Microsoft Word secki mecellesi doc


Referendum zamanı dairə seçki komissiyasında səslərin hesablanması



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə42/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   38   39   40   41   42   43   44   45   ...   73

 
Maddə 137. Referendum zamanı dairə seçki komissiyasında səslərin hesablanması 
137.1.  Dairə  seçki  komissiyasında  səslərin  hesablanması  bu  Məcəllənin  107-ci  maddəsinə  uyğun 
aparılır. 
137.2.  Dairə  seçki  komissiyasının  protokolunda  bu  Məcəllənin  107.2-ci  və  136-cı  maddələrində 
göstərilənlərdən əlavə, səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı göstərilir. 
 
M a d d ə   1 3 8 .  Referenduma yekun vurulması 
138.1.  Referendumun  rəsmi  nəticələrini  referendumdan  sonra  25  gündən  gec  olmayaraq  Mərkəzi 
Seçki Komissiyası elan edir. 
138.2.  Mərkəzi  Seçki  Komissiyası  səsvermənin  nəticələri  haqqında  dairə  seçki  komissiyalarından 
daxil  olmuş  protokollar  əsasında  bu  Məcəllənin  108-ci  maddəsində  göstərilənlərə  əlavə  olaraq, 
səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayını, səsvermə keçirilməsi zamanı və ya 
səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı yol verilən qanun pozuntuları seçicilərin iradəsini 
müəyyənləşdirməyə  imkan  verməyən  referendum  dairələrinin  sayını  göstərir;  səsə  qoyulmuş  hər  təklif 
üzrə — «lehinə» səs vermiş və «əleyhinə» səs vermiş seçicilərin sayını ayrılıqda müəyyən edir. 
138.3.  Referenduma  çıxarılmış  məsələ  o  halda  qəbul  edilmiş  sayılır  ki,  səsvermədə  iştirak  etmiş 
seçicilərin yarısından çoxu onun lehinə səs versin. 
138.4. Ümumxalq səsverməsinə Mərkəzi Seçki Komissiyasının iclasında yekun vurulur və yekunlar 
referendumun nəticələri haqqında rəsmi bildiriş kimi elan edilir. 
 
M a d d ə   1 3 9 .   Referendumun  baş  tutmaması  və  referendumun  yekunlarının  etibarsız 
sayılması 
139.1.  Azərbaycan  Respublikası  Konstitusiyasının  3-cü  maddəsinin  II  hissəsində  və  153-cü 
maddəsində göstərilən məsələlər üzrə referendumda vahid seçici siyahısında olan seçicilərin 25%-dən azı 
iştirak etdikdə referendum baş tutmamış sayılır. 
139.2. Mərkəzi Seçki Komissiyası aşağıdakı hallarda referendumun yekunlarını etibarsız sayır: 
139.2.1.  referendum  məntəqələrinin  2/5  hissəsindən  çoxunda  səsvermənin  nəticələri  etibarsız 
sayıldıqda  və  ya  ləğv  edildikdə,  o  şərtlə  ki,  həmin  seçki  məntəqələrində  qeydə  alınmış  seçicilərin  sayı 
seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.; 
134
 
139.2.2. məhkəmənin qərarı əsasında. 
 
M a d d ə   1 4 0 .  Referendumun yekunları haqqında qərarların dərc edilməsi 
Referendum  yolu  ilə  qəbul  olunmuş  qərar  və  referendumun  yekunları  haqqında  rəsmi  elan 
referendum yolu ilə qəbul edilmiş aktın mətni ilə birlikdə səsvermə günündən ən geci 30 gün keçənədək 
Mərkəzi Seçki Komissiyası tərəfindən dərc edilir.
135
 
 
İyirmi birinci fəsil 
REFERENDUM YOLU İLƏ QƏBUL EDİLMİŞ AKTLAR 
 
M a d d ə   1 4 1 .  Referendum yolu ilə qəbul edilmiş aktların qüvvəyə minməsi 
Referendum yolu ilə qəbul edilmiş akt dərc edildiyi gündən qüvvəyə minir. 
 
M a d d ə   1 4 2 .  Referendum yolu ilə qəbul edilmiş qərarların hüquqi qüvvəsi 
Referendum yolu ilə qəbul edilmiş akt qətidir, Azərbaycan Respublikasının bütün ərazisində məcburi 
hüquqi qüvvəyə malikdir və yalnız referendum yolu ilə ləğv oluna və ya dəyişdirilə bilər. 
 
 
 


 
 
V bölmə
  
MILLI MƏCLISƏ SEÇKILƏR 
İyirmi ikinci fəsil 
MİLLİ MƏCLİSİN DEPUTATLARININ SEÇKİLƏRİNƏ DAİR ÜMUMİ MÜDDƏALAR 
 
M a d d ə   1 4 3 . Milli Məclisə seçkilərin əsasları 
Milli Məclisə birmandatlı seçki dairələri üzrə 125 deputat (bir dairədən - bir deputat) seçilir. 
 
M a d d ə   1 4 4 .   Azərbaycan  Respublikası  vətəndaşlarının  Milli  Məclisə  deputat  seçilmək 
hüququ 
Azərbaycan  Respublikası  Konstitusiyanın  85-ci  maddəsində  göstərilən  Azərbaycan  Respublikası 
vətəndaşları Milli Məclisə deputat seçilə bilərlər. 
 
M a d d ə   1 4 5 . Milli Məclisə seçkilərin təyin edilməsi 
145.1. Azərbaycan Respublikası Konstitusiyanın 84-cü maddəsinin II hissəsinə və 109-cu maddəsinin 
1-ci bəndinə uyğun olaraq yeni çağırışın deputat seçkiləri gününü Azərbaycan Respublikasının Prezidenti 
təyin edir. 
145.2.  Yeni  seçilmiş  Milli  Məclisin  səlahiyyət  müddətinin  hesablanması  onun  birinci  iclasının 
keçirildiyi gündən başlanır. 
145.3. Milli Məclisin seçilməsi günü onun seçkilər nəticəsində səlahiyyətli tərkibdə formalaşdırıldığı 
gün hesab edilir. 
145.4.  Seçkilərin  təyin  edilməsi  barədə  qərar  onun  qəbul  edildiyi  gündən  başlayaraq  ən  geci  2  gün 
ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir. 
 
İyirmi üçüncü fəsil 
MİLLİ MƏCLİSƏ SEÇKİLƏR ZAMANI DEPUTATLIĞA  
NAMİZƏDLƏRİN İRƏLİ SÜRÜLMƏSI 
 
M a d d ə   1 4 6 .   Milli  Məclisə  seçkilər  zamanı  birmandatlı  seçki  dairələri  üzrə  namizədlərin 
irəli sürülməsi 
146.1. Birmandatlı seçki dairəsi üzrə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, həmin 
seçki  dairəsində  daimi  yaşayan,  seçki  hüququ  olan  Azərbaycan  Respublikasının  vətəndaşları  bu 
Məcəllənin 53 və 54-cü maddələrinə uyğun olaraq irəli sürə bilərlər. 
146.2.  Birmandatlı  seçki  dairəsi  üzrə  təkrar  seçkilərdə  namizədlər  bu  seçkilərin  təyin  edilməsi 
haqqında qərar rəsmi dərc olunduqdan sonra irəli sürülür. 
146.3. Birmandatlı seçki dairəsi üzrə əlavə seçkilərdə namizədlər bu Məcəllənin 145.4-cü maddəsində 
göstərilən müddətdən sonra irəli sürülür. 
146.4. Seçicilərin irəli sürdükləri namizəd yalnız bir birmandatlı seçki dairəsində namizədliyinin irəli 
sürülməsinə razılıq verə bilər. 
146.5.  Namizədlərin  irəli  sürülməsinədək  dairə  seçki  komissiyasının  yaradılması  başa  çatmayıbsa, 
namizədin  irəli  sürülməsi  haqqında  bildirişi,  müvafiq  namizədlərin  razılıq  ərizələri  və  digər  sənədlər 
Mərkəzi  Seçki  Komissiyasına  göndərilir.  Mərkəzi  Seçki  Komissiyası  göstərilən  sənədləri  dairə  seçki 
komissiyasının təşkilindən və sədrinin seçilməsindən sonra ona təqdim edir. 
 
M a d d ə   1 4 7 .   Milli  Məclisə  seçkilər  zamanı  birmandatlı  seçki  dairəsi  üzrə  irəli  sürülən 
namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə