Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə34/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   30   31   32   33   34   35   36   37   ...   57

105 
 
 
konkretləşdirici  bir  məfhumdur.  Universal  prinsipləri  və 
xüsusiliyi özündə əks etdirir. (Qeyd: elmi izahlara əsasən, Hər 
bir  bölgü  üç  hissədən,  ünsürdən  ibarətdir.  1.  Bölünən 
məfhum.  2.  Bölgü  üzvləri.  3.  Bölgünün  əsası,  yaxud 
bünövrəsi.
1
  Məntiqi  əməliyyatın  köməkliyi  ilə  növlərini 
sayaraq 
həcmini 
açdığımız 
məfhum 
bölünən 
(totum 
dividendum) məfhum, bölgü nəticəsində alınan yeni məfhumlar 
bölgü  üzvləri  (membra  divisions)  adlanır.
2
  Həcmini  açdığımız 
məfhum, cins yeni məfhumlar isə həmin cinsə münasibətdə növ 
məfhumları  adlanır.
3
  Elmi  izaha  əsasən,  bölgünün  tərkib 
hissələrindən  biri  də  bölgünün  əsası  və  yaxud  da  bölgünün 
prinsipidir 
(prinsipum 
divisions). 
Bölünən 
məfhumun 
növlərinin  hansı  əlamətə  görə  aparılması  isə  onun  əsasını, 
prinsipini təşkil edir, başqa cür desək, cins məfhumlarının növ 
məfhumlarına  bölünməsi  əlaməti  bölgünün  əsaslarını  təşkil 
edir.
4
  Məntiqi  izahlara  əsasən,  məfhumların  bölgüsünü 
bütövün,  tamın  fikrən  hissələrə  ayrılması  ilə  qarışdırmaq 
olmaz.  Məsələn,  “Jiquli”  maşınının  gövdədən,  motordan,  sağ 
və  sol  cinahdan, şassidən və  digər  hissələrdən  ibarət olmasını 
fikrən  hissələrə  bölürük.  Burada  söhbət  tam  və  hissənin 
əlaqəsindən  gedir.  Bu  hissələr  növü,  məfhumları  ifadə  etmir. 
Bölgünün məqsədi elə cism və hadisələri müəyyənləşdirməkdir 
ki, onlar bölünən məfhumların məzmununa aid olsun. Bölgüdə 
elə  ünsürlərin  strukturlarını  açırıq  ki,  bu  ünsürlərin  məcmusu 
bütöv  cismi  təşkil  edir.  Bölünən  məfhum  və  bölgü  üzvləri  öz 
aralarında  növ-cins  münasibətlərini  əks  etdirməlidir.  Bölünən 
                                                 
1
 M.M. İsrafilov. Məntiq: Dərs vəsaiti.-B.: Maarif, 1987.-333 səh., s. 
100.
 
2
 Yenə orada. 
3
 
Yenə orada
 
4
 Yenə orada 


106 
 
 
məfhum  tabe  edən,  bölgü  üzvləri  isə  müştərək  tabeli  növ 
məfhumları olmalıdırlar.
1

Seçki  həm  bölgü  ünsürü  olaraq  bir  proses  kimi  siyasi  və 
inzibati  proseslərin  tərkibidir.  Bununla  bərabər,  seçki  özü  də 
ümumiləşdirilmiş məfhumdur və bölgü baxımından (məsələn, 
ümumxalq  seçkiləri-  prezident  seçkiləri;  deputat  seçkiləri 
(ümumxalq  və  yerli  əhəmiyyətli  seçkilər);  kiçik  məzmunlu 
seçkilər-kafedra seçkiləri, təşkilat rəhbərliyinə olan seçkilər və 
s.)  və  tərkib  baxımından  (məsələn,  azad  iradənin  ifadə 
olunması,  müəyyən  obyektlərə  -vasitələrə  səs  verilməsi  və  s.) 
bölünə  bilən  bir  məfhumdur.  Qeyd  olunduğu  kimi,  seçki 
məfhumunun  tərkib  ünsürü  (hissəsi)  və  bölgüsü  var.  Bu 
məfhumun 
fikir 
olaraq 
ümumiləşdirilməs
(məsələn, 
ümumxalq  seçkisi)  və  konkretləşdirilməsi-xüsusiləşdirilməsi 
(məsələn,  bir  şəxsin  kafedra  müdiri vəzifəsinə seçilməsi və s.) 
və qarşılıqlı keçid məsələləri təbii ki, təfəkkürdə deduksiya və 
induksiyanı  meydana  gətirir.  Seçki  anlayışı  digər  anlayışlar 
üçün  şərtləndirici  və  zəruriləşdirici  əhəmiyyət  kəsb  edir.  Bu 
baxımdan  da  məfhumun  istiqamətləndirici  məzmunu  da 
mövcuddur.  Seçki  məfhumu  həmçinin  zaman  bərabərliyində 
birləşdirici  (məsələn,  maraqları  və  fikirləri,  hərəkətləri 
müəyyən  zamanda  birləşdirmək),  müəyyənedici  (iradə 
müəyyənedici, daxili azadlığı müəyyənedici, insan hüquqlarını 
müəyyənedici  və  s.),  təşkiledici  (məsələn,  seçkilər  yolu  ilə 
siyasi və inzibati sistemləri təşkil etmək, vətəndaşların dövlətin 
siyasi  və  inzibati  idarəçiliyində  iştirakını  təmin  etmək), 
reallaşdırıcı 
(siyasəti 
reallaşdırmaq, 
maraqların 
təmin 
olunmasını  reallaşdırmaq  və  s.)  funksiyanı  yerinə  yetirən  bir 
məfhum kimi də xüsusi önəmə malikdir. Seçki qlobal məzmun 
kəsb  edir,  eləcə  də  bir  qədər  az  məzmuna  malik  ola  bilir. 
Məsələn,  dövlət  rəhbərinin  seçilməsi,  ümumparlamentin 
                                                 
1
 M.M. İsrafilov. Məntiq: Dərs vəsaiti.-B.: Maarif, 1987.-333 səh., s. 101 


107 
 
 
(mərkəzi  qanunverici  orqan  kimi)  nümayəndələrinin  seçilməsi 
daha  çox  universal  və  qlobal  məzmuna  malik  olur. 
Bələdiyyədə,  digər  yerli  idarəetmələrdə  boş  qalmış  yerlərə 
seçkilərin  keçirilməsi  isə  qlobal  məzmuna  malik  olmur.  Bu, 
daha çox lokal (yerli) əhəmiyyət kəsb edir.  
Seçki ümumi və universal məfhumdur və buna görə də bir 
qayda  və  etalon  olaraq  universal  və  konkret  məsələlərdə,  həm 
də  tətbiq  olunur.  Seçkilərin  keçirilməsi  növləri  (üsulları)  da 
formalaşır.  Belə  ki,  seçkilərin  açıq,  gizli;  birbaşa  və 
nümayəndələr vasitəsilə seçkilər; proporsional və majoritar 
üsullar, qarışıq üsular kimi formaları vardır. Birbaşa seçkilər 
(birbaşa 
namizədə 
səsvermə), 
məsələn, 
Azərbaycanda, 
Rusiyada,  Gürcüstanda  və  s.  prezident  seçkiləri;  namizədlərə 
vasitəli  qaydada  səsvermə,  məsələn,  ABŞ-da  nümayəndələr 
vasitəsilə  prezidenti  seçmək  kimi  üsullar nəticə  etibarilə oxşar 
mahiyyət  kəsb  edir.  Yəni,  seçki  son  məqsədlərin,  -hədəflə 
müəyyən  olunmuş  məqsədlərin,-  ifadə  olunması  üçün  təşkil 
olunan bir proses kimi əhəmiyyətə malik olur.  
Seçki  ümumiyyətlə,  vətəndaş  statusunu  müəyyən  edən 
ümumiləşdrici  bir  vasitədir.  Vətəndaşın  statusu  həm  də  hüquq 
normalarında  öz  əksini  tapmış  olur.  Seçki  hüququnun 
mövcudluğu  özü  vətəndaşların  siyasi  hüquqlarının  tanın-
masında  böyük  əhəmiyyət  kəsb  edir.  Seçki  hüququ  siyasi 
hüquqların təmini üçün bir təşkiledici istiqamət və vasitə olaraq 
da böyük əhəmiyyətə malikdir.  
Seçki  məfhumunun  fəlsəfi  məzmunu  onun  insan 
azadlığında  ifadə  olunmasında  və  iştirak  edənin  (şəxsin)  iradə 
sərbəstliyindədir.  Bu  məfhumun  fəlsəfi  məzmunu  daha  çox 
onun tərkib ünsürü (məsələn, “özünüdərk” siyasi və ictimai 
fəlsəfi  fikri)  ilə  bağlıdır.  Tərkib  ünsürünün  zənginliyi,  yəni 
seçki  məfhumunu  formalaşdıran  digər  məfhumlar  cəmindən 
yaranan  tərif  təbii  ki,  bölgü  məsələsində  də  öz  əksini  tapır. 
Yəni  bütün  seçki  proseslərində  iştirak  edənlər  müəyyən 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə