquq  və  fəaliyyət  bütövlüyü  birlikdə  insanların 
maraqlarının təmin olunması predmetinə və vasitəsinə çevrilir.  
Ə
gər  insan  fəaliyyəti  törəmə  xassəsinə  malikdirsə  və 
şə
bəkələnirsə,  onda,  belə  qənaətə  gəlinməlidir  ki,  hüquqlar  da 
şə
bəkələnmə  xassələrinə  malikdir.  Buradan  da  (şəbəkələn-
mədən) hüquqların təsnifatı meydana gəlmiş olur. Hüquqların 
təsnifatı  hüquqların  çoxistiqamətliliyinin  əsaslarını  yaradır. 
Hüquqların  təsnifatı  ayrı-ayrı  sahələr  üzrə  normaların 
                                                 
1
 Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutu. 
Qədim yunan fəlsəfəsi antologiyası. “Yeni Nəsil” AJB, Bakı, 2002, 180 
səh., səh.19.
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə