Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə32/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   28   29   30   31   32   33   34   35   ...   57

99 
 
 
(başlanğıc  elementlərin  qüvvənin  təsiri  ilə  xassəsini 
dəyişməsindən 
yaranan 
elementlər) 
bir 
məkanda 
toplanması  isə  fərqliliyi  yaradır.  Material  eynilik  həm 
hərəkətlərdə, 

yəni 
eyni 
hərəkətlərin 
zamanla 
təkrarlanmasında,  -  mövcuddur,  həm  də  elementlərin 
mütləq  düzülüşndə  yer  alır.  Fərqlilik  isə,  forma 
baxımından  olan  fərqlilikdir.  Məzmunun  fərqliliyi  də  elə 
forma  fərqliliyindən  ortaya  çıxır.  Eyniliklər  və  fərqliliklər 
də  dərəcələnir  və  müxtəlif  koordinatlar  üzrə  təsnif 
olunurlar.  
Onların  mütləq  və  nisbi  prinsipləri  həm  düşüncələrə 
görədir,  həm  də  mütləq  formalarına  görədirlər.  Bu 
baxımdan  da  düşüncələr  üçün  mütləq  (mütləqlik  düşüncə 
üçün  bir  andır  və  obrazın  həmin  anda  əks  olunmasıdır) 
olan  eyniliklər  düşüncənin  dəyişməsi  ilə  fərqliliyə  çevrilə 
bilirlər).  
Məlumdur  ki,  fəlsəfə  geniş  və  dərin  məna  kəsb  edən 
düşüncələrdən  ibarət  olan  bir  genişləndirici  və  ümumiləşdirici 
məfhumdur  və  anlayışdır.  Fəlsəfə  dərin  mənaları  və  rəng 
çalarları  olan  hazır  bir  məhsulun  (bu  məhsul  təfəkkür 
məhsulu,  təfəkkürün  mücərrəd  konstruksiyası  və  material 
məhsuludur) daxili mənasını və xarici məzmununu ifadə edən 
bir anlayışdır.  Bu  baxımdan  fəlsəfi  əsərlər dərin  məzmunlu və 
daha  böyük  təsiredici,  o  cümlədən  tərkib  hissələr  arasında 
mənalı əlaqələri olan, əsaslı nəticələrə malik olan əsərlərdir. Bu 
ə
sərlər  dərin  düşüncələrdən  ibarətdir,  o  baxımdan  ki,  burada 
səbəb  və  nəticə,  mahiyyət  və  gerçəklik,  ideallıq  və  reallıq  və 
digər  kateqoriyalar  əsasında  ümumi  nəticə  olaraq  dərin 
məzmun  meydana  gəlir.  Bütün  bu  prosesləri,  bütövün 
parçalanmasını, eləcə də tərkiblərdən bütövün əmələ gəlməsini 
isə  məntiqi  təfəkkür  həyata  keçirir.  Məntiq  əməliyyatları 
sayəsində  elm  və  fəlsəfənin  obyekti  formalaşır.  Ümumiyyətlə 
isə hər bir kateqoriya digər kateqoriyalarla qarşılıqlı əlaqələrdə 


100 
 
 
müəyyən  sistem  daxilində  vəhdəti  və  tərkib  hissələri 
(yarımstrukturları və tərkib komponentlərini) meydana gətirir.  
Hər  bir  məfhum  həm  tərkib  hissə  olaraq,  həm  də  ümumi 
sistemin  və  anlayışın  konkretləşdirilmiş  adı  kimi  böyük 
ə
həmiyyətə  malik  olur.  Yarımstrukturun  izahını  ifadə  edən 
məfhumlar  ümumstrukturun  izahını  verən  məfhum  üçün 
tərkib  olaraq,  tərif  mənasını  açan  komponent  rolunu 
oynayır.  Məsələn,  vətəndaşı  və  hakimiyyəti,  eləcə  də 
cəmiyyəti şərh etməklə, əslində dövlətin tərkibini, məzmununu 
şə
rh  etmiş  oluruq.  Buradan  da  belə  bir  nəticə  ortaya  çıxır  ki, 
hər  bir  komponent  həm  tərkibdir,  hissədir,  həm  də  vahiddir. 
Deməli, vahidliklər və tərkib hissələr bir-birinə və biri-digərinə 
çevriləndir.  Bu  baxımdan  da  məkan  və  sistem  də  müəyyən 
hərəkətlər halında dəyişəndir. Tərkibin izahı elə vahidin ümumi 
və konkret mənasının izahı demək olur. Burada tərkib hissənin 
şə
rh miqyası ümumi şərti miqyasdan kiçik olur. Lakin tərkibdə 
ümumi məzmun da izah oluna bilir.  
Məfhumların  fəlsəfi  aspektlər  nöqteyi-nəzərdən  izah 
olunması, 
məfhumların 
məzmununun 
şə
rh 
edilməsi 
prizmasından  yanaşıldıqda,  eləcə  də  kainatda  olan  bütün 
ş
eylərin  tərkibinin  hissələrdən  ibarət  olması  qənaətinə 
gəldikdə,  həm  də  ardıcıl  və  dərin  məntiqi  düşünmə  prosesinin 
nəticələri olaraq belə bir yanaşma etmək yerinə düşər ki, hər bir 
ümumiləşdirilmiş  fikir  fəlsəfənin  obyekti  olaraq  tezisdir. 
Tezislərin  ardıcıl  olaraq  birləşərək  vahid  bir  mətnə  çevrilməsi 
sintezdir. Yəni, müəyyən ölçü yaratmış tərkibdir-tərkib böyük 
və  kiçik  ola  bilər.  Tezislər  cəmi  sintezdir.  Tezis  ümumi 
vahiddirsə, sintez tərkib hissədir. Sintez həm də tərkib hissələri 
tezislərdən  ibarət  olan  vahiddir.  Sintezdən  əldə  olunan  isə 
nəticədir.  Nəticə  ilə  başlanğıc  və  törəmə  tezislər  arasında  bir 
sintez  (buna  tezislər  paneli  də  demək  olar)  mövcuddur. 
Buradan  da  belə  bir  məntiqi  fikrə  gəlmək  olar  ki,  sintez  elə 
bütövdür.  Bütövün  hər  iki  ucu  həm  tezis,  həm  də  analizdir. 


101 
 
 
Bununla  yanaşı,  belə  də  qəbul  etmək  olar ki, bütöv, tərkib elə 
tezis  (ümumi  fikir)  və  analizlərdən  (gəlinmiş  qənaətlərdən) 
ibarətdir.  Fikirlərin  ardıcıl  qaydada  şərtləndirici  məzmunu  elə 
bütövlüyü  yaradır  ki,  bu  da  özlüyündə  elə  sintez  deməkdir. 
(Qeyd:  burada  artıq  biz fəlsəfənin  və  onun məntiq tərkibinin 
mütləq olmaqla yanaşı, dəyişkən və nisbi olması qənaətinə də 
gələ bilirik). Deməli, belə bir məntiqi nəticədən də çıxış etmək 
olar  ki,  sintez  və  tezis  əslində  analizdir.  Çünki  analizlərdən 
ə
ldə  olunanlar  elə  tezisdir.  Düşüncənin  məhsulu  olaraq 
meydana  gələn  tezis  həm  də  ardıcıl  düşüncənin  məhsulu  olan 
analizdir. Bu baxımdan da hər bir məfhumu və anlayışı tezis və 
analiz  kimi  qəbul  etmək  olar.  Buradan  da  belə  bir  məntiqi 
nəticə  ortaya  çıxır  ki,  fəlsəfə  və  məntiq,  eləcə  də  elm  əslində 
mütləqlərdən  ibarət  olan  nisbiliklərdir.  Dəyişkənlik 
mütləqliklərdən –mütləqliklərə keçən nisbiliklərdən, ibarət 
olan  dəyişkənliklərdir.  Fikrimizi  bir  qədər  dəqiq  ifadə  etsək, 
belə qənaətə gələ bilərik ki, tezis sintezi, sintez analizi, analiz 
isə  təkrar  olaraq  tezisi  üzərə  çıxara  bilir.  Deməli,  bütün 
kateqoriyalar  müəyyənedici  və  şərtləndiricidir,  həm  də 
bağlayıcıdır.  Bu  kimi  yerdəyişmələr  əslində  elə  sistemli 
ə
saslara  söykənən  inkişaf  zərurətləridir.  Bu  baxımdan  həyatda 
hər  bir  fikir  istiqaməti  tezisdir  və  öz-özlüyündə  bir  nəticədir. 
Fikirlərin  ardıcıl  şəkildə  şərtləndiriciliyi  və  bütövü  əmələ 
gətirməsi  isə  sintezdir.  Fəlsəfi  olaraq  belə  bir  fikir  də 
bildirmək  olar  ki,  tezis,  analiz  və  sintez  bir-birinə  çevrilən 
tərkib və bütövlərdən ibarətdir. Biz daha çox bütövü-geniş 
və  dərin  məna  kəsb  etdiyindən  fəlsəfi  hesab  edirik.  Tezisin 
analizə  çevrilməsi  prosesləri  qarşılıqlı  olaraq  məfhumlar 
arasında  əlaqələrin  meydana  gəlməsinin  əsaslarını  yaradır  və 
təfəkkür  inkişafını  şərtləndirir.  Təfəkkürdə  tezisdən  analizə 
keçid  üçün  deduksiya,  analizdən  tezisə  isə  keçid  məqsədilə 
induksiya  tətbiq  edilir.  Lakin  bu  proseslər  də  mütləq  olmaqla 
bərabər,  nisbidir.  Belə  ki,  induksiyanın  nəticələri  də  tezisi 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə