Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə53/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   49   50   51   52   53   54   55   56   ...   73

 
M a d d ə   2 2 2 .   Siyasi  partiyanın,  siyasi  partiyalar  blokunun  bələdiyyə  seçkilərində  iştirak 
etməkdən imtina etməsi 
222.1.  Siyasi  partiya  öz  nizamnaməsinə  uyğun  olaraq,  siyasi  partiyaların  bloku  isə  ona  daxil  olan 
siyasi  partiyaların  səlahiyyətli  nümayəndələrinin  qərarı  ilə  səsvermə  gününə  azı  10  gün  qalanadək 
istənilən  vaxt  müvafiq  dairə  seçki  komissiyasına  yazılı  ərizə  verərək,  seçki  dairəsi  üzrə  irəli  sürülmüş 
bələdiyyə  üzvlüyünə  namizədi,  qeydə  alınmış  bələdiyyə  üzvlüyünə  namizədi  geri  çağırmaq  hüququna 
malikdir. 
222.2. Bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş siyasi partiya, siyasi partiyaların bloku səsvermə 
gününə  azı  10  gün  qalmış  müvafiq  dairə  seçki  komissiyasına  yazılı  ərizə  verməklə,  namizədləri  irəli 
sürmüş  orqanın  qərarı  ilə  seçkilərdə  iştirak  etməkdən  imtina  edə  bilər.  Bu  halda  siyasi  partiya,  siyasi 
partiyaların bloku bələdiyyə üzvlüyünə namizədləri geri çağıra bilər. 
222.3. Siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiya səsvermə gününə azı 3 gün qalmış 
istənilən  vaxt  dairə  seçki  komissiyasına  ərizə  verməklə  müvafiq  siyasi  partiyanın  səlahiyyətli  orqanının 
qərarı ilə bu siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edə bilər. 
222.4. Siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edən siyasi partiya bu 
Məcəllə  ilə  müəyyənləşdirilmiş  qaydada  müstəqil  siyasi  partiya  kimi  çıxış  edə  və  ya  digər  siyasi 
partiyalar blokunun tərkibinə daxil ola bilər. 
222.5.  Siyasi  partiyalar  blokunun  irəli  sürdüyü  bələdiyyə  üzvlüyünə  namizədləri  dairə  seçki 
komissiyası  qeydə  aldıqdan  sonra,  bu  bloka  daxil  olmuş  bütün  siyasi  partiyalar  (birindən  başqa) 
seçkilərdə iştirak etməkdən imtina edərlərsə, qalan siyasi partiya seçkilərdə siyasi partiyalar blokunun adı 
və  rəmzləri  saxlanılmaqla,  siyasi  partiyaların  bloku  kimi  iştirak  edə  bilər.  Bu,  bələdiyyə  üzvlüyünə 
namizədlərin qeydə alınmasından imtina edilməsi və ya qeydiyyatın ləğv edilməsi üçün əsas ola bilməz. 
222.6.  Siyasi  partiyalar  blokunun  seçkilərdə  iştirak  etməkdən  imtina  etməsi  ona  daxil  olmuş  siyasi 
partiyaları  seçkilərdə  iştirak  etmək  hüququndan  məhrum  etmir;  belə  halda  bu  Məcəlləyə  uyğun  olaraq 
bələdiyyə  üzvlüyünə  namizədin  təkrar  irəli  sürülməsi  və  digər  zəruri  seçki  hərəkətlərinin  həyata 
keçirilməsi tələb edilir. 
 
M a d d ə   2 2 3 .  Bələdiyyə seçkiləri zamanı seçki komissiyasına nümayəndənin təyin edilməsi 
Bələdiyyə  seçkiləri  zamanı  Mərkəzi  Seçki  Komissiyasının  tərkibinə  bələdiyyələrin  yarısından 
çoxunda  namizədlər  irəli  sürən,  dairə  seçki  komissiyasının  tərkibinə  isə  dairənin  ərazisindən 
bələdiyyələrin yarısından çoxunda namizədlər irəli sürən siyasi partiyalar, siyasi partiyaların blokları bir 
məşvərətçi səs hüquqlu üzv təyin edə bilərlər. 
 
Otuz yeddinci fəsil 
BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ HAZIRLIQ 
 
M a d d ə   2 2 4 .   Siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının,  bələdiyyə  üzvlüyünə 
namizədlərin seçkiqabağı təşviqatının aparılması üçün xüsusi tələblər 
224.1.  Bələdiyyə  üzvlüyünə  namizədlərin  seçkiqabağı  təşviqatda  iştirakı  bu  Məcəllənin  on  üçüncü 
fəsli ilə tənzimlənir. 
224.2. Teleradio verilişləri təşkilatlarının ayırdıqları pulsuz efir vaxtının ümumi həcminin 1/3 hissəsi 
müvafiq  olaraq  bələdiyyələrin  1/3-dən  çoxunda  və  ya  yarısından  çoxunda  namizədləri  qeydə  alınmış 
siyasi  partiyalara,  siyasi  partiyaların  bloklarına  bu  Məcəllənin  77.2-ci  və  77.3-cü  maddələrinin  tələbləri 
nəzərə  alınmaqla,  müzakirələrin,  dəyirmi  masaların,  digər  bu  cür  təşviqat  tədbirlərinin  keçirilməsi  üçün 
ayrılır. Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.
169
 
224.3.  Bu  Məcəllənin  77.2-ci  və  77.3-cü  maddələrində  göstərilən  teleradio  verilişləri  təşkilatlarının 
kanallarında  birgə  təşviqat  tədbirlərinin  keçirilməsi  üçün  efir  vaxtı  göstərilən  siyasi  partiyalar,  siyasi 
partiyaların blokları üçün ayrılır, hesablanır və ayrı-ayrılıqda həyata keçirilir. Bu cür pulsuz efir vaxtından 
siyasi  partiyalar,  siyasi  partiyaların  blokları  bərabər  əsasla  istifadə  etməlidirlər.  Bu  halda  hər  bir  siyasi 
partiya, siyasi partiyaların bloku tərəfindən istifadə edilən efir vaxtının həcmi ayrıca müəyyənləşdirilir. 


224.4. Bu Məcəllənin 71.1-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatlarının efir vaxtından 
ödənişli  əsaslarla  istifadə  norması  onun  ümumi  həcminin  bu  Məcəllənin  77.4-cü  maddəsində  göstərilən 
bələdiyyə üzvlüyünə namizədlərin ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. 
224.5. Bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövri nəşr səhifələrində ayrılan, bu Məcəllənin 
77.4-cü  maddəsinə  uyğun  olaraq  bələdiyyə  üzvlüyünə  namizədlərin  ümumi  sayına  bölünmə  yolu  ilə 
müəyyən edilən yerdən axırıncılar müvafiq ödəniş müqabilində istifadə edə bilərlər. 
224.6.  Qeydə  alınmış  namizədlərin,  bələdiyyələrin  1/3-dən  və  ya  yarısından  çoxunda  namizədləri 
qeydə  alınmış  siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının  bu  Məcəllənin  224.2-ci  maddəsində 
göstərilən  tədbirlərdə  iştirakdan  imtina  etməsi  bu  Məcəllənin  80.6-cı  maddəsinə  uyğun  olaraq  pulsuz 
təqdim edilən efir vaxtı həcminin artırılmasına səbəb olmur. 
 
M a d d ə   2 2 5 .   Siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının,  bələdiyyə  üzvlüyünə 
namizədlərin seçki fondları 
225.1.  Bələdiyyə  üzvlüyünə  namizədlərin  seçki  fondları  aşağıdakı  pul  vəsaiti  hesabına  formalaşa 
bilər: 
225.1.1. bu Məcəllənin 215.1.1-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün 
seçkilərin  təyin  edilməsi haqqında qərarın  rəsmi dərc  edildiyi  günə olan şərti  maliyyə vahidinin 10  min 
manatdan  çox  olmamaq  şərti  ilə,  bu  Məcəllənin  215.1.2-ci  maddəsində  nəzərdə  tutulan  bələdiyyə 
üzvlüyünə  namizədlər  üçün  —  7  min  500  manatdan  çox  olmamaq  şərti  ilə,  bu  Məcəllənin  215.1.3-cü 
maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 5 min manatdan çox olmamaq şərti 
ilə, bu Məcəllənin 215.1.4-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 2 min 
500  manatdan  çox  olmamaq  şərti  ilə,  bu  Məcəllənin  215.1.5-ci  maddəsində  nəzərdə  tutulan  bələdiyyə 
üzvlüyünə  namizədlər  üçün  —  1  min  250  manatdan  çox  olmamaq  şərti  ilə,  bu  Məcəllənin  215.1.6-cı 
maddəsində  nəzərdə  tutulan  bələdiyyə  üzvlüyünə  namizədlər  üçün  —  750  manatdan  çox  olmamaq  şərti 
ilə bələdiyyə üzvlüyünə namizədlərin xüsusi vəsaiti; 
170
 
225.1.2. bu Məcəllənin 215.1.1-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün 
seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 7 min 500 
manatdan  çox  olmamaq  şərti  ilə,  bu  Məcəllənin  215.1.2-ci  maddəsində  nəzərdə  tutulan  bələdiyyə 
üzvlüyünə  namizədlər  üçün  —  5  min  manatdan  çox  olmamaq  şərti  ilə,  bu  Məcəllənin  215.1.3-cü 
maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 3 min 750 manatdan çox olmamaq 
şərti ilə, bu Məcəllənin 215.1.4-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 
2  min  500  manatdan  çox  olmamaq  şərti  ilə,  bu  Məcəllənin  215.1.5-ci  maddəsində  nəzərdə  tutulan 
bələdiyyə  üzvlüyünə  namizədlər  üçün  —  1  min  250  manatdan  çox  olmamaq  şərti  ilə,  bu  Məcəllənin 
215.1.6-cı  maddəsində  nəzərdə  tutulan  bələdiyyə  üzvlüyünə  namizədlər  üçün  —  500  mislindən  çox 
olmamaq  şərti  ilə  bələdiyyə  üzvlüyünə  namizədləri  irəli  sürmüş  siyasi  partiyaların,  siyasi  partiyalar 
bloklarının vəsaiti; 
171
 
225.1.3. bu Məcəllənin 233.8-ci maddəsi ilə müəyyənləşdirilmiş hallar istisna olmaqla, namizədlərin 
qeydiyyatı başa çatdıqdan sonra ən geci 3 gün müddətində bələdiyyə üzvlüyünə namizədlərə dairə seçki 
komissiyası tərəfindən bərabər həcmdə ayrılmış vəsait; 
225.1.4.  seçkilərin  təyin  edilməsi  haqqında  qərarın  rəsmi  dərc  edildiyi  günə  olan  şərti  maliyyə 
vahidinin 500 manatdan çox olmayan vətəndaşların könüllü ianələri; 
172
 
225.1.5. bu Məcəllənin 215.1.1-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün 
seçkilərin  təyin  edilməsi haqqında qərarın  rəsmi dərc  edildiyi  günə olan şərti  maliyyə vahidinin 10  min 
manatdan  çox  olmamaq  şərti  ilə,  bu  Məcəllənin  215.1.2-ci  maddəsində  nəzərdə  tutulan  bələdiyyə 
üzvlüyünə  namizədlər  üçün  –  7  min  500  manatdan  çox  olmamaq  şərti  ilə,  bu  Məcəllənin  215.1.3-cü 
maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 3 min 750 manatdan çox olmamaq 
şərti ilə, bu Məcəllənin 215.1.4-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 
2  min  500  manatdan  çox  olmamaq  şərti  ilə,  bu  Məcəllənin  215.1.5-ci  maddəsində  nəzərdə  tutulan 
bələdiyyə  üzvlüyünə  namizədlər  üçün  —  1  min  250  manatdan  çox  olmamaq  şərti  ilə,  bu  Məcəllənin 
215.1.6-cı  maddəsində  nəzərdə  tutulan  bələdiyyə  üzvlüyünə  namizədlər  üçün  —  750  manatdan  çox 
olmamaq şərti ilə hüquqi şəxslərin könüllü ianələri. 
173
 
225.2.  Bu  Məcəllənin  215.1.1-ci  maddəsində  nəzərdə  tutulan  bələdiyyə  üzvlüyünə  namizədlərin 
maliyyə  fondu  məbləğinin  yuxarı  həddi  seçkilərin  təyin  edilməsi  haqqında  qərarın  rəsmi  dərc  edildiyi 
günə  olan  şərti  maliyyə  vahidinin  50  min  mislindən  çox,  bu  Məcəllənin  215.1.2-ci  maddəsində  nəzərdə 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə