tədbirlərinin keçirilməsi üçün ayrılır. Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi Seçki Komissiyası
tərəfindən müəyyən edilir.
137
155.3. Bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatlarının
kanallarında birgə təşviqat tədbirlərinin keçirilməsi üçün qeydə alınmış namizədlər, siyasi partiyalar,
siyasi partiyaların blokları üçün efir vaxtı ayrılır, hesablanır və ayrı-ayrılıqda həyata keçirilir. Bu cür
pulsuz efir vaxtından qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları bərabər
əsaslarla istifadə etməlidirlər. Bu halda hər bir namizəd, siyasi partiya, siyasi partiyaların bloku tərəfindən
istifadə edilən efir vaxtının həcmi ayrıca müəyyənləşdirilir.
155.4. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatlarının efir vaxtından
ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin namizədlərin, birmandatlı seçki dairələrinin 60-
dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının ümumi sayına
bölünməsi yolu ilə müəyyənləşdirilir.
155.5. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən dövri nəşr səhifələrində ayrılan yerin həcmi
namizədlərin, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi
partiyaların, siyasi partiyalar bloklarının ümumi sayına bölünməsi yolu ilə müəyyən edilir. Bu zaman
həmin yerin həcmi namizədlər üçün ayrıca və siyasi partiyalar, siyasi partiyaların blokları üçün ayrıca
müəyyən edilir. Onlar həmin yerdən müvafiq ödəniş müqabilində istifadə edə bilərlər.
155.6. Qeydə alınmış namizədlərin, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə
alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının bu Məcəllənin 155.2-ci maddəsində göstərilən
tədbirlərdə iştirakdan imtina etməsi bu Məcəllənin 80.6-cı maddəsinə uyğun olaraq pulsuz verilən efir
vaxtı həcminin artırılmasına səbəb olmur.
M a d d ə 1 5 6 .
Milli Məclisə seçkilər zamanı namizədlərin, qeydə alınmış namizədlərin,
siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondları
156.1. Namizədin seçki fondu vəsaitinin yuxarı həddi seçkilərin təyin edilməsi haqqında qərarın
rəsmi dərc edildiyi günə müəyyənləşdirilən şərti maliyyə vahidinin 500 min manatdan çox ola bilməz.
156.2. Birmandatlı seçki dairəsi üzrə irəli sürülən namizədlərin, qeydə alınmış namizədlərin seçki
fondları aşağıdakı pul vəsaiti hesabına formalaşa bilər:
156.2.1. seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə
vahidinin 500 min manatdan çox olmamaq şərti ilə,
namizədin, qeydə alınmış namizədin xüsusi vəsaiti;
156.2.2. seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə
vahidinin 150 min manatdan çox olmamaq şərti ilə, namizədi, qeydə alınmış namizədi irəli sürmüş siyasi
partiyanın, siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiyaların vəsaiti;
156.2.3. bu Məcəllənin 164.8-ci maddəsində müəyyənləşdirilmiş hallar istisna olmaqla, qeydə alınmış
namizədə dairə seçki komissiyası tərəfindən müvafiq birmandatlı seçki dairəsi üzrə qeydə alınmış digər
namizədlərlə bərabər həcmdə ayrılmış vəsait;
156.2.4. seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə
vahidinin vətəndaş üçün 3000 manatdan və hüquqi şəxs üçün 50 min manatdan çox olmayan könüllü
ianələr.
156.3. Birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə
alınmış siyasi partiyalar, siyasi partiyaların blokları vahid seçki fondu yarada bilər.
156.4. Siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondları yalnız aşağıdakı pul vəsaiti
hesabına formalaşır:
156.4.1. siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkilərin təyin edilməsi haqqında qərarın
rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 500 min manatdan çox olmamaq şərti ilə, xüsusi
vəsaiti (siyasi partiyalar blokunun bu xüsusi vəsaiti seçki blokunu yaratmış siyasi partiyaların verdiyi
vəsaitlər hesabına formalaşır);
156.4.2. bu Məcəllənin 164.8-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, Mərkəzi Seçki
Komissiyasının siyasi partiyaya, siyasi partiyaların blokuna ayırdığı vəsait;
156.4.3. vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri. Könüllü ianələrin həddi seçkilərin təyin
edilməsi haqqında qərarın dərc edildiyi günə olan şərti maliyyə vahidinin vətəndaş üçün 3000, hüquqi
şəxs üçün 50 min manatdan çox ola bilməz.