159.1.5. seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi
məbləği barədə.
159.2. Siyasi partiyanın, siyasi partiyalar blokunun vahid seçki fondu haqqında aşağıdakı məlumatlar
bu Məcəllənin 77.2-ci maddəsində göstərilən kütləvi informasiya vasitələrində hökmən dərc edilməlidir:
159.2.1. seçki fondu vəsaitinin məbləği seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi
günə olan şərti maliyyə vahidinin 10 min manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə
hesabatı barədə;
159.2.2. seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti
maliyyə vahidinin 5 min manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni
hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsinin mümkünlüyü nəzərə alınmalıdır);
159.2.3. seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti
maliyyə vahidinin 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;
139
159.2.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;
159.2.5. seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi
məbləği barədə.
M a d d ə 1 6 0 . Milli Məclisə seçkilər zamanı namizədlərin, qeydə alınmış namizədlərin,
siyasi partiyaların, siyasi partiyalar bloklarının aldıqları pul vəsaitlərinin geri qaytarılmasının
ardıcıllığı
Milli Məclisə seçkilər zamanı namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi
partiya bloklarının aldıqları pul vəsaitlərinin geri qaytarılmasının qaydaları bu Məcəllənin 90.5-ci - 90.7-
ci maddələri ilə müəyyən edilir.
M a d d ə 1 6 1 . Milli Məclisə seçkilər zamanı namizədlərin, qeydə alınmış namizədlərin,
siyasi partiyaların, siyasi partiyalar bloklarının aldıqları büdcə vəsaitlərinin xərclənməmiş
hissəsinin geri qaytarılmasının məcburiliyi
Birmandatlı seçki dairəsində səsvermədə iştirak etmiş və həmin dairədə seçicilərin etibarlı hesab
edilən səslərinin azı 3 faizini toplamış qeydə alınmış namizəd və ya seçilən sayılmış, habelə səsvermə
gününədək bu Məcəllənin 73.3-cü maddəsində göstərilən məcburedici hallara görə namizədliyini geri
götürmüş qeydə alınmış namizəd, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə
alınmış siyasi partiya, siyasi partiyaların bloku səsvermə günündən sonra 30 gün müddətində müvafiq
seçki komissiyasının onların seçki fondlarına köçürdüyü vəsaitin xərclənməmiş hissəsini bu seçki
komissiyasına qaytarmağa borcludur. Bu müddət başa çatdıqda müvafiq bank seçki komissiyasının
məktubunda göstərilmiş pul vəsaitini mübahisəsiz qaydada onun hesabına köçürməlidir.
140
M a d d ə 1 6 2 . Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizədlərə, siyasi partiyalara,
siyasi partiyaların bloklarına verilmiş pulsuz efir vaxtının və dövri nəşrlərdə pulsuz ayrılmış yerin
dəyərinin ödənilməsi
162.1. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində
göstərilən teleradio verilişləri təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına pulsuz efir vaxtının və dövri
nəşrlərdə ayrılmış yerin dəyərini tam həcmdə ödəməlidir. Göstərilən dəyər seçki fondundan yekun
maliyyə hesabatının verildiyi günədək namizəd, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən
ödənilməlidir. Mərkəzi Seçki Komissiyası seçkilərin ümumi nəticələrinin rəsmi dərc edildiyi gündən
sonra 3 gün müddətində göstərilən namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, habelə
həmin partiya bloklarının tərkibinə daxil olmuş siyasi partiyaların siyahısını, onların ünvanını, istifadə
edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi barədə siyasi partiyalar
bloklarının birgə qərarlarından çıxarışların təsdiq edilmiş surətlərini bu Məcəllənin 77.2 və 77.3-cü
maddələrində göstərilmiş teleradio verilişləri təşkilatlarına və dövri nəşrlər redaksiyalarına göndərir.
141
162.2. Bu Məcəllənin 77.2-ci və 77.3-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatları və
dövri nəşrlərin redaksiyaları seçkilərin ümumi nəticələrinin rəsmi dərc edildiyi gündən sonra 10 gün
müddətində bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmayan namizədlərə, siyasi partiyalara, siyasi
partiyaların bloklarına, habelə siyasi partiyaların blokuna daxil olmuş siyasi partiyalara istifadə edilmiş
pulsuz efir vaxtının dəyəri və dövri nəşrdə ayrılmış yerin həcmi və dəyəri haqqında, özlərinin hüquqi
ünvanı və bank rekvizitləri barəsində müvafiq məlumat göndərirlər.
142
162.3. Bu Məcəllənin 80.5, 83.6 və 155.2-ci maddələrində nəzərdə tutulmuş pulsuz efir vaxtının və
dövri nəşrdə ayrılmış yerin dəyəri, bu Məcəllənin 80.6-cı və 83.7-ci maddələrində nəzərdə tutulmuş
qaydada namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına verilmiş efir vaxtının və dövri
nəşrdə ayrılmış yerin ümumi həcminin teleradio verilişləri təşkilatlarının və dövri nəşrlərin
redaksiyalarının müəyyənləşdirdiyi efir vaxtının və dövri nəşrdə ayrılmış və məlumat üçün dərc edilmiş
yerin qiymətinə vurulması yolu ilə müəyyən edilir.
162.4. 60-dan çox birmandatlı seçki dairələrində namizədləri qeydə alınmış siyasi partiya, siyasi
partiyaların bloku bu Məcəllənin 155.2-ci maddəsində göstərilən təşviqat tədbirlərinin birgə keçirilməsi
yolu ilə pulsuz efir vaxtından istifadə etdikdə hər bir siyasi partiyanın, siyasi partiyalar blokunun
qaytardığı pul vəsaitinin həcmi teleradio verilişləri təşkilatları tərəfindən onların iştirak etdikləri birgə
təşviqat tədbirlərinin hər birinin iştirakçılarının ümumi sayına proporsional olaraq bərabər paylarla
müəyyənləşdirilir.
162.5. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku pulsuz efir vaxtından bu Məcəllənin 81.5-ci
maddəsi ilə nəzərdə tutulmuş qaydada və müddətdə imtina ediblərsə, verilmiş pulsuz efir vaxtının dəyəri
ödənilmir.
162.6. Bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində nəzərdə tutulmuş teleradio verilişləri təşkilatları
və dövri nəşr redaksiyaları səsvermə günündən başlayaraq 12 ay müddətində Mərkəzi Seçki
Komissiyasına bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmuş pulsuz efir vaxtının və dövri nəşrdə
ayrılmış yerin dəyərini tam ödəməmiş namizədlər, siyasi partiyalar haqqında məlumatlar verirlər. Dairə
seçki komissiyaları səsvermə günündən başlayaraq 12 ay müddətində bu Məcəllənin 161-ci maddəsində
nəzərdə tutulmayan və seçki komissiyaları qarşısında borc öhdəliyi olan vətəndaşlar, siyasi partiyalar
haqqında Mərkəzi Seçki Komissiyasına məlumat verirlər.
143
M a d d ə 1 6 3 . Milli Məclisə seçkilər zamanı namizədlərin, qeydə alınmış namizədlərin,
siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarının xüsusi hesabında qalmış pul
vəsaiti
Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki
fondlarının xüsusi hesabında qalmış pul vəsaitini müvafiq seçki komissiyasının yazılı göstərişinə uyğun
olaraq müvafiq bank səsvermə günündən 60 gün keçdikdən sonra Mərkəzi Seçki Komissiyasının hesabına
köçürməlidir.
M a d d ə 1 6 4 . Milli Məclisə seçkilər zamanı namizədlərin, qeydə alınmış namizədlərin,
siyasi partiyaların, siyasi partiyalar bloklarının aldıqları pul vəsaitinin öz hesablarına geri
qaytarılması
164.1. Seçki fondunda pul vəsaiti olmadıqda və yaxud çatışmadıqda qeydə alınmış namizədə, siyasi
partiyalara və siyasi partiyaların bloklarına təqdim edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış
yerin dəyərinin ödənilməsi onların öz vəsaiti hesabına həyata keçirilir.
144
164.2. Verilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsinə ayrılmış
büdcə vəsaitini qaytarmaq vəzifəsi siyasi partiyalar blokunun üzərinə düşdükdə, qaytarılmalı vəsait bu
bloka səsvermə gününədək daxil olan siyasi partiyalar arasında bərabər paylarla bölüşdürülür, bu şərtlə ki,
siyasi partiyalar blokunun yaradılması haqqında Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş birgə
qərarda ayrı qayda nəzərdə tutulmasın.
164.3. Bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmayan qeydə alınmış namizəd bu Məcəlləyə
uyğun yekun maliyyə hesabatının verilməsi ilə yanaşı müvafiq vəsaitin qaytarılmasını da öz üzərinə
götürürsə, dövlət büdcəsinin geri qaytarılası vəsaitini səsvermə günündən başlayaraq 12 ay müddətində
müvafiq dairə seçki komissiyasının hesabına qaytara bilər.
145
164.4. Bu Məcəllənin 162.1-ci maddəsinin tələblərini yekun maliyyə hesabatı verilənədək yerinə
yetirməyən siyasi partiya, siyasi partiyaların bloku teleradio verilişləri təşkilatları və dövri nəşr
redaksiyaları qarşısında müvafiq pul vəsaitinin ödənilməsi haqqında öhdəlik götürübsə, dövlət büdcəsinin
vəsaitlərini, habelə istifadə edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə pulsuz ayrılmış yerin dəyərini
səsvermə günündən başlayaraq 12 ay müddətində ödəmək üçün onlara möhlət verilə bilər.
146
Dostları ilə paylaş: |