PREZİDENT SEÇKİLƏRİNƏ HAZIRLIQ
M a d d ə 1 8 9 . Prezident seçkiləri zamanı kütləvi informasiya vasitələrində seçkiqabağı
təşviqatın aparılması üçün xüsusi tələblər
189.1. Qeydə alınmış prezidentliyə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının
seçkiqabağı təşviqatda iştirakı bu Məcəllənin on üçüncü fəsli ilə tənzimlənir.
189.2. Teleradio verilişləri təşkilatlarının ayırdıqları pulsuz efir vaxtı qeydə alınmış prezidentliyə
namizədlərə müzakirələrin, dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün
nəzərdə tutulur. Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən
edilir.
154
189.3. Bu Məcəllənin 77.2-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatlarının kanallarında
birgə təşviqat tədbirlərinin keçirilməsi üçün efir vaxtı qeydə alınmış prezidentliyə namizədlər üçün
ayrılır, ayrı-ayrılıqda hesablanır və həyata keçirilir. Bu cür pulsuz efir vaxtından qeydə alınmış
prezidentliyə namizədlər bərabər əsaslarla istifadə etməlidirlər. Bu halda hər bir prezidentliyə namizəd
tərəfindən istifadə edilən efir vaxtının həcmi ayrıca müəyyənləşdirilir.
189.4. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatlarının efir vaxtından
ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin prezidentliyə namizədlərin ümumi sayına
bölünməsi yolu ilə müəyyənləşdirilir.
189.5. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən dövri nəşr səhifələrində ödənişli əsaslarla ayrılan
yerin həcmi namizədlərin ümumi sayına bölünməsi yolu ilə müəyyən edilir. Sonuncular həmin yerdən
müvafiq ödəniş müqabilində istifadə edə bilərlər.
189.6. Qeydə alınmış prezidentliyə namizədlərin bu Məcəllənin 189.2-ci maddəsində göstərilən
tədbirlərdə iştirakdan imtina etməsi bu Məcəllənin 80.6-cı maddəsinə uyğun olaraq pulsuz verilən efir
vaxtı həcminin artırılmasına səbəb olmur.
M a d d ə 1 9 0 . Prezident seçkiləri zamanı xüsusi seçki hesabları
190.1. Prezidentliyə namizəd və ya onun səlahiyyətli nümayəndəsi Mərkəzi Seçki Komissiyasına
bildiriş təqdim etdikdən və ya siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülməsi haqqında
müvafiq qərarı təqdim etdikdən sonra, lakin namizədlərin qeydə alınmaq üçün Mərkəzi Seçki
Komissiyasına təqdim edilməsi gününə azı 5 gün qalmış seçki fondunu formalaşdırmaqdan ötrü xüsusi
seçki hesabı açmalıdırlar.
190.2. Prezidentliyə namizəd irəli sürülməsi barədə Mərkəzi Seçki Komissiyasından alınan sənəd
əsasında və bu Məcəllənin 53-cü və 54-cü maddələrində göstərilən sənədlər əlavə edilməklə xüsusi seçki
hesabı açır.
190.3. Prezidentliyə namizəd səlahiyyətli nümayəndəsinə özünün xüsusi seçki hesabının açılmasını
tapşıra bilər.
190.4. Prezidentliyə namizəd, qeydə alınmış prezidentliyə namizəd Mərkəzi Seçki Komissiyasına
yazılı məlumat verməklə, başqa şəxsə özünün seçki hesabında olan vəsaitdən istifadə etmək hüququ verə
bilər və bu halda qanun pozuntularına görə məsuliyyəti həmin şəxs daşıyır.
M a d d ə 1 9 1 . Prezidentliyə namizədlərin seçki fondları
191.1. Prezidentliyə namizədin seçki fondu məbləğinin yuxarı həddi seçkilərin təyin edilməsi
haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 10 milyon manatdan çox ola
bilməz.
191.2. Prezidentliyə namizədlərin seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:
191.2.1. prezidentliyə namizədlərin seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi
günə olan şərti maliyyə vahidinin 250 min manatdan çox olmamaq şərti ilə, xüsusi vəsaiti (siyasi
partiyalar, siyasi partiyaların bloku tərəfindən irəli sürülən prezidentliyə namizədlər üçün bu xüsusi vəsait
siyasi partiyaların, siyasi partiyaların blokunu yaratmış siyasi partiyaların verdiyi vəsaitlər hesabına
formalaşır);
191.2.2. bu Məcəllənin 197.6-cı maddəsi ilə nəzərdə tutulan hallar istisna olmaqla, Mərkəzi Seçki
Komissiyasının ayırdığı vəsait;
191.2.3. vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri. Könüllü ianələrin həddi seçkilərin təyin
edilməsi haqqında qərarın dərc edildiyi günə olan şərti maliyyə vahidinin vətəndaş üçün 3000, hüquqi
şəxs üçün 50 min manatdan çox ola bilməz.
155
M a d d ə 1 9 2 . Prezident seçkiləri zamanı seçki fondlarının vəsaitlərinin istifadəsində
aşkarlıq
192.1. Aşağıdakı məlumatlar bu Məcəllənin 77.2-ci maddəsində göstərilən kütləvi informasiya
vasitələrində hökmən dərc edilməlidir:
192.1.1. seçki fondu vəsaitinin məbləği seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi
günə olan qeydə alınmış prezidentliyə namizəd üçün şərti maliyyə vahidinin 10 min manatdan çox,
prezidentliyə namizəd üçün isə 2500 manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə
hesabatı barədə;
192.1.2. seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti
maliyyə vahidinin qeydə alınmış prezidentliyə namizəd üçün 5 min manatdan çox, prezidentliyə namizəd
üçün isə 1250 manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs
tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsi mümkünlüyü nəzərə alınmalıdır);
192.1.3. seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti
maliyyə vahidinin 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;
156
192.1.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;
192.1.5. seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi
məbləği barədə.
M a d d ə 1 9 3 . Prezident seçkiləri zamanı prezidentliyə namizədlərin, qeydə alınmış
prezidentliyə namizədlərin aldıqları pul vəsaitlərinin geri qaytarılmasının ardıcıllığı
Prezident seçkiləri zamanı prezidentliyə namizədlərin, qeydə alınmış prezidentliyə namizədlərin
aldıqları pul vəsaitlərinin geri qaytarılmasının qaydaları bu Məcəllənin 90.5—90.7-ci maddələri ilə
müəyyən edilir.
M a d d ə 1 9 4 . Prezident seçkiləri zamanı prezidentliyə namizədlərin, qeydə alınmış
prezidentliyə namizədlərin aldıqları büdcə vəsaitlərinin xərclənməmiş hissəsinin geri
qaytarılmasının məcburiliyi
Səsvermədə iştirak etmiş və seçicilərin etibarlı hesab edilən səslərinin azı 3 faizini toplamış qeydə
alınmış prezidentliyə namizəd və ya seçilən sayılmış, habelə səsvermə gününədək bu Məcəllənin 73.3-cü
maddəsində göstərilən məcburedici hallara görə namizədliyini geri götürmüş qeydə alınmış prezidentliyə
namizəd səsvermə günündən sonra 30 gün müddətində Mərkəzi Seçki Komissiyasının onun seçki fondu
köçürdüyü vəsaitin xərclənməmiş hissəsini bu seçki komissiyasına qaytarmağa borcludur. Bu müddət
başa çatdıqda müvafiq bank Mərkəzi Seçki Komissiyasının məktubunda göstərilmiş pul vəsaitini
mübahisəsiz qaydada onun hesabına köçürməlidir.
157
M a d d ə 1 9 5 . Prezident seçkiləri zamanı qeydə alınmış prezidentliyə namizədlərin pulsuz
efir vaxtının və dövri nəşrlərdə pulsuz ayrılmış yerin dəyərini ödəməsi
195.1. Prezidentliyə namizəd bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində göstərilən teleradio
verilişləri təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına pulsuz efir vaxtının və dövri nəşrlərdə ayrılmış
yerin dəyərini tam həcmdə ödəməlidir. Mərkəzi Seçki Komissiyası Prezident seçkilərinin nəticələrinin
rəsmi dərc edildiyi gündən sonra 3 gün müddətində bu namizədlərin adlarını, onların ünvanını, istifadə
edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi barədə bildirişlərin təsdiq
edilmiş surətlərini bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində göstərilmiş teleradio verilişləri
təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına göndərir.
158
Dostları ilə paylaş: |