Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə47/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   43   44   45   46   47   48   49   50   ...   73

171.2.  Mərkəzi  Seçki  Komissiyası  səsvermə  günündən  ən  geci  20  gün  keçənədək  dairə  seçki 
komissiyalarının  protokollarını  (bu  Məcəlləyə  uyğun  olaraq  onlara  əlavə  edilən  sənədlərlə  birlikdə) 
yoxlayır, 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.
151
 
171.3.  Konstitusiya  Məhkəməsi  göstərilən  sənədləri  aldıqdan  sonra  10  gün  müddətində  müvafiq 
mütəxəssisləri cəlb etməklə həmin sənədlərin bu Məcəlləyə uyğunluğunu yoxlayır. Yoxlama prosesi tələb 
etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər. 
171.4.  Dairə  seçki  komissiyalarının  protokolları  bu  Məcəllənin  tələblərinə  cavab  verdikdə 
Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir. 
171.5. Seçkilərin yekunları bütövlükdə təsdiq edilmədikdə, Konstitusiya Məhkəməsi bu haqda qərar 
çıxarır və bu Məcəllənin 145-ci maddəsinə uyğun olaraq yeni seçkilər təyin edilir. 
 
M a d d ə   1 7 2 .  Milli Məclisə təkrar seçkilər 
Bu  Məcəllənin  170.2-ci  maddəsində  nəzərdə  tutulan  əsaslarla  seçkilər  müvafiq  seçki  dairəsi  üzrə 
etibarsız sayılarsa və ya bu Məcəllənin 171.4-cü maddəsinə əsasən seçkilərin yekunları təsdiq edilməzsə, 
Mərkəzi Seçki Komissiyası bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada təkrar seçkilər keçirir. 
 
M a d d ə   1 7 3 .  Milli Məclisə seçilmiş deputatların qeydə alınması 
173.1.  Dairə  seçki  komissiyası  seçkilərin  yekunları  haqqında  protokolu  imzaladıqdan  sonra  deputat 
seçilmiş  namizədə  dərhal  bu  barədə  məlumat  verir.  Deputat  seçilmiş  namizədlər  ən  geci  60  gün 
müddətində  deputat  statusu  ilə  bir  araya  sığmayan  və  Konstitusiyanın  85-ci  maddəsinin  II  hissəsində 
göstərilən vəzifədən azad olunduqları barədə əmrin surətini (bu vəzifələrdən azad olunmaq barədə 3 gün 
müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini) və ya fəaliyyətlərinə xitam verilməsi barədə 
öhdəliyi nəzərdə tutan ərizəni Mərkəzi Seçki Komissiyasına təqdim edirlər. 
173.2.  Birmandatlı  seçki  dairəsi  üzrə  seçilmiş  namizəd  bu  Məcəllənin  173.1-ci  maddəsində  nəzərdə 
tutulmuş  tələbləri  yerinə  yetirmədikdə  Mərkəzi  Seçki  Komissiyası  həmin  seçki  dairəsi  üzrə  seçkilərin 
yekunlarının  ləğv  edilməsi  barədə  müvafiq  məhkəməyə  müraciət  edir  və  təkrar  seçkilər  keçirir.  Bu 
Məcəllənin  173.1-ci  maddəsində  nəzərdə  tutulmuş  tələblər  bu  Məcəllənin  73.3-cü  maddəsində  nəzərdə 
tutulmuş  məcburi  hallar  olmadan  namizəd  tərəfindən  yerinə  yetirilmədikdə  və  bunun  nəticəsində  təkrar 
seçkilər  təyin  edildikdə,  həmin  namizəd  təkrar  seçkilər  keçirilməsi  ilə  əlaqədar  müvafiq  seçki 
komissiyalarının istifadə etdiyi dövlət büdcəsinin vəsaitini tam məbləğdə ödəməlidir. 
173.3. Seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya 
sığmayan  vəzifədən  azad  olunduqda  və  ya  fəaliyyətinə  xitam  verdikdə  Mərkəzi  Seçki  Komissiyası  onu 
deputat kimi qeydə alır və ona deputat vəsiqəsi verir. 
 
M a d d ə   1 7 4 .   Milli  Məclisə  seçkilər  zamanı  səsvermənin  nəticələrinin  və  seçkilərin 
yekunlarının dərc edilməsi 
Milli  Məclisə  seçkilər  zamanı  səsvermənin  nəticələrinin  və  seçkilərin  yekunlarının  dərc  edilməsi 
qaydaları bu Məcəllənin 109-cu maddəsi ilə müəyyən edilir. 
 
 
 
İyirmi səkkizinci fəsil 
MİLLİ MƏCLİSİN DEPUTATINI MANDATDAN MƏHRUMETMƏ VƏ MİLLİ MƏCLİSƏ 
ƏLAVƏ SEÇKİLƏRİN KEÇİRİLMƏSİ 
 
M a d d ə   1 7 5 .   Milli  Məclisin  deputatının  mandatdan  məhrum  edilməsi  haqqında  qərarın 
qəbul edilməsi 
175.1.  Azərbaycan  Respublikası  Konstitusiyasının  89-cu  maddəsinin  I  hissəsinin  1-ci  bəndində 
göstərilən  əsaslar  olduqda,  deputatın  mandatdan  məhrum  edilməsi  haqqında  qərar  Konstitusiya 
Məhkəməsi tərəfindən qəbul edilir. 


175.2.  Azərbaycan  Respublikası  Konstitusiyasının  89-cu  maddəsinin  I  hissəsinin  3-cü  bəndində 
göstərilən  əsaslar  olduqda,  deputatın  mandatdan  məhrum  edilməsi  haqqında  qərar  müvafiq  məhkəmə 
tərəfindən qəbul edilir. 
175.3.  Azərbaycan  Respublikası  Konstitusiyasının  89-cu  maddəsinin  I  hissəsinin  2,  4  və  5-ci 
bəndlərində  göstərilən  əsaslar  olduqda,  deputatın  mandatdan  məhrum  edilməsi  haqqında  qərar  Mərkəzi 
Seçki  Komissiyası  tərəfindən  qəbul  edilir.  Mərkəzi  Seçki  Komissiyasının  qərarından  müvafiq 
məhkəməyə şikayət verilə bilər. 
 
M a d d ə   1 7 6 .  Milli Məclisə seçkilər zamanı seçki dairəsi üzrə əlavə seçkilərin keçirilməsi 
176.1. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci və 5-ci bəndləri 
ilə müəyyənləşdirilmiş əsaslar olduqda, bu Məcəllənin 175.3-cü maddəsi ilə müəyyənləşdirilmiş qaydada 
birmandatlı seçki dairəsi üzrə seçilmiş deputatın deputat mandatından məhrum edilməsi barədə Mərkəzi 
Seçki Komissiyasının qərarı müvafiq müraciət daxil olduqdan sonra 2 gündən gec olmayaraq qəbul edilir. 
176.2.  Azərbaycan  Respublikası  Konstitusiyasının  89-cu  maddəsinin  I  hissəsinin  4-cü  bəndində 
göstərilən hallarla əlaqədar Mərkəzi Seçki Komissiyasına ərizə daxil olduqda, Mərkəzi Seçki Komissiyası 
ərizədə göstərilən faktları 2 aydan gec olmayan müddətdə araşdırır, qərar qəbul edir və bununla əlaqədar 
mütəxəssislərdən ibarət qrup yarada bilər. 
176.3.  Azərbaycan  Respublikası  Konstitusiyasının  89-cu  maddəsinin  I  hissəsinin  2-ci,  4-cü  və  5-ci 
bəndlərində  göstərilən  hallarda  qərarın  Mərkəzi  Seçki  Komissiyası  tərəfindən  qəbul  edilməsi  günündən 
birmandatlı  seçki  dairəsi  üzrə  seçilmiş  deputat  mandatından  məhrum  edilmiş  sayılır;  həmin  maddənin  I 
hissəsinin  1-ci  və  3-cü  bəndlərində  göstərilən  hallarda  müvafiq  məhkəmənin  qərarı  (hökmü)  olduqda 
müvafiq  qərarın  (hökmün)  qanuni  qüvvəyə  minməsi  günündən  deputat  mandatından  məhrum  edilmiş 
sayılır. 
176.4. Deputat mandatının boş qalmasından sonra bir ay müddətində bu Məcəllənin 145-ci maddəsi 
ilə müəyyənləşdirilmiş qaydada müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilir. 
176.5. Boş qalmış deputat mandatı ilə əlaqədar əlavə seçkilər keçirildikdə deputat namizəd kimi çıxış 
edə bilməz. 
176.6. Əlavə seçkilər keçirilərkən birmandatlı seçki dairəsi üzrə namizədlərin irəli sürülməsi, onların 
qeydə alınması, digər seçki hərəkətləri bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. 
 
 
VI bölmə  
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SEÇKİLƏRI 
İyirmi doqquzuncu fəsil 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SEÇKİLƏRİNƏ 
 AİD ÜMUMİ MÜDDƏALAR 
 
M a d d ə   1 7 7 .  Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları 
Azərbaycan  Respublikası  Prezidenti  (bundan  sonra  —  Prezident)  seçkilərinin  əsasları  Azərbaycan 
Respublikası Konstitusiyasının (bundan sonra — Konstitusiya) 100-102-ci maddələri ilə müəyyən edilir. 
 
M a d d ə   1 7 8 .  Prezident seçkilərinin təyin edilməsi 
178.1. Prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr 
ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. 
178.2. Seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə elan edilir. 
178.3.  Seçkilərin  keçirilməsi  gününün  elan  edilməsi  haqqında  Mərkəzi  Seçki  Komissiyasının  qərarı 
ən geci 2 gün müddətində dərc edilməlidir. 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə