Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə38/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   34   35   36   37   38   39   40   41   ...   57

117 
 
 
(burada  tərkib  subyektləri  baxımından)  sistem  daima  yeni 
hüquqların  meydana  gəlməsi  üçün  müvafiq  potensialın 
formalaşmasında  mühüm  əhəmiyyətə  malik  olur.  Seçki 
insanların  “gələcək  hüquqları”nın  formalaşmasının  əsaslarını 
təşkil  edən  kriteriya  kimi  də  xüsusi  müəyyənedici  vasitədir. 
Seçki  ümumiyyətlə,  siyasi  sistemdə  məsuliyyəti  meydana 
gətirir. 
Hüquq  şərti  olaraq  ona  görə  iqtisadi,  siyasi  və  digər 
bölgülərə  ayrılır  ki,  həyat  özü  fəaliyyət  baxımından,  qarşılıqlı 
şə
kildə  asılı  olan  və  şərtləndirici  əsasları  özündə  daşıyan 
bölünmüş  bir  vəziyyətdədir.  Bu  bölgülər  nisbi  və  şərti 
ə
həmiyyətə  malikdir.  Məsələn,  belə  qəbul  olunur  ki,  seçki 
hüququ  konstitusiya  hüququnun  tərkib  hissəsidir.  Əslində  də 
seçki  bir  proses  kimi  siyasi  sistemləri  və  bu  sistemləri  təşkil 
edən  hakimiyyətin  qollarını  müəyyən  etmək  üçün  təşkil 
olduğundan elə konstitusiya  hüququna aid olan bir tərkibdir. 
Lakin  konstutusiya  hüququ  çox  genişdir  və  bu  tək  seçki 
hüququ  və  digər  hüquq  bölgüləri  ilə  məhdudlaşa  bilməz. 
Ə
slində  bütün  hüquqlar  forma  və  məzmun  baxımından 
konstitusiya  hüququnun  tərkibidir.  Çünki  insanlar  dövlətdə 
yaşayırlar.  Konstitusiya  hüququ  insanların  ictimai-siyasi  və 
digər  hüquqlarının  ümumiləşdirilmiş  vahid  məcmu  olaraq 
hüquq  normaları  şəklində  əksini  tapan  hüquqdur.  Konstitusiya 
hüququ  həm  də  iqtisadi-sosial  hüquqların  əsasını  özündə  əks 
etdirən hüquqlar cəmidir. Ümumiyyətlə isə, konstitusiya vahid 
bir ümumiləşdirici toplu olaraq hüquqlara normalar kimi baxan 
ə
sas  universal  məzmunlu  konkret  bir  sənəddir.  Elmi  izahlarda 
belə  bir  yanaşma  var  ki,  konstitusiya  ən  yüksək  hüquqi 
qüvvəyə malik olan və bir tərəfdən insan və cəmiyyət arasında, 
digər  tərəfdən  isə  insan  və  dövlət  arasında  münasibətlərin 
ə
saslarını  nizamlayan  hüquq  normaları  sistemidir.
1
  Konsti-
tusiya insan və vətəndaş hüquq və azadlıqlarını bəyan və onlara 
                                                 
1
 Əsgərov Z.A. Konstitusiya hüququ. Dərslik. Bakı; Bakı Universiteti 
nəşriyyatı. 2006, 698 səh, s. 50.
 


118 
 
 
təminat  verir,  eləcə  də  konstitusiya  quruluşunun  əsaslarını, 
idarəetmə  formasını  və  ərazi  quruluşunu,  mərkəzi  və  yerli 
hakimiyyət orqanlarının təşkili əsaslarını, onların səlahiyyətləri 
və  qarşılıqlı  münasibətlərini,  dövlət  rəmzlərini  və  ölkənin 
paytaxtını müəyyən edir.
2
  
Ümumi  götürdükdə,  konstitusiya  hüququnun  baza  hissəsi 
(məsələn,  Azərbaycan  konstitusiyası)  insan  hüquqlarının 
özəyidir.  İnsan  hüquqlarının  özəyi  konstitusiya  hüquqlarının 
baza  hissəsində  öz  əksini  tapır.  Konstitusiya  və  bununu 
məzmunundan irəli gələn, bu baza sənədindən törəyən sənədlər 
təbii  ki,  insanların  əsas  hüquq  və  azadlıqlarını  təmin  edən 
vasitələr  kimi  böyük  önəmə  malikdir.  İnsanların  təbii 
hüquqlarının  şərti  olaraq  tərkibi  olan  pozitiv  hüqüqlar  (buna 
sonradan  yaranan  və  dövlət  tərəfindən  təmin  olunan  hüquqlar 
da  deyirlər)  əslində  elə  baza  hüquqlara  (əsas  hüquq  və 
azadlıqlara) xidmət edir. 
Konstitusiya  hüququna  ümumvətəndaşlıq  hüququ  da 
aiddir.  Bu  baxımdan  seçki  hüququnu  həm  konstitusiya 
hüququ,  həm  də vətəndaşlıq  hüququ  yaradır. Seçkinin tarixi 
formalaşma  mərhələsi  də  elə  konstitusiya  hüququnu  yaradan 
ə
sasları  üzərə  çıxarır.  Bütün  konstitusiya  hüququ  üzrə  tərkib 
hissələr  cəm  halda  siyasi  məzmun  kəsb  edərək  dövlət 
hüququnu  meydana  gətirir.  Burada  dövlət  hüququ, 
konstitusiya 
hüququ, 
seçki 
hüququ 
vahid 
şə
kildə 
ümumvətəndaşlıq  hüququnu  formalaşdırır.  Vətəndaşlıq 
hüququ  digər  siyasi  hüquqların 
yaranması  üçün  də 
səlahiyyətləri  müəyyən  edir.  Ümumiyyətlə,  bütün  siyasi 
hüquqların  tərkibi  və  cəmi  siyasi  komplektlilik  (burada 
daha  çox  forma)  baxımından  dövlət  hüququdur.  Dövlət 
hüququ (dövlətin öz ərazisi daxilində və beynəlxalq əlaqələrdə 
olan hüququ)  da  konstitusiya hüququdur. Konstitusiya hüququ 
                                                 
2
  Əsgərov  Z.A.  Konstitusiya  hüququ.  Dərslik.  Bakı;  Bakı  Universiteti 
nəşriyyatı. 2006, 698 səh, s. 50.
  


119 
 
 
isə  insanların  ümumiləşmiş  baza  və  pozitiv  hüquqlarıdır. 
Buradan da belə bir məntiqi nəticə ortaya çıxır ki, əslində insan 
hüquqlarının  siyasi  ümumiləşmiş  məzmunu  dövlət  hüqu-
qudur. Bütün hüquqların əsası, özü isə insan hüquqlarıdır. 
İ
nsan hüquqları burada fəlsəfi tezisdir. Ümumidir, yekundur və 
sahələr  və  sistemlər  üzrə  təsnif  olunandır.  Konstitusiya 
ümumiləşdirici  vahid  olmaqla,  dövlət  hüququnun  və  onun 
ə
sası  olan  insan  hüququnun  siyasi  məzmun  kəsb  edən  bir 
fəlsəfi  əsasıdır.  Dövlət  üçün  konstitusiya  bir  təşkiletmə 
vasitəsidir,  siyasəti  istiqamətləndirmə  yoludur  və  insan 
hüquqlarını  təminetmə  üsuludur.  Bu  baxımdan  da  siyasi 
hüquqların  bütün  tərkibləri  bir-birini  şərtləndirəndir  və  nəticə 
etibarilə insan hüquqlarına xidmət edəndir.  
Konstitusiya hüququ alidir və toplu şəklində əks olunur (ifadə 
edilir). Konstitusiya hüququ insan hüquqlarının kompleks şəkildə 
təcəssüm  olunmasıdır.  Hər  bir  konstitusiya  ən  yüksək  hüquqi 
qüvvəyə malik olan əsas qanun kimi özünün hüquqi mahiyyəti ilə 
bərabər,  sosial-siyasi  mahiyyətinə  də  malikdir.
1
 
Konstitusiya 
hüquq  münasibətləri  həm  mühafizəedici,  həm  də  nizamlayıcı 
olur
2
.  
 Konstitusiya  hüququnun  formalaşmasında  (ümumi  olaraq 
təşkil olunmasnda) seçkilər böyük rol oynayır və konstitusiyanın 
qəbul  olunmasında  insanlar  öz  iradələrini  və  istəklərini  bu 
sənəd  layihəsinə  səs  verməklə  bildirirlər.  Konstitusiya  hüququ 
fəlsəfi məzmun kəsb etdiyindən bu hüququn tanınması, qəbulu 
və  icrası  üçün  də  seçki  hüququ  fəlsəfi  və  elmi  məzmun  kəsb 
edir.  Seçki  hüququnun  fəlsəfi-elmi  məzmunu  onun  ümumiləş-
dirilmiş sənəd olaraq konstitusiyanı müəyyən etməyində özünü 
göstərir. Konstitusiya ümumiləşdirilmiş tərkibdə seçki  yolu ilə 
(səsvermə)  əsasında  qəbul  olunan  bir  sənəddir.  Konstitusiya 
                                                 
1
  Əsgərov  Z.A.  Konstitusiya  hüququ.  Dərslik.  Bakı;  Bakı  Universiteti 
nəşriyyatı. 2006, 698 səh, s. 53.
 
 
2
 Həmin kitab. səh. 49.  


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə