164.5. Bu Məcəllənin 164.4-cü maddəsində nəzərdə tutulan öhdəliklər icra edilmədikdə və vəsaitin
qaytarılması haqqında öhdəlikdə göstərilən müddət başa çatdıqda vəsait məhkəmə qaydasında qaytarılır.
Bu Məcəllənin 164.4-cü maddəsində göstərilən tələbləri yerinə yetirməyən qeydə alınmış namizəd, siyasi
partiya, siyasi partiyaların bloku yekun maliyyə hesabatı verilənədək bu Məcəllənin 164.4-cü maddəsində
göstərilən öhdəliyi götürmədikdə yekun maliyyə hesabatının verilməsi müddəti başa çatanadək pul vəsaiti
məhkəmə qaydasında qaytarılır.
147
164.6. Namizəd, qeydə alınmış namizəd statusunu itirdikdə bu Məcəllənin 164-cü maddəsi ilə
namizədlərin, qeydə alınmış namizədlərin üzərinə qoyulmuş öhdəliklər namizəd, qeydə alınmış namizəd
sayılmış vətəndaşın üzərinə qoyulur. Namizəd, qeydə alınmış namizəd siyasi partiya, siyasi partiyaların
bloku tərəfindən irəli sürülübsə, siyasi partiyaların, siyasi partiyalar bloklarının üzərinə bu Məcəllənin
164-cü maddəsi ilə qoyulmuş öhdəliklər seçkilər qurtardıqda seçkilərdə iştirak etmiş siyasi partiyanın, o
cümlədən siyasi partiyalar blokunun tərkibində iştirak etmiş siyasi partiyaların üzərinə qoyulur.
164.7. Mərkəzi Seçki Komissiyası əsas seçkilərin, təkrar və ya əlavə seçkilərin təyin edilməsi
haqqında qərarın rəsmi dərcindən sonra və seçki komissiyaları qarşısında borc öhdəliyi olan vətəndaşların
siyahısını dairə seçki komissiyalarına onların yaradılması günündən başlayaraq 5 gün müddətində
göndərir.
164.8. Əsas, təkrar və əlavə seçkilərdə və seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc
edildiyi gün seçki komissiyası qarşısında büdcə vəsaiti üzrə borcu olan vətəndaşın, irəli sürüldüyü seçki
dairəsindən asılı olmayaraq, dövlət büdcəsindən vəsait almağa hüququ yoxdur.
148
İyirmi altıncı fəsil
MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN KEÇİRİLMƏSİ
M a d d ə 1 6 5 . Milli Məclisə seçkilər zamanı səsvermə otağı
165.1. Milli Məclisə seçkilər zamanı səsvermə otağı bu Məcəllənin 98-ci maddəsinin tələblərinə
uyğun təşkil edilir.
165.2. Məntəqə seçki komissiyası səsvermə otağında və ya bilavasitə otağın qarşısında seçki
bülletenlərinin nümunələrini, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları
haqqında məlumatları, müvafiq birmandatlı seçki dairəsi üzrə qeydə alınmış bütün namizədlərin soyadı,
adı, atasının adı, doğum tarixi, təhsili, əsas iş (və ya xidmət) yeri və tutduğu vəzifəsi (bu olmadıqda —
fəaliyyət növü), yaşayış yeri, namizədliyini kimin irəli sürməsi haqqında məlumatları məlumat
lövhələrində yerləşdirir.
165.3. Namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları haqqında məlumatlar seçki
bülletenlərində nəzərdə tutulmuş qaydada və ardıcıllıqla yerləşdirilir.
M a d d ə 1 6 6 . Milli Məclisə seçkilər zamanı seçki bülletenləri
166.1. Milli Məclisə seçkilər zamanı seçki bülletenləri bu Məcəllənin 99-cu maddəsində göstərilən
qaydada hazırlanır.
166.2. Birmandatlı seçki dairəsi üzrə seçki bülletenində qeydə alınmış hər bir namizədin əlifba
qaydasında soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri (bu olmadıqda — fəaliyyət
növü), habelə qeydə alınmış namizədin kim tərəfindən irəli sürüldüyü göstərilməlidir.
166.3. Seçki bülletenində bu Məcəllənin 54-cü maddəsinə uyğun olaraq qeydə alınmış namizədin
mənsub olduğu siyasi partiyanın qısa adı, habelə emblemi göstərilməlidir. Seçki bülleteninə daxil olan
siyasi partiyaların emblemləri eyni rəngdə olmalıdır.
166.4. Seçki bülletenində bu Məcəllənin 53-cü maddəsinə uyğun olaraq qeydiyyatdan keçmiş
namizədin partiya mənsubiyyəti onun arzusu ilə göstərilə bilər.
166.5. Hər bir qeydə alınmış namizədin soyadından sağda boş kvadrat yerləşdirilir.
M a d d ə 1 6 7 . Milli Məclisə seçkilər zamanı səsvermə qaydası
167.1. Milli Məclisə seçkilər zamanı səsvermə bu Məcəllənin 104-cü və 105-ci maddələrinə uyğun
keçirilir.
167.2. Seçici birmandatlı seçki dairəsi üzrə seçki bülletenində səs verəcəyi namizədin soyadından
sağdakı kvadratda işarə qoyur.
167.3. Birdən çox boş kvadratda işarə qoyulduqda, səs etibarsız sayılır.
M a d d ə 1 6 8 . Milli Məclisə seçkilər zamanı seçki məntəqəsində səslərin hesablanması
168.1. Milli Məclisə seçkilər zamanı seçki məntəqəsində səslərin hesablanması bu Məcəllənin 106-cı
maddəsinə uyğun həyata keçirilir.
168.2. Hər bir protokola bu Məcəllənin 100.2-ci maddəsində göstərilənlərlə yanaşı səsvermənin
yekunlarına dair aşağıdakı məlumatlar daxil edilir:
168.2.1. seçki bülleteninə daxil edilmiş namizədlərin soyadı, adı, atasının adı, bunlar eyni olduqda —
namizədlər barəsində digər məlumatlar;
168.2.2. hər bir namizədin lehinə verilmiş səslərin sayı.
M a d d ə 1 6 9 . Milli Məclisə seçkilər zamanı birmandatlı seçki dairəsi üzrə seçkilərin
yekunlarının müəyyən edilməsi
169.1. Dairə seçki komissiyasında səslərin hesablanması bu Məcəllənin 107-ci maddəsinə uyğun
aparılır.
169.2. Səsvermə günündən ən geci 2 gün keçənədək dairə seçki komissiyası birmandatlı seçki dairəsi
üzrə seçkilərin yekunlarını müəyyən edir.
169.3. Seçkilərdə iştirak edən seçicilərin ən çox səsini toplamış namizəd birmandatlı seçki dairəsi
üzrə deputat seçilmiş hesab edilir.
169.4. Dairə seçki komissiyasının protokolunda bu Məcəllənin 100.2 və 168-ci maddələrində
göstərilənlərə əlavə olaraq, deputat seçilmiş namizədin soyadı, adı və atasının adı, seçkilərin etibarsız
sayıldığı seçki məntəqələrinin sayı göstərilir.
M a d d ə 1 7 0 . Birmandatlı seçki dairəsi üzrə seçkilərin baş tutmaması və ya seçkilərin
etibarsız sayılması
170.1. Dairə seçki komissiyası, qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər
olduqda, birmandatlı seçki dairəsi üzrə seçkiləri baş tutmamış hesab edir.
170.2. Dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə
aşağıdakı hallarda seçkiləri etibarsız sayır:
170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki
dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;
170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış
seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5
hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə
alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil
etsin.;
149
170.2.3. məhkəmənin qərarı əsasında.
170.3. Birmandatlı seçki dairəsi üzrə seçkilər səsvermə bülletenlərinin düzgün sayılmaması
nəticəsində etibarsız sayıldıqda, Mərkəzi Seçki Komissiyası səslərin yenidən sayılması haqqında qərar
qəbul edir. Bu zaman səslərin yenidən sayılması Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada
müvafiq dairə seçki komissiyası tərəfindən təmin edilir.
150
İyirmi yeddinci fəsil
MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN YEKUNLARI
M a d d ə 1 7 1 . Milli Məclisə seçkilər zamanı seçkilərin yekunlarının yoxlanılması və təsdiqi
171.1. Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq seçkilərin
yekunlarını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.
Dostları ilə paylaş: |