Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə49/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   45   46   47   48   49   50   51   52   ...   73

PREZİDENT SEÇKİLƏRİNƏ HAZIRLIQ 
 
M a d d ə   1 8 9 .   Prezident  seçkiləri  zamanı  kütləvi  informasiya  vasitələrində  seçkiqabağı 
təşviqatın aparılması üçün xüsusi tələblər 
189.1.  Qeydə  alınmış  prezidentliyə  namizədlərin,  siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının 
seçkiqabağı təşviqatda iştirakı bu Məcəllənin on üçüncü fəsli ilə tənzimlənir. 
189.2.  Teleradio  verilişləri  təşkilatlarının  ayırdıqları  pulsuz  efir  vaxtı  qeydə  alınmış  prezidentliyə 
namizədlərə  müzakirələrin,  dəyirmi  masaların,  digər  bu  cür  təşviqat  tədbirlərinin  keçirilməsi  üçün 
nəzərdə tutulur. Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən 
edilir.
154
 
189.3.  Bu  Məcəllənin  77.2-ci  maddəsində  göstərilən  teleradio  verilişləri  təşkilatlarının  kanallarında 
birgə  təşviqat  tədbirlərinin  keçirilməsi  üçün  efir  vaxtı  qeydə  alınmış  prezidentliyə  namizədlər  üçün 
ayrılır,  ayrı-ayrılıqda  hesablanır  və  həyata  keçirilir.  Bu  cür  pulsuz  efir  vaxtından  qeydə  alınmış 
prezidentliyə  namizədlər  bərabər  əsaslarla  istifadə  etməlidirlər.  Bu  halda  hər  bir  prezidentliyə  namizəd 
tərəfindən istifadə edilən efir vaxtının həcmi ayrıca müəyyənləşdirilir. 
189.4. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatlarının efir vaxtından 
ödənişli  əsaslarla  istifadə  norması  onun  ümumi  həcminin  prezidentliyə  namizədlərin  ümumi  sayına 
bölünməsi yolu ilə müəyyənləşdirilir. 
189.5. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən dövri nəşr səhifələrində ödənişli əsaslarla ayrılan 
yerin  həcmi  namizədlərin  ümumi  sayına  bölünməsi  yolu  ilə  müəyyən  edilir.  Sonuncular  həmin  yerdən 
müvafiq ödəniş müqabilində istifadə edə bilərlər. 
189.6.  Qeydə  alınmış  prezidentliyə  namizədlərin  bu  Məcəllənin  189.2-ci  maddəsində  göstərilən 
tədbirlərdə  iştirakdan  imtina  etməsi  bu  Məcəllənin  80.6-cı  maddəsinə  uyğun  olaraq  pulsuz  verilən  efir 
vaxtı həcminin artırılmasına səbəb olmur. 
 
M a d d ə   1 9 0 .  Prezident seçkiləri zamanı xüsusi seçki hesabları 
190.1.  Prezidentliyə  namizəd  və  ya  onun  səlahiyyətli  nümayəndəsi  Mərkəzi  Seçki  Komissiyasına 
bildiriş təqdim etdikdən və ya siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülməsi haqqında 
müvafiq  qərarı  təqdim  etdikdən  sonra,  lakin  namizədlərin  qeydə  alınmaq  üçün  Mərkəzi  Seçki 
Komissiyasına  təqdim  edilməsi  gününə  azı  5  gün  qalmış  seçki  fondunu  formalaşdırmaqdan  ötrü  xüsusi 
seçki hesabı açmalıdırlar. 
190.2.  Prezidentliyə  namizəd  irəli  sürülməsi  barədə  Mərkəzi  Seçki  Komissiyasından  alınan  sənəd 
əsasında və bu Məcəllənin 53-cü və 54-cü maddələrində göstərilən sənədlər əlavə edilməklə xüsusi seçki 
hesabı açır. 
190.3.  Prezidentliyə  namizəd  səlahiyyətli  nümayəndəsinə  özünün  xüsusi  seçki  hesabının  açılmasını 
tapşıra bilər. 
190.4.  Prezidentliyə  namizəd,  qeydə  alınmış  prezidentliyə  namizəd  Mərkəzi  Seçki  Komissiyasına 
yazılı məlumat verməklə, başqa şəxsə özünün seçki hesabında olan vəsaitdən istifadə etmək hüququ verə 
bilər və bu halda qanun pozuntularına görə məsuliyyəti həmin şəxs daşıyır. 
 
 
 
M a d d ə   1 9 1 .  Prezidentliyə namizədlərin seçki fondları 
191.1.  Prezidentliyə  namizədin  seçki  fondu  məbləğinin  yuxarı  həddi  seçkilərin  təyin  edilməsi 
haqqında  qərarın  rəsmi  dərc  edildiyi  günə  olan  şərti  maliyyə  vahidinin  10  milyon  manatdan  çox  ola 
bilməz. 
191.2. Prezidentliyə namizədlərin seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır: 
191.2.1.  prezidentliyə  namizədlərin  seçkilərin  təyin  edilməsi  haqqında  qərarın  rəsmi  dərc  edildiyi 
günə  olan  şərti  maliyyə  vahidinin  250  min  manatdan  çox  olmamaq  şərti  ilə,  xüsusi  vəsaiti  (siyasi 
partiyalar, siyasi partiyaların bloku tərəfindən irəli sürülən prezidentliyə namizədlər üçün bu xüsusi vəsait 


siyasi  partiyaların,  siyasi  partiyaların  blokunu  yaratmış  siyasi  partiyaların  verdiyi  vəsaitlər  hesabına 
formalaşır); 
191.2.2.  bu  Məcəllənin  197.6-cı  maddəsi  ilə  nəzərdə  tutulan  hallar  istisna  olmaqla,  Mərkəzi  Seçki 
Komissiyasının ayırdığı vəsait; 
191.2.3.  vətəndaşların  və  hüquqi  şəxslərin  könüllü  ianələri.  Könüllü  ianələrin  həddi  seçkilərin  təyin 
edilməsi  haqqında  qərarın  dərc  edildiyi  günə  olan  şərti  maliyyə  vahidinin  vətəndaş  üçün  3000,  hüquqi 
şəxs üçün 50 min manatdan çox ola bilməz.
155
 
 
M a d d ə   1 9 2 .   Prezident  seçkiləri  zamanı  seçki  fondlarının  vəsaitlərinin  istifadəsində 
aşkarlıq 
192.1.  Aşağıdakı  məlumatlar  bu  Məcəllənin  77.2-ci  maddəsində  göstərilən  kütləvi  informasiya 
vasitələrində hökmən dərc edilməlidir: 
192.1.1. seçki fondu vəsaitinin məbləği seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi 
günə  olan  qeydə  alınmış  prezidentliyə  namizəd  üçün  şərti  maliyyə  vahidinin  10  min  manatdan  çox, 
prezidentliyə  namizəd  üçün  isə  2500  manatdan  çox  olduqda  həmin  vəsaitin  xərclənməsinin  maliyyə 
hesabatı barədə; 
192.1.2. seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti 
maliyyə vahidinin qeydə alınmış prezidentliyə namizəd üçün 5 min manatdan çox, prezidentliyə namizəd 
üçün isə 1250 manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs 
tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsi mümkünlüyü nəzərə alınmalıdır); 
192.1.3. seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti 
maliyyə vahidinin 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;
 156
 
192.1.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında; 
192.1.5.  seçki  fonduna  daxil  olmuş  vəsaitin  ümumi  həcmi  və  onun  xərclənmiş  hissəsinin  ümumi 
məbləği barədə. 
 
M a d d ə   1 9 3 .   Prezident  seçkiləri  zamanı  prezidentliyə  namizədlərin,  qeydə  alınmış 
prezidentliyə namizədlərin aldıqları pul vəsaitlərinin geri qaytarılmasının ardıcıllığı 
Prezident  seçkiləri  zamanı  prezidentliyə  namizədlərin,  qeydə  alınmış  prezidentliyə  namizədlərin 
aldıqları  pul  vəsaitlərinin  geri  qaytarılmasının  qaydaları  bu  Məcəllənin  90.5—90.7-ci  maddələri  ilə 
müəyyən edilir. 
 
M a d d ə   1 9 4 .   Prezident  seçkiləri  zamanı  prezidentliyə  namizədlərin,  qeydə  alınmış 
prezidentliyə  namizədlərin  aldıqları  büdcə  vəsaitlərinin  xərclənməmiş  hissəsinin  geri 
qaytarılmasının məcburiliyi 
Səsvermədə  iştirak  etmiş  və  seçicilərin  etibarlı  hesab  edilən  səslərinin  azı  3  faizini  toplamış  qeydə 
alınmış prezidentliyə namizəd və ya seçilən sayılmış, habelə səsvermə gününədək bu Məcəllənin 73.3-cü 
maddəsində göstərilən məcburedici hallara görə namizədliyini geri götürmüş qeydə alınmış prezidentliyə 
namizəd səsvermə günündən sonra 30 gün müddətində Mərkəzi Seçki Komissiyasının onun seçki fondu 
köçürdüyü  vəsaitin  xərclənməmiş  hissəsini  bu  seçki  komissiyasına  qaytarmağa  borcludur.  Bu  müddət 
başa  çatdıqda  müvafiq  bank  Mərkəzi  Seçki  Komissiyasının  məktubunda  göstərilmiş  pul  vəsaitini 
mübahisəsiz qaydada onun hesabına köçürməlidir.
157
 
 
M a d d ə   1 9 5 .   Prezident  seçkiləri  zamanı  qeydə  alınmış  prezidentliyə  namizədlərin  pulsuz 
efir vaxtının və dövri nəşrlərdə pulsuz ayrılmış yerin dəyərini ödəməsi 
195.1.  Prezidentliyə  namizəd  bu  Məcəllənin  77.2  və  77.3-cü  maddələrində  göstərilən  teleradio 
verilişləri təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına pulsuz efir vaxtının və dövri nəşrlərdə ayrılmış 
yerin  dəyərini  tam  həcmdə  ödəməlidir.  Mərkəzi  Seçki  Komissiyası  Prezident  seçkilərinin  nəticələrinin 
rəsmi  dərc  edildiyi  gündən  sonra  3  gün  müddətində  bu  namizədlərin  adlarını,  onların  ünvanını,  istifadə 
edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi barədə bildirişlərin təsdiq 
edilmiş  surətlərini  bu  Məcəllənin  77.2  və  77.3-cü  maddələrində  göstərilmiş  teleradio  verilişləri 
təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına göndərir.
 158
 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə