Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə35/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   31   32   33   34   35   36   37   38   ...   57

108 
 
 
müddətdə  baş  verən  proses  zamanı  tam  sərbəst  olmalıdırlar. 
Fəlsəfi aspektlərə görə belə qəbul etmək olar ki, seçkinin tərkib 
ünsürü  insanın  daxili  iradəsi  ilə  onun  seçimi  arasında  mövcud 
olan əlaqələr zəncirindən ibarətdir. Seçki proseslərinin ədalətli 
və şəffaf məzmunu insanların daxili fəlsəfi mahiyyətləri ilə sıx 
şə
kildə  bağlıdır.  “Seçki”  məfhumu  ona  görə  fəlsəfidir  ki,  bu 
proses  digər  proseslərlə  əlaqədar  olaraq  birbaşa  insanın  daxili 
təbiətinə  bağldır.  İnsan  ruhu  (mənəvi  aləmindən  ibarət  olan 
psixikası)  fəlsəfi  olduğundan,  onun  məhsulu  olan  məfhumlar 
da fəlsəfidir. Ümumiyyətlə, insan daxilən azad olan bir məxluq 
olduğundan,  belə  qəbul  etmək  olar  ki,  seçki  insanın  daxili 
azadlığını  müəyyən  edən,  aşkarlayan  bir  kriteriya  və 
məfhumdur.  Ona  görə  elmidir  ki,  seçki  məfhumu  tərkib 
ünsürlərdən  ibarətdir.  Onun  tərkib  ünsürləri  bir-birilə  sıx 
şə
kildə  sistemli  qaydada  bağlıdır.  Elm  məntiq  yolu  ilə  seçki 
məfhumunun  tərkib  ünsürünü  aşkarlayır və onun məzmununu, 
daxili  mahiyyətini  üzərə  çıxarır.  Elm  sayəsində  seçki 
məfhumunun  daxili  tərkibi  müəyyən  olunur  və  bu  məfhumun 
tətbiqi  və  digər  məfhumlarla  əlaqəsi  məsələsi  ortaya  çıxır. 
Seçkini  insanın  daxili  azad  ruhundan  gələn  bir  məfhum  kimi 
qəbul  etsək,  onda,  belə  qərara  gələ  bilərik  ki,  seçkinin  tərkib 
ünsürünə  insan  azadlığının  və  sərbəst  iradəsinin  tərkib 
ünsürləri  aiddir.  Seçki  elə  bir  vasitədir  ki,  bu  yolla  insanın 
daxili  azadlığı  və  iradəsi  ifadə  olunur  və  reallaşır.  Seçki 
proseslərinin  reallaşması  zamanı  elmi  məzmun  sistemlərin 
təşkil  olunmasında  mühüm  rol  oynayır.  Ümumiyyətlə,  belə 
qəbul  etmək  olar  ki,  istənilən  prosesin  sistemliliyi  onun  elmi 
ə
sasları  ilə  izah  olunur.  Elm  məhz  istənilən  məfhumun  fərdi 
qaydada  tərkibini  və  digər  məfhumlarla  əlaqəsinin  əsaslarını 
öyrənir.  
Seçki  bir  proses  olaraq  təşkiledici  məzmuna  malikdir. 
Bununla  bərabər,  seçkidə  təsnifat  var  və  bölgü  amili 
mövcuddur.  Seçkinin  bir  ümumiləşdirici,  həmçinin  tərkib 


109 
 
 
hissələrə  ayırıcı  fəlsəfi  məzmun  kimi  tərkibini  elm  və  məntiq 
vəhdətdə  öyrənir.  Seçki  məfhumunun  məzmunu  və  tərifi  bu 
məfhumun  elmiliyini  və  fəlsəfiliyini  üzərə  çıxarır.  Seçki 
məfhumunun  tərifi,  yəni  onun  məzmunu  başlıca  olaraq  bu 
məfhumun  mərkəzləşdirici  olmasını  üzərə  çıxarır.  Seçki 
demokratik  quruluşun  yaranmasında  bir  vasitə  və  yol 
olduğundan, məhz fəlsəfi əhəmiyyətə malik olur. Seçki insanın 
daxili azadlığını ifadə edən, insanın daxili azadlığının statusunu 
müəyyən  edən  bir  kriteriya  olduğu  üçün  də  fəlsəfi-elmi 
mahiyyətə malikdir. Seçkinin tərkibini, onun bir məfhum kimi 
bölgüsünü,  zaman  və  məkan  kriteriyaları  ilə  əlaqəsini,  məhz 
məntiq öyrənir. Məntiq seçki məfhumunun tərkibini aşkarlayır 
və onun digər məfhumlarla əlaqəsinin əsaslarını müəyyən edir. 
Bu baxımdan da seçki məfhumu bir elmi-fəlsəfi məna daşıyır.  
Seçki  (şəffaf  və  ədalətli  seçki)  ideal  məzmun  olmaqla 
bərabər, 
real 
siyasətin 
ə
sasını 
müəyyən 
edən 
ə
sas 
kriteriyalardan  biridir.  Seçki  ümumiyyətlə,  mütləq  və  nisbi 
anlayış  olduğundan  mütləq  və  nisbi  vəziyyətlərdə  və  anlarda 
maraqların birləşdirilməsi üçün vasitə və həlqə rolunu oynayır. 
Müasir 
demokratik 
cəmiyyətlərin 
qurulmasının 
və 
strukturlardan  və  yarımstrukturlardan  təşkil  olunan  bir  bütöv 
siyasi  sistem  kimi  dövlətlərin  formalaşmasının  əsasını 
təşkiledici  üsul  və  vasitə  olaraq  seçki  müəyyən  edir.  Seçki  və 
səsvermə  prosesləri  (ümumi,  açıq  və  ya  da  gizli  əsaslarla, 
birbaşa  və  vasitəli  yollarla)  hüquq  obyektini  (nəyə  səsvermə) 
və  subyektini  (kimə  səsvermə)  müəyyən  edir.  Parlamentdə 
səsvermə  yolu  ilə  dövlət  hakimiyyəti  ilə  vətəndaşlar  arasında 
münasibətləri  və  əlaqələri  tənzim  edən  hüquq  normaları  qəbul 
olunur.  (Qeyd:  bu  hüquq  normaları  obyektiv  hüquqa 
çevrilir,  çünki  hər  kəs  üçün  tətbiqedilən  olur.  Deməli, 
universal  əsaslı  normalar  obyektiv,  fərdi  normalar  isə 
subyektiv  olur.  Obyektiv  hüquq  da  bütün  subyektlərə 
tətbiq  olunur,  subyektlərin  hüquqlarını  təcəssüm  etdirir). 


110 
 
 
Seçki  burada  siyasi  sistemi  və  onun  tərkib  ünsürü  olan 
hakimiyyəti  təşkil  edən  əsas  vasitəyə  çevrilir. Seçki qabardıcı, 
önəçəkici,  məsuliyyət  müəyyənedici  bir  funksiya  kəsb  edir. 
Seçki  yolu  ilə  siyasi  proseslərin  təşkil  olunmasının  əsasları 
formalaşmış  olur.  Seçki  siyasi  sistemlərin  formalaşması  üçün 
alət  rolunu  oynayır.  Seçki  siyasi  sistemlərin  inzibati-yerli 
idarəetmə  sistemləri  ilə  əlaqəsini  yaradan  və  vahid  dövlət 
siyasətini  təşkil  edən  vasitə olaraq  böyük funksiya daşıyan bir 
məfhum  rolunu  oynayır.  Bu  baxımdan  da  seçki  hüququ 
təşkiledici, birləşdirici hüquq kimi önəmə malikdir.  
Qeyd  olunduğu  kimi,  seçki  yolu  ilə  mərkəzi  və  yerli 
özünüidarəetmə  qurumları  formalaşdırılır.  Eyni  zamanda  yerli 
siyasətlə  mərkəzi  siyasət  (idarəetmə  və  bundan  irəli  gələrək 
tənzimetmə)  arasında  əlaqələr  meydana  gəlir.  Seçki  məfhumu 
burada  mərkəzi  elementlə  onun  tərkibini  təşkil  edən  (bütövü 
təşkil  edən)  yerli  elementlər  (ətraf  elementlər)  arasında 
bütövləşdirici  bir  rol  oynayır.  Yəni,  seçki  dövlət  siyasətinin 
bütövləşməsinin  əsaslarını  təşkil  edir.  Belə  ki,  yerlərdə  olan 
şə
xslərin  namizədliklərinin  irəli  sürülməsi  və  namizədlərin 
seçilməsi  mərkəzi  siyasətin  bütövləşməsinə  təsir  göstərir. 
Bununla  yanaşı,  mərkəzi  qanunvericilik  aktlarından  irəli 
gələrək,  yerli  törəmələr  əsasında  yerli  qanunvericilik  aktları 
meydana  gəlmiş  olur.  Ümumxalq  seçkisi  vahid  dövlət 
siyasətinin  qarşılıqlı  tərkib  hissələrlə  birlikdə  formalaşmasının 
ə
saslarını  müəyyən  etmiş  olur.  Ümumxalq  seçkisi  mərkəzi 
hakimiyyətin yerlərdən asılılığı məsələsini də ortaya çıxarır ki, 
bunun  da  nəticəsi  olaraq  dövlət  siyasəti  mərkəzi  və  periferik 
olmaqla bütövləşir. Buna görə də ümumi seçki prosesləri bütün 
insanlar  (vətəndaşlar)  arasında  (burada  bir  ölkənin  müxtəlif 
bölgələrində  yaşayan  insanlar  nəzərdə  tutulur)  bərabərliyin 
yaranmasının  əsaslarını  təşkil  edir.  Yerli  səviyyədə  idarəetmə 
formasının  mövcudluğu  isə  yerlərdə  müstəqilliyin  yaran-
masının əsaslarını formalaşdırmış olur. Seçki dövlət idarəetmə 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə