Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə37/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   33   34   35   36   37   38   39   40   ...   57

114 
 
 
də  hakimiyyət  və  hakimiyyətə  can  atan  əks-hakimiyyət 
arasında  siyasi  mübarizənin  bitkin  nəticələrini  (burada 
müəyyən  müddət  üçün  bitkin  forma)  şərtləndirən  ünsür  kimi 
böyük  rol  oynayan  vasitə  kimi  əhəmiyyətə  malik  olur.  Siyasi 
və  inzibati  sistemin  (qeyd:  elə  inzibati  sistem  də  siyasi 
sistemin  tərkib  strukturu  kimi  çıxış  edir.  İnzibati  sistem 
siyasətin ali formasının tərkib ünsürlərə parçalanmasını və 
tərkib  baxımından  hissələrə  çevrilməsinin  əsaslarını 
meydana  gətirmiş  olur.  İnzibati  sistemlərin  birləşmiş  cəmi 
yuxarı  mərhələdə  ali  siyasi  hakimiyyəti  meydana  gətirmiş 
olur)  formalaşmasında  seçki  bir  istiqamət  və  vasitə  olarq 
mühüm əhəmiyyət kəsb edir.  
Ə
gər biz insan hüquqlarını təsnif etsək, onda, belə qənaətə 
gələ  bilərik  ki,  insanların  bir  çox  sahələrdə,  xüsusilə,  onların 
fəaliyyət  göstərdikləri  sahələrdə  əksini  tapan  və  bir-birindən 
daxilən  törəyən  və  zahiri  gerçəkliklə  əks  olunan  hüquqları 
mövcuddur.  Ümumiyyətlə  isə  məlumdur  ki,  insanlar  hüquq 
daşıyıcılarıdırlar  və  bütün  fəaliyyət  sahələrində  hüquqlara 
məxsus  olan  məxluqlardır,  ünsürlərdir.  Hüquqların  bölgüsü 
məsələsi  əsasən  insanın  əqli-fiziki  qabiliyyətindən  asılı  olaraq 
meydana  gələn  dəyər  və  nemət  kimi  ortaya  çıxır.  İnsan 
hüquqları  insanların  anadan  olmasından  başlayaraq  ömür 
sonuna  qədər  genişlənmə  və  məhdudlaşma  xassələrinə  malik 
olur. Bu da əqli-fiziki qabiliyyətdən asılı olan bir hala çevrilir. 
Hüquqların 
bölgüsünü 
insan 
fəaliyyətinin 
istiqamətləri 
meydana  gətirir.  Hüquqlar  həm  də  yaş  əlamətlərinə  və  cins 
ə
lamətlərinə  görə  də  bölgü  proseslərini  özündə  əks  etidirir. 
Ə
mək fəaliyyəti və yaş dövrləri –fiziki və əqli qabiliyyət, bilik, 
bacarıq  və  istedad  təbii  olaraq  seçkilərin  bölgü  prinsipi  üzrə 
təsnif  olunmalarının  əsaslarını  üzərə  çıxarmış  olur.  İnsanlar 
ayrı-ayrı  sahələrdə  vahid  məzmunlu  azadlığı  özündə  əks 
etdirən  hüquqlara  malik  olur.  İnsan  hüquqlarının  əmək 
fəaliyyəti  ilə  əlaqəsi  zamanı  isə  hüquqların  sahələr  üzrə 


115 
 
 
təsnifatı  (məsələn,  müəllim  hüquqları,  təqaüdçü  hüquqları, 
həkim  hüquqları  və  s.)  meydana  gəlmiş  olur.  Bu  baxımdan 
seçki  hüququ  hüquqların  təsnifatında  müxtəlif  əlamətləri 
vahid xüsusiyyətlərinə görə birləşdirən bir hüquqdur.  
Seçki  hüququ  təsnifatda  bölgü  hüququ  (hüquqların 
ş
axələnməsində  olan  tərkib  ünsürü)  kimi önəmə malik olur. 
Seçki  əsasən  hüquqların  sahələr  üzrə  təsnif  olunmasının 
ə
saslarını  (məsələn,  qadınların  və  kişilərin  bərabər  əsaslarla 
siyasi  və  inzibati  sahələr  üzrə  məxsus  olduqları  seçki 
hüquqları) təşkil edir. (Qeyd: inzibati  seçki hüququ daha çox 
bir  idarəetmə  aparatı  daxilində  olan  və  bu  aparatda  işləyən 
şə
xslərin  həmin  aparatda  müəyyən  vəzifələrə  seçilməsini  əks 
etdirən  hüquq  kimi  qəbul  olunmalıdır).  Seçki  hüququ 
birləşdirici  və  koordinasiyaedici  bir  hüquq  kimi  böyük  rola 
malikdir.  Seçki  təbii  hüquqlarla  pozitiv  hüquqlar  arasında 
bir  körpü  rolunu  oynayır.  Seçki  üsulu  ilə  təbii  hüquqlarla 
pozitiv hüquqların təmin olunması arasında bir körpü yaranmış 
olur. Yəni insanların siyasi azadlıqları (təbii hüquqların tərkibi 
olaraq) həm də  seçki  üsullarının  tətbiqi  yolu ilə  realizə olunur 
və seçki burada pozitivliklə təbiilik arasında bir körpü rolunu 
oynayır.  Seçki  hüququ  təbiilikdən  meydana  gələn  siyasi  və 
inzibati  hüquqların  formalaşmasını  şərtləndirən  hüquq  kimi 
xüsusi əhəmiyyət kəsb edir.  
Seçki  siyasi  sistemlərin  təşkilində  vətəndaşların  iştirakını 
təmin  edən  əsas  vasitə  kimi  böyük  rola  malikdir.  Siyasi 
sistemin  ünsürləri  arasında  seçki  əlaqələrin  yaranmasının 
ə
saslarını  təşkil  edən  vasitəyə  çevrilir.  Seçki  həm  də  vəzifəyə 
seçilən  şəxslə  onu  seçənlər  arasında  bir  qarşılıqlı  məsuliyyəti 
ortaya  çıxarır.  Seçki  burada  tərəflər  arasında  məsuliyyəti 
müəyyən edən vasitə kimi önəmə malik olur.  
Seçki  yolu  ilə  sistem  təşkil  olunur,  siyasi sistem daxilində 
iyerarxiya  müəyyən  olunur  və  qarşılıqlı  vəzifə  asılılığı 
meydana  gəlir.  Burada  seçki  vəzifə  səlahiyyətlərini  müəyyən 


116 
 
 
edən  ilkin  kriteriya  rolunu  oynayır.  Seçki  proseslərində 
istedadlı  və  qabiliyyətli  şəxslər  üzərə  çıxır  və  idarəetmənin 
ə
sasları  formalaşır.  Deməli,  seçki  idarəetmə  proseslərində 
idarəedənləri  müəyyən  edən  üsul  və  dəyər  olaraq  da  böyük 
önəmə malik olan bir prosesli üsuldur.  
Təbii  ki,  seçki  hərəkətdir  və  iradələri  tarazlaşdırıcı  və 
maraqları  birləşdirici,  nizamlayıcı  bir  vasitədir.  Seçki  özü  o 
halda  nizamlayıcı  və  mərkəzi  sistemləşdirici  vasitə  olur  ki,  bu 
zaman  cəmiyyətin  ümumi  tərkib  hissələri  həmin  proseslər 
anında birləşir.  
Seçki  cəmiyyətin  tarazlı  sisteminin  və  cəmiyyətin 
idarəolunmasının  tarazlı  əsaslarını  yaradan  vasitə  kimi  də 
xüsusi  önəmə  malikdir.  Tarazlıq  nəticəsində  sabitlik 
meydana  gəlir.  Seçki  həm  də  cəmiyyətin  ayrı-ayrı  üzvləri 
arasında  siyasi  mübarizənin  əsasını  təşkil  edən  vasitə  kimi  də 
xüsusi  önəm  kəsb  edir.  Seçki  zamanı  baş  verən  proseslər 
ziddiyyətlərin  (burada  mübarizə  üçün  enerjini  və  vəhdət 
potensialı  yaradan  əskliklərin)  ortaya  çıxmasını  təşkil  edir, 
daxili siyasi mübarizədən meydana gələn bütövlük və vahidlik 
cəmiyyətdə daxili boşluğu aradan qaldırır və cəmiyyətin bütöv 
halda  güclənməsinin  əsaslarını  yaratmış  olur.  Deməli,  seçki 
ə
slində 
potensialın 
toplanması 
üçün 
və 
cəmiyyətin 
enerjilənməsi  məqsədilə  tətbiq  olunan  pozitiv  proseslərdən 
ibarətdir.  
Seçki  ümumiyyətlə,  ali  məzmunda  siyasi  bir  aktdır.  Seçki 
ali  siyasətin  (mərkəzi  dövlət  siyasətinin),  eləcə  də  yerli 
siyasətin (mərkəzi siyasətin ətraf hissələrinin) formalaşmasının 
ə
saslarını  təşkil  edir.  Seçki  dövlət  siyasətinin  mücərrəd 
mahiyyətini onun konkret və real mahiyyəti ilə bağlayan bir akt 
kimi də xüsusi önəmə malikdir. 
Seçki 
insan 
hüquqlarının 
zaman 
(hər 
müəyyən 
müddətdən  bir  seçki  hüquqlarının  reallaşması)  və  məkan 
(burada  vətəndaşların  öz  yaşadıqları  ərazilərdə  seçki 
hüquqlarının  reallaşması)  kateqoriyası  ilə  formalaşmasında 
mühüm  rol  oynayır.  Belə  ki,  seçkilər  yolu  ilə  yenilənmiş 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə