171.2. Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki
komissiyalarının protokollarını (bu Məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə)
yoxlayır, 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.
151
171.3. Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq
mütəxəssisləri cəlb etməklə həmin sənədlərin bu Məcəlləyə uyğunluğunu yoxlayır. Yoxlama prosesi tələb
etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər.
171.4. Dairə seçki komissiyalarının protokolları bu Məcəllənin tələblərinə cavab verdikdə
Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir.
171.5. Seçkilərin yekunları bütövlükdə təsdiq edilmədikdə, Konstitusiya Məhkəməsi bu haqda qərar
çıxarır və bu Məcəllənin 145-ci maddəsinə uyğun olaraq yeni seçkilər təyin edilir.
M a d d ə 1 7 2 . Milli Məclisə təkrar seçkilər
Bu Məcəllənin 170.2-ci maddəsində nəzərdə tutulan əsaslarla seçkilər müvafiq seçki dairəsi üzrə
etibarsız sayılarsa və ya bu Məcəllənin 171.4-cü maddəsinə əsasən seçkilərin yekunları təsdiq edilməzsə,
Mərkəzi Seçki Komissiyası bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada təkrar seçkilər keçirir.
M a d d ə 1 7 3 . Milli Məclisə seçilmiş deputatların qeydə alınması
173.1. Dairə seçki komissiyası seçkilərin yekunları haqqında protokolu imzaladıqdan sonra deputat
seçilmiş namizədə dərhal bu barədə məlumat verir. Deputat seçilmiş namizədlər ən geci 60 gün
müddətində deputat statusu ilə bir araya sığmayan və Konstitusiyanın 85-ci maddəsinin II hissəsində
göstərilən vəzifədən azad olunduqları barədə əmrin surətini (bu vəzifələrdən azad olunmaq barədə 3 gün
müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini) və ya fəaliyyətlərinə xitam verilməsi barədə
öhdəliyi nəzərdə tutan ərizəni Mərkəzi Seçki Komissiyasına təqdim edirlər.
173.2. Birmandatlı seçki dairəsi üzrə seçilmiş namizəd bu Məcəllənin 173.1-ci maddəsində nəzərdə
tutulmuş tələbləri yerinə yetirmədikdə Mərkəzi Seçki Komissiyası həmin seçki dairəsi üzrə seçkilərin
yekunlarının ləğv edilməsi barədə müvafiq məhkəməyə müraciət edir və təkrar seçkilər keçirir. Bu
Məcəllənin 173.1-ci maddəsində nəzərdə tutulmuş tələblər bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə
tutulmuş məcburi hallar olmadan namizəd tərəfindən yerinə yetirilmədikdə və bunun nəticəsində təkrar
seçkilər təyin edildikdə, həmin namizəd təkrar seçkilər keçirilməsi ilə əlaqədar müvafiq seçki
komissiyalarının istifadə etdiyi dövlət büdcəsinin vəsaitini tam məbləğdə ödəməlidir.
173.3. Seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya
sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə Mərkəzi Seçki Komissiyası onu
deputat kimi qeydə alır və ona deputat vəsiqəsi verir.
M a d d ə 1 7 4 . Milli Məclisə seçkilər zamanı səsvermənin nəticələrinin və seçkilərin
yekunlarının dərc edilməsi
Milli Məclisə seçkilər zamanı səsvermənin nəticələrinin və seçkilərin yekunlarının dərc edilməsi
qaydaları bu Məcəllənin 109-cu maddəsi ilə müəyyən edilir.
İyirmi səkkizinci fəsil
MİLLİ MƏCLİSİN DEPUTATINI MANDATDAN MƏHRUMETMƏ VƏ MİLLİ MƏCLİSƏ
ƏLAVƏ SEÇKİLƏRİN KEÇİRİLMƏSİ
M a d d ə 1 7 5 . Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın
qəbul edilməsi
175.1. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 1-ci bəndində
göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Konstitusiya
Məhkəməsi tərəfindən qəbul edilir.
175.2. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 3-cü bəndində
göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar müvafiq məhkəmə
tərəfindən qəbul edilir.
175.3. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2, 4 və 5-ci
bəndlərində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Mərkəzi
Seçki Komissiyası tərəfindən qəbul edilir. Mərkəzi Seçki Komissiyasının qərarından müvafiq
məhkəməyə şikayət verilə bilər.
M a d d ə 1 7 6 . Milli Məclisə seçkilər zamanı seçki dairəsi üzrə əlavə seçkilərin keçirilməsi
176.1. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci və 5-ci bəndləri
ilə müəyyənləşdirilmiş əsaslar olduqda, bu Məcəllənin 175.3-cü maddəsi ilə müəyyənləşdirilmiş qaydada
birmandatlı seçki dairəsi üzrə seçilmiş deputatın deputat mandatından məhrum edilməsi barədə Mərkəzi
Seçki Komissiyasının qərarı müvafiq müraciət daxil olduqdan sonra 2 gündən gec olmayaraq qəbul edilir.
176.2. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndində
göstərilən hallarla əlaqədar Mərkəzi Seçki Komissiyasına ərizə daxil olduqda, Mərkəzi Seçki Komissiyası
ərizədə göstərilən faktları 2 aydan gec olmayan müddətdə araşdırır, qərar qəbul edir və bununla əlaqədar
mütəxəssislərdən ibarət qrup yarada bilər.
176.3. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci, 4-cü və 5-ci
bəndlərində göstərilən hallarda qərarın Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilməsi günündən
birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır; həmin maddənin I
hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən hallarda müvafiq məhkəmənin qərarı (hökmü) olduqda
müvafiq qərarın (hökmün) qanuni qüvvəyə minməsi günündən deputat mandatından məhrum edilmiş
sayılır.
176.4. Deputat mandatının boş qalmasından sonra bir ay müddətində bu Məcəllənin 145-ci maddəsi
ilə müəyyənləşdirilmiş qaydada müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilir.
176.5. Boş qalmış deputat mandatı ilə əlaqədar əlavə seçkilər keçirildikdə deputat namizəd kimi çıxış
edə bilməz.
176.6. Əlavə seçkilər keçirilərkən birmandatlı seçki dairəsi üzrə namizədlərin irəli sürülməsi, onların
qeydə alınması, digər seçki hərəkətləri bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir.
VI bölmə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SEÇKİLƏRI
İyirmi doqquzuncu fəsil
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SEÇKİLƏRİNƏ
AİD ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 7 7 . Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları
Azərbaycan Respublikası Prezidenti (bundan sonra — Prezident) seçkilərinin əsasları Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra — Konstitusiya) 100-102-ci maddələri ilə müəyyən edilir.
M a d d ə 1 7 8 . Prezident seçkilərinin təyin edilməsi
178.1. Prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr
ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur.
178.2. Seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə elan edilir.
178.3. Seçkilərin keçirilməsi gününün elan edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarı
ən geci 2 gün müddətində dərc edilməlidir.
Dostları ilə paylaş: |