Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə39/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   35   36   37   38   39   40   41   42   ...   73

113.3.  Namizədin  qeydiyyatı  məhkəmə  tərəfindən  səsvermə  gününə  bir  gün  qalanadək  yalnız  bu 
Məcəllənin  113.2.3,  113.2.4,  113.2.7,  113.2.9,  113.2.11-ci  maddələrində  göstərilən  hallar  namizədin 
qeydə alınmasından sonra aşkara çıxarıldıqda ləğv edilə bilər. 
113.4.  Namizədin  qeydiyyatı  səsvermə  gününə  10  gündən  az  qalmış  müddətdə  ləğv  edildikdə,  bu 
haqda məlumat seçki komissiyalarının məlumat lövhələrində yerləşdirilir. 
 
M a d d ə   1 1 4 .   Səsvermənin  nəticələri  və  seçkilərin  (referendumun)  yekunları  haqqında 
seçki komissiyalarının qərarlarının ləğv edilməsi 
114.1.  Qeydə  alınmış  namizədin,  siyasi  partiyanın,  siyasi  partiyalar  blokunun,  referendum  üzrə 
təşviqat  qrupunun  bu  Məcəllənin  88.4-cü  maddəsində  göstərilən  və  seçkilərin  nəticələrini  düzgün 
müəyyənləşdirməyə  imkan  verməyən  qanun  pozuntuları  seçkilərin  ilkin  nəticələrinin  rəsmi  dərc 
edilməsindən  sonra  aşkara  çıxarıldıqda  Mərkəzi  Seçki  Komissiyası  seçkilərin  yekunlarının  rəsmi  dərc 
edilməsinədək  namizədin  seçilməsinin  və  ya  referendumun  yekunlarının  etibarsız  sayılması  haqqında 
apellyasiya instansiyası məhkəməsinə müraciət edə bilər.
121
 
114.2.  Məhkəmə  bu  Məcəllənin  113.2.3-cü  maddəsində  göstərilən  pozuntuların  olduğunu 
müəyyənləşdirərkən  həmin  pozuntuların  seçicilərin  iradəsini  düzgün  müəyyənləşdirməyə  imkan 
vermədiyini  hesab  edərsə,  seçkilərin  (referendumun)  yekunları  haqqında  müvafiq  seçki  komissiyasının 
qərarını ləğv edə bilər. Bu halda seçilmiş namizədin səlahiyyətləri itirilmiş hesab edilir. 
114.3.  Seçki  dairəsində  seçicilərin  siyahısının  tərtib  edilməsi,  seçki  komissiyalarının  yaradılması, 
səsvermə,  səslərin  hesablanması  və  ya  seçkilərin  (referendumun)  yekunlarının  müəyyənləşdirilməsi 
qaydaları  pozulduqda,  bu  Məcəllə  ilə  nəzərdə  tutulan  digər  pozuntular  olduqda  və  bu  hərəkətlər 
(hərəkətsizlik) seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə müvafiq məhkəmə birmandatlı 
və ya vahid seçki dairəsi üzrə səsvermənin nəticələri və ya seçkilərin (referendumun) yekunları haqqında 
seçki komissiyasının qərarını ləğv edə bilər. 
114.4. Müvafiq məhkəmə və ya Mərkəzi Seçki Komissiyası məntəqə və dairə seçki komissiyalarının 
səsvermənin  nəticələri  və  ya  seçkilərin  yekunları  haqqında  qərarlarını  bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş 
hallarda ləğv edə bilər. 
114.5.  Seçilməyən  namizədlərə  seçilməkdə  kömək  göstərilməsi  ilə  əlaqədar  baş  verən  pozuntular 
aşkar edildikdə, onlar seçkilərin yekunları barəsində qərarın ləğv edilməsi üçün əsas sayıla bilməz. 
 
M a d d ə   1 1 5 .  Vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət 
115.1.  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinə,  Mülki  Məcəlləsinə  və  İnzibati  Xətalar 
Məcəlləsinə uyğun olaraq cinayət, mülki və ya inzibati məsuliyyətə aşağıdakı şəxslər cəlb edilə bilərlər: 
115.1.1. zor tətbiqi ilə, aldatma, hədə ilə vətəndaşın seçmək və seçilmək hüququna mane olanlar; 
115.1.2. seçkinin (referendumun) nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə 
edənlər;
122
 
115.1.3.  namizədin  lehinə  imza  atmağa  vətəndaşları  məcbur  edən  və  ya  namizədin  müdafiəsi  üçün 
imza yığılmasına mane olan və ya bu imzaların saxtalaşdırılmasında iştirak edən şəxslər; 
115.1.4.  seçiciləri  ələ  alanlar,  yəni  bu  Məcəllənin  88.6-cı  maddəsi  ilə  qadağan  edilmiş  hərəkətləri 
edənlər; 
115.1.5.  qeydə  alınmış  seçicilər  barəsində  məlumatları  vaxtında  rəsmiləşdirməyənlər  və 
dəqiqləşdirməyənlər; 
115.1.6.  namizədlər  barəsində  bilərəkdən  yalan  məlumatlar  yayanlar  və  ya  namizədlərin  şərəf  və 
ləyaqətini  təhqir  edən  digər  hərəkətləri  edənlər  (bu  müddəa  Azərbaycan  Respublikası  Konstitusiyasında 
təsbit edilmiş söz və fikir azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz); 
115.1.7. seçki komissiyaları üzvlərinin, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi 
partiyaların,  siyasi  partiyalar  bloklarının,  referendum  üzrə  təşviqat  qrupunun  səlahiyyətli 
nümayəndələrinin,  kütləvi  informasiya  vasitələri  nümayəndələrinin  hüquqlarını  pozanlar,  o  cümlədən 
seçki sənədlərinin surətlərinin və məlumatların vaxtında alınması və seçki sənədlərinin surətlərinin təsdiqi 
ilə bağlı hüquqlarını pozanlar; 
115.1.8. seçkiqabağı təşviqatın aparılması qaydalarını pozanlar, o cümlədən səsvermə gününə bir gün 
qalmış və ya səsvermə günü təşviqat aparan şəxslər; 


115.1.9.  bu  Məcəllənin  müəyyən  etdiyi  qaydaların  pozulmasına  səbəb  olan  kommersiya  və  digər 
reklamları hazırlayanlar və yayanlar yaxud xeyriyyə xidmətləri göstərənlər; 
115.1.10.  seçki  kampaniyasının  maliyyələşdirilməsinin  bu  Məcəllə  ilə  müəyyənləşdirilmiş 
qaydalarını pozanlar; 
115.1.11. seçki bülletenlərinin qalıqlarını gizlədənlər və ya seçki komissiyasının qeydə almadığı seçki 
bülletenlərinin, səsvermə vəsiqələrinin əlavə tirajını hazırlayanlar; 
115.1.12. seçki komissiyasının işinə mane olanlar və ya seçki komissiyası üzvlərinin öz vəzifələrini 
yerinə yetirməsi ilə bağlı fəaliyyətlərinə qeyri-qanuni müdaxilə edənlər; 
115.1.13. seçki məntəqələrində səsverməyə mane olanlar; 
115.1.14. səsvermənin gizliliyini pozanlar; 
115.1.15. seçiciləri öz iradələrinə zidd səs verməyə məcbur edənlər; 
115.1.16. seçki sənədlərini saxtalaşdıranlar, saxta sənədlər tərtib və təqdim edənlər (seçki qutularına 
bir şəxs tərəfindən birdən çox seçki bülleteni salmaq halları da daxil olmaqla), səsləri bilərəkdən qeyri-
düzgün hesablayanlar və ya seçkinin yekunlarını bilərəkdən təqdim və ya dərc etməyənlər; 
115.1.17. vətəndaşların seçici siyahıları ilə tanış olmaq hüququnu pozanlar; 
115.1.18.  vətəndaşlara  başqa  şəxslərin  əvəzinə  səs  vermək  imkanı  yaratmaq  məqsədi  ilə  seçki 
bülletenləri  verənlər,  vətəndaşa  doldurulmuş  seçki  bülleteni  verənlər  və  ya  birdən  artıq  seçki  bülleteni 
alınmasına imkan yaradanlar; 
115.1.19.  seçkilərin  hazırlanmasına  və  keçirilməsinə  ayrılmış  vəsaitin  xərclənməsi  hesabatlarını, 
namizədlərin,  qeydə  alınmış  namizədlərin,  siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının,  referendum 
üzrə təşviqat qruplarının maliyyə hesabatlarını təqdim və dərc etməyənlər; 
115.1.20.  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  seçkilərdə  iştirak  etmək  üçün  məzuniyyət 
verməyən işəgötürənlər; 
115.1.21. seçki komissiyalarının bu Məcəllənin pozulması ilə bağlı verdiyi məlumatları yoxlamayan 
dövlət orqanlarının vəzifəli şəxsləri; 
       115.1.22.  seçkilərdə  iştirak  etdiyi  müddətdə  xidməti  vəzifələrinin  icrasını  dayandırmayan  dövlət  və 
ya bələdiyyə xidmətində olan qeydə alınmış namizədlər;  
115.1.23.  seçici  imzalarının  toplanmasında  iştirak  edən  hüquqi  şəxslər,  dövlət  və  bələdiyyə 
orqanlarının, qurumların və təşkilatların vəzifəli şəxsləri.
123
 
 
M a d d ə   1 1 6 .  Cərimələrin tətbiq edilməsi
124
 
Məntəqə və dairə seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası namizəd, qeydə alınmış namizəd, 
habelə  onların  və  siyasi  partiya,  siyasi  partiyalar  blokunun,  referendum  üzrə  təşviqat  qrupunun 
səlahiyyətli  nümayəndələri  və  vəkil  edilmiş  şəxsləri  barəsində  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda 
qanun  pozuntularına  görə  Azərbaycan  Respublikasının  İnzibati  Xətalar  Məcəlləsinə  əsasən  inzibati  xəta 
protokolu tərtib etmək və cərimənin tətbiqi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər.
125
 
 
XÜSUSI HİSSƏ  
IV bölmə
  
REFERENDUM 
On yeddinci fəsil 
REFERENDUMA AİD ÜMUMİ MÜDDƏALAR 
 
M a d d ə   1 1 7 .  Referendum yolu ilə həll edilən məsələlər 
Referenduma çıxarılan məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin I və II 
hissələri ilə, 11-ci maddəsinin III hissəsi ilə və 152-ci maddəsi ilə müəyyən edilir. 
 
M a d d ə   1 1 8 .  Referendum yolu ilə həll edilə bilməyən məsələlər 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə