Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə36/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   32   33   34   35   36   37   38   39   ...   57

111 
 
 
siyasətinin  (idarəertmə  fəaliyyətinin)  iyerarxik  qaydada  təşkil 
olunmasının əsaslarını meydana gətirmiş olur.  
Seçki  insanların  ali  hüquqlarının  (burada  ali  dövlət  və 
siyasət  hüquqlarının)  təmin  olunmasında  mühüm  rol  oynayır. 
(Qeyd:  dövlət  hüququ  ona  görə  alidir  ki,  burada  ali  siyasi 
hüquqlar  cəmləşir,  ümumiləşir).  Belə  ki,  seçki  ali  səviyyədə 
siyasətin  həyata  keçirilməsini  təmin  edən  vasitə  kimi  böyük 
önəmə  malik  olur.  Seçki  həm  də  siyasətin  alidən  (yuxarıdan) 
aşağıya  doğru  şaxələnməsini  təmin  edən  vasitə  kimi  önəmə 
malik  olur.  Seçki  həmçinin  regional  əsaslarla  təşkil 
olunduğundan,  həm  də  inzibati  qaydada  hüquqların  təmin 
olunması  funksiyasını  yerinə  yetirir.  Bu  baxımdan  da  seçki 
həm  mərkəzi,  həm  də  regional  və  periferik  funksiyanı  yerinə 
yetirən  vasitə  olaraq  əhəmiyyət  kəsb  edir.  Seçki  (ümumxalq 
seçkisi)  ali  siyasi  hüquqları  təmin  edən  bir  vasitədir  və  bu 
baxımdan  da  hər  bir  vətəndaşın  (səsvermə  hüququ  olan  və 
seçkilərdə  namizəd  kimi  iştirak  edən)  müəyyən  yaşdan  sonra 
seçki hüququ meydana gəlmiş olur. (Qeyd:  seçki  hüququ  bir 
hüquq  bölgü  ünsürü  kimi  ona  görə  təbii  xüsusiyyətə 
malikdir  ki,  insanlar  həm  də  idarəetmə  sistemləri  baza 
olaraq  seçkilərlə  formalaşan  dövlət  adlanan  təsisatın 
içərisində dünyayaya gəlirlər. Bu amil seçki hüququnu həm 
subyektiv, həm də obyektiv edir). Seçki burada əqli və fiziki 
qabiliyyəti  müəyyən  edən  və  bu  kimi  göstəriciləri  siyasi-
ictimai  mövqe  və  statusla  müəyyən  edən  kriteriya  kimi  böyük 
önəmə  malik  olur.  Seçki  hüququ  bütün  vətəndaşları  vahid 
siyasi proseslərə cəlb etmək və iradələri cəmləşdirmək vasitəsi 
kimi  də  mühüm  əhəmiyyət  kəsb  edir.  Seçki  siyasi  proseslərdə 
vətəndaşların  aktivliyini  təmin  edir  və  onların  iradələrinin 
cəmləşməsinin əsaslarını meydana gətirir.  
Seçki (burada daha çox ali siyasi sistemi formalaşdırmaq 
üçün 
həyata 
keçirilən 
seçki-məsələn, 
referendumun 
keçirilməsi,  konstitusiyanın  qəbulu  və  bu  sənəddə  mətn 


112 
 
 
dəyişikliyi  ilə  bağlı  seçkilər,  dövlət  rəhbərinin  seçkiləri, 
mərkəzi 
qanunverici 
hakimiyyətə 
keçirilən 
seçkilər) 
ümumiyyətlə,  hüquqları  və  hüquqları  təmin  edən  siyasəti 
mərkəzləşdirici  və  ümumiləşdirici  önəmə  malik  olur.  Bu 
baxımdan  seçki  ümumiləşdirici  amil  olaraq  xüsusi  vasitə  kimi 
rol  oynayan  üsula  çevrilir.  Seçkilər  sayəsində  insanların 
iradələri  ifadə  olunur  və  onların  azadlıq  hüquqları  təmin 
edilir. Seçki bu baxımdan azadlığın ifadəsini əks etdirən vasitə 
kimi önəmə malikdir.  
Seçki  bir  proses  və  vasitə  olaraq,  ictimai  proseslərin 
istiqamətləndirilməsi  üçün  təkanverici  və  istiqamətləndirici 
funksiyanı yerinə yetirir. Seçki zamanı həm səsvermə subyekti 
və  obyekti  meydana  gəlir,  həm  də  seçim  imkanları  reallaşmış 
olur.  Seçki  proseslərində  həm  də  seçim  obyekti  (burada 
namizədliklərini  irəli  sürmüş  və  namizəd  kimi  təsdiq  olunmuş 
şə
xslər)  üzərə  çıxır.  Seçki  subyektin  obyekt  kimi  müəyyən 
olunmasının  əsaslarını  yaradır.  Sonradan  bu  obyekt  yenidən 
subyekt-tərəf rolunu oynayır. Seçki bir proses olaraq müəyyən 
siyasi  məsələlərdə  mərkəzi  istiqamətləndirici  rola  malik  olur. 
Seçki  ünsürlər  və  subyektlər  arasında  potensialı  üzərə 
çıxardığından  insanların  iradəsinin  reallaşmasının  əsaslarını 
təşkil  edən  vahid  ideoloji  vasitələrə  çevrilir.  Seçki  həm  də 
müəyyənedici  bir  amil  rolunu  oynayır.  Seçki  siyasi  proseslər 
üçün bir kriteriya olaraq xüsusi önəm daşıyır. Məsələn, seçkiyə 
hazırlıq prosesləri, seçkilərin keçirilməsi və seçki nəticələrinin 
müəyyən  olunması  ölkədə  olan  siyasi  proses  kimi  növbəti 
siyasi  proseslərin  istiqamətləndirilməsində  böyük  əhəmiyyət 
daşıyır.  
Elmi-fəlsəfi  aspektdən  yanaşsaq,  belə  qənaətə  gələ  bilərik 
ki,  yuxarı  mərhələdə  seçim  maraqdan  irəli  gələn  və  maraqları 
yönəldən,  maraqların  reallaşmasını  təmin  edən,  ümumiyyətlə, 
siyasi tələbatları universal qaydada ödəyən və bu baxımdan da 
ümumiləşdirici  və  xüsusiləşdirici  bir  anlayışdır.  Seçim 


113 
 
 
sayəsində  istedad  və  qabiliyyət  müəyyən  olunur,  aşkarlanır. 
Burada proses  bir  süzgəc  rolunu  oynayır. Deməli, seçki qeyri-
müəyyənliyin  müəyyənliyə  çevrilməsi  ilə  nəticələnən  inkişaf 
proseslərinin  əsasını  təşkil  edən  vasitələrdən  birinə  çevrilir. 
Seçki  zamanı  həm  də  istedad  və  qabiliyyətin  üzərə  çıxması 
üçün  şərait  meydana  gəlir.  Məsələn,  seçki  proqramları, 
fəaliyyət 
konsepsiyaları, 
gələcək 
fəaliyyət 
planları 
formalaşır.  Öz  fəaliyyəti  ilə  güclü  olmaq  istəyən  şəxslər 
meydana gəlir.  
Ümumxalq  seçkisi  xalqın  iradə  bütövlüyünü  təmin  edən 
ə
sas  ümumiləşdirici  bir  vasitəyə  çevrilir.  Ümumxalq  seçkisi 
iradənin mərkəzləşməsində baza ideoloji xətt rolunu oynayır və 
bu  zaman  ölkənin  gələcək  siyasi  taleyinin  müəyyən  olunması 
istiqamətində  müəyyən  baxışlar  meydana  gəlir  və  baxışlar 
arasında  paralelliklər  və  kəsişmələrdən  irəli  gələrək  müxtəlif 
qruplaşmalar baş verir.  
Seçki proseslərində (mərkəzi və yerli əsaslara bir zaman və 
ya  da  fərqli  zaman  intervalında  həyata  keçirilən  ümumxalq 
seçkilərində)  dövlətin  azad  iradələrə  söykənərək  əsasları 
formalaşmış olur. Deməli, demokratiyanın ən sadə və təkmil 
ifadə  və  realizə  olunma  forması  seçki  hesab  olunur.  Seçki 
prosesləri  və  onun  başa  çatdırılması  demokratik  proseslərin 
tərkib  ünsürünə  çevrilir  və  seçki  burada  mərkəzləşdirici  və 
bağlayıcı  funksiyanı  yerinə  yetirir.  Seçki  demokratik  üsul  və 
vasitələrin tərkibi kimi siyasi hakimiyyəti xalqla bağlayan əsas 
ünsürlərdən 
biri 
rolunu 
oynayır. 
Hakimiyyətin 
xalqa 
xidmətinin  səviyyəsi  seçkilərdən  (məsuliyyət  müəyyənedici 
vasitə  kimi)  asılı  olur.  Seçki  yolu  hakimiyyətə  gəlmənin  ən 
demokratik yollarından biri kimi həm də hakimiyyətə can atan 
siyasi  qrupların  formalaşmasında  önəm  kəsb  edir.  Seçki 
hakimiyyət  strukturlarının  və  əks-hakimiyyət  (əks-elita  -
hakimiyyətə  can  atan  siyasi  qruplar)  qruplarının  formalaş-
masında başlıca  ünsür  və  istiqamət  rolunu oynayır. Seçki  həm 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə