M a d d ə 2 3 1 . Siyasi partiyalar, siyasi partiyaların blokları, bələdiyyə üzvlüyünə
namizədlər tərəfindən pulsuz efir vaxtının və dövri nəşrlərdə pulsuz ayrılmış yerin dəyərinin
ödənilməsi
231.1. Bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan namizəd, siyasi partiya, siyasi
partiyaların bloku bu Məcəllənin 77.2, 77.3 və 77.4-cü maddələrində göstərilən teleradio verilişləri
təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına pulsuz efir vaxtının və dövri nəşrlərdə ayrılmış yerin
dəyərini tam həcmdə ödəməlidir. Göstərilən dəyər seçki fondundan yekun maliyyə hesabatının verildiyi
günədək namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən ödənilməlidir. Mərkəzi Seçki
Komissiyası seçkilərin ümumi nəticələrinin rəsmi dərc edildiyi gündən sonra 3 gün müddətində göstərilən
namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, habelə həmin partiyaların blokunun
tərkibinə daxil olmuş siyasi partiyaların siyahısını, onların ünvanını, istifadə edilmiş pulsuz efir vaxtının
və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi barədə siyasi partiyalar bloklarının birgə
qərarlarından çıxarışların təsdiq edilmiş surətlərini bu Məcəllənin 77.2, 77.3 və 77.4-cü maddələrində
göstərilmiş teleradio verilişləri təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına göndərir.
231.2. Bu Məcəllənin 77.2, 77.3 və 77.4-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatları və
dövri nəşrlərin redaksiyaları seçkilərin ümumi nəticələrinin rəsmi dərc edildiyi gündən sonra 10 gün
müddətində bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan namizədlərə, siyasi partiyalara, siyasi
partiyaların bloklarına, habelə siyasi partiyaların blokuna daxil olmuş siyasi partiyalara istifadə edilmiş
pulsuz efir vaxtının dəyəri və dövri nəşrdə ayrılmış yerin həcmi və dəyəri haqqında, özlərinin hüquqi
ünvanı və bank rekvizitləri barəsində müvafiq məlumat göndərirlər.
231.3. Bu Məcəllənin 80.5, 83.6 və 224.2-ci maddələrində nəzərdə tutulmuş pulsuz efir vaxtının və
dövri nəşrdə ayrılmış yerin dəyəri bu Məcəllənin 80.6-cı və 83.7-ci maddələrində nəzərdə tutulmuş
qaydada namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna təqdim edilmiş efir vaxtının və dövri
nəşrdə ayrılmış yerin ümumi həcminin teleradio verilişləri təşkilatlarının və dövri nəşrlərin
redaksiyalarının müəyyənləşdirdiyi efir vaxtının və dövri nəşrdə ayrılmış və məlumat üçün dərc edilmiş
yerin qiymətinə vurulması yolu ilə müəyyən edilir.
231.4. Siyasi partiya, siyasi partiyaların bloku bu Məcəllənin 224.2-ci maddəsində göstərilən təşviqat
tədbirlərinin birgə keçirilməsi yolu ilə pulsuz efir vaxtından istifadə etdikdə hər bir siyasi partiyanın,
siyasi partiyalar blokunun qaytardığı pul vəsaitinin həcmi teleradio verilişləri təşkilatları tərəfindən
onların iştirak etdikləri birgə təşviqat tədbirlərinin hər birinin iştirakçılarının ümumi sayına proporsional
olaraq bərabər paylarla müəyyənləşdirilir.
231.5. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku pulsuz efir vaxtından bu Məcəllənin 81.5-ci
maddəsi ilə nəzərdə tutulmuş qaydada və müddətdə imtina edibsə, təqdim edilmiş pulsuz efir vaxtının
dəyəri ödənilmir.
231.6. Bu Məcəllənin 77.2, 77.3 və 77.4-cü maddələrində nəzərdə tutulmuş teleradio verilişləri
təşkilatları və dövri nəşr redaksiyaları səsvermə günündən başlayaraq 12 ay müddətində Mərkəzi Seçki
Komissiyasına bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmuş pulsuz efir vaxtının və dövri nəşrdə
ayrılmış yerin dəyərini tam ödəməmiş namizəd, siyasi partiya haqqında məlumat verirlər. Dairə seçki
komissiyaları səsvermə günündən başlayaraq 12 ay müddətində bu Məcəllənin 230-cu maddəsində
nəzərdə tutulmayan və seçki komissiyaları qarşısında borc öhdəliyi olan vətəndaşlar, siyasi partiyalar
haqqında Mərkəzi Seçki Komissiyasına məlumat verirlər.
M a d d ə 2 3 2 . Siyasi partiyaların, siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə
namizədlərin seçki fondlarinin xüsusi hesabinda qalmiş pul vəsaiti
Bələdiyyə üzvlüyünə namizədlərin seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaitini dairə seçki
komissiyasının yazılı göstərişinə uyğun olaraq müvafiq bank səsvermə günündən 30 gün keçdikdən sonra
müvafiq bələdiyyə büdcəsinin mədaxilinə köçürməlidir.
M a d d ə 2 3 3 . Siyasi partiyalar, siyasi partiyaların blokları, bələdiyyə üzvlüyünə
namizədlər tərəfindən pul vəsaitinin öz vəsaitləri hesabına geri qaytarılması
233.1. Seçki fondunda pul vəsaiti olmadıqda və yaxud çatışmadıqda büdcə və bələdiyyə pul
vəsaitinin qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku tərəfindən qaytarılması, habelə
siyasi partiyalara və siyasi partiyaların bloklarına verilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış
yerin dəyərinin ödənilməsi onların öz vəsaiti hesabına həyata keçirilir.
181
233.2. Verilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsinə ayrılan
büdcə və bələdiyyə vəsaitini qaytarmaq vəzifəsi siyasi partiyalar blokunun üzərinə düşdükdə, qaytarılmalı
vəsait bu bloka səsvermə gününədək daxil olan siyasi partiyalar arasında bərabər paylarla bölüşdürülür, o
şərtlə ki, siyasi partiyalar blokunun yaradılması haqqında Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş
birgə qərarda ayrı qayda nəzərdə tutulmasın.
233.3. Bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan qeydə alınmış namizəd bu Məcəlləyə
uyğun yekun maliyyə hesabatının verilməsi ilə yanaşı, müvafiq vəsaitin qaytarılmasını da öz üzərinə
götürürsə, dövlət və bələdiyyə büdcəsinin geri qaytarılası vəsaitini səsvermə günündən başlayaraq 6 ay
müddətində müvafiq olaraq dairə seçki komissiyasının və ya bələdiyyənin hesabına qaytara bilər.
182
233.4. Bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan və bu Məcəllənin 230-cu maddəsinin
tələblərini yekun maliyyə hesabatı verilənədək yerinə yetirməyən siyasi partiya, siyasi partiyaların bloku
bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə Mərkəzi Seçki Komissiyası, teleradio verilişləri təşkilatları
və dövri nəşri redaksiyaları qarşısında müvafiq pul vəsaitinin ödənilməsi haqqında öhdəlik götürübsə,
dövlət və bələdiyyə büdcəsinin vəsaitlərini, habelə istifadə edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə
pulsuz ayrılmış yerin dəyərini səsvermə günündən başlayaraq 6 ay müddətində ödəmək üçün onlara
möhlət verilə bilər.
183
233.5. Bu Məcəllənin 233.3 və 233.4-cü maddələrində nəzərdə tutulan öhdəliklər icra edilmədikdə və
vəsaitin qaytarılması haqqında öhdəlikdə göstərilən müddət başa çatdıqda vəsait məhkəmə qaydasında
qaytarılır. Bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan və bu Məcəllənin 233.3 və 233.4-cü
maddələrində göstərilən tələbləri yerinə yetirməyən qeydə alınmış namizəd, siyasi partiya, siyasi
partiyalar bloku yekun maliyyə hesabatı verilənədək bu Məcəllənin 233.3-cü və 233.4-cü maddələrində
göstərilən öhdəliyi götürmədikdə yekun maliyyə hesabatının verilməsi müddəti başa çatanadək pul vəsaiti
məhkəmə qaydasında qaytarılır.
233.6. Namizəd, qeydə alınmış namizəd statusunu itirdikdə bu maddə ilə namizədlərin, qeydə alınmış
namizədlərin üzərinə qoyulmuş öhdəliklər namizədin, qeydə alınmış namizəd sayılmış vətəndaşın üzərinə
qoyulur. Namizəd, qeydə alınmış namizəd siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli
sürülübsə, siyasi partiyanın, siyasi partiyalar blokunun üzərinə bu maddə ilə qoyulmuş öhdəliklər seçkilər
qurtardıqda seçkilərdə iştirak etmiş siyasi partiyanın, o cümlədən siyasi partiyalar blokunun tərkibində
iştirak etmiş siyasi partiyaların üzərinə qoyulur.
233.7. Mərkəzi Seçki Komissiyası əsas seçkilərin, təkrar və ya əlavə seçkilərin təyin edilməsi
haqqında qərarın rəsmi dərcindən sonra bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulan və seçki
komissiyaları, bələdiyyələr qarşısında borc öhdəliyi olan vətəndaşların siyahısını dairə seçki
komissiyalarına onların yaradılması günündən başlayaraq 5 gün müddətində göndərir.
184
233.8. Əsas, təkrar və əlavə seçkilərdə bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulan və
seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi gün seçki komissiyası qarşısında büdcə
vəsaiti üzrə borcu olan vətəndaşın, irəli sürüldüyü seçki dairəsindən asılı olmayaraq, dövlət büdcəsindən
və ya bələdiyyədən vəsait almağa hüququ yoxdur.
185
Otuz səkkizinci fəsil
BƏLƏDİYYƏ SEÇKİLƏRİNİN KEÇİRİLMƏSİ VƏ SEÇKİLƏRİN NƏTİCƏLƏRİNİN MÜƏYYƏN
OLUNMASI
M a d d ə 2 3 4 . Bələdiyyə seçkiləri zamanı səsvermə üçün otaq
234.1. Bələdiyyə seçkiləri zamanı səsvermə otağı bu Məcəllənin 98-ci maddəsinin tələblərinə uyğun
təşkil edilir.
234.2. Məntəqə seçki komissiyası səsvermə otağında və ya bilavasitə otağın qarşısında seçki
bülleteninin nümunəsini, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları haqqında
məlumatları, müvafiq birmandatlı seçki dairəsi üzrə qeydə alınmış bütün namizədlərin soyadı, adı,
atasının adı, doğum tarixi, təhsili, əsas iş (və ya xidmət) yeri və tutduğu vəzifəsi (bu olmadıqda —
fəaliyyət növü), yaşayış yeri, namizədliyini kimin irəli sürməsi haqqında məlumatları məlumat lövhəsində
yerləşdirir.
234.3. Namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları haqqında məlumatlar seçki
bülletenində nəzərdə tutulmuş qaydada və ardıcıllıqla yerləşdirilir.
Dostları ilə paylaş: |