Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə55/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   51   52   53   54   55   56   57   58   ...   73

 
M a d d ə   2 3 1 .   Siyasi  partiyalar,  siyasi  partiyaların  blokları,  bələdiyyə  üzvlüyünə 
namizədlər  tərəfindən  pulsuz  efir  vaxtının  və  dövri  nəşrlərdə  pulsuz  ayrılmış  yerin  dəyərinin 
ödənilməsi 
231.1.  Bu  Məcəllənin  230-cu  maddəsində  nəzərdə  tutulmayan  namizəd,  siyasi  partiya,  siyasi 
partiyaların  bloku  bu  Məcəllənin  77.2,  77.3  və  77.4-cü  maddələrində  göstərilən  teleradio  verilişləri 
təşkilatlarına  və  dövri  nəşrlərin  redaksiyalarına  pulsuz  efir  vaxtının  və  dövri  nəşrlərdə  ayrılmış  yerin 
dəyərini tam həcmdə ödəməlidir. Göstərilən dəyər seçki fondundan yekun maliyyə hesabatının verildiyi 
günədək namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən ödənilməlidir. Mərkəzi Seçki 
Komissiyası seçkilərin ümumi nəticələrinin rəsmi dərc edildiyi gündən sonra 3 gün müddətində göstərilən 
namizədlərin,  siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının,  habelə  həmin  partiyaların  blokunun 
tərkibinə daxil olmuş siyasi partiyaların siyahısını, onların ünvanını, istifadə edilmiş pulsuz efir vaxtının 
və  dövri  nəşrdə  ayrılmış  yerin  dəyərinin  ödənilməsi  barədə  siyasi  partiyalar  bloklarının  birgə 
qərarlarından  çıxarışların  təsdiq  edilmiş  surətlərini  bu  Məcəllənin  77.2,  77.3  və  77.4-cü  maddələrində 
göstərilmiş teleradio verilişləri təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına göndərir. 
231.2. Bu Məcəllənin 77.2, 77.3 və 77.4-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatları və 
dövri  nəşrlərin  redaksiyaları  seçkilərin  ümumi  nəticələrinin  rəsmi  dərc  edildiyi  gündən  sonra  10  gün 
müddətində bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan namizədlərə, siyasi partiyalara, siyasi 
partiyaların  bloklarına,  habelə  siyasi  partiyaların  blokuna  daxil  olmuş  siyasi  partiyalara  istifadə  edilmiş 
pulsuz  efir  vaxtının  dəyəri  və  dövri  nəşrdə  ayrılmış  yerin  həcmi  və  dəyəri  haqqında,  özlərinin  hüquqi 
ünvanı və bank rekvizitləri barəsində müvafiq məlumat göndərirlər. 
231.3. Bu Məcəllənin 80.5, 83.6 və 224.2-ci maddələrində nəzərdə tutulmuş pulsuz efir vaxtının və 
dövri  nəşrdə  ayrılmış  yerin  dəyəri  bu  Məcəllənin  80.6-cı  və  83.7-ci  maddələrində  nəzərdə  tutulmuş 
qaydada  namizədə,  siyasi  partiyaya,  siyasi  partiyaların  blokuna  təqdim  edilmiş  efir  vaxtının  və  dövri 
nəşrdə  ayrılmış  yerin  ümumi  həcminin  teleradio  verilişləri  təşkilatlarının  və  dövri  nəşrlərin 
redaksiyalarının müəyyənləşdirdiyi efir vaxtının və dövri nəşrdə ayrılmış və məlumat üçün dərc edilmiş 
yerin qiymətinə vurulması yolu ilə müəyyən edilir. 
231.4. Siyasi partiya, siyasi partiyaların bloku bu Məcəllənin 224.2-ci maddəsində göstərilən təşviqat 
tədbirlərinin  birgə  keçirilməsi  yolu  ilə  pulsuz  efir  vaxtından  istifadə  etdikdə  hər  bir  siyasi  partiyanın, 
siyasi  partiyalar  blokunun  qaytardığı  pul  vəsaitinin  həcmi  teleradio  verilişləri  təşkilatları  tərəfindən 
onların iştirak etdikləri birgə təşviqat tədbirlərinin hər birinin iştirakçılarının ümumi sayına proporsional 
olaraq bərabər paylarla müəyyənləşdirilir. 
231.5. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku pulsuz efir vaxtından bu Məcəllənin 81.5-ci 
maddəsi  ilə  nəzərdə  tutulmuş  qaydada  və  müddətdə  imtina  edibsə,  təqdim  edilmiş  pulsuz  efir  vaxtının 
dəyəri ödənilmir. 
231.6.  Bu  Məcəllənin  77.2,  77.3  və  77.4-cü  maddələrində  nəzərdə  tutulmuş  teleradio  verilişləri 
təşkilatları  və  dövri  nəşr  redaksiyaları  səsvermə  günündən  başlayaraq  12  ay  müddətində  Mərkəzi  Seçki 
Komissiyasına bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmuş pulsuz efir vaxtının və dövri nəşrdə 
ayrılmış  yerin  dəyərini  tam  ödəməmiş  namizəd,  siyasi  partiya  haqqında  məlumat  verirlər.  Dairə  seçki 
komissiyaları  səsvermə  günündən  başlayaraq  12  ay  müddətində  bu  Məcəllənin  230-cu  maddəsində 
nəzərdə  tutulmayan  və  seçki  komissiyaları  qarşısında  borc  öhdəliyi  olan  vətəndaşlar,  siyasi  partiyalar 
haqqında Mərkəzi Seçki Komissiyasına məlumat verirlər. 
M a d d ə   2 3 2 .   Siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının,  bələdiyyə  üzvlüyünə 
namizədlərin seçki fondlarinin xüsusi hesabinda qalmiş pul vəsaiti 
Bələdiyyə üzvlüyünə namizədlərin seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaitini dairə seçki 
komissiyasının yazılı göstərişinə uyğun olaraq müvafiq bank səsvermə günündən 30 gün keçdikdən sonra 
müvafiq bələdiyyə büdcəsinin mədaxilinə köçürməlidir. 
 
M a d d ə   2 3 3 .   Siyasi  partiyalar,  siyasi  partiyaların  blokları,  bələdiyyə  üzvlüyünə 
namizədlər tərəfindən pul vəsaitinin öz vəsaitləri hesabına geri qaytarılması 
233.1.  Seçki  fondunda  pul  vəsaiti  olmadıqda  və  yaxud  çatışmadıqda  büdcə  və  bələdiyyə  pul 
vəsaitinin qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku tərəfindən qaytarılması, habelə 
siyasi  partiyalara  və  siyasi  partiyaların  bloklarına  verilmiş  pulsuz  efir  vaxtının  və  dövri  nəşrdə  ayrılmış 
yerin dəyərinin ödənilməsi onların öz vəsaiti hesabına həyata keçirilir.
181
 


233.2.  Verilmiş  pulsuz  efir  vaxtının  və  dövri  nəşrdə  ayrılmış  yerin  dəyərinin  ödənilməsinə  ayrılan 
büdcə və bələdiyyə vəsaitini qaytarmaq vəzifəsi siyasi partiyalar blokunun üzərinə düşdükdə, qaytarılmalı 
vəsait bu bloka səsvermə gününədək daxil olan siyasi partiyalar arasında bərabər paylarla bölüşdürülür, o 
şərtlə  ki,  siyasi  partiyalar  blokunun  yaradılması  haqqında  Mərkəzi  Seçki  Komissiyasına  təqdim  edilmiş 
birgə qərarda ayrı qayda nəzərdə tutulmasın. 
233.3. Bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan qeydə alınmış namizəd bu Məcəlləyə 
uyğun  yekun  maliyyə  hesabatının  verilməsi  ilə  yanaşı,  müvafiq  vəsaitin  qaytarılmasını  da  öz  üzərinə 
götürürsə,  dövlət  və  bələdiyyə  büdcəsinin  geri  qaytarılası  vəsaitini  səsvermə  günündən  başlayaraq  6  ay 
müddətində müvafiq olaraq dairə seçki komissiyasının və ya bələdiyyənin hesabına qaytara bilər.
182
 
233.4. Bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan və bu Məcəllənin 230-cu maddəsinin 
tələblərini yekun maliyyə hesabatı verilənədək yerinə yetirməyən siyasi partiya, siyasi partiyaların bloku 
bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə Mərkəzi Seçki Komissiyası, teleradio verilişləri təşkilatları 
və  dövri  nəşri  redaksiyaları  qarşısında  müvafiq  pul  vəsaitinin  ödənilməsi  haqqında  öhdəlik  götürübsə, 
dövlət  və  bələdiyyə  büdcəsinin  vəsaitlərini,  habelə  istifadə  edilmiş  pulsuz  efir  vaxtının  və  dövri  nəşrdə 
pulsuz  ayrılmış  yerin  dəyərini  səsvermə  günündən  başlayaraq  6  ay  müddətində  ödəmək  üçün  onlara 
möhlət verilə bilər.
183
 
233.5. Bu Məcəllənin 233.3 və 233.4-cü maddələrində nəzərdə tutulan öhdəliklər icra edilmədikdə və 
vəsaitin  qaytarılması  haqqında  öhdəlikdə  göstərilən  müddət  başa  çatdıqda  vəsait  məhkəmə  qaydasında 
qaytarılır.  Bu  Məcəllənin  230-cu  maddəsində  nəzərdə  tutulmayan  və  bu  Məcəllənin  233.3  və  233.4-cü 
maddələrində  göstərilən  tələbləri  yerinə  yetirməyən  qeydə  alınmış  namizəd,  siyasi  partiya,  siyasi 
partiyalar  bloku  yekun  maliyyə  hesabatı  verilənədək  bu  Məcəllənin  233.3-cü  və  233.4-cü  maddələrində 
göstərilən öhdəliyi götürmədikdə yekun maliyyə hesabatının verilməsi müddəti başa çatanadək pul vəsaiti 
məhkəmə qaydasında qaytarılır. 
233.6. Namizəd, qeydə alınmış namizəd statusunu itirdikdə bu maddə ilə namizədlərin, qeydə alınmış 
namizədlərin üzərinə qoyulmuş öhdəliklər namizədin, qeydə alınmış namizəd sayılmış vətəndaşın üzərinə 
qoyulur.  Namizəd,  qeydə  alınmış  namizəd  siyasi  partiya,  siyasi  partiyaların  bloku  tərəfindən  irəli 
sürülübsə, siyasi partiyanın, siyasi partiyalar blokunun üzərinə bu maddə ilə qoyulmuş öhdəliklər seçkilər 
qurtardıqda  seçkilərdə  iştirak  etmiş  siyasi  partiyanın,  o  cümlədən  siyasi  partiyalar  blokunun  tərkibində 
iştirak etmiş siyasi partiyaların üzərinə qoyulur. 
233.7.  Mərkəzi  Seçki  Komissiyası  əsas  seçkilərin,  təkrar  və  ya  əlavə  seçkilərin  təyin  edilməsi 
haqqında  qərarın  rəsmi  dərcindən  sonra  bu  Məcəllənin  230-cu  maddəsində  nəzərdə  tutulan  və  seçki 
komissiyaları,  bələdiyyələr  qarşısında  borc  öhdəliyi  olan  vətəndaşların  siyahısını  dairə  seçki 
komissiyalarına onların yaradılması günündən başlayaraq 5 gün müddətində göndərir.
184
 
233.8.  Əsas,  təkrar  və  əlavə  seçkilərdə  bu  Məcəllənin  230-cu  maddəsində  nəzərdə  tutulan  və 
seçkilərin  təyin  edilməsi  haqqında  qərarın  rəsmi  dərc  edildiyi  gün  seçki  komissiyası  qarşısında  büdcə 
vəsaiti üzrə borcu olan vətəndaşın, irəli sürüldüyü seçki dairəsindən asılı olmayaraq, dövlət büdcəsindən 
və ya bələdiyyədən vəsait almağa hüququ yoxdur.
185
 
 
Otuz səkkizinci fəsil 
BƏLƏDİYYƏ SEÇKİLƏRİNİN KEÇİRİLMƏSİ VƏ SEÇKİLƏRİN NƏTİCƏLƏRİNİN MÜƏYYƏN 
OLUNMASI 
 
M a d d ə   2 3 4 .  Bələdiyyə seçkiləri zamanı səsvermə üçün otaq 
234.1. Bələdiyyə seçkiləri zamanı səsvermə otağı bu Məcəllənin 98-ci maddəsinin tələblərinə uyğun 
təşkil edilir. 
234.2.  Məntəqə  seçki  komissiyası  səsvermə  otağında  və  ya  bilavasitə  otağın  qarşısında  seçki 
bülleteninin nümunəsini, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları haqqında 
məlumatları,  müvafiq  birmandatlı  seçki  dairəsi  üzrə  qeydə  alınmış  bütün  namizədlərin  soyadı,  adı, 
atasının  adı,  doğum  tarixi,  təhsili,  əsas  iş  (və  ya  xidmət)  yeri  və  tutduğu  vəzifəsi  (bu  olmadıqda  — 
fəaliyyət növü), yaşayış yeri, namizədliyini kimin irəli sürməsi haqqında məlumatları məlumat lövhəsində 
yerləşdirir. 
234.3.  Namizədlər,  siyasi  partiyalar,  siyasi  partiyaların  blokları  haqqında  məlumatlar  seçki 
bülletenində nəzərdə tutulmuş qaydada və ardıcıllıqla yerləşdirilir. 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə