Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə31/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   27   28   29   30   31   32   33   34   ...   57

96 
 
 
Azadlıq  və  hüquq  ehiyac  və  tələbatlardan  doğan  insan 
hərəkətlərinin  əsaslarını  təşkil  edir.  Hərəkətlərin  mənası  məhz 
azadlıq  və  hüquqda  özünü  əks  etdirə  bilir.  Hərəkətin 
məhdudlaşdırılması 
azadlığın 
məhdudlaşdırılmasıdır. 
Bu 
baxımdan  azadlıq  məkanla  əlaqəlidir.  Hərəkət  məkanının 
böyüklüyü  elə  azadlığın  böyüklüyüdür.  Bu  baxımdan  da  belə 
nəticəyə  gəlmək  olur  ki,  əhalisi  çox  olan  müəyyən  bir  ölçüyə 
malik  olan  məkanda  əhalinin  çoxalması  ilə  azadlıq  da  məkan 
üzrə  məhdudlaşa  bilir.  Çoxalma  zamanı  hüquq  subyektlərinin 
sayı  artır.  Mövcud  olan  və  genişlənməyən  məkan  çoxalan 
subyektlər  arasında  bölünür.  Burada  artıq  hərəkətlərin 
məhdudlaşması  (eninə  doğru-ərazi  üzrə)  baş  verir.  Buna  görə 
də  ərazisi  kiçik  olan,  lakin  sürətlə  çoxalmaqda  olan  bir 
dövlətdə  insanların  azadlıq  hüquqlarının  genişlənməsi  üçün 
məhz  daxili  resurslar-yuxarıya  doğru  artan  resurslar-tələb 
olunur.  İnkişafın  fərqli  xüsusiyyətləri  meydana  gəlir.  Buna 
görə  də  əhalisi  ilə  ərazisi  arasında  fərq  olan  ölkələrdə  inkişaf 
xüsusiyyətləri  də  fərqli  ola  bilir.  Məsələn,  Çin  ilə  Norveçin, 
İ
sveçin  inkişaf  xüsusiyyətləri  fərqli  ola  bilər.  Çinin  gələcək 
inkişafında  daxili  yuxarı  genişlənmə  (burada  mövcud  olan 
ə
razilərdə əhalinin sayının çoxalması ilə xarakterizə olunan və 
daxilə  doğru  yüksələn  inkişaf),  ərazisi  böyük  olub  əhalisi  az 
olan  ölkələrdə  isə  ərazi  üzrə  ətrafa  genişlənmə  müşahidə 
oluna  biləcəkdir.  İnkişafın  daxili  yuxarı  istiqamət  üzrə 
genişlənməsi  isə  inkişafın  texniki  təkmilləşmə  dövrünü 
meydana  gətirə  biləcəkdir.  Bu  prinsipdən  çıxış  edərək  hesab 
etmək  olar  ki,  Çin  orta  müddətli  gələcəkdə  texniki  inkişaf 
baxımından  əksər  ölkələri  (əhalisi  az  olub,  ərazisi  böyük  olan 
ölkələləri)  ötüb  keçə  biləcəkdir.  Çində  insan  hərəkətlərinin 
eninə  doğru  məhdudlaşması  isə  hüquqların  daxilə  doğru 
genişlənməsi zərurətini meydana gətirə biləcəkdir. 
Ə
razisi  kiçik, əhalisi  nisbətən  çox  olan ölkələrdə inkişafın 
ə
sasını  resurslar  zənginliyi  (burada  texnoloji  vasitələr)  təşkil 
edir. Məsələn, Yaponiyada inkişafın bu tendensiyası vardır.  


97 
 
 
Azadlığın məhdudlaşdırılması da öz növbəsində maraqların 
məhdudlaşdırılması  kimi  mühüm  məzmuna  malikdir.  Azadlıq 
hərəkətin  və  düçüncənin  nisbi  sərhədlərsiz  bir  məzmunudur. 
Bu  baxımdan  da  hüquqların  daxili  məzmununu  özündə 
cəmləşdirir. Hüquq azadlıqla vəhdətdə çıxış edir. Bu vəhdətdən 
də  həm  də  məhdudlaşdırılmalar  ortaya  çıxır.  Hüquq  azadlığı 
məhdudlaşdıra  bilir.  Məhdudlaşdırıcı  hüquq  normaları  həm  də 
azadlığı məhdudlaşdıran qaydalardır. Məhdudlaşdırmada məhz 
ə
xlaq qaydaları mühüm əhəmiyyətə malik olur. Əxlaq azadlıqla 
hüquq arasında bir bağlayıcı, bu baxımdan da məhdudlaşdırıcı 
məfhum  rolunu  oynayır.  Əxlaq  qaydaları  ilə  məhdudlaşmaya 
təbii  məhdudlaşma  kimi  ad  qoymaq  olar.  Əxlaq  ilk  növbədə 
daxildən  gələn  məhdudlaşdırıcı  kriteriyadır.  Əxlaq  həm  də 
azadlığı  genişləndirici  kriteriyadır.  Azadlığın  genişlənməsinə 
haqq qazandırır.  
Seçki  hüququ  azadlıqdan  və  dövləti  təşkil  etmək  sərbəst 
və  geniş  əsaslarla  iştirak  etmək  hüququndan  doğan  bir 
məfhumdur,  kriteriyadır,  hüquq  təsnifatı  kateqoriyasıdır.  Onu 
nəzərə  almaq  lazımdır  ki,  azad  seçki  hüquqlarının  təmin 
olunması  yolu  ilə  formalaşan  dövlət  azad  dövlət  və  onun 
vətəndaşı  azad  vətəndaş  olur.  Seçki  hüququnda  olan  azadlıq 
ümumi  hüquqlarda  olan  azadlıqdan  meydana  gəlir.  Seçkilərin 
təşkili 
zərurəti 
insanların 
dövlətlərini 
təşkil 
etmək 
zərurətlərindən  və  iştirak  zərurətlərindən  ortaya  çıxır.  Seçki 
hüququnda  mövcud  olan  azadlıq  həm  sərbəst  iradə  ifadəsinin 
ə
sasını  təşkil  edir,  həm  də  sərbəst  dövlətçilik  siyasətinin 
ə
sasında  dayanır.  Bütün  hüquqlar  insanın  daxilindən  gələn 
azadlıqdan  və  azad  şəkildə  maraqları  təmin  etməkdən 
formalaşır. Azadlıq  hüququ ümumiləşdirici məfhum və məna 
olaraq  bütün  hüquqların  tərkibində  mövcud  olur.  Bütün 
hüquqların xidmət mahiyyəti onların azadlıq ruhunda meydana 
gəlir.  
 


98 
 
 
“Seçki” məfhumu fəlsəfə və elmin obyekti kimi 
  
Qədim  yunan  alimi  Aristotel  (b.e.ə.  384-322-ci  illərdə 
yaşamışdır)  “Metafizika”  (“Metafizika”-  hərfən  “fizikadan 
sonra gələn əsərlər” deməkdir. Onun “Əsas fəlsəfə” haqqında 
əsərlərinin  cəmi  “Metafizika”  adlanır.
1
)  əsərində  göstərir  ki, 
elm hər yerdə başlıca olaraq əsası-qalanların ondan asılı olduğu 
və  onun  vasitəsilə  öz  adını  aldığı  şeyi  öyrənir.  Onun  fikrincə, 
elm bir mənsub olan haqqında yox, həm də onunla əlaqəli olan 
ş
eyləri  öyrənir.  Filosof  əslin  əsaslarını  və  səbəblərini 
bilməldir.
2
  Filosof  hesab  edib  ki,  aksiomalar  mövcudluqdur, 
hər  şey  üçün  qüvvəyə  malikdir.  Mövcudluq  ümumidir. 
Ə
sasların  ən  doğrusu  odur  ki,  onun  haqqında  səhv  edilmir. 
Ə
saslar  aydınlaşdırıcıdır.  Aristotel  sübutları  elmi  sillogizmlər 
kimi  nəzərdən  keçirirdi.  Aristotel  fəlsəfəsindən  çıxış  edərək, 
hesab etmək olar ki, sübutlar aşkarlayandır və bu da məkan və 
şə
raitdə  dəyişəndir.  Bir  məkanın  sübutu  bütün  hallarda,  yəni 
digər  məka  və  prinsiplərdə  faktlar  kimi  rol  oynaya  bilməz. 
Buna  görə  də  hər  bir  məkanın  aydınlaşdırılması  elə  əslində 
həmin  məkandakı  sübutların  ortaya  çıxmasını  yaradır.  Yalnız 
bütün  məkanlarda  eyni  olan  elementlər  həmin  məkanların 
sübutlarıdırlar  ki,  bunlar  da  sistemləri  əlaqələndirəndir. 
Sübutlar  eyni  olmaqla  fərqlidir.  Fərqlilik  də  fərqli  prinsiplərin 
ə
sasıdır.  Fəqrliliklər  də  eyniliklərə  keçidlərdir.  Eyniliklər  də 
fərqliliklərə  keçidləri  edir.  (Qeyd:  əslində  eyniliklər  və 
fərqliliklər  də  mütləq  və  nisbidirlər.  Hər  ikisi  vahid 
sistemlər  daxilində  eyni  olan başlanğıc elementlərin sadəcə 
olaraq  müxtəlif  məkanlar  üzrə  yer  almasıdır.  Burada 
formada  məkan  fərqliliyi  vardır.  Müxtəlif  elementlərin 
                                                 
1
 Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutu. 
Qədim yunan fəlsəfəsi antologiyası. “Yeni Nəsil” AJB, Bakı, 2002, 180 
səh., səh. 113.
 
2
 Yenə orada, səh. 114. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə